Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   46


İSAAK NYUTON
İsaak Nyuton 1643-cü ildə İngiltərədə fermer ailəsində dünyaya gəlmişdir. Onun
valideynləri azsavadlı adamlar idilər. Lakin uşaqlarına yaxşı təhsil verməyə çalışırdılar.
Xasiyyətcə adamayovuşmaz olan İsaak məktəbdə o qədər də fəal deyildi. 
Belə
 bir
uşağın gələcəkdə böyük alim olacağı heç kəsin ağlına 
belə
 gəlmirdi.
Balaca İsaak qəribə oyuncaqlar düzəltməyi sevirdi. Onun düzəltdiyi kiçik yeldəyirmanı
təkcə uşaqları deyil, böyükləri də heyrətə gətirirdi. Külək əsəndə dəyirmanda az
miqdarda buğda da üyütmək mümkün idi. Küləksiz havada isə dəyirmanı canlı
“dəyirmançı” – siçan hərəkətə gətirirdi. Siçanı dəyirman çarxının üstünə çıxmağa
məcbur etməkdən ötrü İsaak çarxın üzərində kiçik buğda torbası asmışdı.
On dörd yaşında olanda o, pedalla hərəkətə gətirilən araba ixtira etdi. Bu arabanı
velosipedin əcdadı saymaq olardı.
Məktəbi bitirən Nyuton Kembricə gedərək dünyanın ən yaxşı universitetlərindən birinə
daxil oldu. O, kasıb olduğu üçün həm oxuyur, həm də xidmətçi kimi işləyirdi. Günlərin
birində universitet rəhbərliyi onun istedadlı tələbə olduğunu başa düşdü və ona təqaüd
kəsdi. Bundan sonra İsaak daha xidmətçilik etmədi, bütün diqqətini yalnız təhsilə
yönəltdi.
İstedadlı oğlanın kiçik ixtiraları sonralar daha böyük kəşflərlə əvəz olundu. Yeni tipli
teleskop yaratdığına görə Nyutonu London Kral Cəmiyyətinə, başqa sözlə desək,
İngiltərə Elmlər Akademiyasına üzv seçdilər.
Nyuton böyük alim olduqdan sonra da ətrafdakılara qapalı, hətta bir qədər kütbeyin
adam təsiri bağışlayırdı. Bu da onun daim elmi düşüncələr içində olmağından irəli
gəlirdi. Böyük alimin qəribəlikləri haqqında rəvayətlər var. Deyirlər, bir gün Nyuton


itinə və pişiyinə qapı açmaqdan bezir və qapının aşağı hissəsində iki dəlik açır: böyüyü
it üçün, kiçiyi isə pişik üçün.
Nyutonun ən böyük kəşflərindən biri ümumdünya cazibə qanunudur. Bu kəşf də
məşhur rəvayətlə bağlıdır. Deyilənə görə, 1666-cı ildə Nyuton öz bağında dincələn
zaman başına ağacdan alma düşür və o anlayır ki, hansısa bir qüvvə cisimləri Yer
səthinə düşməyə məcbur edir.
1.  Nyutonun bu hərəkətindəki qəribəliyi izah edin.


Beləliklə, adi bir alma Nyutonu cazibə qüvvəsi haqqında dərindən düşünməyə vadar
etdi. Amma bu düşüncələri qanun formasına salmaq, onların elmi təsdiqini vermək
üçün fizikə 20 il vaxt lazım oldu. Nyutona qədər, yəqin ki, çoxlarının başına alma
düşmüşdü, amma onlar heç nə kəşf etməmişdilər. Nyuton isə kəşf etdi, çünki o, dahi
idi. Böyük alim ətrafı müşahidə edir və daim özünə “niyə?” sualını verirdi. Bu dəfə də o
düşündü: “Niyə alma həmişə Yerə perpendikulyar xətlə düşür? Niyə o, Yerin mərkəzinə
istiqamətlənir? Niyə yana əyilmir, yaxud uçmur?
Bu cür “niyə?” suallarını verə-verə dahi alim astronomiya, fizika, kimya və riyaziyyatda
çoxlu kəşflər etmişdi.
Nyuton səksən dörd il yaşadı. O, İngiltərə krallarının, dövlət xadimlərinin dəfn
olunduğu yerdə böyük şərafətlə torpağa tapşırıldı.
Nyutona qoyulmuş abidələrdən birinin üzərində belə sözlər həkk edilmişdir: “Nyuton
bəşəriyyətin yaraşığıdır”.
Rafiq Ələkbəroğlu
Söz ehtiyatı
2.  “Cazibə”, “perpendikulyar” sözlərinin mənalarını kontekstə görə izah edin.
Düşün və cavab ver
3.  Sillogizm qurmaqla ümumdünya cazibə qanununun neçənci ildə kəşf edildiyini
müəyyənləşdirin.
4.  Mətndəki məlumatlardan istifadə etməklə altından xətt çəkilmiş ifadənin doğru,
yoxsa yanlış olduğunu sübut edin.
İsaak Nyuton bağda dincələrkən onun başına alma düşməsi və bununla dahi
fizikin ümumdünya cazibə qanununu kəşf etməsi geniş yayılmış əfsanələrdəndir.
Bu əhvalatı fransız filosofu Volter 1731-ci ildə, Nyutonun ölümündən bir il sonra
dərc olunmuş kitabına daxil edib.
5.  Nyutonun başına alma düşməsi ilə bağlı abzası bir daha oxuyun. Abzasdakı hansı
ifadə bu əhvalatın rəvayət olduğuna işarə edir?
Dil qaydaları
6.  Mətndə göy rənglə verilmiş sözlərin cümlədəki mənasına diqqət yetirin. Sual
verməklə həmin sözlərin əsas və ya köməkçi nitq hissəsi olduğunu
müəyyənləşdirin.


Yadda saxla!
 ƏSAS VƏ KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİNİN OMONİMLİYİ
7.  Fərqləndirilmiş sözlərin cümlələrdəki mənalarına diqqət yetirin. Onların hansı nitq
hissələrinə aid olduğunu müəyyənləşdirin və əsaslandırın.
1.  Elə adam tanımıram. Elə mən də onu tanımıram.
2.  Dünəndən bəri külək əsir. Bəri gəl, görüm nə deyirsən.
3.  Sən  düşünürsən? Sən  düşüncəlisən.
4.  Tək əldən səs çıxmaz. Tək sən buna laqeyd deyilsən.
8.  Cümlələrdə altından xətt çəkilmiş sözlərə diqqət yetirin və nümunəyə əsasən
cədvəli doldurun.
 
Qoşma
Əsas nitq hissəsi
1.
A
B
2.
...
...
1.  A) Onun kimi rejissor az tapılar. 
B) Mən qadından kimi istədiyini soruşdum.
2.  A) Yaxşı götür-qoy edib sonra işə başladıq. 
B) Tamaşadan sonra qızğın müzakirə başlandı.
3.  A) Zabit üzünü əsgərə tərəf çevirib nə isə dedi. 
B) Qarşı tərəf məğlubiyyəti ilə barışmalı olacaq.
4.  A) Qabaq belə şeylər məni narahat etməzdi. 
B) Bu hadisə müharibədən çox-çox qabaq olub.
Bir sıra köməkçi nitq hissələri əsas nitq hissələri ilə omonimlik təşkil edir. Bunları
fərqləndirərkən nəzərə almaq lazımdır ki, köməkçi nitq hissələri cümlədə heç bir
suala cavab vermir, ayrılıqda cümlə üzvü olmur.
Məndən sonra (qoşma) sən gəldin. 
Mən sonra (zərf) gedəcəyəm. 
Artıq (ədat) gecdir. 
İçəridə artıq (sifət) adamlar var. 
Yaxşı, (modal söz) gedək, gecdir. 
Yaxşı (sifət) söz üz ağardar.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə