Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

labirintlər, ventilyasiya sistemləri, su kanalları olan mürəkkəb sistemli yuvalar tikmək
heyrətamizdir. Ən təəccüblüsü isə bu möhtəşəm yuvaları inşa edən termitlərin
tamamilə kor olmasıdır. Onlar nə qurduqları tunelləri, nə də 
ucaltdıqları
 otaqları görə
bilirlər.
Əlbəttə, təbiət möcüzələr mücrüsüdür. Canlıların ən kamili olan insana bəxş olunan
ağıl belə bəzən kiçik həşəratlara verilən instinkti izah edə bilmir.
Sahibə Tərtərli
Söz ehtiyatı
3.  “Ventilyasiya”, “koloniya”, “hücrə”, “instinkt” sözlərinin mənalarını kontekstə görə
izah etməyə çalışın.
Yazı
4.  Aşağıdakı şəkli şərh etməklə termit yuvası haqqında inşa yazın.
Dil qaydaları
5.  Mətndə qırmızı rənglə verilmiş sözdə hansı qrammatik səhvə yol verilmişdir?
6.  Mətndə göy rənglə verilmiş sözlərin sualını müəyyən edin. Onların aid olduğu nitq
hissəsini tapın. Bu sözləri hansı nitq hissəsi hesab edirsiniz? Fikrinizi
əsaslandırmaq üçün arqumentlər gətirin.


Yadda saxla!
 FEİLİ SİFƏT
7.  Altından xətt çəkilmiş sözləri kök və şəkilçiyə ayırın. Feili sifət şəkilçisini müəyyən
edərək həmin şəkilçilərlə yeni sözlər yaradın. Tapşırığın sonunda verilmiş nəticəni
tamamlayın.
1.  El keçən körpüdən sən də keç.
2.  Bəxt kəsilməmiş qarpız kimidir.
3.  Almadığın heyvanın noxtasından yapışma.
4.  Su axdığı yerdən bir də axar.
5.  Deyiləsi sözümüz çoxdur.
6.  Tikiləcək binaların layihəsi hazırdır.
7.  Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər.
Nəticə: ... şəkilçiləri feili sifət yaradır.
8.  Fərqləndirilmiş sözlərə sual verib feili sifət, təsriflənən feil, yoxsa isim olduğunu
müəyyən edin.
A) feili sifət           B) təsriflənən feil           C) isim
1.  Tədbirdə bayrağın yanında dayanacaq əsgərlər müəyyənləşdirildi.
2.  Növbəti dayanacaq elan olundu.
3.  Qatar iki stansiyadan sonra dayanacaq.
4.  Dəvət olunası qonaqlarımızın sayı dəqiqləşdi.
5.  Dünən məktəbə qonaqlar dəvət olunası imiş.
6.  Soyuqdan donmuş ovçu özünü güclə komaya çatdırdı.
7.  Ana qucağında körpəsi ağaca söykənib donmuşdu.
8.  Bu meyvə yaman yeməlidir.
9.  Orxan xörəyini tez yeməlidir.
Nümunə: 1 – A
Feili sifət həm feilin, həm də sifətin xüsusiyyətlərinə malikdir: həm hərəkət, həm
də əlamət və ya keyfiyyət bildirir: uçan (hansı?) quş, soyumuş (necə?) çay.
Şəkilçidən asılı olaraq feili sifət müxtəlif zaman anlayışı bildirir:
keçmiş zaman: səpilmiş (toxum), oxumuş (adam), baxdığım (film);
indiki zaman: açılan (səhər), dinləyən (şagird);
gələcək zaman: görüləcək (işlər), baxılası (tamaşa), yazılmalı (əsər).


9.  Feili sifətləri tapın, onları ifadə etdiyi zaman məzmununa görə aşağıdakı qaydada
qruplaşdırın.
1.  Vaxtsız banlayan xoruzun başını kəsərlər.
2.  Gördüyü hər şeydən göz kirəsi istəyir.
3.  Ağacların altında çoxlu saralmış yarpaq var idi.
4.  Daha Səmədin deyiləsi sözü qalmamışdı.
5.  Qaldıracağımız məsələ hamının ürəyindən olacaq.
6.  Hələ görülməli işlərimiz çoxdur.
Keçmiş zaman:
İndiki zaman:
Gələcək zaman:
Yadda saxla!
 FEİLİ SİFƏT VƏ FEİLDƏN DÜZƏLƏN SİFƏT
10.  İnkarda işlətməklə feili sifəti feildən düzələn sifətlərdən fərqləndirin.
deyinən (qarı), qorxmuş (adam), qorxaq (adam), yazılan (məktub), küsəyən (qız),
azğın (düşmən), sevdiyim (insan), deyingən (qarı), qorxunc (görkəm)
11.  Dördündən biri morfoloji cəhətdən fərqlidir:
1.  A) yorğun        B) kəsici         C) yorduğu        D) yandırıcı
2.  A) gəmirici      B) kəsilən       C) əzgin             D) dalaşqan
3.  A) tikilmiş        B) açılan          C) deyiləsi        D) güləyən
12.  Cümlələrdə necə? nə cür? hansı? suallarına cavab verən sözləri seçib sifət və ya
feili sifət olduğunu müəyyən edin.
1.  Yollar sürüşkən olduğundan gediş-gəliş azalmışdı.
2.  Kərəm bayırda gəzişən kişini otağa çağırdı.
3.  Qaçaqlar yerə döşənmiş keçələrin üstündə əyləşmişdilər.
4.  Onun yorucu söhbətləri hamını bezdirmişdi.
5.  Ətrafın sakitliyini adamı vahiməyə salan bayquşların səsi pozurdu.
Feili sifətlə feildən düzələn sifəti fərqləndirmək lazımdır: ağlağan uşaq (feildən
düzələn sifət); ağlayan uşaq (feili sifət).
Bu sözləri fərqləndirməyin ən sadə yolu onları inkarda işlətməkdir. Əgər bu,
mümkündürsə, deməli, həmin söz feili sifətdir: ağlamayan uşaq.


FƏRYAD
Quşların səsini istədi ürək, 
Cüyür mələşməsi düşdü könlümə. 
Bir ana, bir bacı məhəbbətitək 
Bir meşə həsrəti köçdü könlümə.


Çəkdi o yerlərə çəmən, çay məni, 
Çəkdi etibarlı, boz sərçələr də. 
Elə harayladı torağay məni, 
Səsi qulağıma çatdı şəhərdə.
Bir qatar tərpəndi qəmimə düşmən, 
Yuxunu ömrümdən yedi həsrətim. 
Meşənin dilindən, quşun dilindən 
Qorxulu nağıllar dedi həsrətim.
Heyrətmi nitqimi bağladı belə? 
Bəs niyə ağaclar kölgə salmayıb? 
Ay aman! Cüyürü demirəm hələ, 
Meşənin özündən əsər qalmayıb!
MAŞUK* MEŞƏSİ
Ağaclar 
dırmaşıb
 dəcəl uşaqtək 
Dağın zirvəsinə yamacla, yolla. 
Tamaşa etməyə bir cüt göz gərək – 
Meşə bəhsə girib göylə, maşallah!
Burdakı quşlara heç kim deməz “kiş!” 
Bu gün yaman qar var, yaman boran var. 
Evdə balasını yedizdirməmiş 
Meşədə quşlara dən aparan var.
A yorğun əsəbim, dincini bir al! 
Pərtliyim, bığımı yenə çeynəmə. 
Dizimi yalayır körpə bir maral, 
Bir cüt sarıköynək qonub çiynimə.
*Maşuk – Şimali Qafqazda Maşuk dağı ətəklərində meşə
Ənvər Rza


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə