Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   46

Syu sevincindən özünə yer tapa bilmirdi. Həkimin dedikləri həyata keçmişdi, təhlükə
sovuşmuşdu. Consi artıq sağalmağa başlamışdı.
Bir neçə gündən sonra Syu Consini qucaqlayıb dedi:
– Sənə bir söz deməliyəm, Consi. Mister Berman xəstəxanada sətəlcəmdən vəfat etdi.
Bir gün əvvəl qapıçı bədbəxt qocanı öz otağında döşəmənin üstündə uzanmış
vəziyyətdə tapıb. Paltarları yamyaş imiş. Heç kim onun belə dəhşətli bir gecədə hara
çıxdığını anlaya bilməyib. Yanında fənər, nərdivan, fırça və palitra varmış... Pəncərəyə
bax, sarmaşığın sonuncu yarpağına nəzər sal, əzizim. Güclü küləyin onu yerindən
tərpədib qopara bilməməsi səni təəccübləndirmirmi? Bəli, əzizim, Bermanın şah əsəri
budur! Onu sonuncu yarpağın düşdüyü həmin gecə yaradıb!
O.Henri
Söz ehtiyatı
2.  Lüğətdən istifadə edərək “studiya” və “pnevmoniya” sözlərinin mənasını
aydınlaşdırın.
Düşün və cavab ver
3.  Sizcə, Syu Bermanın çəkdiyi yarpağı niyə onun “şah əsəri” hesab edir?
Dil qaydaları
4.  Mətndə göy rənglə verilmiş hansı cümlədə hərəkətin obyekti mübtəda rolundadır,
subyekt isə məlum deyil?
Yadda saxla!
 MƏLUM, MƏCHUL VƏ ŞƏXSSİZ NÖV FEİLLƏR
5.  Nümunəyə əsasən cədvəl qurun. Feilləri seçib müvafiq sütunlarda yazın.
Gözəl bir yerdə alaçıqlar quruldu. Qoyunlar kəsildi, şadyanalıq edildi. Bayandır xan
dedi:
Məlum növ feillərdə hərəkəti icra edən qrammatik cəhətdən məlum olur: Xaliq
bağçaya getdi. Qarabağı işğaldan azad edəcəyik.
Məlum növdən fərqli olaraq məchul növ feillərdə subyekt məlum olmur. Məchul növ
müxtəlif feillərə -ıl  və -ın  (-n) şəkilçiləri artırmaqla düzəlir.
Torpaq şumla-n-dı. Toxum səp-il-di.
Bu cümlələrdə obyekt mübtəda rolunda çıxış edir.
Bu şəkilçilərlə düzələn bəzi feillərin işləndiyi cümlələrin mübtədası olmur. Belə
feillərə şəxssiz növ feillər deyilir.
Bizdə qonağa hörmət edilir. Orkestrdə bu alətdən istifadə olunmur.
4
4


– Oğlu olanı ağ çadırda, qızı olanı qızıl çadırda, övladı olmayanı isə qara çadırda
oturdun.
Onun əmri ilə oğlu olan ağ çadıra, qızı olan qızıl çadıra, övladı olmayan isə qara çadıra
göndərildi.
Məlum növ
Məchul növ
 
 
6.  Verilmiş feilləri məlum və məchul növdə cümlələrdə işlədin.
tutmaq, öyrətmək, təmizləmək, açmaq
7.  Feilləri məchul və ya şəxssiz növdə işlətməklə mətni dəyişib dəftərinizə yazın.
Onlar Hüseyn Cavid haqqında maraqlı tədqiqat apardılar. İlk növbədə, ədibin bir
çox əsərlərini nəzərdən keçirdilər. Onun Şərq və Qərb mədəniyyətinə münasibətini
araşdırdılar. Təqdim olunan tədqiqatda Hüseyn Cavidin yaradıcılığına obyektiv
münasibət bildirdilər.
8.  Sütunlarda verilmiş sözləri uyğunlaşdırıb cümlələr qurun. Hansı cümlələrdə isim
mübtəda vəzifəsində çıxış edə bilmir?
9.  * Verilmiş feilləri cümlələrdə işlədin
və suallara cavab verin:
çağırılmaq, baxılmaq, əməl
olunmaq, döyülmək, 
qaçırılmaq, danışılmaq
– Hansı cümlələrdə hərəkətin obyekti mübtəda rolunda çıxış edir? 
– Hansı cümlələrdə hərəkətin obyekti mübtəda rolunda çıxış edə 
bilmir? 
– Hansı feillər cümlədə yalnız III şəxsin təkində işlənir? 
1) tapşırıq 
2) söz 
3) otaq 
4) məsələ 
5) çay 
6) sual 
A) cavab verildi 
B) yerinə yetirildi 
C) baxıldı 
Ç) süzüldü 
D) təmizləndi 
E) əməl olundu 


SƏHV DÜŞƏNDƏ YERİMİZ
Söz ehtiyatı
1.  Kontekstdən çıxış edərək “qiyamət”, “pərdə”, “oturar”, “ümman”, “xaric” sözlərinin
leksik mənalarını aydınlaşdırın. Hansı sözlər mətndə məcazi mənada işlənmişdir?
Düşün və cavab ver
2.  Şeirdən çıxış edərək Muğan çölü və Talış dağları haqqında nə deyə bilərsiniz?
3.  * “Gülünc, maraqsız oluruq biz, Səhv düşəndə yerimiz” qənaətinə gəlmək üçün
situasiya fikirləşib tapın.
Yazı
4.  “Həyatda öz yerini tapan insan xoşbəxtdir” mövzusunda esse yazın.
Dil qaydaları
5.  Şeirdə göy rənglə verilmiş cümlələrdə hərəkətin obyektini və subyektini təyin
edin.
Duman dağı dolanar,
 
Qiyamət olar. 
Duman yola sallanar,
 
Müsibət olar. 
Müsibət oluruq biz 
Səhv düşəndə yerimiz. 
Ümman gəmisi çayda 
Oturar, üzməz! 
Çay gəmisi dağ boyda 
Dalğaya dözməz! 
Dözümsüz oluruq biz 
Səhv düşəndə yerimiz. 
Muğan həsrət yağışa, 
Buludlar xəsis... 
Yağış tökür Talışa 
Hey-hey gərəksiz... 
Gərəksiz oluruq biz 
Səhv düşəndə yerimiz. 
Tarın pərdələrini 
Düzənə qurban! 
Yerdəyiş et birini, 
Xaric vurarsan. 
Xaric səslənirik biz 
Səhv düşəndə yerimiz. 
Qabil


Məchul növ
feillər:
Qayıdış növ
feillər:
Şəxssiz növ
feillər:
Yadda saxla!
 QAYIDIŞ NÖV
6.  Uyğun gələn şəkilçiləri yerinə qoymaqla feilləri qayıdış növdə işlədin.
Səhər aç...dı. Ağaclar yaşıl donunu gey...di. Çiçəklər yuxudan oyanıb bəzə...di.
Yarpaqlar səhər şehi ilə yu...du. Gecədən ətrafı bürüyən duman da bu gözəllikdən
qorxub çək...di.
7.  Cümlələrdə altından xətt çəkilmiş feillərin hansı növə aid olduğunu müəyyən edin.
A. Milli Məclisin qəbul etdiyi qanuna əsasən, Novruz rəsmi dövlət 
    bayramı kimi qeyd olunur. 
B. Burada səhvə yol verilib. 
C. Yazın gəlişi ilə əlaqədar ilin axır çərşənbə axşamı həyətlərdə tonqal 
    qalanır. 
Ç. Bu bitki növünə ölkəmizdə nadir hallarda təsadüf edilir. 
D. Meşələr və çəmənlər yaşıl rəngə boyandı. 
E. Oyunçuya sonuncu dəfə xəbərdarlıq edildi. 
Ə. Klassiklərimizin əsərləri bu gün də sevilə-sevilə oxunur. 
F. Bu döyüşdə o, çiynindən yaralandı. 
G. Uzaqdan kiçik bir kənd görünürdü. 
A  B  C  Ç  D  E  Ə  F  G 
A  B  C  Ç  D  E  Ə  F  G 
A  B  C  Ç  D  E  Ə  F  G
8.  * Müzakirə. “Su duruldu” cümləsində duruldu feili:
A) qayıdış növdədir. 
B) məlum növdədir.
9.  * “Daşınmaq” sözünü cümlələrdə məchul və qayıdış növdə işlədin.
Qayıdış növ də feillərə -ıl  və -ın  (-n) şəkilçiləri artırmaqla düzəlir. Lakin bu növ
feillərdə subyekt hərəkəti öz üzərində icra edir. Samir köynəyini gey-in-di. Onun
ürəyi döy-ün-ür. Duman çək-il-di. Fidan bəzə-n-di.
Göründüyü kimi, bu növ feillərdə hərəkətin subyekti həm də obyekt olur.
4
4


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə