Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə34/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

94
31. Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)
qrupda qəbul edilmiş bütün girov növləri üzrə dəqiq qiymətləndirmə, sənədləşdirmə və tətbiq edildikdə qeydiyyat prosedurları mövcuddur. Kreditlərin giro-
va nisbəti İdarə Heyəti tərəfindən təsdiqlənir və Kredit departamenti tərəfindən nəzarət edilir: 31 dekabr 2007-ci il tarixinə kredit limitləri aşağıdakılardır:
Girovun növü 
Kredit məbləğinin girovun likvid dəyərinə nisbəti 
daşınmaz əmlak 
60%-dək 
qiymətli metallar 
80%-dək
Maşın, avadanlıqlar 
50%-dək
Mal-material ehtiyatları 
60%-dək 
nəqliyyat vasitələri 
70%-dək
Müddətli depozitlər 
90%-dək
buna baxmayaraq, rəhbərlik müəyyən vaxtlarda layihələrin kommersiya əhəmiyyətini əsas götürərək yuxarıda göstərilən limitləri nəzərə almamışdır. 
Kredit departamenti monitorinq nəticələri üzrə planın hazırlanması, onun yerinə yetirilməsi və monitorinq nəticələrinin qənaətbəxş olmadığı təqdirdə müvafiq 
tərəflərin məlumatlandırılması və tədbirlər planı ilə bağlı tövsiyələrin verilməsinə görə məsuliyyət daşıyır. Kredit departamenti müəyyən edilmiş məbləğdən yuxarı 
olan bütün əməliyyatların monitorinqini aparır və bu məbləğdən aşağı olan əməliyyatları seçmə üsulu ilə yoxlayır. Müəyyən edilmiş məbləğdən yuxarı olan bütün 
əməliyyatlar üzrə monitorinq ilk olaraq kreditin ödənildiyi aydan əvvəl və ya ən azı bir ay müddətində aparılır. Müvafiq olaraq, monitorinq cədvəlinə uyğun olaraq 
risklərə nəzarət olunur. 
Kredit departamenti qarşı tərəflərin kredit riskləri üzrə bütün məsələlər, o cümlədən bütün limitlərə uyğunluq, risklər üzrə konsentrasiyalar, portfel üzrə tendensiya-
lar, vaxtı keçmiş kreditlər və defolt statistikası, kreditlər üzrə ehtiyatlar və girov statistikasına dair məlumatların toplanması və təqdim edilməsinə görə cavabdehdir. 
Müntəzəm aylı hesabatlardan başqa, həmin departament seçilmiş kredit prosedurlarına riayət edilməsinə dair hesabatlar tərtib edir.
Əlaqəli tərəflərə verilmiş kreditlər. ArMb “əlaqəli tərəflər” kateqoriyası ilə bağlı dəqiq anlayışlar müəyyən etmişdir. bu kateqoriyaya əsasən səhmdarlar və ya 
fiziki şəxslər və yaxud onların yaxın ailə üzvlərinin mülkiyyətində olan/nəzarət etdiyi hüquqi şəxslər daxildir. buraya həmçinin qrupda baş rəhbərlik/səlahiyyətli 
vəzifələrdə çalışan fiziki şəxslər daxildir. Fiziki şəxs olan əlaqəli tərəfə verilən ən böyük kreditlər qrupun konsolidasiya edilmiş kapitalının 3%-dən artıq ola bilməz. 
Müvafiq hüquqi şəxslər üzrə isə bu limit 10% təşkil edir. əlaqəli tərəflərə verilmiş kreditlər üzrə risklər üçün ümumi limit 20%-dir. qiymətləndirmə və digər şərtlər 
tərəflərin müstəqilliyi prinsipi əsasında müəyyən edilməlidir. bank, müəyyən vaxtlarda ArMb-nin əlaqəli tərəflərlə əməliyyatlardan yaranan qalıqlar üzrə bəzi 
tələblərə riayət etməmiş ola bilər. Həmin pozuntu hallarının potensial nəticələri haqqında məlumat 33 saylı qeyddə açıqlanır. 
Vaxtı keçmiş, qeyri-işlək kreditlər. qrup, vaxtı keçmiş və qeyri-işlək kreditləri onların ödəmə müddətinin başa çatdığı ilk gündən müəyyən etmək və hesabatlarda 
əks etdirmək üçün prosedurlar hazırlamışdır. 60 günədək vaxtı keçmiş kreditlər əvvəlcədən hər hansı problemin müəyyən edilmədiyi təqdirdə, müvafiq biznes 
vahidləri tərəfindən nəzərdən keçirilir. Fiziki şəxslərə verilmiş və 60 gündən çox vaxtı keçmiş təminatsız kreditlər avtomatik olaraq Problemli Kreditlər şöbəsinə 
ötürülür. Hüquqi şəxslərə verilmiş və 90 gündən çox vaxtı keçmiş kreditlər eyni departamentə ötürülür. 90 gündən çox vaxtı keçmiş kreditlər faizləri hesablanma-
yan kreditlər statusuna aid edilir. Problemli Kreditlər şöbəsi bu öhdəlikləri toplaya bilmədikdə hüquqi prosedurlar həyata keçirilir. Kredit geri qaytarıla bilmədikdə
müvafiq məbləğlərin silinməsinə dair təkliflər Kredit Komitəsinə və İdarə Heyətinə təqdim edilir. silinmə ilə bağlı son qərarı Müşahidə şurası qəbul edir.
bütün vaxtı keçmiş kreditlər haqqında məlumat ən azı ayda bir dəfə Kredit Komitəsinə təqdim edilir. Hüquqi şəxslərə verilmiş vaxtı keçmiş kreditlər üzrə bütün 
məsələlər barədə bilavasitə Kredit Komitəsinə hesabat verilir.
Kreditlər üzrə ehtiyat – ehtiyat siyasəti. qrup kreditlər üzrə ehtiyat yaradır və buraya risklə üzləşməsindən yaranan təxmini zərərlər daxildir. 
bundan əlavə, ArMb, banklar üçün minimum standart sayılan ehtiyat siyasəti müəyyən etmişdir. bu ehtiyat tələbləri üzrə kateqoriyalar aşağıda göstərilir:
standart aktivlər
2%
nəzarət edilə bilən aktivlər
6%
qeyri-qənaətbəxş aktivlər
25%
riskli aktivlər 
50%
ümidsiz aktivlər 
100%


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
95
31. Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)
bu kateqoriyalar dəqiq müəyyən edilmişdir.
bMHs-ə uyğun hesabatların hazırlanması məqsədilə, qrup BMS 39 – Maliyyə Alətləri: Tanınması və Ölçülməsi Standartında əks etdirilən metodologiyadan istifadə edir. 
Kredit riskinin maksimal səviyyəsi. qrupun balans üzrə məruz qaldığı kredit riskinin maksimal səviyyəsi, adətən konsolidasiya edilmiş balans hesabatında 
maliyyə aktivlərinin balans dəyərində əks olunur. Potensial kredit riskinin azaldılması üçün aktiv və passivlərin əvəzləşdirilməsi imkanı böyük əhəmiyyət kəsb etmir.
balansdankənar maddələr, xüsusilə akkreditivlər və zəmanətlər üzrə kredit riskinin maksimal səviyyəsi öhdəliyin ümumi məbləğini əks etdirir. qrupun 
balansdankənar maddələr üzrə kredit riski 30 saylı “təəhhüdlər və şərti Öhdəliklər” qeydində açıqlanır.
balansdankənar maliyyə alətləri üzrə kredit riski həmin maliyyə aləti üzrə əməliyyatların digər iştirakçısı tərəfindən müqavilə üzrə öz öhdəliklərini yerinə 
yetirə bilməməsi nəticəsində zərərin yaranması ehtimalı kimi müəyyən edilir. qrup şərti öhdəlikləri və balans üzrə maliyyə alətləri ilə əlaqədar əməliyyatların 
təsdiqlənməsi prosedurları, riskləri məhdudlaşdıran limitlərdən istifadə və monitorinq prosedurlarına əsaslanan eyni kredit siyasətini tətbiq edir.
Sığorta risklərinin idarə edilməsi
Sığorta riski. 

Hər-hansı sığorta müqaviləsi üzrə risk, sığortalanmış hadisənin baş verməsi ehtimalı və yaranmış iddianın məbləğinin qeyri-müəyyən olmasıdır. 
sığorta müqaviləsinin xarakterinə görə bu risk təsadüfi baş verdiyinə görə hər bir sığorta müqaviləsi üçün ayrı-ayrılıqda qeyri-müəyyəndir. 
Ehtimal nəzəriyyəsinin qiymətlərə və ehtiyatlara tətbiq edildiyi müqavilələri özündə əks etdirən sığorta portfelində qrupun öz sığorta müqaviləsi üzrə məruz qaldığı 
əsas risk, faktiki iddiaların və mükafat ödənişlərinin sığorta öhdəliklərinin balans dəyərindən artıq olmasıdır. bunun səbəbi iddiaların baş vermə müddəti və ciddiliyi, 
eləcə də mükafatların təxmin edildiyindən artıq ola bilməsidir. sığortalanmış hadisələr təsadüfən baş verir və iddialar və mükafatların faktiki sayı və məbləği hər il 
statistik metodlara görə müəyyən edilmiş səviyyədən fərqlənir. 
qrup sığorta riskini underraytinq səlahiyyəti səviyyəsi, qiymət siyasəti, təsdiqlənmiş təkrar sığortaçılar siyahısı və nəzarəti özündə əks etdirən daxili prosedurlar 
vasitəsilə idarə edir. 
Sığorta üzrə zərər üçün ayrılmış ehtiyatın təxmin edilməsi. 

Zərərlər üçün ayrılmış ehtiyatlar qrupun əvvəlki dövrlərə aid məlumatlarına əsasən hesablanır. 
Ödənilməmiş iddiaların (bildirilmiş və bildirilməmiş) təxmini dəyərini hesablayarkən qrup, zərər nisbətinə əsaslanan təxminlər (zərər nisbəti, sığorta iddiala-
rının məcmu dəyəri və bu cür iddialarla bağlı müəyyən maliyyə ilində qazanılmış sığorta mükafatları arasında nisbət kimi müəyyən edilir) və faktiki iddialar 
təcrübəsinə əsaslanan təxminlərdən istifadə edir. Həmin təxminlər müəyyən edildikdə istifadə edilən formulalar vasitəsilə faktiki iddialar təcrübəsinə daha çox 
əhəmiyyət verilir. 
Zərər nisbəti üzrə ilkin təxmin, hesablama üsulunun vacib ehtimalıdır və mükafat səviyyəsindəki dəyişikliklər, gözlənilən bazar təcrübəsi və iddialar üzrə əvvəlki 
dövrün inflyasiyası kimi faktorları nəzərə alan keçmiş illərin təcrübəsinə əsaslanır. Cari il üçün istifadə edilən zərər nisbətləri üzrə ilkin təxmin (təkrar sığortadan 
əvvəl), cari və əvvəlki ildə qazanılmış mükafatların risk növünə görə təhlil edilir. 
Gələcək iddialar üzrə ödənişlərin hesablanmasında qeyri-müəyyənlik mənbələri. 

sığorta müqavilələri üzrə iddialar onların yarandığı zaman ödənilir. 
əgər zərər, müqavilənin müddətinin başa çatmasından əvvəl aşkar edilmişdirsə, sığorta müqaviləsinin müddəti ərzində baş vermiş bütün sığortalanmış 
hadisələrə görə qrup məsuliyyət daşıyır. nəticə etibarilə, məsuliyyətlə bağlı iddialar müqavilənin müddətinin başa çatmasından etibarən 5 aydan çox olmayan 
qısa müddət ərzində ödənilir. sığorta müqavilələrindəki pul vəsaitləri axınının məbləğinə və vaxtına təsir göstərən bəzi dəyişikliklər mövcuddur. onlar əsasən 
müqaviləni imzalayan hüquqi və fiziki şəxslərin həyata keçirdiyi fəaliyyətlərə xas olan risklərə və qəbul etdikləri risklərin idarə edilməsi prosedurlarına aiddir. 
qrupun portfelindəki sığorta müqavilələri üzrə ödənilmiş müavinətlər əsasən aşağıdakılar üzrə verilmiş pul mükafatlarını əks etdirir: 
tibbi sığorta;

avtomobillərə dəymiş fiziki zərər (avtomobillərin sığortalanması üçün); və

üçüncü şəxslərə dəymiş maliyyə itkisi, bədən xəsarəti və fiziki xəsarət (nəqliyyat vasitəsi sahibləri tərəfindən yaranmış). 

bu cür ödənişlər birdəfəlik aparılır və itirilmiş gəlirin və bədbəxt hadisə nəticəsində zərər çəkmiş tərəfin çəkəcəyi reabilitasiya xərclərinin cari dəyəri kimi hesablanır.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə