Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

Düşün və cavab ver
3.  Bumeranqla bağlı təsəvvürlərdəki yanlışlıqları və onların əsas səbəbini izah edin.
Yazı
4.  abzasdakı məlumatlardan istifadə etməklə “Bumeranq effekti” ifadəsi ilə bağ lı
kiçik bir hekayə yazın. Hekayəni uyğun gələn atalar sözləri ilə zənginləşdirin.
Dil qaydaları
5.  Mətndə göy rənglə verilmiş “ki” və “da (də)”nin cümlədəki rolunu müəyyən edin:
“ki”: a) cümlənin təsir gücünü artırır; b) cümlələri bir-birinə bağlayır. 
“da (də)”: a) iştirak məzmunu yaradır; b) əşyanın yerini bildirir; c) özündən
əvvəlki sözün təsir gücünü artırır.
Yadda saxla!
 BAĞLAYICI, əDAT, YOXSA ŞəKİLÇİ?
6.  Altından xətt çəkilmiş sözlər aşağıdakılardan hansına uyğundur?
A) isim + qoşma             B) isim + bağlayıcı             C) zərf
1.  Hara qaçacaqsan göz qabağından. 
Bu zalım dünyayla neyləyəcəksən. (R.Rövşən)
2.  İctimai rəylə mübarizə aparmaq yeldəyirmanları ilə mübarizə aparmaq kimi
bir şeydir. (A.Morua)
3.  İki qulaqla bir dil bizə ona görə verilib ki, çox dinləyib az danışaq. (Zenon)
4.  Namusla yaşamaq üçün əməyi sevməlisən.
5.  Dostu çətinliklə əldə edib asanlıqla əldən vermək nadanlıqdır.
6.  İnsan ruhuna silahla deyil, məhəbbət və alicənablıqla qalib gəlmək olar.
(Spinoza)
7.  Elmlə əxlaq insanın bəzəyidir.
Ki, da (də), -la  (ilə) köməkçi nitq hissələrini səs və hərf tərkibi eyni olan
şəkilçilərlə səhv salmaq olmaz.
2
Yerlik hal şəkilçisi
kimi :
Sözdə cəsur olmaq asandır.
Bağlayıcı kimi:
Söz də kəsərli silahdır.
Sifət düzəldən
şəkilçi:
Dünənki yağışdan sonra hava
çox rütubətli idi.
ədat kimi:
Dünən ki yağış yox idi.
Bağlayıcı kimi:
İstərdim ki, sən də gələsən.


7.  Dəftərinizdə nümunəyə uyğun cədvəl qurun və cümlələrdəki “ki”nin vəzifəsini
müvafiq xanalarda qeyd edin.
1.  Mən ki damdan-bacadan baxmaz idim. 
Su kimi hər tərəfə axmaz idim. (M.Ə.Sabir)
2.  Mən bir çinaram ki, şöhrətim, adım 
əlimdən çıxarsa, solub yanaram. (Ə.Kərim)
3.  Dünənki sərçə bugünkü sərçəyə civ-civ öyrədir.
4.  Mən bir susmaz duyğuyam ki, ürəkləri bəzərəm. (C.Cabbarlı)
5.  Kişinin ki taxılı başının altında olmadı, ruzusunu əvvəldən tədarük etmədi...
(C.Cabbarlı)
6.  Umdum nə verdi ki, küsdüm nə verə? (M.Araz)
7.  Mənim könlüm deyir ki, 
Hələ bunlar nədir ki? (M.Müşfiq)
 
ədat
Bağlayıcı
Leksik şəkilçi
1.
 
 
 
...
 
 
 
8.  Nümunəyə uyğun dəftərinizdə cədvəl çəkin və da(də)-nin funksiyasını
müəyyənləşdirib müvafiq xanalarda qeyd edin.
1.  Yazıq Balakərim şeytan fəhləsidi də... (Elçin)
2.  Bəzi evlərdə isə müharibə qoxusu, nigaranlıq, narahatlıq bayram sevinci
üzərinə kölgə salmışdı.
3.  Yoxluq içində bir qaraltı da göründü.
4.  Lap uzaqda bir gurultu qopdu.
5.  Günü günə satmaq olmaz da...
6.  Könüldə bəslənən dilək satılmaz, 
Vətənim “öl” desə, ölən şairəm. (S.Rüstəm)
7.  Demişdim də, bu işin axırı yoxdur.
8.  Dövlətliyik, əlbəttə, şərafət də bizimdir, 
əmlak bizimdirsə, ədalət də bizimdir. (M.Ə.Sabir)
Nümunə:
 
Bağlayıcı
ədat
Yerlik hal şəkilçisi
1

 

2
 
 
 
3
 
 
 


ƏL-XARƏZMİ
Orta Asiya ərazisində yerləşən qədim Xarəzm vilayətinin Xivə şəhərində bir kahin nəsli
yaşayırdı. İslam dini Orta Asiyaya yayıldıqdan sonra bu nəsil də müsəlmanlığı qəbul
etdi. 780-ci ildə bu ailədə anadan olmuş uşağa uca peyğəmbərimizin adını qoydular.
Məhəmməd kiçik yaşlarından babalarının nəsildən-nəslə ötürdüyü bilikləri
mənimsəməklə yanaşı, doğma şəhərində tanınmış böyük alimlərdən dərs alır, hind və
yunan elmi ilə yaxından tanış olurdu.
Bu dövr islam dünyasının elmi və mədəni yüksəliş dövrü idi. Xilafətin paytaxtı olan
Bağdad şəhəri dörd min hektar sahəni əhatə edirdi. Böyük İpək yolunun üstündə
yerləşən bu şəhər dövrün ən böyük ticarət və mədəniyyət mərkəzlərindən biri idi.
Abbasilər sülaləsinin hökmdarı xəlifə Harun ər-Rəşidin ölümündən sonra böyük islam
dünyasını onun oğlu xəlifə əl-Məmun idarə edirdi. Bu şəxs islam tarixində elmin
inkişafına səy göstərən tərəqqipərvər hökmdar, alimlərin böyük himayədarı kimi iz
qoymuşdur. O, dünyanın hər yerindən tanınmış alimləri Bağdada dəvət edirdi. 819-cu
ildə artıq yetkin bir alim kimi tanınan Məhəmməd əl-Xarəzmi də xəlifənin dəvəti ilə
Bağdada gəldi. O, burada “Hikmətlər evi” adlanan elm ocağının yaradılmasında
yaxından iştirak etdi.
825-ci ildə fəaliyyətə başlamış Hikmətlər evində o zamanlar üçün misli görünməmiş
layihələr həyata keçirilirdi. Mərkəzin qədim əlyazmalarla zəngin olan kitabxanası,
rəsədxanası, xəstəxanası və tədris hissəsi var idi. Burada 90-a yaxın alim çalışırdı.
Alimlər o dövrə qədər yaradılmış məşhur əsərləri ərəb dilinə tərcümə edirdilər. Dörd
əsrdən çox fəaliyyət göstərmiş bu elm ocağında yüzlərcə yeni elmi əsərlər yaradıldı.
Sonralar bu əsərlər Avropada elmin inkişafında böyük rol oynadı.
Ömrünün sonuna 
kimi
 Hikmətlər evində yaşayıb işləmiş əl-Xarəzmi riyaziyyat,


coğrafiya və astronomiya sahəsində 20-yə yaxın qiymətli əsərin müəllifi olmuşdur. Əl-
Xarəzminin ən məşhur əsərləri riyaziyyat sahəsin dədir. Onun adı, ilk növbədə, “Əl-
cəbr...” traktatı ilə elm tarixinə həkk olunub. Bu əsərdə əl-Xarəzmi cəbri müstəqil elm
sahəsi kimi təqdim edib. Kitabın adındakı “cəbr” sözü sonralar riyaziyyatın bu sahəsi
üçün əsas terminə çevrildi və bir çox xalqların dillərinə, o cümlədən bizim dilimizə daxil
oldu.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə