Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə33/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

92
31.  Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)
Kredit Komitəsi beş üzvdən ibarətdir. onlar, risklərin İdarə Edilməsi Komitəsi və İdarə Heyəti tərəfindən təyin edilir və Müşahidə şurası tərəfindən seçilir. Kredit 
Komitəsi kreditlərin təsdiqlənməsi səlahiyyəti çərçivəsində hüquqi şəxslər, fiziki şəxslər və maliyyə təşkilatlarının qarşı tərəf risklərini idarə edir, təsdiqləyir və 
təsdiqlənmə ilə bağlı öz tövsiyələrini verir. Kredit Komitəsi həmçinin təhlil metodologiyası və portfelin keyfiyyəti, o cümlədən ümumi struktur, diversifikasiya 
və qiymətləndirməni davamlı şəkildə nəzərdən keçirir və bunlara dair tövsiyələr verir. Kredit Komitəsi təsdiqlənmə və səlahiyyət limitləri, risklərin təhlili və 
qiymətləndirilməsi üzrə qabaqcıl standartlara riayət edilməsini təmin edən bölmələrdən biridir.
APİK, qrupun aktiv və passivlər strukturunun idarə edilməsi və optimallaşdırılmasına görə məsuliyyət daşıyır. bu, likvidlik, xarici valyuta və faiz dərəcəsi üzrə risklər 
daxil olmaqla, müxtəlif bazar risklərini əhatə edən risklərin idarə edilməsi prosesinin tərkib hissəsidir. APİK-in funksiyalarına qeyd olunan risklərlə bağlı strategiya-
ların, siyasətin və limitlərin təsdiqlənməsi üçün tövsiyələrin hazırlanması daxildir. APİK, bu risk sahələrinə dair vaxtında və düzgün məlumatların və hesabatların 
təqdim edilməsinə görə məsuliyyət daşıyır. APİK, qiymətləndirmə siyasətinin və maliyyələşdirmə strategiyalarının müəyyənləşdirməsinə yardım göstərir. bundan 
əlavə, APİK qrupun digər riskləri idarəetmə və nəzarət bölmələri ilə yanaşı Xəzinədarlıq və digər müvafiq bölmələrin APİK, risklərin İdarə Edilməsi Komitəsi, İdarə 
Heyəti və Müşahidə şurası tərəfindən müəyyən edilmiş parametrlərə uyğun fəaliyyət göstərməsini təmin etmək üçün məsuliyyət daşıyır.
Kredit riski. Kredit riski müştərinin və ya qarşı tərəfin müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi zaman yaranan riskdir. Kredit riskinin əsas hissəsi 
müştərilərə və banklara verilmiş kreditlər və avanslardan, balans və balansdankənar kreditlər üzrə digər risklərdən yaranır. risklər üzrə hesabat hazırlayarkən 
qrup müştərilər və ya qarşı tərəfin ödəmə qabiliyyətinin olmaması riski və sənaye riski kimi kredit riskinin bütün elementlərini tam şəkildə nəzərə alır. Hazırda 
qiymətli kağızlarla bazar əməliyyatları üzrə kredit riski Azərbaycan respublikası Milli bankının buraxdığı notlar ilə təmsil olunan dövlət istiqrazları və xarici maliyyə 
təşkilatlarından alınmış ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızlarından yaranır. bu istiqrazlardan yalnız qrupun likvidlik mövqeyinin daha səmərəli 
idarə edilməsi məqsədilə istifadə edilir.
Hüquqi şəxslər, fiziki şəxslər və maliyyə təşkilatları üçün kredit risklərinin təsdiqlənməsi üzrə ümumi struktur aşağıdakı kimidir:
Müşahidə şurası
Müşahidə şurası 16 milyon AZn-dən yuxarı olan kredit limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq yığışır
İdarə Heyəti
İdarə Heyəti 8 milyon AZn-dən 16 milyon AZn-dək olan kredit limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq yığışır
böyük Kredit Komitəsi
böyük Kredit Komitəsi 2.4 milyon AZn-dən 8 milyon AZn-dək olan kredit limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq yığışır
Kredit Komitəsi
Kredit Komitəsi 0.8 milyon AZn-dən 2.4 milyon AZn-dək olan kredit limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq yığışır
Kiçik Kredit Komitəsi
Kiçik Kredit Komitəsi 0.8 milyon AZn-dək olan kredit limitlərini təhlil edərək təsdiqləyir və müntəzəm olaraq yığışır
Müşahidə şurası risklərin diversifikasiyasına nəzarət etmək və onu idarə etmək üçün ümumi kredit limitlərini təsdiqləyir: 
Kredit portfeli üzrə limitlər: Hüquqi şəxslərə verilmiş kreditlər, fiziki şəxslərə verilmiş kreditlər və banklararası kreditlərin ümumi portfelə faiz nisbəti; 

Kredit portfeli üzrə limitlər: təminatlı və təminatsız kreditlərin ümumi portfelə və fiziki şəxslər üzrə kredit portfelinə faiz nisbəti; və

İqtisadi sektor və məhsul üzrə risklərin hüquqi və fiziki şəxslərin kredit portfellərinə faiz nisbəti. 

İdarə Heyəti həmçinin kredit limitlərini və risklər üzrə səlahiyyət səviyyəsini aşağıdakı qaydada təsdiqləyir: 
Filiallar üzrə;

təminatın növü və kreditin təminata nisbəti; və

Fiziki şəxslərin səlahiyyəti üzrə. 

31 dekabr 2007-ci il tarixinə kredit portfelinin iqtisadi sektorlar və məhsullar üzrə təhlili 9 saylı qeyddə göstərilir.


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
93
31. Maliyyə Risklərinin İdarə Edilməsi (davamı)
Kredit risklərinin idarə edilməsi. Kredit siyasəti qrupun risk profili və strateji planlarına uyğun olaraq Kredit departamenti və İdarə Heyəti tərəfindən hazırlanır. 
Kredit siyasəti Müşahidə şurası tərəfindən təsdiqlənir.
Kredit siyasətində aşağıdakılar əks etdirilir:
qarşı tərəfin risklərinin yaradılması, təhlil edilməsi, yoxlanılması və təsdiqlənməsi üzrə prosedurlar;

qarşı tərəflər üzrə kreditin qiymətləndirilməsi metodologiyası; 

qarşı tərəflər üzrə kredit reytinqi metodologiyası;

təminatın qiymətləndirilməsi və nəzarəti metodologiyası;

Kreditlərin sənədləşdirilməsi üzrə tələblər;

Kreditlərin idarə edilməsi prosedurları;

Kredit riskləri üzrə müntəzəm nəzarət prosedurları;

ətraf mühit siyasəti; və

Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatın yaradılması siyasəti.

Kredit ərizələri müştəri ilə iş üzrə menecerlər və kredit mütəxəssisləri tərəfindən hazırlanır. Kredit ərizələri müəyyən edilmiş limitlər çərçivəsində filiallar və ya 
müvafiq biznes vahidləri tərəfindən təsdiqlənir. təsdiq olunmuş ərizələrin sürətləri sonrakı nəzarət prosesi, o cümlədən reytinqin müəyyən edilməsi və monitorinq 
cədvəlinə daxil edilməsi üçün Kredit departamentinə təqdim edilir. Müəyyən edilmiş risk limitlərindən yuxarı olan ərizələr Kredit Komitəsinə göndərilir. Kredit 
Komitəsi ikinci dəfə təhlili aparır və hesabat, reytinq və rəy təqdim edir. əgər tələb olunan kredit məbləği müəyyən edilmiş limitdən aşağı olarsa və Kredit Komitəsi 
tərəfindən müsbət rəy verilərsə, eləcə də müvafiq işçilər tərəfindən imzalanarsa, kredit ərizəsi təsdiqlənmiş hesab edilir. əgər risklərin İdarə Edilməsi departamenti 
tərəfindən mənfi rəy verilərsə, kredit ərizəsi yenidən baxılmaq üçün Kredit Komitəsinə təqdim edilir. təsdiqlənmiş kredit ərizəsində nəzərdə tutulan məbləğ Kredit 
Komitəsinin səlahiyyətindən yuxarı olarsa, həmin ərizə təsdiqlənmək üçün İdarə Heyətinə təqdim edilir. yuxarıda qeyd edildiyi kimi, böyük məbləğdə kreditlər üçün 
ərizələr təsdiqlənmək üçün Müşahidə şurasına təqdim edilir.
qrup dörd əsas meyarın təhlilinə əsaslanan reytinq sistemindən istifadə edir: ödəmə qabiliyyəti, maliyyə göstəriciləri, kredit tarixçəsi və digər risklər. 
balansdankənar maliyyə alətləri üzrə kredit riski həmin maliyyə aləti üzrə əməliyyatların digər iştirakçısı tərəfindən müqavilə üzrə öz öhdəliklərini yerinə 
yetirə bilməməsi nəticəsində zərərin yaranması ehtimalı kimi müəyyən edilir. qrup şərti öhdəlikləri və balans üzrə maliyyə alətləri ilə əlaqədar əməliyyatların 
təsdiqlənməsi prosedurları, riskləri məhdudlaşdıran limitlərdən istifadə və monitorinq prosedurlarına əsaslanan eyni kredit siyasətini tətbiq edir.
Fiziki şəxslərə verilmiş bəzi kredit məhsulları üçün qrup kreditin qiymətləndirilməsi sistemindən və potensial riskli müştərilərin müəyyən edilməsi üçün öz daxili 
prosedurlarından və ArMb-nin məlumat bazasındakı məlumatlardan istifadə edir. Kreditlər portfel üzrə qiymətləndirilir və bu zaman kreditin məbləği və müddət 
limitləri, təsdiqləmə prosedurları, məhsulların növləri, defolt haqqında məlumatlar, kredit/girov əmsalları (əgər tətbiq edilərsə) və qiymətləndirmə kimi amillərə 
daha çox diqqət yetirilir.
Girov və digər kredit təminatları. Kredit riski həmçinin əmlak üzrə ipoteka tələbi formasında girovun, girov qoyulmuş aktiv və qiymətli kağızların, eləcə də 
depozitlər, hüquqi və fiziki şəxslərə verilmiş zəmanətlər daxil olmaqla digər girov növlərinin əldə olunması, nəzarəti və monitorinqi vasitəsilə qiymətləndirilir və idarə 
edilir.
Kredit riskinin qiymətləndirilməsində girovun əsas faktor olmasına baxmayaraq, qrupun kredit siyasəti ərizələrin müştərilərin yalnız təklif etdiyi girova deyil, onların 
ödəniş qabiliyyətinə əsasən qiymətləndirməkdir. Girov kreditin qaytarılması üçün ikinci ödəniş mənbəyi hesab edilir. Kreditlər nadir hallarda müştərinin maliyyə 
vəziyyətindən və ya kredit məhsulunun növündən yaxud həcmindən asılı olaraq təminatsız ola bilər. qrup risk portfelinin təminatsız kreditləri üzrə müxtəlif limitlər 
müəyyən etmişdir.
qrupun qəbul etdiyi əsas girov növləri aşağıdakılardır:
Kommersiya əmlakı

yaşayış binaları

Korporativ kapital aktivləri

Korporativ likvid aktivlər 

nəqliyyat vasitələri

Müddətli depozitlər

digər, o cümlədən qiymətli metallar 



Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə