Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

İş və zaman nisbətini müəyyən edərkən işin keyfiyyətini əsas götürməlisiniz. Dərs
oxuyarkən də bu prinsipi əldə əsas tutmaq lazımdır. İki oxşar fənni ardıcıl oxumaq
düzgün deyil. Çətin dərsləri əvvələ, sevdiyiniz dərsi və ya işi yorğun vaxtınıza salsanız,
vaxtınızdan daha səmərəli istifadə etmiş olarsınız. Fasiləsiz uzun müddət oxumaq da
məqsədəuyğun deyil.
* * *
Bəzən vaxt azlığından şikayətlənirsiniz. Lakin vaxtı sizdən oğurlayanlar var. Geriyə
dönüb baxsanız, vaxt oğrularınızı özünüz də görə bilərsiniz: faydasız televiziya
verilişlərinə baxmaq, lazımsız məşğuliyyətlər, internet vasitəsilə sosial şəbəkələrdə
keçirdiyiniz hədər saatlar və s. Hər halda, bu işlərə faydalı əməkdən sonra sizi
əyləndirən, ovqatınızı yüksəldən bir mükafat 
kimi
 baxsanız, daha yaxşı olar. Ancaq bu
məşğuliyyətə ayırdığınız vaxta ciddi məhdudiyyət qoyun, vaxt bitən 
kimi
 ondan ayrılın.
Vaxt oğrularından biri də yuxudur. Alimlər hesablamışlar ki, 80 il ömrü olan insan
gündə orta hesabla 7 saat yatırsa, ömürdən 23 il 4 ay oğurlayır. Təsəvvür edin ki,
gündə bircə saat az yatsanız, faydalı həyat dövrünə ayırdığınız vaxtı bir neçə il uzada
bilərsiniz. Planlı hərəkət edən insanlar yuxu məsələsində daha iradəli davranırlar.
* * *
İlk baxışda planlı həyat tərzi sizə çox cansıxıcı görünə bilər. Özünüzü bir robot kimi hiss
edə bilərsiniz, hətta kimsə sizi pedantizmdə günahlandıra bilər. Ancaq nizamlı bir
həyat tərzinə uyğunlaşmağa çalışsanız, qısa müddət ərzində bunun faydasını hiss
edəcəksiniz. Planla hərəkət etsəniz, işləriniz üst-üstə düşməz və yığılıb qalmaz.
Beləcə, nə vaxt dincəlib, nə vaxt dərslərlə məşğul olacağınızı və nə zaman
əylənəcəyinizi dəqiq biləcək, hər şeyə vaxt çatdıracaqsınız.
Zamandan düzgün istifadə qətiyyən ifrat dərəcədə çalışmaq, özünü sosial həyatdan
ayırmaq, televizordan imtina etmək deyil. Zamandan səmərəli istifadə onun hansı
hissəsini bunlara sərf edəcəyini qabaqcadan bilmək və bu bilgiyə görə hərəkət
etməkdir. Məqsədə çatmaq və uğur qazanmaq üçün vacib amil həddən çox çalışmaq
yox, zamanın yüyənini əlinə alıb səmərəli çalışmaqdır.
Aylin Atmacanın 
“Zamanı necə idarə etməli” kitabından


Düşün və cavab ver
2.  Aşağıdakı başlıqların mətnin hansı hissələrinə uyğun gəldiyini müəyyənləşdirin.
Vaxt oğruları
Zamandan səmərəli istifadə edək
Robot olmayın
Sürətlə axıb gedən zaman
İş və zaman nisbətində keyfiyyətin üstün tutun
3.  Aşağıdakı hekayəni mətnin hansı hissəsinə əlavə edərdiniz?
“Bir meşədə iki nəfər ağac kəsirmiş. Birincisi səhər tezdən yuxudan durur, ağacları
kəsməyə başlayırmış. Bir ağac yıxılan kimi o birisinə keçirmiş. Gün boyunca nə
dincəlir, nə də fasilə verirmiş.
İkinci odunçu isə arabir dincəlir, hava qaralanda evə gedirmiş. Bir həftə beləcə
çalışırlar. Sonda məlum olur ki, ikinci odunçu daha çox ağac kəsib.
Birinci odunçu hirslənir: “Necə ola bilər? Mən daha çox çalışmışam. Səndən daha
tez işə başlamışam, səndən daha gec işimi qurtarmışam. Amma necə olur ki, sən
daha çox ağac doğramısan? Bu işin sirri nədir?”
İkinci odunçu ona cavab verir: “Düzdür, sən dayanmadan, dincəlmədən işləyirdin.
Mən isə aradabir dincəlirdim. Dincələ-dincələ də baltamı itiləyirdim. İti balta ilə
daha az zəhmət çəkib, daha çox ağac doğramaq olar”.
Şifahi nitq
4.  Müzakirə. Verilmiş aforizmlərdə ifadə olunan fikirlərə münasibətinizi bildirin.
Adi insan zamanını necə öldürəcəyi, dəyərli insan isə zamanını necə qazanacağı
haqda düşünür. (A.Şopenhauer)
Vaxt azlığından ən çox şikayət edənlər zamanlarından ən pis formada istifadə
edənlərdir. (Labruyer)
Yazı
5.  “Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz” mövzusunda
esse yazın.
Dil qaydaları
6.  Mətndə göy rənglə verilmiş sözlərin cümlədə hansı məna çaları – bənzətmə,
səbəb, zaman, vasitə və s. əmələ gətirdiyini müəyyənləşdirin.


7.  Verilmiş sözləri müvafiq cümlələrdə nöqtələrin yerinə əlavə edin və onların
yaratdığı məna çalarını izah edin:
ötrü, əvvəl, kimi, doğru
1.  Səndən ... mən danışmışam.
2.  Səndən ... darıxıram.
3.  Şəhərə çatan ... , ilk növbədə, Şəhidlər xiyabanını ziyarət etdi.
4.  Körpə əllərini anasına ... uzatdı.
Yadda saxla!
 QOŞMA
8.  Qoşmaları tapın və uyğunluğu müəyyən edin.
1.  İnternetdən Qarabağa dair xeyli material tapdım.
2.  O, ailəsi ilə başqa şəhərə köçüb.
3.  Bəzi adamlar müəllifin səhvini tutmaq üçün kitab oxuyurlar.
4.  Aydın sevincindən quş kimi uçmaq istəyirdi.
5.  Dünəndən bəri yağan qar yeri-yurdu ağ örtüyə bürümüşdü.
A    B    C    D    E Bənzətmə mənası bildirir:
A    B    C    D    E Birgəlik mənası bildirir:
A    B    C    D    E Zaman mənası bildirir:
A    B    C    D    E Səbəb-məqsəd mənası bildirir:
A    B    C    D    E Aidlik mənası bildirir:
9.  Cümlələrdə nöqtələrin yerinə uyğun gələn qoşmaları əlavə edin.
qarşı, bəri, sonra, başqa, kimi, üçün, dair, ilə
1.  Eldardan ... heç kim gəlməmişdi.
2.  İllərdən ... onunla görüşməmişdim.
3.  Ana qəhrəman oğlu ... fəxr edirdi.
4.  Düşmənə ... nifrətim daha da artdı.
5.  Onunla qarşılaşdığım ... sevinirdim.
6.  Qarabağ məsələsinə ... görüş keçirildi.
7.  Onun ... rejissor az tapılar.
8.  Yağışdan ... güclü külək başladı.
Qoşma köməkçi nitq hissəsidir. Leksik mənası olmasa da, cümlədə sözlərə
qoşulub məna çaları yarada bilir.
Mən məktəbə tərəf (istiqamət) gedirəm. 
Mən məktəbə qədər (məsafə) gedirəm. 
Sənin üçün (səbəb-məqsəd) çalışıram.


10.  Hansı cümlədə “görə” qoşması istinad, hansında səbəb-məqsəd ifadə edir?
1.  Plutarxa görə, Makedoniyalı İsgəndər M.ö. 356-cı ildə anadan olmuşdur.
2.  Müsabiqəyə yaxşı hazırlaşmadığına görə mükafatsız qaldı.
11.  Qoşmaların aid olduğu sözlərə müvafiq hal şəkilçiləri artırmaqla cümlələri
köçürün.
1.  Mən... üçün bu məsələnin həlli vacib idi.
2.  Sən... başqa halımı kimsə bilməz.
3.  Şəhər... kimi maşınla getdik.
4.  Dünən... qədər onun haqqında yüksək fikirdə idim.
5.  Dayım iti addımlarla biz... tərəf gəldi.
6.  İki il... bəri görmədiyi doğma şəhərə çatmışdı.
7.  O... başqa heç kəsin bu hadisədən xəbəri yox idi.
8.  Fəhlələr əvvəlcədən tərtib olunmuş qrafik... üzrə işləyirlər.
12.  Cümlələrdə qoşmaları tapın və onların yaratdığı məna çalarını müəyyən edin.
1.  Yetişmək üçün meyvənin günəşə, cavanın məsləhətə ehtiyacı var.
2.  Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam.
(Napoleon)
3.  Azadlıq yoxa çıxandan sonra yalnız ölkə qalır, vətən isə artıq yox olur.
(Şatobrian)
4.  Başqasının səhvinə dözsək də, öz səhvimizə qarşı amansız olmalıyıq.
(S.Tastu)
5.  Odunçuya gücdən əvvəl təcrübə lazımdır. (Homer)
13.  Altından xətt çəkilmiş hansı söz qoşma deyil?
İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi kimi, millətin əzəməti də onun sayı ilə
ölçülmür. (V.Hüqo)
14.  * Müşahidələrinizə istinad edərək aşağıdakı qaydaları tamamlayın.
Tərəf, doğru, qarşı, sarı qoşmaları ... halda olan sözlərə qoşulub ... mənası əmələ
gətirir.
Əvvəl, sonra, qabaq, bəri qoşmaları ... halda olan sözlərə qoşulub ... mənası
əmələ gətirir.
Qədər, kimi, -dək, -can  qoşmaları ... halda olan sözlərə qoşulub ... mənası əmələ
gətirir.
2


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə