Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

ONLAR KİMDİR
Dilimizə başqa dillərdən keçmiş bir çox ifadələrdə müxtəlif şəxs adlarına rast gəlirik:
Axillesin dabanı, Damokl qılıncı, Pirr qələbəsi, Sem dayı, Sizif əməyi və sairə. Bu
şəxslər kimlərdir? Həmin ifadələrin mənasını bilmək üçün bu sualı araşdırmaq lazım
gəlir. Yalnız bu halda onları nitqdə yerli-yerində işlətmək olar. Bu ifadələr nitqi daha
emosional, təsirli, obrazlı edir.
Təsəvvür edin ki, çox çətin və həllolunmaz bir işlə məşğulsunuz. Hətta bu işin
öhdəsindən gəlsəniz belə, onun nə özünüz, nə də ətrafdakılar üçün heç bir faydası
olmayacaq. Nəhayət, bir adam yaxınlaşıb sizə deyir:
– Burax bu işin başını. Bu ki lap Sizif əməyidir.
Əlbəttə, siz həmin adamın nə demək istədiyini təxmin edə bilərsiniz. Lakin “Sizif
əməyi” ifadəsinin mənşəyini 
bilsəniz
, onun sözlərini daha dəqiq başa düşər və düzgün
nəticə çıxararsınız.
Bu ifadə yunan mifologiyası ilə bağlıdır. Öz hiyləgərliyi ilə məşhur olan Sizif baş ilah
Zevsin qəzəbinə düçar olur. Zevs onu cəzalandırmaq qərarına gəlir. Sizif onun əmri ilə
ağır bir daşı diyirlədə-diyirlədə yüksək bir dağın başına qaldırmalı olur. Lakin dağın
başına çatan kimi daş aşağı diyirlənir və bu iş əbədi təkrarlanır.
Beləliklə, biri ağır və mənasız bir işlə məşğul olanda bunu “Sizif əməyi” adlandırırlar.
***
Dünya tarixinin yaddaşında ən böyük sərkərdə kimi qalmış Makedoniyalı İsgəndərin
adı ilə bir çox məsəllər, deyimlər, ifadələr bağlıdır. Onlardan biri də “İsgəndərin
buynuzu var” məsəlidir. Şərqdə geniş yayılmış bir rəvayətə görə, İsgəndərin buynuzu
varmış, buna görə də o, daim ucu şiş dəbilqədə gəzirmiş. Onun buynuzundan yalnız
saray bərbərinin xəbəri varmış. Sirr bərbərin içini yeyir, amma o, hökmdarın
qorxusundan bunu heç kimə aça bilmirmiş. Nəhayət, bərbər dözmür, bir su quyusunun
başına gəlib quyuya tərəf əyilərək: “İsgəndərin buynuzu var”, – deyə pıçıldayır. Bir
müddət keçir, quyuda qamış bitir. Bir çoban qamışdan tütək düzəldir. Çoban hər dəfə
bu tütəkdə çalanda ətrafa “İsgəndərin buynuzu var” sədası yayılır. Bu səbəbdən birinin
cidd-cəhdlə gizlətdiyi sirrə eyhamla həmin ifadəni işlədirlər.
İsgəndər şəxsiyyəti ilə bağlı elə ifadələr də var ki, orada bu hökmdarın adı çəkilmir;
məsələn, “Qordi düyünü” kimi.
Deyilənə görə, Kiçik Asiya şəhərlərindən birinin hökmdarı yerinə varis qoymadan vəfat
edir. Orakul deyir ki, şəhərə arabada daxil olan ilk şəxs hökmdar olacaq.


Elə bu vaxt Qordi adlı bir kəndli öz arabasında şəhər darvazalarından içəri girir və
camaat onu hökmdar taxtına otuzdurur. Taleyinə təşəkkür əlaməti olaraq Qordi
arabasını möhkəm düyünlə Zevsin məbədindəki hündür bir sütuna bağlayır. Kəndirin
uclarını düyünün için də elə gizlədir ki, heç kim bu düyünü aça bilmir. Orakul bildirir ki,
kim bu düyünü açsa, bütün Asiyanın hakimi olacaq.
Əsrlər keçir. Bir gün Makedoniyalı İsgəndər artıq Qordium adlanan həmin şəhərə gəlir
və Zevsin məbədini ziyarət edir. Sütuna bağlanmış arabanı görən sərkərdə yerli
adamlardan: “Bu nədir?” – deyə soruşur. Yerlilər Qordi düyününün tarixçəsini və
orakulun yozmasını ona danışırlar. Bunu eşidən İsgəndər qılıncını çıxarıb bir zərbə ilə
düyünü kəsib deyir:
– Orakul haqlı idi.
Bundan sonra böyük sərkərdə yürüşlərinə davam edərək, doğrudan da, bütün Asiyanın
hakimi olur.
1.  Rəvayətdən çıxış edərək “Qordi düyünü” və “Qordi düyününü açmaq”
ifadələrinin mənalarını izah edin. Bu tarixçədə İsgəndərin xarakterinin hansı
cəhəti açılır?


Başqa bir ifadə – “Pirr qələbəsi” isə İsgəndərin ölümündən sonra yaranmışdır. Böyük
fateh vəfat etdikdən sonra onun qüdrətli imperiyası parçalanmağa başlayır. Bundan
istifadə edən Roma dövləti bu imperiyanın ərazilərini ələ keçirməyə çalışır. Bəzi
şəhərlər romalılara boyun əyir, bəziləri isə müdafiə olunmağa çalışır. Mübarizəyə
qalxan şəhərlər arasında ən böyüyü Tarent idi. Tarent hökmdarı Roma ilə döyüşmək
üçün qonşu hökmdardan – Pirrdən kömək istəyir. Səriştəli və təcrübəli sərkərdə olan
Pirr heç düşünmədən buna razılıq verir.


Dəfələrlə romalılara qalib gəldiyi üçün bu ona su içmək kimi asan görünür.
Lakin hər şey heç də onun gözlədiyi kimi olmur. İkinci və həlledici qələbədən sonra Pirr
elə itkilər verir ki, sonradan bir daha gücünü bərpa edə bilmir. Bunu başa düşən Pirr
həmin döyüşdən sonra: “Bu qələbə mənim məğlubiyyətimdir”, – deyir.
Qələbə böyük itkilər hesabına əldə olunarkən bir çox dillərdə “Bu, Pirr qələbəsidir”
ifadəsini işlədirlər.
Hər bir dildə şəxs adlarının iştirakı ilə yaranmış çoxlu sayda ifadələr var. Hər hansı
şəxs öz nitqində belə ifadələr 
işlədirsə
, bu onun yüksək intellekt sahibi olduğundan
xəbər verir. Çünki insanın söz ehtiyatı nə qədər 
zəngindirsə
, o, söz və ifadələrin tarixi
etimologiyasını nə qədər yaxşı 
bilirsə
, deməli, həmin şəxsin dünyagörüşü və bilik
dairəsi də bir o qədər genişdir.
Rafiq İsmayılov
Söz ehtiyatı
2.  «İçini yeyir» ifadəsinin mənasını kontekstə uyğun izah edin.
Düşün və cavab ver
3.  Mətndəki məlumatlardan istifadə edərək cədvəli doldurun.
İfadə
İfadənin yaranma tarixi
İfadənin mənası
 
 
 
4.  Doğru, yoxsa yanlış?
1.  Sizif sonu olmayan, mənasız bir iş görməyə məhkum olunmuşdu.
2.  Qordi əslən kim olduğunu unutmamaq üçün arabanı sütuna bağlamışdı.
3.  Qordi Makedoniyalı İsgəndərin müasiri olub.
4.  İsgəndər Qordi düyününü açmağa müvəffəq oldu.
5.  Pirr İsgəndərin ölümündən sonra onun imperiyasını qorumağa çalışan hökmdar
idi.
5.  “Damokl qılıncı” ifadəsinin etimologiyasını araşdırın və bu mövzuda məruzə
hazırlayın.
Dil qaydaları
6.  Mətndə göy rənglə verilmiş sözlərdən hansı feilin şərt şəklindədir? Bəs bu
sözlərdən hansı feil deyil?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə