Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   34   35   36   37   38   39   40   41   42

Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
107
33. Təəhhüdlər və Şərti Öhdəliklər
Məhkəmə prosedurları. Vaxtaşırı olaraq və adi fəaliyyət gedişində qrupa qarşı irəli sürülə biləcək iddialarla əlaqədar, qrupun rəhbərliyi öz təxminlərinə və daxili 
peşəkarların məsləhətlərinə əsasən hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq hazırkı konsolidasiya edilmiş 
maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün hər hansı ehtiyat yaradılmamışdır. 
Vergi qanunvericiliyi. qrupa tətbiq edilən vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. qrupun 
əməliyyatlarına və fəaliyyətinə tətbiq edilən bu cür qanunvericiliyə dair rəhbərliyin şərhlərinə müvafiq vergi orqanları tərəfindən etiraz edilə bilər. 
Vergi orqanları qanunvericiliyi şərh edərkən və vergilərin məbləğini müəyyənləşdirərkən daha sərt mövqe nümayiş etdirə bilər və keçmişdə etiraz edilməyən 
əməliyyat və fəaliyyətlərə yenidən baxıla bilər. bunun nəticəsində, qrupa qarşı böyük məbləğdə əlavə vergilər, cərimələr və faizlər hesablana bilər. Azərbaycan və 
rusiyada vergi orqanları tərəfindən vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanıla bilər. qanunvericiliklə müəyyən olunmuş xüsusi hallarda 
yoxlama daha artıq dövrləri əhatə edə bilər. 
rəhbərlik hesab edir ki, onun tərəfindən müvafiq qanunvericiliyin şərhi düzgündür və vergi, xarici valyuta və gömrüklə bağlı qrupun mövqeləri qorunacaqdır. 
Müvafiq olaraq, 31 dekabr 2007-ci il tarixinə potensial vergi öhdəlikləri üzrə hər hansı ehtiyat yaradılmamışdır (2006: ehtiyat yaradılmamışdır).
1 yanvar 2002-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan respublikası Vergi Məcəlləsinin 18-ci Maddəsinə uyğun olaraq, vergi orqanları qarşılıqlı surətdə asılı 
olan tərəflər arasında qeyri-bazar qiymətləri ilə aparılan əməliyyatlar və qiyməti bazar qiymətlərinin 30%-dən çox fərqlənən əməliyyatlar üzrə bazar qiymətinin 
müəyyənləşdirilməsi ilə bağlı düzəlişlər apara və əlavə vergi öhdəlikləri tətbiq edə bilərlər. rəhbərlik hesab edir ki, 31 dekabr 2007 və 31 dekabr 2006-cı il 
tarixlərinə qrupa qarşı vergi orqanları tərəfindən bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı irad tutulmamışdır.
Kapital məsrəfləri ilə bağlı öhdəliklər. 31 dekabr 2007-ci il tarixinə bankın yeni inzibati binasının inşası ilə əlaqədar olaraq qrupun yerli inşaat şirkəti qarşısında 
5,589 min AZn (2006: 15,473 min AZn) məbləğində kapital öhdəlikləri olmuşdur.
qrup artıq bu öhdəliklərin yerinə yetirilməsi üçün lazımi resurslar ayırmışdır. qrup hesab edir ki, bu və ya oxşar öhdəliklərin yerinə yetirilməsi üçün gələcək xalis 
gəlirlər və digər maliyyə vəsaitləri kifayət edəcəkdir.
Əməliyyat lizinqi ilə bağlı öhdəliklər. qrup lizinq alan kimi çıxış etdikdə, ləğv oluna bilməyən əməliyyat lizinqi üzrə gələcək lizinq ödənişlərin minimal hissəsi 
aşağıdakı kimidir:
Min Azərbaycan Manatı ilə
2007
2006
1 ildən az
1,247  
327
1-5 il ərzində
916
175
5 ildən çox
989
148
Cəmi əməliyyat lizinqi ilə bağlı öhdəliklər
3,152
650
Xüsusi şərtlərə riayət olunması. bank, borc vəsaitləri üzrə müqavilələrdə nəzərdə tutulan xüsusi şərtlərə riayət etmək məcburiyyətindədir. bu cür xüsusi şərtlərə 
əməl edilməməsi qrup üçün mənfi nəticələrə, o cümlədən borc vəsaitləri ilə əlaqədar xərclərin artmasına və defolt halının elan edilməsinə gətirib çıxara bilər. 
31 dekabr 2007-ci il tarixinə və həmin tarixdə tamamlanan ilin müəyyən vaxtlarında bank (i) banka aidiyyatı olan bir borcalana (Azərbaycan Hökuməti və ya 
səhmlərinin böyük hissəsi və ya iştirak payı Azərbaycan Hökumətinə məxsus olan müəssisə istisna olmaqla) verilmiş kreditlərin maksimum miqdarının bankın 
məcmu kapitalının on faizindən; (ii) banka aidiyyatı olan şəxslərə verilmiş məcmu kreditlərin maksimum miqdarının bankın məcmu kapitalının iyirmi beş faizindən 
çox olmamasını məhdudlaşdıran normaları və (iii) 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalını pozmuşdur. 


108
33. Təəhhüdlər və Şərti Öhdəliklər (davamı)
31 dekabr 2007-ci il tarixinə hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında açıqlandığı kimi, qrupa aidiyyatı olan bir borcalana verilmiş kreditlərin 
maksimum miqdarı 21% (2006: 31%), qrupa aidiyyatı olan şəxslərə verilmiş kreditlərin maksimum miqdarının məcmu kapitala nisbəti 79% (2006: 136%) və 
1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 5% (2006: 5%) təşkil etmişdir. nəticədə, qrup 31 dekabr 2007 və 31 dekabr 2006-cı il tarixlərinə və həmin tarixlərdə 
tamamlanan hesabat dövrlərinin müəyyən vaxtlarında həmin xüsusi şərtlərə riayət etməmişdir. qrupun müəyyən digər borcverənlərlə kredit müqavilələrində qarşılıqlı 
defolt maddələrinin mövcud olması, həmin borcverənlərə öz kreditlərinin müəyyən və ya bütöv hissəsinin istənilən vaxt geri ödənilməsini tələb etmək imkanı 
yaradır.
31 dekabr 2007-ci il tarixinə yuxarıda qeyd olunan xüsusi şərtlərə əməl olunmamasının ümumi borc vəsaitlərinə təsiri 208,041 min AZn (2006: 128,990 min 
AZn) təşkil etmişdir. Həmin müqavilələrə əsasən xüsusi şərtlərə əməl olunmadıqda və ya qarşılıqlı defolt maddələrinin təsirinə məruz qaldıqda, borc vəsaitlərinin 
tələb edildikdə ödənilməsi nəzərdə tutulur. Müvafiq olaraq, təsirə məruz qalmış borc məbləğləri hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında “tələb 
edildikdə ödənilən” kateqoriyasına daxil edilmişdir.
bundan əlavə, bank 31 dekabr 2007 və 31 dekabr 2006-cı il tarixlərində tamamlanan illər ərzində Azərbaycan respublikası Milli bankının bəzi normativ 
tələblərinə riayət etməmişdir. rəhbərlik hesab edir ki, bank, 31 dekabr 2008-ci il tarixinə qədər bütün normativ tələblərə riayət edilməsini təmin edən tədbirlər pla-
nının işlənib hazırlanması üçün Azərbaycan respublikası Milli bankından rəsmi razılaşma əldə etmişdir. rəhbərlik, bu razılaşmada 31 dekabr 2008-ci il tarixindən 
əvvəlki illər üçün həmin tələblərin nəzərdə tutulmadığını hesab edir və bankın bu sahədə potensial uyğunsuzluq halları 31 dekabr 2008-ci il tarixinə qədər mənfi 
nəticələrə gətirib çıxarmır. rəhbərlik, 2005-ci ildə razılaşdırılmış tədbirlər planının yerinə yetirildiyini və 31 dekabr 2008-ci il tarixinə qədər bütün tələblərə tam 
şəkildə riayət etmək mövqeyində olduğunu hesab edir. 
bank tərəfindən 31 dekabr 2008-ci il tarixinə qədər yerli qanunvericiliklə müəyyən edilmiş bütün əmsallara riayət edilmədiyi təqdirdə, rəhbərlik potensial pozuntu 
hallarının aradan qaldırılması üçün ArMb ilə yeni tədbirlər planının razılaşdırılacağını təxmin edir. rəhbərlik, 31 dekabr 2008-ci il tarixinə qədər bankın yerli 
qanunvericiliklə müəyyən edilmiş bütün əmsallara tam şəkildə riayət edəcəyini və müvafiq olaraq ArMb tərəfindən banka qarşı hər hansı potensial tədbirlər planının 
tətbiq edilməyəcəyini hesab edir.
Kreditlərlə bağlı öhdəliklər. bu maliyyə alətlərinin əsas məqsədi lazım olduqda müştərilərə maliyyə vəsaitlərinin təqdim edilməsini təmin etməkdir. Müştərinin 
üçüncü tərəflər qarşısında öz öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda, qrupun ödənişlər aparması ilə bağlı mütləq öhdəlikləri əks etdirən zəmanətlər və 
zəmanət akkreditivləri kreditlərlə eyni kredit risk daşıyır. Müəyyən şərtlər çərçivəsində müştərilər adından nəzərdə tutulan məbləğlərdə ödənişlərin həyata keçirilməsi 
üzrə qrupun yazılı öhdəliklərini əks etdirən sənədli və kommersiya akkreditivlərinə müvafiq mal təchizatı və ya nağd pul depozitləri formasında təminat alınır. 
Həmin sənədli və kommersiya akkreditivləri birbaşa kreditləşdirmə ilə müqayisədə az risk daşıyır. 
Kreditlərin təqdim edilməsi üzrə öhdəliklərə kreditlər, zəmanətlər və ya akkreditivlər formasında kreditlərin verilməsi üçün rəhbərlik tərəfindən təsdiqlənməmiş 
məbləğlərin istifadə edilməyən hissəsi daxildir. Kreditlərin verilməsi üzrə öhdəliklər ilə əlaqədar, qrup potensial olaraq istifadə edilməmiş öhdəliklərin ümumi 
məbləğinə bərabər məbləğdə zərərin yaranması riskinə məruz qalır. lakin, kreditlərin verilməsi üzrə öhdəliklərin böyük hissəsi müştərilərin ödəmə qabiliyyəti ilə 
bağlı müəyyən tələblərə əməl etməsindən asılı olduğuna görə, ehtimal edilən zərərlərin məbləği istifadə edilməmiş öhdəliklərin ümumi məbləğindən azdır. Adətən 
uzunmüddətli öhdəliklər qısamüddətli öhdəliklər ilə müqayisədə daha yüksək kredit riskinə malik olduğu üçün, qrup kreditlərlə bağlı öhdəliklərin ödəmə müddətinə 
qədər qalan müddətə nəzarət edir. İlin sonuna kreditlərlə bağlı öhdəliklər aşağıdakı kimi olmuşdur:
Min Azərbaycan Manatı ilə
2007
2006
İdxal akkreditivləri
870,701
372,938
Zəmanət məktubları
431,992
355,413
Kreditlərin verilməsi üzrə öhdəliklər və istifadə edilməmiş kredit xətləri
77,684
43,542
Cəmi kreditlərlə bağlı öhdəliklər
1,380,377
771,893
31 dekabr 2007-ci il tarixinə kreditlərlə bağlı öhdəliklərin ədalətli dəyəri 948 min AZn (2006: 421 min AZn) təşkil etmişdir.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə