Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə35/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

96
31. Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)
Təkrar sığorta siyasəti. 

qrupun avtomobil, əmlak, üçüncü şəxslər qarşısında məsuliyyət, işəgötürənin məsuliyyəti və yük sığortası üzrə portfelinin bir hissəsi 
qrupun üzləşdiyi potensial maksimum riskləri azaldan təkrar sığorta müqavilələrinə əsasən yerli və xarici sığorta şirkətlərində təkrar sığortalanır.
Diversifikasiya. 

təcrübə göstərir ki, analoji sığorta müqavilələri üzrə portfel nə qədər böyük olarsa, gözlənilən nəticənin nisbi dəyişkənliyi bir o qədər az 
olar. bundan əlavə, daha çeşidli portfelin elementlərində baş verən hər hansı dəyişikliyin portfelə təsiri daha az ehtimal olunur. qrup, qəbul edilmiş sığorta 
risklərini diversifikasiya etmək və bu kateqoriyaların hər biri üzrə gözlənilən nəticələrdəki dəyişiklikləri azaltmaq üçün kifayət qədər risklərə nail olmaq 
məqsədilə underraytinq strategiyası hazırlamışdır.
Bazar riski. qrup bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. 
qrup bazar riskini bu cür risklərə çox az məruz qalmaq siyasəti vasitəsilə, eləcə də həmin risklərlə bağlı qrupun mövqelərini mütəmadi olaraq qiymətləndirməklə 
tənzimləyir.
qrup maliyyə alətləri ilə hər hansı dilinq əməliyyatları aparmır. qrupun qiymətli kağızlar bazarında məruz qaldığı risk onun konsolidasiya edilmiş likvidlik mövqeyi-
nin daha səmərəli idarə edilməsi məqsədilə, vaxtaşırı olaraq Azərbaycan respublikası Milli bankının notları, Azərbaycan respublikası Maliyyə nazirliyinin istiqrazları 
və digər bankların emissiya etdiyi qiymətli kağızlara investisiya qoyuluşundan yaranır. qrup adətən derivativlərlə əməliyyat aparmır və bu bazara qarşı hər hansı 
riskə məruz qalmır.
Xarici valyuta riski. qrup yerli/xarici valyuta məzənnələrindəki dəyişikliklərin onun konsolidasiya edilmiş maliyyə vəziyyətinə təsiri ilə əlaqədar xarici valyuta 
riskinə məruz qalır. Xarici valyuta riski valyuta məzənnələrindəki dəyişikliklərin qrupun mənfəətinə və ya maliyyə alətləri üzrə portfelin dəyərinə təsir göstərdiyi 
zaman yaranan riskdir. 
Xarici valyuta riski ilə əlaqədar qrupun risk siyasətinin əsas elementi hər hansı valyuta üzrə dilinq əməliyyatlarının aparılması üçün planlaşdırılmış cəhdin olmaması-
dır. nadir hallarda açıq valyuta mövqelərinin baş verməsi yalnız fəaliyyətin normal nəticəsində ortaya çıxır. qrup aktiv və passivlərini valyutalar üzrə uyğunlaşdırmaq 
üçün bütün səylərindən istifadə edir.
bankın məruz qaldığı xarici valyuta riski həmçinin ArMb-nin normativ tələblərinə uyğun olaraq tənzimlənir. bu normativlərə əsasən bankın hər hansı bir xarici 
valyuta üzrə açıq valyuta mövqeyi bankın məcmu kapitalının 10%-dən, bütün xarici valyutalar üzrə isə 20%-dən artıq olmamalıdır.
Xarici valyuta riski Maliyyə Menecmenti departamenti tərəfindən tənzimlənir. Açıq valyuta mövqeləri üzrə Maliyyə Menecmenti departamentinin hazırladığı 
hesabatlar APİK tərəfindən nəzərdən keçirilir.
balans tarixinə qrupun məruz qaldığı konsolidasiya edilmiş valyuta riski üzrə ümumi təhlil aşağıdakı cədvəldə əks olunur:
31 dekabr 2007
31 dekabr 2006
Min Azərbaycan Manatı ilə
Pul maliyyə 
aktivləri
Pul maliyyə 
passivləri
Balans üzrə xalis 
mövqe
Pul maliyyə 
aktivləri
Pul maliyyə 
passivləri
Balans üzrə xalis 
mövqe
AZn
815,716
563,313
252,403
451,080
360,703
90,377
Abş dolları
1,570,820
1,690,818
(119,998)
1,222,113
1,229,127
(7,014)
Avro
107,836
117,972
(10,136)
55,376
58,351
(2,975)
rus rublu
79,670
60,390
19,280
22,061
32,191
(10,130)
digər
6,739
3,332
3,407
2,333
1,320
1,013
Cəmi 
2,580,781
2,435,825
144,956
1,752,963
1,681,692
71,271
yuxarıdakı cədvələ yalnız pul aktivləri və passivləri daxildir. qrup hesab edir ki, səhm alətləri üzrə investisiyalar və qeyri-maddi aktivlər əhəmiyyətli valyuta riskinin 
yaranmasına gətirib çıxarmır. 
qrup xarici valyutada kreditlər və avanslar vermişdir. borcalanın gəlir axınından və xərc strukturundan asılı olaraq, Azərbaycan Manatına qarşı xarici valyutaların 
dəyərinin artması borcalanın ödəniş qabiliyyətinə mənfi təsir göstərə bilər və bu səbəbdən gələcəkdə kreditlər üzrə mümkün zərərlərin artması ilə nəticələnə bilər.


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
97
31. Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)
bütün digər dəyişənlərin sabit qalması şərtilə, balans tarixinə tətbiq edilən valyuta məzənnələrindəki mümkün dəyişikliklər nəticəsində mənfəət/zərər və kapitalda 
dəyişikliklər aşağıdakı cədvəldə əks etdirilir:
31 dekabr 2007
31 dekabr 2006
Min Azərbaycan Manatı ilə
Mənfəət və zərər üzrə təsir
Mənfəət və zərər üzrə təsir
Abş dollarının 5% möhkəmlənməsi
(6,003)
(350)
Abş dollarının 5% zəifləməsi
6,003
350
Avronun 10% möhkəmlənməsi
(1,014)
298
Avronun 10% zəifləməsi
1,014
(298)
rus rublunun 5% möhkəmlənməsi
964
(506)
rus rublunun 5% zəifləməsi
(964)
506
digər valyutaların 5% möhkəmlənməsi
170
51
digər valyutaların 5% zəifləməsi
(170)
(51)
Valyuta məzənnələrindəki bu cür dəyişikliklərin qrupun konsolidasiya edilmiş mənfəət və ya zərərinə təsirindən başqa, konsolidasiya edilmiş kapitala hər hansı təsiri 
yoxdur.
risk, yalnız qrupun müvafiq müəssisəsinin funksional valyutasından fərqli valyutalarda ifadə olunan pul qalıqları üçün hesablanır.
balans tarixinə qrupun valyuta riski il ərzində tipik riski əks etdirmir. bütün digər dəyişənlərin sabit qalması şərtilə, il ərzində valyuta riskinin orta çəkisinə tətbiq 
edilən valyuta məzənnələrindəki mümkün dəyişikliklər nəticəsində mənfəət/zərər və kapitalda dəyişikliklər aşağıdakı cədvəldə əks etdirilir:
2007-ci il ərzində riskin orta çəkisi
2006-cı il ərzində riskin orta çəkisi
Min Azərbaycan Manatı ilə
Mənfəət və zərər üzrə təsir
Mənfəət və zərər üzrə təsir
Abş dollarının 5% möhkəmlənməsi
(3,177)
2,937
Abş dollarının 5% zəifləməsi
3,177
(2,937)
Avronun 10% möhkəmlənməsi
(656)
361
Avronun 10% zəifləməsi
656
(361)
rus rublunun 5% möhkəmlənməsi
458
(183)
rus rublunun 5% zəifləməsi
(458)
183
digər valyutaların 5% möhkəmlənməsi
118
87
digər valyutaların 5% zəifləməsi
(118)
(87)
Valyuta məzənnələrindəki bu cür dəyişikliklərin qrupun konsolidasiya edilmiş mənfəət və ya zərərinə təsirindən başqa, konsolidasiya edilmiş kapitala hər hansı təsiri 
yoxdur.
Faiz dərəcəsi riski. qrup bazar faiz dərəcələrinin dəyişməsinin onun konsolidasiya edilmiş maliyyə vəziyyətinə və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətinə 
təsiri ilə əlaqədar riskə məruz qalır. bu cür dəyişikliklər nəticəsində faiz marjaları arta bilər, lakin faiz dərəcələri üzrə gözlənilməyən dəyişikliklər baş verdiyi təqdirdə 
faiz marjaları həmçinin azala və ya zərərin yaranmasına səbəb ola bilər. rəhbərlik faiz dərəcələrinin dəyişməsinin qəbul edilə bilən səviyyəsi üzrə limitlər müəyyən 
edir və bu limitlərə hər gün nəzarət edir. 
Hazırda qrup faiz dərəcəsi riskini mümkün olduğu dərəcədə ödəmə müddəti və/və ya faiz dərəcələrinə yenidən baxılması mövqelərini qarşılıqlı uyğunlaşdırmaqla 
tənzimləyir. bundan əlavə, qrupun aylıq faiz marjaları lazım olduqda onun aktivlərinin faiz dərəcələrinə yenidən baxılması məqsədilə, davamlı olaraq nəzərdən 
keçirilir. əməliyyat prosedurlarına görə faiz dərəcələrinin qəbul edilən minimum səviyyəsi adətən 5% təşkil edir. APİK və Maliyyə Menecmenti departamenti 
mütəmadi olaraq bu marjanın qorunmasına nəzarət edir. APİK həmçinin faiz dərəcələrindəki dəyişikliklər haqqında hesabatların və proqnozların hazırlanması üçün 
məsuliyyət daşıyır. Hazırda faiz dərəcələrinə yenidən baxılması və qrupun fəaliyyət göstərdiyi bazarlardakı nisbətən yüksək faiz marjaları üzrə uyğunlaşdırma 
siyasəti nəticəsində qrup artıq bu riski aktiv şəkildə idarə etmir.
APİK və Maliyyə Menecmenti departamenti faiz dərəcəsi risklərinin tənzimlənməsi, risklərin İdarə Edilməsi Komitəsi ona nəzarət funksiyalarını daşıyır. İdarə Heyəti 
isə bu sahədəki bütün təlimatları və aktiv/passivlərin faiz dərəcələrinə yenidən baxılması məsələlərini təsdiqləyir.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə