Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   46

sənaye sahəsinə çevrilmişdir.
İxtiralar və kəşflər” kitabından
Söz ehtiyatı
1.  “Qəlib”, “şrift”, “pres”, “poliqrafiya” sözlərinin, “müsadirə etmək”, “məhkəmə
iddiası qaldırmaq”, “prosesi udmaq” ifadələrinin mənalarını izah edin.


Düşün və cavab ver
2.  Kitab çapının inkişafındakı mərhələləri qrafik informasiya şəklində təqdim edin.
Dil qaydaları
3.  Cədvəli dəftərinizdə çəkin. Mətndə altından xətt çəkilmiş sözləri aşağıdakı kimi
qruplaşdırın.
Məsdər
Feili sifət
Feili bağlama
 
 
 
4.  Cümlələrdən təsriflənən və təsriflənməyən feilləri seçib dəftərinizə yazın,
cümlələrin quruluşca növünü müəyyən edin.
1. Çaydan keçmək üçün kiminsə gəlib körpü salacağını gözləmə. 
2. Elm təkcə bilik deyil, həm də şüurdur, yəni bilikdən necə istifadə etməyi
öyrədəndir. (Klyuçevski) 
3. Nə qədər ki yaşayırsan, öyrən, düşünmə ki, qocalıq gələndə sənə kamal
gətirəcək. (Solon)
5.  Altından xətt çəkilmiş sözləri feili bağlama ilə əvəz edərək sadə cümlə düzəldib
yazın.
1. Torpağı həvəslə şumladı, toxumu bir-bir ləklərə basdırdı. 
2. Dərdini heç kimə demədi, şəhəri tərk etdi. 
3. Oğlan yedi, oyuna getdi. 
Çoban yedi, qoyuna getdi. 
4. Oğru qalana yanar, mal sahibi gedənə yanar. 
5. Ota qatsan, at yeməz, 
ətə qatsan, it yeməz.
6.  Şeiri nəsrə çevirin. Cümlələrin sadə, yoxsa mürəkkəb olduğunu müəyyən edin.
O güldü kağıza qol çəkən zaman, 
Qıydı ürəklərin hicran səsinə. 
O güldü haqq üçün daim çarpışan 
Bir xalqın tarixi faciəsinə. 
...Qoy qalxsın ayağa ruhu Tomrisin, 
Babəkin qılıncı parlasın yenə. 
Onlar bu şərtlərə sözünü desin, 
Zənciri kim vurdu şir biləyinə?
B.Vahabzadə


AZƏRBAYCANDA
İLK MƏTBƏƏLƏR
Azərbaycanda ilk çap dəzgahı hələ XIX əsrin əvvəllərində Təbrizdə quraşdırılmışdı.
Daha sonra, 1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdı.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın
yaranmasına gətirib çıxardı. Çətinliklə olsa da, görkəmli maarifçi Həsən bəy Zərdabi
hökumətə müraciət edərək “Əkinçi” qəzetinin nəşrinə icazə ala bildi. Qəzetin nəşri
üçün Zərdabi İstanbuldan xüsusi ərəb qrafikalı mətbəə şriftləri gətizdirdi və nəhayət,
xeyli əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qəzetin ilk nömrəsi işıq üzü
gördü. Beləliklə, milli mətbuatımızın əsası qoyuldu.
Azərbaycan mətbuatı üçün “Əkinçi”nin ayağı yüngül oldu. Bir çox yazıçı və şairlər öz
əsərlərini qəzet və jurnallarda dərc etdirirdilər. Yazdıqlarını kitab şəklində görmək
istəyən bu ədiblər vəsait tapan kimi mətbəə açmağa çalışırdılar.
XIX əsrin sonunda Azərbaycanda nəşriyyat işinin inkişafında Ünsizadə qardaşlarının
(Səid, Cəlal, Kamal) böyük rolu olmuşdur.
Səid Ünsizadə 1879-cu ildə Tiflisdə “Ziya” qəzetini nəşr etməyə başlamışdır. Sonralar
mətbəəsini Şamaxıya köçürmüş və bu qəzetlə yanaşı, dini kitabların çapı ilə də məşğul
olmuşdur. S. Ünsizadə özü din xadimi olduğundan risalələr yazmış, mətbəəsindən də
islam ideyalarının təbliği üçün istifadə etmişdir.
“Ziya” ilə bir vaxtda Səid əfəndinin qardaşı Cəlal Ünsizadə “Kəşkül” qəzetini, sonralar
eyniadlı jurnalı buraxmışdır. C.Ünsizadə öz dünyəvi baxışları ilə qardaşından seçilirdi.
O, bir sıra rus və Ukrayna yazıçıları, ... S.Ə.Şirvani, F.Köçərli kimi Azərbaycan ziyalıları
ilə əməkdaşlıq edirdi. Bu da onun mütərəqqi baxışlarının formalaşmasında müəyyən
rol oynamışdı. “Kəşkül”ün səһifələrində çap etdiyi dünya ədəbiyyatı nümunələrinin bir
neçəsini Cəlal əfəndi öz mətbəəsində ayrıca kitab şəklində buraxmışdı.
1.  Sizcə, nə üçün o dövrdə qəzet nəşrinə icazə almaq bu qədər çətin idi?
2.  H.Zərdabi nə üçün qəzet nəşr etmək üçün ərəb qrafikalı mətbəə şriftləri
gətizdirməli oldu?
3.  Sonuncu abzasda nöqtələrin yerinə aşağıdakı bağlayıcılardan hansı uyğun
gəlmir?
A) eləcə də       B) o cümlədən       C) həmçinin


XX əsrin əvvəllərində senzuranın zəifləməsi ilə əlaqədar Bakıda mətbuat daha sürətlə
inkişaf etməyə başladı. Bu illərdə Bakıda xeyli sayda qəzet və jurnal çıxırdı. Qəzet və
məcmuələrdən əlavə, mətbəələrdə kiçik tirajlarla olsa da, Azərbaycan yazıçılarının
əsərləri kitab şəklində çap edilib yayılırdı.
Cəlil Məmmədquluzadə öz dostu Ömər Faiq Nemanzadə ilə birlikdə 1905-ci ildə
“Şərqi-Rus” qəzetinin mətbəəsini aldı. Həmin vaxtdan “Qeyrət” adı altında fəaliyyət
göstərən bu mətbəə az keçmədən iriһəcmli nəşrlərin – elmi-kütləvi və bədii
ədəbiyyatın, dərsliklərin çapına başladı. Mətbəədə işıq üzü görən ilk kitablardan biri
C.Məmmədquluza dənin “Poçt qutusu” idi. Ədibin redaktorluq etdiyi “Molla
Nəsrəddin” jurnalı da bir neçə il bu mətbəədə çap olunmuşdu.
XX əsrin əvvəllərində Azərbaycanda ən böyük və məşhur nəşriyyat Orucov
qardaşlarının nəşriyyat-mətbəəsi idi.
Oruc, Qənbər və Abuzər Orucov qardaşları Bərdənin Alpout kəndində doğulmuş,
Tiflisdə, Gəncədə və Rusiyada yüksək təһsil almışdılar. Rus, ərəb və fars dillərini
mükəmməl bilmələri onların sonralar һəm də jurnalist, tənqidçi, tərcüməçi və redaktor
kimi işləmələrinə imkan vermişdi.
Ata-babalarından qalma mülkü və əmlakı satmaqla əldə etdikləri vəsait һesabına
qardaşlar Almaniyadan yeni çap ləvazimatı və mətbəə avadanlığı alaraq Bakıya
gətirmiş, o dövr üçün kifayət qədər güclü və müasir mətbəə qurmuşdular. Bu, Bakıda
elektrik enerjisi ilə işləyən ilk mətbəə idi. Mətbəə Tağıyevin açdığı və һimayə etdiyi
Qız məktəbinin binasında yerləşirdi. Yer kirayəsi kimi Orucov qardaşları hər il məktəbi
bitirən məzunlara nəfis nəşr olunmuş “Qurani-Kərim” kitabı hədiyyə edirdilər.
Nəşriyyat buraxdığı kitabların dövri mətbuatda reklamına da xüsusi diqqət yetirir,
4. Senzuranın zəifləməsi mətbuatın inkişafına necə təsir edə bilərdi?
5.  Sonuncu cümlələr H.Z.Tağıyev haqqında hansı fikirləri söyləməyə əsas verir?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə