Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

9.  Sözləri cümlələrdə işlədin
 
 
 
10. 
Mətndən
modal sözləri
seçin və əsas
nitq hissəsi
ilə omonimlik təşkil edənləri müəyyənləşdirin.
Əlbəttə, sənin dediklərində həqiqət var. Mən buna heç şübhə də etmirəm. Ancaq
unutma, qarşı tərəf, yəqin, öz arqumentlərini hazırlayıb. Bəlkə də, onlar sənin sərt
cavabını gözləyirlər ki, dediklərini sübut etsinlər. Doğrudur, sənin səhvin yoxdur.
Amma bəzən haqlı olsan da, susmaq lazım gəlir. Məncə, hələ söz deməyin vaxtı
çatmayıb. Səbir elə...
11.  Qruplarla iş. Verilmiş sözləri həm əsas, həm də köməkçi nitq hissəsi kimi
cümlələrdə işlədin. Onların hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.
I qrup: qoy, yaxşı, deməli, özgə, görünür 
II qrup: bax, qeyri, əsl, deyəsən, doğrudan, düz 
III qrup: başqa, bir, elə, əvvəl, nə, necə, qabaq, belə
12.  Lüğətin köməyi ilə “yalnız” sözünün ifadə etdiyi mənaları araşdırın. Bu sözü
cümlələrdə həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlədin.
13.  Bayatıda işlənmiş “barı” sözünün yerinə görə qrammatik mənasını
müəyyənləşdirin və sinonimlərini tapın.
Əzizinəm, din barı, 
Danış barı, din barı. 
İgidə tab gətirməz 
Yağı tikən min barı.
kimi
- qeyri-müəyyən əvəzlik kimi 
- kimi yönlük halda olan sözə qoşulmuş qoşma kimi 
- yiyəlik halda olan sözə qoşulmuş qoşma kimi
sarı
- sifət kimi 
- sarı qoşma kimi 
- feil kimi
doğru
- sifət kimi 
- qoşma kimi 
- zərf kimi


AVTOMOBİL
“Avtomobil” sözü autos (yun. “özü”, “müstəqil”) və mobile (lat. “hərəkət edən”)
sözlərinin birləşməsindən yaranıb. Özü hərəkət edən araba düzəltmək insanların
çoxdankı arzusu olub. Onlar gah pedal düzəldib onun vasitəsilə təkərləri fırladır, gah
da arabaya yelkən taxırdılar. Maraqlıdır ki, bir çox xalqlar avomobilə, sadəcə, “araba”
deyirlər (türk. “araba”, ing. “car”, ital. “vettura”, frans. “vuatyur”).
XVII əsrdə buxar mühərriki ixtira edildi. Bu mühərrik buxarın yaratdığı təzyiq hesabına
işləyirdi: qazanda su qaynadılır, bu zaman yaranan güclü buxar mühərrikə ötürülürdü
və beləliklə, mexanizm hərəkətə gəlirdi.
Bu ixtiradan sonra arabaya at əvəzinə buxar maşını qoşmağı qərara aldılar. Bu arabanı
“lokomobil” (yerdə hərəkət edən araba) adlandırdılar. Bir anlığa təsəvvür edin: araba
küçədə hərəkət edir, onun qabağına mis qazan bağlanıb, arxasındakı skamyada isə
sürücü oturub sükanı fırladır. Araba bir qədər gedəndən sonra dayanır. Çünki qazanda
su soyuyub və buxar qurtarıb. Deməli, sürücü arabadan düşüb ocağı yandırmalıdır ki,
qazanda su qaynasın, buxar alınsın və maşın yenidən hərəkətə gəlsin. Elə buna görə
də sürücünü fransızca “şofer” adlandırmışlar. Tərcümədə bu söz “ocaqçı” mənasını
verir.
İngiltərədə isə buxar maşınını örtülü arabaya qoşaraq sərnişin daşımağa başladılar.
Qoşquda bir nəfər oturub daim ocaq qalayırdı ki, qazandakı suyu soyumağa qoymasın.
Artıq yollarda bacasından tüstü çıxan buxar avtobuslarına tez-tez rast gəlmək olurdu.
Bu avtobuslarda yol getmək qorxulu, həm də təhlükəli idi, çünki qazan partlaya bilərdi.
1.  Lokomobil haqqında əldə etdiyiniz məlumatları aşağıdakı şəkillər əsasında
genişləndirib danışın.


İxtiraçılar daha yüngül və rahat mühərrik yaratmaq haqqında düşünürdülər. İlk belə
yüngül mühərriki belçikalı mühəndis Lenuar düzəltdi. Onun yaratdığı mühərrikdə
silindrin içərisindəki porşen yanan qazın yaratdığı təzyiq nəticəsində hərəkət edirdi.
Lenuar bu mühərriki “daxiliyanma mühərriki” adlandırdı.
Lakin “atsız araba” ixtiraçıları kimi tarixin yaddaşında başqa adlar qalmışdır: Karl Bens
ilə
 Qotlib Daymler. Onlar ixtiraçıya vacib olan hər şeyi etdilər: ixtiranın ideyasını
fikirləşib tapdılar, onun ilk nümunəsini yaratdılar, ixtiranı patentləşdirdilər və onu
istehsalata tətbiq etdilər.
Alman mexaniki Karl Bens XIX əsrin 80-ci illərində benzinlə işləyəndaxi liyanma
mühərrikini ixtira etmişdi. Bens bu mühərriki üçtəkərli bir karetə bərkitdi. Beləliklə,
1885-ci ildə saatda 16 km sürətlə hərəkət edən avtomobil sınaqdan keçirildi.
Həmin ildə alman mühəndisi Qotlib Daymler də benzinlə işləyən, yüngül və sürətli bir
mühərrik ixtira etdi. Bu mühərrik taxta bir velosiped üzərinə qoyuldu və nəticədə ilk
motosikl ixtira olundu. 1889-cu ildə Daymler ilk dördtəkərli avtomobili düzəltdi. Bu
avtomobilin təkərləri xüsusi mexanizm ilə hərəkətə gətirilirdi.
Daymler “Daymler motor kompani” şirkətini yaratdı. Bu şirkətin buraxdığı avtomobillər
“Mersedes” adlandırıldı.
 
Bəs nəyə görə “Mersedes”?
Emil Yellinek adlı bir avtomobil həvəskarı “Daymler” maşınında ilk avtomobil yarışında
qalib gəldi. Bundan sonra o, “Daymler” zavoduna 36 ədəd avtomobil sifariş etdi.
Razılaşmaya əsasən, zavodun buraxdığı avtomobillərə “Mersedes” adı verildi.
Mersedes Emil Yellinekin qızı idi. O zaman Mersedesin 10 yaşı var idi.
Sonralar Daymlerin şirkəti Bensin şirkəti ilə birləşdi. Məşhur “Mersedes-Bens”
avtomobil şirkəti belə yarandı.
XX əsrin əvvəllərində avtomobillər çox baha idi. ABŞ-ın Miçiqan ştatında, fermer
ailəsində dünyaya göz açmış Henri Ford başa düşürdü ki,
1.  Hansı şəkildə benzinlə işləyən ilk avtomobil təsvir olunub?
1
2


avtomobilin qiymətini ucuzlaşdırmaqla ona olan tələbatı kəskin şəkildə artırmaq
mümkündür. 1903-cü ildə o, “Ford motor” adlı şirkət təsis etdi. Ford ilk dəfə olaraq
avtomobillərin düzəldilməsində konveyer üsulunu tətbiq etdi. Beləliklə, “Ford”
avtomobilinin kütləvi istehsalına başlanıldı. Ford öz zavodunda hər gün 1000 ədəd
avtomobilin yığılmasına nail oldu.
Bir neçə ildən sonra Bakı yollarında görünən ilk avtomobil də “Ford” oldu. Onu şəhərə
neft milyonçusu Hacı Zeynalabdin Tağıyev gətizdirmişdi.
Rafiq Ələkbəroğlu
Söz ehtiyatı
3.  “Mühərrik”, “karet”, “patent”, “konveyer” sözlərinin mənalarını kontekstə görə izah
edin.
Yazı
4.  İnternetdən və digər mənbələrdə olan məlumatlardan istifadə etməklə
avtomobilin ixtira olunma tarixi haqqında inşa yazın.
Dil qaydaları
5.  Mətndə göy rənglə verilmiş sözlərdən birini “və” bağlayıcısı ilə əvəz edin. Hər iki
sözü qrammatik mənalarına görə fərqləndirin.
Yadda saxla!
 KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİNİN OMONİMLİYİ
6.  Fərqləndirilmiş sözlərin mətndəki yerinə görə bağlayıcı və ya ədat olduğunu
müəyyən edin.
1.  Qoyma öz qanına boyana ceyran, 
 gözəl yaraşır Muğana ceyran. (S.Vurğun) 
Hələ sən çox gəncsən,  müharibələr görmüsən, nə də qalalar 
fəth etmisən. (M.S.Ordubadi)
2.  Yəni bu tanıdığımız xanların hamısının dədə-babaları xan olmuşdur?
(Y.V.Çəmənzəminli) 
Həqiqətdən uzaq insanda, yəni beyni qapalı, kar, kor insanda kin, ədavət
hissi güclü olur. (İ.Hüseynov)
Köməkçi nitq hissələri bir-biri ilə də omonimlik təşkil edə bilər. Onları
fərqləndirmək üçün sözün cümlədəki funksiyasına diqqət yetirmək lazımdır.
Bu işi ancaq (ədat: mənanı qüvvətləndirir) sən həll edə bilərsən. Bu işi sən yerinə
yetir, ancaq (bağlayıcı: cümlə üzvlərini bağlayır) diqqətli ol.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə