Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə32/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

90
30. Seqmentlər üzrə Təhlil (davamı)
31 dekabr 2007 və 31 dekabr 2006-cı il tarixlərində tamamlanan illər üzrə qrupun seqment aktivləri və passivləri haqqında məlumat aşağıdakı cədvəldə təqdim 
edilir:
Min Azərbaycan Manatı ilə
Fərdi bank əməliyyatları Korporativ bank əməliyyatları
Cəmi
2007
2006
2007
2006
2007
2006
Cəmi seqment aktivləri
328,823
280,620
2,243,236
1,466,072
2,572,059
1,746,692
Assosiasiya olunmuş müəssisələrə investisiya qoyuluşu
801
809
Cari və təxirə salınmış vergi aktivləri
1,173
41
digər bölüşdürülməmiş aktivlər:
- digər maliyyə və sığorta aktivləri 
8,722
6,271
- digər aktivlər
8,949
12,021
- binalar və avadanlıqlar
113,023
78,896
- qeyri-maddi aktivlər
7,685
2,702
Cəmi aktivlər
2,712,412
1,847,432
Cəmi seqment öhdəlikləri
479,717
265,472
1,899,974
1,386,934
2,379,691
1,652,407
Cari və təxirə salınmış vergi öhdəlikləri
21,293
19,141
digər bölüşdürülməmiş öhdəliklər:
- digər maliyyə və sığorta öhdəlikləri
56,134
29,285
- digər öhdəliklər
13,006
5,361
Cəmi öhdəliklər
2,470,124
1,706,194
Coğrafi seqmentlər. qrupun Azərbaycan respublikasından kənarda həyata keçirdiyi əməliyyatlar əhəmiyyətli xarakter daşımadığına görə ayrıca hesabat verilə bilən 
seqment anlayışına cavab vermir. 


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
91
31. Maliyyə Risklərinin İdarə Edilməsi
qrup maliyyə riskləri, o cümlədən kredit, likvidlik, bazar və əməliyyat risklərinə məruz qalır. risklərlə üzləşmə qrupun fəaliyyətinin ayrılmaz hissəsidir. risklərin 
idarə edilməsi funksiyasının məqsədi risk və fayda arasında müvafiq balansın təmin edilməsi və qrupun maliyyə fəaliyyətinə mümkün mənfi təsiri azaltmaqdan 
ibarətdir.
Riskləri idarəetmə sistemi. risklərin idarə edilməsi funksiyası qrupun daxil nəzarət sisteminin ayrılmaz hissəsidir və mərkəzləşdirilmiş qaydada həyata keçirilir. 
qrupun riskləri idarəetmə siyasətinin və yanaşmalarının məqsədi qrupun məruz qaldığı risklərin müəyyənləşdirilməsi, təhlil edilməsi, azaldılması və idarə 
edilməsindən ibarətdir. bu, risk səviyyəsi üzrə müvafiq limitlərin və nəzarət mexanizmlərinin yaradılması, risk səviyyələrinin davamlı monitorinqi, limitlər və prose-
durlara riayət edilməsi və bununla biznes proseslərinin düzgün formalaşdırılması vasitəsilə yerinə yetirilir.
riskləri idarəetmə siyasəti və prosedurları bazar şərtləri, təklif olunan məhsul və xidmətlərdə baş verən dəyişikliklərin əks etdirilməsi və “qabaqcıl təcrübənin” tətbiq 
edilməsi məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir. qrup risk siyasətinin bir hissəsi kimi konservativ nəzarət mühitini qoruyub saxlamaq və davamlı olaraq 
inkişaf etdirmək məqsədilə etibarlılıq, idarəetmə və peşə standartlarına xüsusi diqqət yetirir.
Riskləri idarəetmə strukturu. riskləri idarəetmə siyasəti, təsdiqləmə, monitorinq və nəzarət mexanizmləri qrupun nəzdində fəaliyyət göstərən bir sıra ixtisas-
laşmış bölmələr tərəfindən aparılır. bu bölmələr həmçinin qrupun törəmə müəssisələrinin riskləri idarəetmə siyasətinə və nəzarət mexanizmlərinə nəzarət edirlər. 
qrup Azərbaycan qanunvericiliyinə, Azərbaycan respublikası Milli bankının təlimatlarına və qabaqcıl təcrübəyə uyğun icra strukturları, komitələr və departamentlər 
yaratmışdır.
qrupun Müşahidə şurası riskləri idarəetmə strukturuna nəzarət, əsas risklərin idarə edilməsinin monitorinqi, risklərin idarə edilməsi siyasəti, eləcə də bəzi əsas risk 
limitlərinin, o cümlədən böyük kredit riskləri, iqtisadi və sənaye sektoru üzrə risk limitlərinin təsdiqlənməsi səlahiyyətlərinin nəzərdən keçirilməsi və təsdiqlənməsinə 
görə ümumi məsuliyyət daşıyır. 
İdarə Heyəti, risklərin İdarə Edilməsi Komitəsi, Audit Komitəsi (“AK”), daxili Audit departamenti, Kredit Komitəsi və Aktiv və Passivlərin İdarə Edilməsi Komitəsi 
(“APİK”) Müşahidə şurası tərəfindən yaradılır, təyin edilir və birbaşa ona hesabat verir.
İdarə Heyəti risklərin azaldılması tədbirlərinin həyata keçirilməsi və monitorinqinə görə məsuliyyət daşıyır və qrupun müəyyən edilmiş risk parametrləri çərçivəsində 
fəaliyyət göstərməsini təmin edir. risklərin idarə edilməsinə görə məsuliyyət daşıyan İdarə Heyətinin üzvü həmin direktora hesabat verən risklərin İdarə Edilməsi 
departamenti ilə birlikdə risklərin idarə edilməsi üzrə ümumi funksiyalara görə məsuliyyət daşıyır və maliyyə və qeyri-maliyyə risklərinin müəyyən edilməsi, 
ölçülməsi, azaldılması, idarə edilməsi və bu risklərə dair hesabatın hazırlanması üzrə ümumi prinsiplərin və metodların tətbiq edilməsini təmin edir. 
risklərin İdarə Edilməsi Komitəsinə risklərin idarə edilməsinə görə məsuliyyət daşıyan İdarə Heyətinin üzvü sədrlik edir. bu Komitə risklərin idarə edilməsi metodo-
logiyalarının hazırlanmasına görə məsuliyyət daşıyır və qrupun risk yanaşmasının strateji və biznes planlarında düzgün əks etdirilməsini təmin edir. bu, bütün risk 
yanaşmaları və prosedurları üzrə dəyişikliklərin İdarə Heyəti və Müşahidə şurası tərəfindən müzakirə edilməsi və tövsiyələrin verilməsi üçün vacib forumdur. bu 
forum qrupun üzləşdiyi bütün potensial risklərin risklərin İdarə Edilməsi departamenti, Kredit Komitəsi, APİK və İdarə Heyəti tərəfindən nəzərdən keçirilməsini və bu 
məsələlərlə bağlı Müşahidə şurasına hesabatların hazırlanmasını təmin edir.
Audit Komitəsi qrupun daxili nəzarət sisteminin nəzarət və monitorinqi, eləcə də qrupun daxili nəzarət sisteminin ayrılmaz hissəsi olan risklərin idarə edilməsi 
siyasəti və prosedurlarının adekvatlığının qiymətləndirilməsinə görə məsuliyyət daşıyır. Müstəqil peşəkar auditor olan Audit Komitəsinin sədri və digər iki Komitə 
üzvü iki səhmdarın nümayəndəsidir. Audit Komitəsinin üzvləri qrupun işçiləri və ya idarəetmə strukturunun tərkibində ola bilməzlər. onlar, daxili nəzarət sisteminin 
inkişafına dair İdarə Heyəti, risklərin İdarə Edilməsi Komitəsi və Müşahidə şurasına təkliflər verir və risklərin idarə edilməsi funksiyasının keyfiyyətinə və müəyyən 
edilmiş siyasət, prosedurlar və limitlərə riayət edilməsi ilə bağlı rəy bildirirlər. Audit Komitəsi birbaşa ona hesabat verən daxili Audit departamentinin fəaliyyətinə 
nəzarət edir. daxili Audit departamentinin iş planları, audit yoxlamaları və hesabatları, o cümlədən planlaşdırılmamış audit yoxlamalarının qrafiki Audit Komitəsi 
tərəfindən diqqətlə təhlil və təsdiq edilir. daxili Audit departamentinə və Audit Komitəsinin tövsiyələrinə əsaslanan icra planları və auditin statusu haqqında hesabat-
lar İdarə Heyəti tərəfindən təsdiq edilir və İdarə Heyətinə, Müşahidə şurasına və səhmdarların ümumi yığıncağına təqdim edilir.
 


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə