Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   34   35   36   37   38   39   40   41   42

Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
109
33. Təəhhüdlər və Şərti Öhdəliklər (davamı)
İstifadə edilməmiş kredit xətləri, akkreditivlər və zəmanətlər üzrə müqavilədə nəzərdə tutulan ümumi borc məbləği mütləq şəkildə pul vəsaitləri üzrə gələcək 
tələbləri əks etdirmir, belə ki, həmin öhdəliklərin müddəti borcalana vəsaitlər təqdim edilmədən başa çata və ya ləğv oluna bilər. 31 dekabr 2007-ci il tarixinə 
kreditlərlə bağlı öhdəliklərin ədalətli dəyəri 24,657 min AZn (2006: 15,527 min AZn) təşkil etmişdir. Kreditlərlə bağlı öhdəliklər aşağıdakı valyutalarda ifadə 
olunmuşdur:
Min Azərbaycan Manatı ilə
2007
2006
Azərbaycan manatı
160,719
211,152
Abş dolları
746,018
251,930
Avro
454,924
283,465
digər
18,716
25,346
Cəmi
1,380,377
771,893
31 dekabr 2007-ci il tarixinə qrupun 20 müəssisəyə açılmış idxal akkreditivləri üzrə 701,161 min AZn məbləğində əhəmiyyətli konsentrasiyası yaranmışdır ki, 
bu da ümumi idxal akkreditivlərinin 80.5%-ni təşkil etmişdir (2006: 14 müəssisəyə 237,547 min AZn məbləğində idxal akkreditivi açılmışdır ki, bu da ümumi 
akkreditivlərin 63.7%-ni təşkil etmişdir). 31 dekabr 2007-ci il tarixinə qrupun həmçinin 8 müəssisəyə təqdim edilmiş zəmanətlərlə bağlı 360,098 min AZn 
məbləğində əhəmiyyətli konsentrasiyası yaranmışdır ki, bu da təqdim edilmiş ümumi zəmanətlərin 83.9%-ni təşkil etmişdir (2006: 8 müəssisəyə 112,051 min 
AZn məbləğində zəmanət təqdim edilmişdir ki, bu da ümumi zəmanətlərin 31.5%-ni təşkil etmişdir).
31 dekabr 2007-ci il tarixinə 165,019 min AZn (2006: 92,517 min AZn) məbləğində kreditlərlə bağlı öhdəliklər üçün Azərbaycan hökumətinin zəmanətləri və ya 
bloklaşdırılmış müştəri depozitləri formasında təminat alınmışdır. 16 saylı qeydə baxın.
Vasitəçi kreditlər. 31 dekabr 2007-ci il tarixinə qrup, Azərbaycan hökumətinin adından Azərbaycan respublikasının dövlət müəssisələri və hökumət idarələrinə 
vasitəçi kreditlərin verilməsi məqsədilə xarici banklardan və maliyyə təşkilatlarından 18,047 min AZn (2006: 26,046 min AZn) məbləğində borc götürmüşdür. 
qrupla xarici banklar və maliyyə təşkilatları arasında bağlanmış kredit müqavilələrinə Azərbaycan Hökuməti tərəfindən şərtsiz zəmanətlər şəklində təminat verilir. 
Həmin zəmanətlərə əsasən, Hökumət bu borclarla əlaqədar əsas borclu tərəf hesab edilir. nəticə etibarilə, qrup yığılmış əsas məbləğ və faiz ödənişlərini xarici 
banklara və maliyyə təşkilatlarına köçürməklə Azərbaycan Hökuməti üçün kreditlər üzrə xidmətlər göstərən agent kimi çıxış edir və bu kreditlər üzrə heç bir faiz 
gəliri əldə etmir. 
qrup yuxarıda qeyd olunan vasitəçi kreditlər üzrə qazanc əldə etmədiyinə və risk daşımadığına görə, 18,047 min AZn (2006: 26,046 min AZn) məbləğində 
həmin vasitəçi kreditləri 31 dekabr 2007-ci il tarixinə balansdankənar hesablarda qeydə almışdır. Müvafiq olaraq, vasitəçi kreditləri maliyyələşdirmək üçün qrup 
tərəfindən əldə edilmiş müvafiq vəsaitlər də balansdankənar hesablarda qeydə alınmışdır.
Vasitəçi kreditlərin verilməsi məqsədilə qrup tərəfindən borc götürülmüş vəsaitlər aşağıda göstərilir:
Min Azərbaycan Manatı ilə
2007
2006
türkiyənin Eksport Kredit bankı (Eximbank):
- ticarət maliyyələşdirməsi
18,047
26,046
Cəmi vasitəçi kreditlərin verilməsi məqsədilə borc götürülmüş və balansdankənar hesablara köçürül-
müş vəsaitlər
18,047
26,046


110
34. Maliyyə Alətlərinin Ədalətli Dəyəri
ədalətli dəyər, məcburi satış və ya ləğv etmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği 
əks etdirir və ən yaxşı olaraq aktiv bazar qiyməti ilə təsdiqlənir.
Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri qrup tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından 
istifadə etməklə müəyyən edilmişdir. lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli 
sürmək tələb edilir. Azərbaycan respublikasında inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas xüsusiyyətlər müşahidə olunmaqdadır, lakin iqtisadi şərtlər maliyyə 
bazarlarında aktivliyin həcmini məhdudlaşdırmaqda davam edir. bazar qiymətləri köhnəlmiş ola bilər və ya aşağı qiymətlərlə satışın dəyərini əks etdirə bilər və bu 
səbəbdən maliyyə alətlərinin ədalətli dəyərini əks etdirməyə bilər.
Ədalətli dəyərdə qeydə alınan maliyyə alətləri. satıla bilən investisiya qiymətli kağızları konsolidasiya edilmiş balans hesabatında ədalətli dəyərdə qeydə alınır. 
ədalətli dəyər kvota olunmuş bazar qiymətlərinə əsaslanır.
Pul vəsaitləri və onların ekvivalentləri təxminən onların cari ədalətli dəyərinə bərabər olan amortizasiya olunmuş maya dəyərində qeydə alınır.
Amortizasiya olunmuş maya dəyərində qeydə alınan kreditlər və debitor borcları. sürüşkən faiz dərəcəli maliyyə alətlərinin ədalətli dəyəri onların balans 
dəyərinə bərabərdir. sabit faiz dərəcəli maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri analoji kredit riskinə və ödəmə müddətinə malik yeni alətlər üçün mövcud 
faiz dərəcələrini tətbiq etməklə diskont edilmiş gələcək pul vəsaitlərinin hərəkəti metoduna əsaslanır. İstifadə edilmiş diskont dərəcələri qarşı tərəfin valyuta, alətin 
ödəmə müddəti və kredit riskindən asılıdır. bu dərəcələrin təhlili aşağıda göstərilir: 
2007
2006
digər banklardan alınacaq vəsaitlər – qeyd 8
digər banklardakı müddətli yerləşdirmələr
illik 3.1% - 18.0%
illik 2.0% - 18.0%
ArMb-nin notları
illik 10.9% - 11.7%
illik 13.7% - 13.9%
rusiya banklarının vekselləri
illik 7.3% - 9.2%
illik 6.9% - 9.8%
rezident bankların istiqrazları
illik 7.0%
illik 7.0% - 14.5%
Müştərilərə verilmiş kreditlər və avanslar – qeyd 9
Korporativ kreditlər
illik 6.0% - 30.0%
illik 6.0% - 25.0%
dövlət müəssisələri və ictimai təşkilatlar
illik 9.0% - 25.0%
illik 5.0% - 24.0%
İstehlak kreditləri
illik 11.0% - 25.0%
illik 11.0% - 25.0%
Avtomobil kreditləri
illik 15.0% - 30.0%
illik 12.0% - 25.0%
İşçilərə verilmiş kreditlər
illik 12.0% - 24.0%
illik 13.0% - 24.0%
İpoteka kreditləri
illik 14.0% - 24.0%
illik 15.0% - 24.0%
digər
illik 10.0% - 30.0%
illik 14.0% - 24.0%
digər banklardan alınacaq vəsaitlər və müştərilərə verilmiş kreditlər və avansların təxmin edilən ədalətli dəyərləri haqqında məlumat üçün müvafiq olaraq 8 və 9 
saylı qeydlərə baxın. 
Amortizasiya olunmuş maya dəyərində qeydə alınan passivlər. bazar qiymətləri mövcud olmayan sabit faiz dərəcəli və müəyyən edilmiş ödəmə müddətinə ma-
lik maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri, analoji kredit riskinə və yerdə qalan ödəmə müddətinə malik yeni alətlər üçün faiz dərəcələrini tətbiq etməklə 
diskont edilmiş pul vəsaitlərinin hərəkətinə əsaslanır. tələb edildikdə və ya əvvəlcədən bildiriş təqdim edilməklə ödənilən passivlərin (“tələb edilənədək ödənilən 
passivlər”) ədalətli dəyəri, passivlərin ödənilməsinin tələb edildiyi birinci gündən başlayaraq diskont edilmiş tələb edildikdə ödənilən məbləğ kimi hesablanır. digər 
banklara ödəniləcək vəsaitlər, müştəri hesabları, buraxılmış borc qiymətli kağızları, borc götürülmüş digər vəsaitlər və digər maliyyə və sığorta öhdəliklərinin təxmin 
edilən ədalətli dəyərləri haqqında məlumat üçün müvafiq olaraq 15, 16, 17, 18 və 19 saylı qeydlərə baxın. İstifadə edilmiş diskont dərəcələri bankın kredit 
riskindən, eləcə də qarşı tərəfin maliyyə alətinin valyutasından və ödəmə müddətindən asılıdır və illik 3%-25% (2006: illik 3%-29%) təşkil edir.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə