Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

– Axı əmim 75 sentə möhtac deyil, o, varlıdır.


– Sən dediyimi elə. Nə cavab versə, mənə deyərsən.
Lük evə on addım qalmış dayandı, əmisinin evdən çıxmasını gözlədi. Deni görəndə
əmisinin rəngi ağardı.
– Lük, axı onun boğazına ip bağlanmışdı?
– Mən onu sudan xilas etdim. Mənə qulaq asın, Henri əmi, – o, mümkün qədər sərt
danışmağa çalışdı. – Mənim sizə bir işgüzar təklifim var.
– Nə təklifdir elə?! – Henri əmi əsəbi halda soruşdu.
– Bilirəm ki, Den məndən başqa heç kimi maraqlandırmır. Buna görə onun yeməyi
üçün hər həftə 75 sent təklif edirəm.
– Lük, sən bu pulu haradan alacaqsan?
– Mən axşamlar Kempin inəklərini haylayıb gətirəcəyəm.
Əmi hirslə:
– Bu barədə söhbət belə ola bilməz, – dedi.
Amma hiss olunurdu ki, o özü də sarsılıb. Uşağa güzəştə getmək istəyir, amma
ürəyiyumşaqlıq 
göstərməkdən
 utanır. Axır ki, gülümsündü:
– Ay kələkbaz, deyəsən, mən sənin təklifinlə razılaşacağam.
– Ah, nə yaxşı! Sağ ol, Henri əmi!
– Mən bu təklifi ona görə qəbul edirəm ki, bu əhvalat sənə bəzi şeylər öyrədəcək. Sən
biləcəksən ki, bəzən adamlar öz mənəvi ehtiyaclarını ağır zəhmət bahasına
qazandıqları pulla ödəməli olurlar.
Lük pilləkənin üstündə oturdu. Den də onun yanında şöngüdü. O, itin boynunu
qucaqlayıb and içdi ki, ona həmişə qayğı göstərəcək. Gələcəkdə çalışacaq ki, pul
qazanıb ona əziz olanların hamısını bu işgüzar adamlardan qoruya bilsin.
Morli Kallagen
Düşün və cavab ver
5.  Sizcə, hekayənin əsas ideyası nədən ibarətdir?
6.  Henri əminin xarakterindəki mənfi və müsbət cəhətləri araşdırın və bu obraza
münasibət bildirin.
7.  Mətnin sonunda Lükün andının mahiyyətini izah etməyə çalışın.
8.  Müzakirə. 
Tezis. İşgüzar adam hər bir işdə mənfəət güdməlidir. 
Antitezis. İşgüzarlığın əsas şərti heç də yalnız maddi qazancda deyil.
Dil qaydaları
9.  Mətndə göy rənglə verilmiş sözlərin ismə və feilə aid olan xüsusiyyətlərini
sadalayın.


Yadda saxla!
 MƏSDƏR
10.  Cümlələrdəki məsdərləri seçib feilə və ismə oxşar xüsusiyyətlərini təyin edin.
Nümunə: 
Bu vətən uşaqlarımız və nəvələrimiz üçün cənnət edilməyə layiqdir.
(Atatürk)
Feilə oxşar xüsusiyyətləri: 1. Təsdiq feildir. 2. Məchul növdədir. 
İsmə oxşar xüsusiyyətləri: 1. Nəyə? sualına cavab verir. 2. Yönlük haldadır.
1.  Qorxaq adam həmişə başqalarında qorxu hissi oyatmağa çalışır.
2.  Köhnə paltar geymək təzəsini dilənməkdən yaxşıdır. (S.Şirazi)
3.  Öz yerini bilsən, heç kim səni qaldırmağa cəsarət etməz.
4.  Öz mənfəətin üçün başqalarına ziyan verməkdən çəkin. (Zərdüşt)
5.  Yalanla dünyanı gəzmək olar, qayıtmaq olmaz.
11.  Hansı cümlədə altından xətt çəkilmiş sözdə -ma  şəkilçisini -maq  şəkilçisi ilə əvəz
etmək olmur? Səbəbini izah edin.
1.  Dərsin başlanmasına çox az qalırdı.
2.  İnsanın dahi olması üçün yüz il də bəs etmir, amma rüsvay olması üçün bir
gün də bəs edir.
3.  Anamın çığırtmasının dadı damağımdan getmirdi.
4.  Mənə elə gəlirdi ki, bu barədə danışmamasının səbəbi onun laqeydliyidir.
12.  Uyğun məsdərləri ismin müəyyən halında işlətməklə cümlələri tamamlayın.
soruşmamaq, işləmək, tutmaq, sevmək, qayğı göstərmək, bilməmək
1.  ... eyib deyil, ... eyibdir.
2.  ... əlləri qabar olmuşdu.
3.  Bir əldə iki qarpız ... olmaz.
4.  Böyüklərə ... öyrənməlisən.
5.  Təbiəti ... öyrən, həyat oradan başlanır.
Həm feilin, həm də ismin bəzi xüsusiyyətlərinə malik olan məsdər -maq  şəkilçisi
ilə düzəlir. Ayrılıqda nə etmək?, cümlə daxilində isə nə? sualına cavab verir:
Çalışmaq (nə etmək?) 
Çalışmaq (nə?) həyatın özü, tənbəllik isə zərərli vərdişdir.
2
2
2


TƏBİƏT 
“MÜHƏNDİS”LƏRİ
Yəqin ki, 4500 il əvvəl Qədim Misirdə 
tikilmiş
 Xeops piramidası haqqında eşitmisiniz.
Dünyanın yeddi möcüzəsindən ən möhtəşəmi olan bu tikilinin hündürlüyü 139 metrdir.
Şəkildə gördüyünüz yuvanın hündürlüyü isə 7 metrdir. Bununla belə, onu da möcüzə
hesab etmək olar, çünki yuvanın “inşaatçı”ları boyları cəmi 1-2 sm olan həşəratlardır.
Hər iki tikilini bir-biri ilə müqayisə etsək, görərik ki, bu yuva daha əsrarəngiz bir
möcüzədir. Əgər bu kiçik canlıların boyu insanların boyu qədər olsa idi, onların
tikdikləri yuvaların hündürlüyü Xeops piramidasının hündürlüyündən dəfələrlə çox
olardı.
 
Termit adlanan bu kiçik həşəratların tikdiyi qüllələr çox mürəkkəb quruluşa
malikdirlər.
. Burada bala termitlər üçün xüsusi otaqlar, termitlərin əsas qidası olan
göbələklərin yetişdirildiyi istixanalar, ana termitin otağı və s. olur. Ən maraqlısı isə
yuvalarda xüsusi ventilyasiya sisteminin olmasıdır. Bu sistem vasitəsilə onlar yuvanın
içindəki hərarəti və rütubəti eyni dərəcədə saxlayır, bunun üçün yuvanın içində xüsusi
kanallar düzəldirlər.
Termitlərin maraqlı xüsusiyyətlərindən biri də yuvalarını çox yaxşı qorumalarıdır.
Yuvanın divarlarında bir dəlik açılsa, həmin an həyəcan siqnalı verilir. Keşikçi termitlər
başlarını divara vuraraq təhlükə yarandığını xəbər verir, vəziyyəti koloniyanın bütün
1.  Hesablamalar yolu ilə müəllifin gəldiyi qənaəti əsaslandırın.


üzvlərinə bildirir. Ata və ana termitin olduğu otağın girişi cəld divarla örtülür. 
Uçulan
hissə həmin an işçi termitlər tərəfindən əhatə olunur və qısa müddətdə bərpa edilir.
Termitlər çox planlı şəkildə hərəkət edir və hər kəs üzərinə düşən işi yerinə yetirir.
Termit yuvasında hər biri təxminən 2,5 sm enində saysız-hesabsız hücrələr olur. Bu
hücrələr bir-biri ilə ancaq termitlərin keçəcəyi böyüklükdə dar dəliklərlə birləşir. Bu
gözəl “bina”ları tikərkən termitlərin istifadə etdiyi material isə, sadəcə, torpaq və öz
selikləridir. Bu cür bəsit materialla içində
2.  Sizcə, termitlər nə üçün, ilk növbədə, ata və ana termitin olduğu otağın girişini
bağlayırlar?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə