Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

Qurbağalarla elə də çətin olmurdu, kərtənkələlərə də tez-tez rast gəlirdim, amma
koramallar... Təhlükəli işdir.
İndi, demək olar ki, bütün vaqon söhbətə qulaq asırdı. Hər yerdən gülümsər üzlər
boylanırdı, xəfif gülüş və astadan 
deyilən
 sözlər eşidilirdi: “Gülməli oğlandır! Balacadır,
amma necə düşüncəlidir!”
– Hələ bunlar bir yana, – Borya sözünə davam etdi. – Ən təhlükəlisi gürzəni tutmaqdır.
Mən onu dörd saat güdmüşəm. O, daşın altına girdi, mən isə onu gözlədim. Sonra o
çıxdı, mən də onu tutdum...
– Deməli, gürzə də aparırsan? – eynəkli sərnişin onun sözünü kəsdi.


– Hə, o, bankadadır, ayrıca.
Sərnişinlərin üzləri ciddiləşdi. Təkcə eynəkli sərnişinin yanında oturan cavan leytenant
hələ də gülümsəyərək:
– Bəlkə, bu heç gürzə deyil? O da koramaldır.
Borya incidi:
– Deyirsiniz, mən koramalı gürzədən seçə bilmirəm?
O, çantanı skamyanın altından çıxartdı. Eynəkli sərnişin dedi:
– Qırx il ömür sürmüşəm, amma gürzəni koramaldan ayıra bilmərəm.
– Amma məktəbinizdə terrarium olsaydı, ayıra bilərdiniz, – deyə qoca ona cavab verdi.
– Koramalın başında balaca sarı ləkələr olur, – deyə Borya bankanı çantadan çıxara-
çıxara dedi. – Gürzədə isə belə ləkələr... – o, birdən susdu, sifəti çox ciddi ifadə aldı,
əyilib skamyanın altına baxdı, sonra diqqətlə ətrafına göz gəzdirdi.
– Nə olub, yoxdur? – deyə kimsə soruşdu.
– Burada idi... Əsgi açılıb. Mən onu çox bərk bağlamışdım, o isə... görürsünüz? – Borya
boş bankanı sərnişinlərə göstərdi.
– Belə də iş olar?! – deyə eynəkli sərnişin mızıldandı. – Belə çıxır ki, o, indi haradasa
buralarda sürünür.
Vaqonda səslər eşidildi.
– Maşa xala! Orada ehtiyatlı olun. Skamyaların altında gürzə sürünür.
– Necə yəni gürzə?..
Səs-küyə qaçıb gəlmiş bələdçi qız Boryanın üstünə qışqırdı:
– İndi gir skamyanın altına, ilanını tut! Nə baxırsan?! Mən sənin yerinə ora girəcəyəm?
Gir, sənə deyirəm!
Borya skamyanın altına 
girəndə
 bələdçi qız onun çəkməsindən yapışıb əvvəlkindən də
bərk qışqırdı:
– Sən nə edirsən? Dəli olubsan?.. Çıx! Çıx, deyirəm sənə!
– Bəsdir, dostum, dəlilik eləmə,– deyə leytenant başabəla ovçunu skamyanın altından
çıxartdı.
2.  Borya olan kupeni və oradakı sərnişinləri təsəvvür edin. Mətnə çəkilmiş
illüstrasiyada rəssamın səhvlərini müəyyənləşdirin.
3.  Vaqonda yaranmış təlaşlı hay-küyü təsvir etmək üçün dialoqu davam etdirin.


Bələdçi qız qatarın böyüyünə xəbər verməyə getdi. Leytenant, iki tələbə və daha bir
neçə nəfər gürzəni axtarır, qalanları zəhərli ilanlar haqqında söhbət edirdilər.
Qəflətən sərnişinlərdən biri qışqırdı:
– Tapdım! Buradadır!


Elə bil vaqonun özü də rahatlıqla nəfəs aldı və təkərlər daha şən taqqıldamağa
başladı.
Söz ehtiyatı
4.  Altından xətt çəkilmiş cümlədə məcazi mənalı söz və ifadələri müəyyən edin.
Düşün və cavab ver
5.  Boryaya və onun “yük”ünə münasibətlərinə görə sərnişinləri xarakterizə edin.
6.  Müzakirə. Sizcə, gürzəni tapdıqdan sonra sərnişinlər nə etməlidirlər?
7.  Rollu oyun. Hekayənin davamını ucadan oxuyun. Səs tonu, temp və fasiləni
gözləməklə obrazların nitqini onların xarakterinə uyğun səsləndirin.
***
Nəhayət, qatarın böyüyü və əlində maşa tutmuş bələdçi qız gəlib çıxdılar. Deyəsən,
onların fikri gürzəni öldürmək idi. Vaqona sükut çökdü. Hamı məsələnin nə ilə
qurtaracağını gözləyirdi.
Leytenant gözü yaşarmış Boryaya baxıb ucadan dilləndi:
– Deyəsən, axı, doğrudan da, yaxşı çıxmır. 
Öldürmək
, mənim fikrimcə, düzgün deyil.
Yoldaşlar, bəlkə, öldürməyək, hə?
– Bəs, sizcə, nə etmək lazımdır?– deyə eynəkli sərnişin soruşdu. Leytenant dedi:
– Əfv edək gürzəni. Oğlan onu əyləncə üçün aparmır axı. Bir ona baxın, görün nə
qədər işləyib, zəhmət çəkib!
Çaşıb-qalan sərnişinlər susurdular. Qatarın böyüyü leytenanta baxdı:
– Vətəndaş, sərnişinlərə bir şey olsa, bizi məsuliyyətə cəlb edə bilərlər! – Gürzəni
öldürsəniz, başqa şeyə görə cəlb edərlər. 
– Nəyə görə? 
– Necə yəni nəyə görə? Məktəb ləvazimatını korladığınıza görə! 
Hamı güldü, sonra mübahisə etməyə başladılar: 
– Məktəbdə onsuz da gürzəni saxlamazlar. 
– Saxlayarlar, amma biologiya müəlliminin nəzarəti altında. 
– Elədir, ancaq gürzəni Boryaya vermək təhlükəlidir. 
– Birdən o, yenə gürzəni tramvayda, ya metroda əldən buraxar! 
– Buraxmaram! And içirəm, buraxmaram! – Borya ümid yeri olduğunu görüb
həyəcanla qışqırdı.


– Bəs birdən ilan onu çalsa, necə?!
– Çalmaz! Mən ehtiyatlı olaram.
Borya bu sözləri elə ürəklə dedi və sərnişinlərə elə baxdı ki, yaşlı bir qadının ürəyi
yumşaldı:
– Bir də buraxmaz, əmisi, indi bilir daha... Həm də başa düşmək lazımdır axı: başqa
uşaqlar tətil vaxtı oynayırlar, əylənirlər, o isə bütün yayı bu heyvanlarla əlləşib.
– Düzdür, başqasının əməyinə hörmətlə yanaşmaq lazımdır, – deyə panamalı qoca da
razılaşdı.
Eynəkli sərnişin başını qaldırdı:
– Siz burada filosofluq edirsiniz... Bəs uşağı ilanla birgə evinəcən kim ötürəcək?
Leytenant:
- Mən ötürərəm, – dedi.
Qatarın böyüyü qaşqabaqla sərnişinləri süzdü və bələdçi qıza tərəf döndü:
- Yaxşı, xəkəndazı gətir. Onu ilanın altına salıb maşa ilə sıxarıq!
On dəqiqə sonra gürzə yenə bankada, ağzı bu dəfə çox etibarlı bağlanmış banka isə
leytenantın dizləri üstündə idi. Sevincindən işıq saçan Borya leytenantın yanında
sakitcə oturmuşdu.
Düz Moskvayacan sərnişinlər öz məktəb illərindən xatirələr danışdılar. Vaqonda hamı
çox şən idi.
Yuri Sotnik
Düşün və cavab ver
8.  Əsərdəki obrazlardan hansı daha çox xoşunuza gəldi? Seçiminizi əsaslandırın.
9.  Sizcə, nə üçün bütün sərnişinlər son nəticədə Boryanı dəstəklədilər?
10.  Hekayənin hansı hissələri sizdə təbəssüm doğurdu?
11.  Məktəblərdə canlı guşənin olmasına necə münasibət bəsləyirsiniz? Burada hansı
heyvan və quşların saxlanmasını istərdiniz? Sizcə, bu, şagirdlərə nə verər?
Dil qaydaları
12.  Mətndə göy rənglə verilmiş feillər cümlə daxilində hansı suallara cavab verir? Bu
feilləri şəxsə və kəmiyyətə görə dəyişmək mümkündürmü?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə