Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   46

Söz ehtiyatı
3.  Mətndə “imza” sözü hansı mənada işlənib? Bu sözü yerinə görə 
hansı sözlə əvəz etmək olar: “qol”, yoxsa “dəstxət”?
Düşün və cavab ver
4.  Supermarketdə işləyənlər Həsən müəllimin tövsiyəsini yerinə 
yetirmək üçün daha nə edə bilərlər?
5.  Siz öz işinizə yaradıcı yanaşmaq üçün nə edirsiniz?
Yazı
6.  Verilmiş aforizmləri mətnin məzmunu ilə əlaqələndirin. Ən çox 
bəyəndiyiniz aforizmi başlıq kimi seçərək kiçik esse yazın.
Kiçik işlərdə də böyük olmaq lazımdır. (A.Morua)
Yoxdan vara çevrilən hər bir şey yaradıcılıqdır. (Platon)
Hər bir insan öz uğurunun memarıdır. (Sallüsti)
Dil qaydaları
7.  Mətndə altından xətt çəkilmiş “qonşu” və “qoca” sözlərinin hansı 
suala cavab verdiyini və hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.
Söz ehtiyatı
8.  Mətndə defislə yazılmış mürəkkəb sözləri seçin və onların hansı 
nitq hissələrinə aid olduğunu müəyyənləşdirin.
9.  Uyğunluğu müəyyən edin. Alınmış mürəkkəb sözləri dəftərinizə 
yazın.
 
10.  * Verilmiş sözlərdən mürəkkəb
sözlər yaradın və onların bitişik,
yoxsa defislə yazıldığını
müəyyənləşdirin.
1) əks 
2) qeyri 
3) anti 
4) eks 
5) kontr
A) admiral 
B) arqument 
C) çempion 
Ç) faşist 
D) adi
1) qayda,
qanun 
3) ara, bir 
5) beş, illik 
2) qanun, verici 
4) ara, sıra 
6) beş, altı 


MÜBARİZ
2010-cu ilin qızmar yay günləri idi. Mübariz hərbi hissədə, düşmənlə üzbəüz səngərdə
durmuşdu. Üzünü işğal olunmuş kəndlərə, sakit-sakit baxan dağlara tutub saatlarla
seyr edir, qəlbi odsuz-ocaqsız yanırdı. Düşmən xanimanları viran qoymuş, yüz minlərlə
in sanı yurd-yuvasından didərgin salmışdı. Hələ bu azmış kimi, gəlib torpaqlarımız da
səngər qurmuşdu. Mübarizi yandıran da elə bu idi.
O, gündüzlər bu hala birtəhər dözürdü. Dostlarıyla, əsgərləriylə başı qarışırdı. Amma
gecə düşəndə, illah da, səngərdə olanda dünya başına fırlanırdı. Ona elə gəlirdi ki,
Xocalı hadisəsi elə indicə baş verir. Qulağına vay-şivən səsləri gəlirdi. Telejurnalist
Çingiz Mustafayevin Xocalı faciəsindən çəkdiyi görüntülər gözləri önündən getmirdi.
Qəhrəman jurnalistin hönkürtüsü, “çək!” deyən ağlar səsi qulaqlarında cingildəyirdi.
Yox, yetər daha! Bu mənfurların dərsini vermək lazımdır. Dərəni xəlvət görüb bəy
olmaq istəyənlər gərək bilsinlər ki, bu dərələrin yiyəsi var, bəyi var... Bu səngəri aşıb
yetmişcə metr о tərəfə adlaya bilsə, düşmənin səngərində olacaqdı. Çətini о səngərə
salamat çatmaqdı.
Ölməyə nə var?!. Başını səngərdən qaldır, tuş gələcəksən snayper gülləsinə. Bu,
canına qəsd etmək kimi bir iş olardı. O isə qazilik edib şəhidlik şərbətini başına çəkmək
istəyirdi.
1. Altından xətt çəkilmiş ifadə hansı atalar sözü ilə əlaqədardır? 


Səbirsizliklə axşamın düşməsini gözləyirdi. Fikirləşdi ki, valideynlərinə məktub yazsın.
Bir parça kağız tapıb yazmağa başladı:
“Canım atam və anam. Məndən ötrü darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik.
Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xətir
bunu etməliyəm. Ən azı, ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə
gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, о mərtəbəyə yüksəldim.
...Allah böyükdür. Vətən sağ olsun! Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Artıq gecə saat on ikinin yarısı idi. Xəlvətcə silahlandı. Azərbaycan bayrağını götürüb
bir göz qırpımında səngərdən çıxdı. Fikirləşirdi ki, təki minaya düşməsin.
2. Oxuduğunuz hissədəki sonuncu cümləni izah edin.


Təsadüfi ölüm onun arzusunu gözündə qoyardı. Ürəyində:
– Ya Allah, – dedi, – sən şahidsən ki, bu mənfurların əlindən millətim nə çəkib.
Addımlarını inamla atırdı. Elə bil gözəgörünməz bir qüvvə onu minalanmış sahədən
salamat keçirirdi. Susuzluqdan yanan kol-kosa, tez-tez rast gəldiyi xırdaca təpəciklərə
sinə-sinə gedirdi. Düşmən səngəri lap yaxınlıqda idi.
On-on beş addım da irəli sürünüb düşmən səngərinə atıldı. İyirmi iki ilin qəzəbi, nifrəti
qollarına toplanmışdı. Səs olmasın deyə avtomatı işə salmadı. İlk qarşısına çıxan altı
nəfəri yalın əllə, döyüş bıçağı ilə məhv etdi. “Саn Vətən!” – deyib Azərbaycan
bayrağını torpağa sancdı və səngərdən çıxdı. Fikri düşmənin kazarmasına girib
əsgərlərin arasında çaxnaşma salmaq idi. Oraya tərəf irəlilədi. Birdən ona elə gəldi ki,
iyirmi min şəhid onun ardınca gedir. Qanlı köynəklərini bayraq kimi başlarının üzərində
yelləyirlər. Bir əli ilə ağır pulemyotu qaldırıb düşmənin üstünə güllə yağdırdı.
Düşmən çaşbaş qalmışdı. Gecənin bir aləmində bu bəlanın haradan gəldiyini hələ də
kəsdirə bilmirdi. Qəfil hücum onu karıxdırmışdı. Elə bilirdi ki, üstünə böyük bir dəstə
gəlib. Erməni əsgərlər təntiyib bir-biri ilə atışırdılar. Sonra bəziləri özünü ələ ala bildi.
Bərabər olmayan qüvvələr arasında döyüş bir neçə saat çəkdi.
Qan-tər içində idi. Dayanmadan atəş açırdı. Yerini tez-tez dəyişirdi. Güllə atmaqdan
biləyi ağrıyırdı. Ovcunun içi də bərk göynəyirdi. Amma indi bircə şey haqda düşünürdü.
Düşünürdü ki, Allah onun səsini eşidib, bu qədər döyüşmək, intiqam almaq üçün
möhlət verib.
Saat beşdə Mübariz geri çəkildi. Düşmən onu tələyə salmaq istəyirdi. O isə Allahdan
çox yox, bir-iki dəqiqə də möhlət istəyirdi. İstəyirdi ki, xalqına düşmən kəsilmiş bu
mənfurlardan bir neçəsini də o dünyaya göndərsin.
Düşmən əsgərlərinin ayaq səslərini aydınca eşidirdi. Yoldan çıxıb yerə yıxılmış tənək
dirəyinin yanında ayaq saxladı, əllərini Allahın dərgahına açdı: “Bismillahir-rəhmanir-
rəhim... Ey böyük Allah, bu günə şükür, arzumu ürəyimdə qoymadın. Günahım varsa,
bağışla, Tanrım! Allahım, şəhidliyimi qəbul et! Vətən sağ olsun!”
Ayaq səsləri yaxınlaşırdı. O, diri tutulmağına imkan verə bilməzdi. 
Mübariz avtomatı
bərk-bərk sinəsinə sıxdı.
 Hələ bir-iki gülləsi vardı. Amma bu an qəfildən atəş açıldı.
Düşmən gülləsi onun sol böyründən və başından dəydi. Arxası üstə çevrildi. Güclə:
“Vətən sağ olsun!” – deyə bildi. Dağlar əks-səda verdi: “Vətən sağ olsun!”


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə