Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   46

Get-gedə altındakı torpağın soyuğu canına işləyirdi. Gözləri səmaya baxırdı. Bu
səmanın altında, haradasa onun öz torpağı, öz otu, öz suyu, yurdu vardı. Bəli, vardı,
elə bunu hiss etmək də gözəl idi. Bayaqdan onu izləyən helikopter yaxınlıqda yerə
endi. Oradan düşən adamlar yaxınlaşanda At artıq can verirdi...
Papazyan atın ölümünü seyr edə-edə cib telefonunu çıxardı, oğluna zəng etdi. Oğlu
Ermənistan ordusunun tərkibində idi və Qarabağ üçün vuruşurdu. Qarabağ atını da
atası üçün o alıb göndərmişdi. Armen oğlunun səsini eşidən kimi dedi:
– Təcili bilet al, İsveçrəyə gəl, oğlum. Vuruşmağın mənası yoxdur, Qarabağ heç vaxt
bizim olmayacaq. Özgə torpaqdan vətən olmaz.
Aygün Həsənoğlu
Söz ehtiyatı
4.  Mətndəki “dilini tapmışdı”, “fikir götürdü” ifadələri həqiqi, yoxsa məcazi mənada
işlənib?
Düşün və cavab ver
5.  Mətnin sonunda erməninin telefonla oğluna dediyi sözlərə münasibətinizi bildirin.
Onu bu sözləri deməyə nə məcbur etdi?
Yazı
6.  Qarabağ atları haqqında məlumat toplayaraq təqdimat hazırlayın
Dil qaydaları
7.  Mətndə göy rənglə verilmiş sözləri ixtisar etməklə cümlələri oxuyun. Məna və
intonasiyada baş vermiş dəyişikliyi izah edin.
Yadda saxla!
 ƏDAT
Ədat cümlədə fikrin təsirli ifadə olunmasına kömək edir: sual, əmr, xahiş, arzu və
s. mənaları gücləndirir.
Sual: Məgər sən bununla razı deyilsən?
Arzu: Təki sən xoşbəxt olasan.
Azərbaycan dilində ən çox işlənən ədatlar: axı, ən, daha, olduqca, da, də, ki, artıq,
nə, necə, bəs, -mı  , bir, ancaq, yalnız və s.
Ədatları cümlədən çıxaranda məna dəyişikliyi baş vermir, lakin cümlənin
emosionallığı azalır; məsələn:
Oxumamısan ki? – Oxumamısan?
Axı sən hər şeyi bilirsən. – Sən hər şeyi bilirsən.
4



8.  Verilmiş ədatları müvafiq cümlələrə əlavə edin.
kaş, gəl, axı, ən, çox, bəs
1.  Təəssüf ki, Müşfiqə ... qısa ömür nəsib oldu.
2.  ... əvvəlcə bu mərhələni keçək.
3.  Bu mənim həyatımda ... əlamətdar hadisə idi.
4.  ... deməmişdim ki, bu qutuya əl vurma.
5.  ... mən nə bilə idim ki, işıqlar sönəcək.
6.  ... sən deyənə qulaq asa idim.
9.  Cümlələrdə işlənmiş ədatları seçin və həmin ədatlarla yeni cümlələr qurun.
1.  İnsan öz tay-tuşları arasında üstünlüyü yalnız elm və sənətə görə əldə edir.
(“Qabusnamə”)
2.  Amma lap nahaq yerə hənadan söhbət saldım, heç yeri deyildi.
(Ü.Hacıbəyli)
3.  Mən artıq belə fikirlərlə razılaşa bilmirəm.
4.  Sən bu barədə heç kəsə demədin ki?
5.  Qoy mən yenə söhbət açım öz diyarımdan. (M.Günər)
6.  Bəs sən işdən nə vaxt qayıdacaqsan?
10.  Nümunəyə uyğun cədvəl çəkin. Cümlələrdə tapdığınız ədatların qrammatik
mənasını aydınlaşdırın və cədvəlin müvafiq xanasına yazın.
1.  Kaş hər şey sən deyən kimi ola idi.
2.  Qərarını verməzdən əvvəl qoy mən də sözümü deyim.
3.  Bəli, mən sənə etibar edirəm.
4.  Bəs bu gün imtahana hazırlaşmayacağıq?
5.  Xeyr, mən bu fikirlə razılaşa bilmərəm.
6.  Məhz bu səbəbdən iki dövlət arasında münaqişə dərinləşdi.
Arzu
Əmr
Dəqiqləşdirmə
Sual
Təsdiq
İnkar
 
 
 
 
 
 
11.  Bayatılarda ədatları tapın və onlarla bağlı olan feillərin şəklini müəy yən edin.
Bağçaları sarı gül, 
Yarı qönçə, yarı gül, 
Gec açıldın, tez soldun, 
Olmayaydın barı, gül.
Araz üstə, buz üstə, 
Kabab yanır köz üstə, 
Qoy məni öldürsünlər 
Bir alagöz qız üstə.


GƏTİR, OĞLUM, GƏTİR!
Mən kənddə doğuldum, sənsə şəhərdə, 
Sən beşikdə yatdın, mənsə yəhərdə. 
Yatdım boz otlaqda boz dovşan kimi... 
Gözümüz dünyaya açılan kimi 
Mən çomaq götürdüm, sən kağız, qələm, 
Çomaq bir aləmdir, qələm bir aləm... 
Dolandı sənələr, dolandı aylar, 
Gah dondu, gah coşdu, bulandı çaylar. 
Zaman hökm elədi... Bir qərib axşam 
Yolun məskənimə düşdü nagahan. 
Səni oğul kimi o yerdə mənsiz 
Bağrına basdı

 ana kəndimiz? 
Xoşuna gəldi
mi
 Kürün kənarı? 
Gördünmü, gördünmü göy çinarları?
Görürəm, səfalı bir yaz axşamı 
Çinarın dibinə yığışır hamı. 
Bu saz məclisindən olanlar halı – 
Kəndin ağsaqqalı, qarasaqqalı 
Oraya toplanıb... Sən də bu axşam 
Orda, uşaqların arasındasan. 
Ortada vüqarla aşıq gəzişir, 
Danışır arabir, deyir arabir. 
1.  “Çomaq aləmi” ilə “qələm aləmi”ni müqayisə edin.


Bir qoca yerindən səslənir bu an: 
– Aşıq, bir nağıl de, səsinə qurban! 
Hamı vəcdə gəlir... Bu məsləhəti 
Bəyənib dəyişir aşıq söhbəti; 
Bir dastan başlayır coşqun həvəslə, 
Min yerdə xal vurur yanıqlı səslə.
Xalqın əzəməti, fikri, xəyalı, 
Onun hissi, zövqü, ağlı, kamalı 
Sanma bir qılıncda, bir hünərdədir,
2.  “Xal” sözünün mətndəki mənasını digər mənaları ilə tutuşdurun. Onun
çoxmənalı, yoxsa omonim söz olduğunu müəyyənləşdirin.


Onlar bu sazlarda, bu sözlərdədir!.. 
Bu günün qəlbinə girmək istəsən, 
Durduğun pillədən hələ bir az en. 
En! Uçan alçalar, enən ucalar! 
En! Yerin təkində xəzinələr var. 
Demə “köhnə sözün mənası nədir?” 
Hər söz, anlayana bir qərinədir!.. 
Hər fikir mülkündə zərrin tac yatır, 
Hər meyvə tumunda bir ağac yatır. 
Hər kiçik bayatı xalqın səsidir, 
Kamal dünyasının xəzinəsidir.
Bahar gecələri enib sahilə 
Uçan ləpələrin səsini dinlə! 
Gümüş dalğalarda Ay baxan zaman 
Düşün, gör nə deyir çay axan zaman? 
Kömürdən almaz çək, yarpaqdan ipək, 
Daşdan gövhər çıxart, buluddan şimşək. 
Gətir ildırımın məğrur səsini, 
Qumru bulaqların zümzüməsini. 
Zəmilərdən sünbül, bağçalardan bar, 
3.  Parçada şairin söylədiyi fikirləri izah edin, onlara münasibətinizi bildirin.
4.  Şeirin bu hissəsində məcazi mənada işlənmiş söz və ifadələri müəyyən edin.
5.  “Hər söz” birləşməsindən sonra vergül qoyulmasının səbəbini izah edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə