Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   46

POLYANNA
Miss Polli Harrinqton çardaqdakı balaca otağı on bir yaşlı bacısı qızı üçün hazırlamağı
tapşıranda xidmətçi Nensi çox sevindi:
– Ah, miss Harrinqton, buraya balaca qız gələcək? Nə yaxşı!
– Yaxşı? – deyə miss Polli soyuq bir tərzdə təkrar etdi. – Mən belə deməzdim. Başa
düşmürəm, bacım axmaqlıq edib ərə gedibsə və onsuz da həddindən çox adam olan
dünyaya daha bir uşaq bəxş edibsə, bunun cəzasını mən niyə çəkməliyəm?! Əlbəttə,
onun üçün məndən asılı olan hər şeyi edəcəyəm. Bacım vəfat edəndən sonra bu
mənim borcumdur. Mən isə borcumu həmişə yerinə yetirirəm...
Çardaqdakı balaca otağı silib-süpürməkdə olan Nensi pıçıldayırdı: “Borcunu həmişə
yerinə yetirir... Beləmi yetirir?! Evdə o qədər boş otaq olduğu halda, zavallı uşağı gör
hara salır. Yayda burada istidən nəfəs almaq olmur, qışda isə soyuqdan adamın qanı
donur. Sözə bir bax: “onsuz da həddindən çox adam olan dünyaya daha bir uşaq bəxş
etmək...” Məncə, dünyada uşaq yox, belə daşqəlbli adamlar həddindən artıq çoxdur!”
***
Miss Polli bacısı qızını qarşılamağa getmədi. Bunu xidmətçisinə tapşırdı. Nensi
stansiyada diqqətlə adamlara göz gəzdirirdi. Birdən o, teleqramda təsvir edildiyi kimi,
sarışın saçlı, əynində qırmızı damalı çit don, başında həsir şlyapa olan qızla 
qarşılaşdı
Nensi həyəcanını boğaraq:
– Siz miss Polyannasınız? – demişdi ki, iki balaca qol boynuna sarıldı.
1. Miss Polli Harrinqton və xidmətçi Nensi haqqında ilk təəssüratlarınızı söyləyin.


– Oy! Mən necə də xoşbəxtəm! Sizi görməyimə çox şadam! Məni qarşılamağa
gəlməyinizə elə sevinirəm ki! Mən yolboyu sizi təsəvvürümdə canlandırmağa
çalışırdım, Polli xala!


Qızcığaz xidmətçinin miss Polli olduğunu zənn etmişdi. Yanıldığını biləndə o, əvvəlcə
bir qədər tutuldu, sonra isə halını pozmadan şən bir tərzdə dedi:
– Bilirsiniz, mən hətta sevinirəm ki, Polli xala məni qarşılamağa gəlməyib. Axı onda
mən artıq onun necə olduğunu bilərdim, indi isə mən hələ onu tanımıram. Üstəlik, indi
mənim sizin kimi dostum var.
Yolboyu Polyanna elə hey danışırdı:
– Polli xala mənim yeganə xalamdır. Mən heç onu görməmişəm. Atam mənə onun
haqqında danışıb. O deyirdi ki, Polli xala təpənin başında ucalan gözəl evdə yaşayır.
Onun evində hər otaqda xalça var. Divarlarda da gözəl şəkillər asılıb. Bizim evimizdə
nə xalça, nə də şəkil var idi. Mən həmişə arzu etmişəm ki, otağımda xalça və şəkillər
olsun...
Polyanna otağa daxil olanda miss Polli ayağa qalxıb bacısı qızı ilə 
görüşmədi
 Amma,
insafən, demək lazımdır ki, gözlərini kitabdan ayırdı və hətta hər barmağı “çox inkişaf
etmiş borc hissinin” mücəssəməsi kimi görünən əlini Polyannaya uzatdı:
– Salam, Polyanna. Mən...
Miss Polli bundan başqa bir söz deməyə macal tapmadı, çünki Polyanna bütün otaqdan
güllə kimi keçərək xalasının dizləri üstünə atıldı.
– Ah, Polli xala! Mən burada, sizinlə yaşayacağıma elə sevinirəm ki! Axı atamın
ölümündən sonra mənim heç kimim qalmayıb, indi isə siz və Nensi varsınız...
– Kifayətdir, Polyanna, – deyə miss Polli qızın sözünü kəsdi. – Özünü təmkinli apar.
Gedək, sənə otağını göstərim.
Yolboyu divarlardan asılmış şəkillərə, gözəl mebellərə, yumşaq xalılara heyranlıqla
baxan Polyanna öz otağını xəyalında canlandırmağa 
çalışırdı
. Lakin ikinci mərtəbədən
sonra mənzərə dəyişdi. Burada artıq maraqlı heç nə yox idi. Üstəlik, çardağın havası
da çox ağır idi.
Polli xala soyuq tərzdə dedi:
– Bu da sənin otağın. İndi Nensini göndərərəm, əşyalarını yerləşdirməyə kömək edər.
Xalası gedəndən sonra diqqətlə otağının çılpaq divarlarına, döşəməsinə baxan
Polyanna dizi üstə yerə çöküb əlləri ilə üzünü örtdü.
2.  Doğrudanmı, Polyanna xalasının onu qarşılamağa gəlmədiyinə şad idi? Bu
epizoddan çıxış edərək Polyannanın xarakteri haqqında fikir yürüdün.


***
Polyannanın otağına daxil olan Nensi qızcığazı kədərli görüb dedi:
– Ah, mənim zavallı quzum, qəm yemə. Gəl sənin paltarlarını yerbəyer edək.
Polyanna astadan:
– Mənim əşyalarım çox azdır, – dedi.
– Onda biz işimizi də tezliklə qurtararıq.
Qızın üzünü birdən təbəssüm bürüdü:
– Doğrudan da, yır-yığış etməyə çox vaxt sərf etməli olmayacağıq. Deməli, mən belə
az əşyam olduğu üçün sevinə bilərəm.
Bu sözləri eşidən Nensi yerində donub-qaldı. Polyanna isə artıq tamamilə
sakitləşmişdi.
– İndi mən görürəm, bu, çox gözəl otaqdır. Güzgünün olmaması məni hətta sevindirir.
Hər an üzümdəki çillərə baxıb qanımı qaraltmayacağam. Pəncərədən də gör necə
mənzərə açılır! Heç bir şəklə də ehtiyac yoxdur. Xalamın mənə bu otağı verməsinə çox
sevinirəm!
Bu sözlərdən sonra Nensi daha özünü saxlaya bilməyib hönkürdü. Polyannanı
qucaqlayıb başını sinəsinə sıxdı:
– Polyanna... Sən göylərdən enmiş bir mələksən... Sən hər şeyə sevinə bilirsən...
– Oyunun qaydası belədir.
– Oyunun?
– Hə də. Bu, belə oyundur, həmişə sevinmək oyunu. Bu oyunu mən balaca olanda
atam öyrətmişdi. Bir bayram axşamı şəhərimizdəki xeyriyyə cəmiyyəti ailələrə
hədiyyələr göndərmişdi. Çox istəyirdim ki, mənim payıma gəlincik düşsün. Amma bizə
dava-dərmanla dolu qutu göndərmişdilər. Mən ağlayanda atam mənə dedi ki, əslində,
sevinməliyəm. Hə, hə, sevinməliyəm ki, bu dava-dərman mənə lazım deyil. Və bundan
sonra mənə həmişə sevinmək oyununu öyrətdi. Oyunun qaydası belədir ki, ən kədərli
anlarda da sevinməli bir məqam tapasan. Atam... – Polyannanın səsi titrədi. – Atam
bu oyunu çox xoşlayırdı. İndi atam yoxdur,
3. Müəllifin miss Polliyə münasibətini əksetdirən məqamları göstərin.
4.  Nensi ilə Polyannanın bu dialoqundan sonra balaca qızın xarakteri haqqında
fikirlərinizə nə əlavə olundu?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə