Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

Düşün və cavab ver
5.  Dəftərinizdə nümunəyə uyğun cədvəl düzəldin və enerji mənbələrinin adlarını
sütunlar üzrə qruplaşdırın.
Bərpa olunan enerji mənbələri
Bərpa olunmayan enerji mənbələri
 
 
6.  Verilmiş ifadələri müvafiq nöqtələrin yerinə qoymaqla cümləni tamamlayın.
külək elektrostansiyalarından, 
biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından, 
günəş batareyalarından, hidroenergetik qurğulardan
Enerji almaq məqsədi ilə çaylarla zəngin ölkələrdə ... , düzən ərazilərdə ... , cənub
regionlarında ... , zəngin meşə ehtiyatlarına malik ölkələrdə ... geniş istifadə
edilir.
7.  Diaqramı şərh edin və buradakı məlumatlardan çıxış edərək Azərbaycanda enerji
mənbələrindən istifadə haqqında fikirlərinizi söyləyin.
Dil qaydaları
8.  Mətndə göy rənglə verilmiş hansı söz feili sifət deyil?
9.  * Mətndə altından xətt çəkilmiş hansı söz məsdər deyil?


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.  Bu bölmədə hansı mətn xoşunuza gəldi? Nə üçün?
2.  Verilmiş frazeoloji birləşmələri cümlədə işlədin.
əldən vermək, könlümə düşmək, bığ çeynəmək, xeyir gətirmək
3.  Təsriflənməyən feilləri seçib göstərin.
güləndə, baxır, danışdı, güləcək, de, qayıtmaq, 
tutarkən, qayıtmalı (yol), yazılası (məktub)
4.  Dördündən biri qrammatik cəhətdən fərqlidir:
1.  A) qaçmadan B) qaçanda C) qaçarkən D) qaçan
2.  A) çatar-çatmaz B) deyib-gülmək C) sata bilmək D) başa salmaq
3.  A) almaq B) aldığım C) alıcı D) aldıqda
4.  A) gedər-gəlməz B) gələr-gəlməz C) girər-girməz D) bilər-bilməz
5.  Aşağıdakı cümlələrdən hansında altından xətt çəkilmiş söz feili bağlamadır?
Cavabınızı əsaslandırın.
1.  Dəvənin qanadı olsa, uçmamış dam qoymaz.
2.  At almamış noxta davası edir.
6.  Çalışmanı dəftərinizə köçürün. Altından xətt çəkilmiş sözlərin təsriflənən feil (F),
isim (İ), sifət (S), yoxsa feili sifət (FS) olduğunu müvafiq xanada qeyd edin.
 
F
İ
S
FS
çalışqan şagird
emalatxanada çalışan uşaqlar
deyingən qarı
bütün günü deyinən kişi
salınacaq körpünün layihəsi
qatar kənddə dayanacaq
növbəti dayanacaq
təzə əlüzyuyan
əl-üzünü yuyan uşaq
gələcək nəslin problemi
keçilmişlərin təkrarı
bu dərs artıq keçilmişdir


7.  S.Vurğunun “Ellər dünyası” şeirindən aşağıdakı bəndləri oxuyun və suallara cavab
verin.
Al-yaşıl geyinmiş uca dağların 
Qartallı qoynundan uzaqlaşmışam. 
Könül bulandıran, xəyal küsdürən 
Tozlu bir diyarla qucaqlaşmışam.
Burada hər tərəf yerdən göyədək, 
Doğrudan, yandırır, yaxır insanı. 
Acı bir hiss ilə gülümsəyərək 
Deyirəm, gəzdiyim o yerlər hanı.
* I bənddəki uzaqlaşmışam və qucaqlaşmışam feillərinin qrammatik xüsusiyyətləri
arasındakı fərqləri göstərin.
* I bənddə işlənmiş sifətlər və feili sifətlər haqqında deyilənlərdən hansı səhvdir?
1.  Dörd sifət, üç feili sifət var.
2.  Sifətlərdən biri zərf məqamında işlənmişdir.
3.  Feili sifətlərdən biri qayıdış, ikisi icbar növdədir.
8.  Verilmiş cümlələrdə fərqləndirilmiş feillərin məna növünü müəyyənləşdirib cədvələ
yazın.
Məlum
Məchul
Qayıdış
Qarşılıq-birgəlik
İcbar
 
 
 
 
 
1.  Ovçu əlində tüfəng boz bir qayaya daldalanıb pusquda durmuşdu. 
(Y.Səmədoğlu)
2.  Qıyılmış gözlərini göyə dikərək hikkəsindən dodaqlarını gəmirirdi.
(Y.Səmədoğlu)
3.  Bir sözlə, şəhər üzük qaşı kimi mühasirəyə alınmışdı. (M.Süleymanov)
4.  Binanın tikilməsi barədə müxtəlif rəvayət və ehtimallar var.
5.  Xidmətçilər məcməyiləri süfrəyə düzdülər. (Y.V.Çəmənzəminli)
6.  Süfrəyə qoyulmuş ağ, nazik lavaşdan bir az kəsib yeməyə başladı.
(Y.V.Çəmənzəminli)
7.  Bu məsələni həll etmək üçün tərəflər görüşməli idilər.
8.  O, portretini ən məşhur rəssama çəkdirdi.



ZAMANIN İDARƏ 
OLUNMASI
Uğura doğru gedən yol müəyyən zaman kəsiyindən keçir. Zaman isə heç vaxt lövbər
salmayan sürətli gəmiyə bənzəyir. Onu saxlamaq, geriyə döndərmək mümkün deyil.
Lakin ağılla idarə etmək olar.
Səhər oyanarkən axşamacan qarşımız da uzun bir zaman kəsiyinin olduğunu zənn
edirik və bir çox işlər planlaşdırırıq. Ancaq gün başa çatanda bu işlərin çox az bir
hissəsini həyata keçirdiyimizin fərqinə varırıq. Vaxtın belə sürətlə ötüb-keçməsinə
heyrət edir, mənasız keçirdiyimiz saatlara təəssüflənirik.
* * *
Zaman qum saatındakı kimi axıb gedir. Onun idarə olunmasında ən böyük məharət
indini əldən verməməkdir. Odur ki “Bu günün işini sabaha qoyma” atalar sözünü
“Axşamın xeyrindən sabahın şəri yaxşıdır” kəlamından üstün tutun.
Yəqin ki, böyüklərinizdən tez-tez “indiki ağlım olsaydı...” kəlmələrini eşitmisiniz. Belə
vəziyyətə düşməmək 
üçün
 zamandan maksimum dərəcədə səmərəli istifadə etmək
lazımdır.
Bir dəfə caz ustası Lui Armstronqu məşhur fizik, Nobel mükafatı laureatı Nils Borla
tanış edirlər. Onlar müəyyən müddət bir yerdə vaxt keçirməli olurlar. Armstronq fizikə
şeypurda çalmağı öyrədir, Bor da, öz növbəsində, onu atom nüvəsinin parçalanması
üsulları 
ilə
 tanış edir.
– Biz vaxtımızı çox səmərəli keçirdik, – deyə Armstronq jurnalistlərə danışırdı. – İndi
onun caz, mənim isə atom haqqında müəyyən təsəvvürüm var.
Dünyada uğur qazanan əksər insanların nailiyyətlərinin arxasında zamandan səmərəli
istifadə dayanır. Qədim Roma filosofu Seneka da bunu deyirdi: “Xoşbəxtlik uğura, uğur
isə zamandan səmərəli istifadəyə bağlıdır”.
* * *
Zamanı idarə etməyi bacaran insan məqsədə doğru yolunu planlaşdıran və bunun üçün
lazım olan zamanı ayırmağı bacaran insandır. Planlaşdırdığınız iş ona ayırdığınız
zamana uyğun olmalıdır. Həm işin çətinliyini, həm də öz əqli və fiziki imkanlarınızı
nəzərə almalısınız. “Filankəs bu işi filan vaxta görür, mən də o qədər vaxt ayırım”, –
deyə düşünmək olmaz.
1.  Altından xətt çəkilmiş cümlənin ifadə etdiyi fikri aydınlaşdırın.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə