Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

KOMPÜTER OYUNLARINI KİM İXTİRA EDİB
Yəqin ki, müəllim və valideylərinizin qadağalarına baxmayaraq, imkan düşən kimi (1)
kompüterdə sevimli oyunlarınıza kifayət qədər vaxt sərf edirsiniz. Bəs heç
düşünmüsünüzmü, milyonlarla insanın zamanını oğurlayan kompüter oyunlarını kim
ixtira edib? Elə isə kompüterdə növbəti oyunun “start” düyməsini basmazdan əvvəl
sosial şəbəkələrdə axtarış verin: “Kompüter oyunlarını kim yaradıb?” Müxtəlif
məlumat-sorğu bazalarından fərqli cavablar alacaqsınız, daha çox Stiv Rasselin və Ralf
Bayerin adlarına rast gələcəksiniz. Bayer bütün dünyada “Videokompüter oyunları
kralı” kimi (2) tanınıb, amma nə o, nə də Rassel bu oyunların ilk ixtiraçısıdır.
Kompüter oyunlarının tarixi 1940-cı illərin sonlarından başlanır. Əvvəlcə ingilis
riyaziyyatçısı Alan Türinq kompüterdə şahmat oyununun alqoritmini tərtib edib,
ardınca amerikalı mühəndis Klod Şennon bu oyun üçün proqram yazıb. Amma həmin
illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə
desək, kompüter yox idi. Ona görə də Şennon “Kompüterlər üçün şahmat oyunlarının
proqramlaşdırılması” məqaləsini dərc etməklə kifayətlənməli olub.
Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas
tərəfindən atıldı. O, 1952-ci ildə uzun müddət üzərində çalışdığı “İnsan – kompüter
interaktivliyi” mövzusunda doktorluq dissertasiyasını bitirdi. Dissertasiyaya əlavə
olaraq o, əyani vəsait də hazırladı. Bu vəsait, faktik olaraq, kompüter üçün ilk
elektron-qrafika oyunu idi. “OXO” adlanan oyunun çox sadə qaydaları vardı:
doqquzxanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə “X” və “O” hərfləri ilə
doldururdu. Şaquli, üfüqi və ya diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran
oyunçu qalib sayılırdı. Oyun müəllimlərin də, tələbələrin də çox xoşuna gəlmişdi. Onlar
universitetdəki yeganə kompüterin önündə növbəyə düzülür, maşından ağıllı
olduqlarını sübut etmək istəyirdilər. Bu oyunu yaradarkən Duqlas kommersiya məqsədi
güdmürdü. Ona görə də ixtirasını patentləşdirmək onun heç ağlına da gəlmirdi.


Nəhayət, 1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı “Kosmik
müharibə” oyununu yaratdı. Bu, məhdud yanacaq və silah ehtiyatına malik iki ulduz
gəmisinin döyüşü idi. Yanacağı və silahı daha tez tükənən tərəf məğlub olurdu.
“Kosmik müharibə” kommersiya tipli ilk kompüter oyunu oldu. Lakin müəlliflərinə gəlir
gətirmədi. Oyunu yaradanlardan biri deyirdi: “Mənim “Kosmik müharibə”dən əldə
etdiyim yeganə gəlir oyun sənayesi ilə bağlı məhkəmə proseslərində ekspert qismində
iştirakıma görə aldığım qonorarlar oldu”.
Kompüter oyunları insanlarda 
bunca
 maraq 
doğururdularsa
, bəs niyə kommersiya
uğuru gətirmir, zəif 
yayılırdılar
? Çünki 1970-ci illərin ortalarınadək kompüterlər həddən
artıq böyük və olduqca baha idi. Onu yalnız varlı təşkilatlar, elmi müəssisələr və fərdi
qaydada milyonçular ala bilərdilər. Məsələn, Rasselin qrupunun ixtira etdiyi oyunun
yazıldığı kompüter soyuducu boyda, qiyməti isə 120 min dollardan 
artıqdı
.
Alman əsilli Amerika alimi Ralf Bayer belə bir vəziyyətdən çıxış yolu tapdı: o,
kompüter oyunu yox, videooyunların yeni tipini və onları televizorun ekranına
çıxarmaq imkanı verən kiçik, ucuz qurğu ixtira etdi. 1971-ci ildə o, “Magnavox
Odyssey” qoşma cihazına patent aldı.
Beləliklə, ... kommersiya tipli ilk kompüter oyunu yaratmış qrupun rəhbəridir, ... isə,
həqiqətən, “kompüter və video oyunları kralı”dır. Amma məhz ... tarixdə ilk kompüter
oyunu yaratmış şəxsdir.
1970-ci illərin ikinci yarısında fərdi kompüterlərin istehsalına başlandıqdan sonra video
və kompüter oyunları biznesi sürətlə inkişaf etməyə başladı. 1983-cü ildə dünya üzrə
kompüter oyunları bazarının dövriyyəsi 3,2 milyard dollar təşkil edirdi. Sonrakı 30 ildə
bu rəqəm 90 milyard dollara 
qədər
 yüksəldi.
Azərbaycanda kompüter oyunları çox geniş yayılsa da, uzun illər “yerli məhsul”
1.  Cütlərlə işləyin. “X” hərfini yazan kompüter, “O”
işarəsini yazan istifadəçi olmaq şərti ilə vərəq
üzərində “OXO” oyununu davam etdirin.
X
 
 
 
 
 
 
 
 
2. Sizcə, kompüter oyun sənayesi ilə bağlı məhkəmələrdə hansı iddialar irəli sürülə
bilərdi?
3.  Mətndən əldə etdiyiniz məlumatlara əsasən sonuncu cümlədə nöqtələrin
yerinə müvafiq şəxslərin adlarını yazın.


olmayıb. Ölkəmizdə ilk kompüter oyunu 2012-ci ilin iyununda yaradılıb.


“İşğal altında” adlanan bu oyun Qarabağ müharibəsinə həsr edilib, Şuşa şəhərinin
görüntüləri üzərində qurulub və gənclərin hərbi vətənpərvərlik ruhunu yüksəltməyə
xidmət edir.
Arif Əliyev
Yazı
4.  Mətnə əsasən aşağıdakı cədvəli doldurun və onu şərh etməklə “Kompüter
oyunlarının tarixi” mövzusunda təqdimat hazırlayın. Təqdimat zamanı bu mövzuda
başqa mənbələrdən əldə etdiyiniz məlumatlardan da istifadə edin.
Kompüter oyunlarının ixtirası sahəsində

Kim
Nə zaman
Nə edib
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dil qaydaları
5.  Qırmızı hərflərlə verilmiş sözlərə diqqət yetirin. Onları kök və şəkilçilərə ayırın. Hər
bir şəkilçinin qrammatik funksiyasını izah edin. Bu sözlərdə hansı səhvlərə yol
verilib?
6.  Göy rənglə verilmiş qoşmaları sinonimləri ilə əvəz edib cümləni yenidən qurun.
7.  * Birinci abzasda nömrələnmiş qoşmalar haqqında verilmiş fikirlərdən yanlış
olanını seçin.
A) 1-ci qoşma zaman, 2-ci qoşma bənzətmə mənası ifadə edir. 
B) 1-ci qoşma feili sifətə, 2-ci qoşma isə ismə qoşulmuşdur. 
C) 1-ci qoşma tək qoşmasının sinonimi kimi çıxış edir. 
D) Bu qoşma əsas nitq hissəsi ilə omonimlik xüsusiyyətinə malikdir. 
8.  “Gecə kimi qara gözlər Kimi gözlər?” – nümunəsində qoşmanın qoşulduğu ismi
yönlük halda işlədin. Məna dəyişikliyini izah edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə