Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

Düşün və cavab ver
8.  Aşağıdakı parça mətnin hansı hissəsinə uyğun gəlir?
“Yeddi gəmi” adasındakı gəmilər arasında 1887-ci ildə İsveçin gəmi tərsanəsində
Lüdviq Nobelin layihəsinə əsasən hazırlanmış “Zoroastr” (“Zər - düşt”) adlanan və
dünyada ilk neft tankeri olan gəmi də var idi. Sonralar onu dənizin dibindən
çıxarmaq cəhdləri heç bir nəticə vermədi. Bakı inşaatçıları öz işlərini çox
keyfiyyətli görmüşdülər – tanker dənizin dibinə həmişəlik pərçim olunmuşdu.
Yazı
9.  “Neft daşları” filmlərimizdə” mövzusunda inşa yazın.
Dil qaydaları
10.  Mətndə fərqləndirilmiş cümləyə diqqət yetirin. Hansı rənglə verilmiş “keçmiş” sözü
feili sifətdir? Həmin cümlədə nöqtələrin yerinə hansı bağlayıcı uyğun gəlir: “o
cümlədən”, yoxsa “eləcə də”?
11.  Mətndə göy rənglə verilmiş cümlələrə eh, ura sözlərindən uyğun gələnini artıraraq
hislərinizi ifadə edin. Bu hissin sevinc, kədər, qorxu və s. bildirdiyini izah edin.
Yadda saxla!
 NİDA
12.  Oxuyun, nidaları müəyyən edin. Durğu işarələrinə diqqət yetirin.
1.  Uy, mən bu kişidən qorxuram!
2.  Nə kifir kişidir bu, ay Allah!
Dilimizdə elə sözlər var ki, danışarkən hislərimizin (sevinc, qorxu, həyəcan və s.)
ifadəsinə kömək edir. Belə sözlər nida adlanır.
Aha, tanıdım səni! Vay! Vay! Deyəsən, bəşər deyil bu! (M.Ə.Sabir)
Nida cümlə daxilində vergül işarəsi ilə ayrılır. Bu cür cümlələrin sonunda nida
işarəsi qoyulur.
Ura, biz yenə birinciyik!
Bəzən nida bağlı olduğu cümlədən nida işarəsi ilə ayrılır.
Vay! Nə yaman çətinə düşdük!
Bəzi nidalar sözlərə qoşularaq çağırış bildirir. Bu nidalardan sonra vergül qoyulmur.
Ey Vətən, torpağın əzizdir mənə. (S.Rüstəm)


3.  Aha, deyəsən, məndən qorxurlar!
4.  A Məşədi, belim qırıldı, düş aşağı!
5.  Ey, kimsən orda, aç qapını!
6.  Oho!.. Qız da oxuyur ki!
7.  Ha-ha-ha, o kişi zarafat edibdir! (Ü.Hacıbəyli)
8.  Ah, nələr duyuram onun səsində, 
Bu ellər qızının xoş nəfəsində! (S.Vurğun)
9.  Ay haray, köməyə gəlin!
10.  Pəh-pəh, nə ətirli çaydır!
11.  Vay-vay, nə yaman yerdə axşamladım!
12.  Ay-hay, buna çətin iş deyirsiniz?!
13.  Cümlələri oxuyun və nidaların hansı hiss ifadə etdiyini araşdırın.
1.  Of, ürəyimdən tikan çıxdı!
2.  Vay, uşaqlar bilsə, aləm bir-birinə qarışacaq!
3.  Ay can-ay can, axşam gəzməyə gedirik!
4.  Ay aman, bu nə iş idi, mən düşdüm!
5.  Ah, hanı o gözəl günlər.
A       B       C       D       E 
Narahatlıq, qorxu ifadə edir.
A       B       C       D       E 
Həsrət, qəm-qüssə ifadə edir.
A       B       C       D       E 
Şadlıq, sevinc ifadə edir.
14.  Debat. Misraların məzmununa görə eyni nidaların hansı hisləri ifadə etdiyini
müəyyənləşdirin.
Bizdən də bir söz qalacaq, ay aman! 
Kimlər bizdən söz salacaq, ay aman! (M.Şəhriyar)
1.  Birinci misrada – sevinc, ikinci misrada – narahatlıq.
2.  Hər iki misrada – qorxu və narahatlıq.
15.  Hansı cümlələrdə nida yoxdur? Nida ilə omonim olan sözləri göstərin və hansı nitq
hissəsi olduğunu müəyyənləşdirin.
1.  Ahına anan qurban, ay bala! 
Ah, biz bir daha görüşməyəcəyik!
2.  Vayda da, toyda da əskik olmaz. 
Vay, nə yaman qəzəblə baxır!
3.  Ay aman, uşağın qızdırması var! 
Ondan aman gözləmə.


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.  Sizcə, bölmədəki mətnləri hansı ideya birləşdirir?
2.  Hansı mətnlər sizdə fərəh və qürur, hansılar təəssüf və hiddət doğurdu?
Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasından Məşədi İbadın monoloqunu
oxuyun, 3-cü və 4-cü tapşırıqları yerinə yetirin.
Zarafat deyildir, 
bir
 ətək pul verirəm, 
bir
 baxım görüm, mal nə cür maldır, verdiyim
pula dəyərmi? A kişi, mən bircə bilmədim 
ki
, camaat mənim harama qoca deyir!
Vallah, görünür ki, xalqın gözü pis görür. Budur, bu ayna, bu da mən. Allaha şükür,
dişlərim hamısı cabəca, saqqalım da qapqara, şəvə kimi. Deyəsən, burda 
bir
 dənə ağ
tük vardır. Gərək dartam çıxsın. Ay zəhrimar!.. Görünür ki, heyvan balası dəllək hənanı
pis yaxıbdır. Puf!.. Rədd ol, şarlatan!.. Qoca odur ki, dişləri olmaya, gözü görməyə,
qulaqları eşitməyə, özü də yerindən tərpənə bilməyə; mən 
ki
, əlhəmdülillah, quş
kimiyəm. Maşallah deyim ki, göz dəyməsin. Özüm də əlli yaşım ya ola, ya olmaya...
Yaxşı, indi mən papağımı nə cür qoyum 
ki
, qızın xoşuna gəlsin. Hərgah belə qoysam,
onda qız qorxar, elə bilər ki, Bakı qoçusuyam. Əgər belə qoysam, onda da qız ürkər,
elə bilər 
ki
, Qarabağın pambıq bəylərindənəm. Bəs nə tövr qoyum? Hamısından yaxşısı
budur 
ki
, başıaçıq oturram, onda qızın xoşuna gələr, elə bilər ki, abrazavonnıyam.
Doğrudan da, mən bir qədər abrazavonnıyam, çünki uruslar mən ilə çox alış-veriş
eyləyiblər və mən onlardan urus dilini də yaxşı öyrənmişəm. Aha, deyəsən, qız gəlir!..
3.  Altından xətt çəkilmiş köməkçi nitq hissələrini aşağıdakı cədvələ uyğun
qruplaşdırın.
Qoşma
Bağlayıcı
Ədat
Modal söz
Nida
 
 
 
 
 
4.  Eyni rənglə verilmiş sözlər arasında morfoloji baxımdan fərqlənəni tapın.
5.  Dördündən biri nitq hissəsinə görə fərqlidir:
1.  ha, di, ha-ha, axı
2.  paho, aha, əhsən, ha
3.  afərin, bəlkə, nəhayət, ümumiyyətlə


6.  Durğu işarələrini əlavə etməklə cümlələri köçürün.
1.  Paho xoş gördük, həmişə sən gələsən
2.  Vay mənim qızıma nə olub
3.  Oy nə qəşəng ceyrandır
4.  Sanki onlar xəyal imiş heyhat
5.  Ah necə kef çəkməli əyyam idi, 
Onda ki övladi-vətən xam idi (M.Ə.Sabir)
6.  Ay-hay mənə badalaq gələnə bax
7.  Cümlənin əvvəlinə müxtəlif modal sözlər artırmaqla fikrə münasibətinizi bildirin.
1.  (təsdiq bildirən) ... qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər.
2.  (nəticə bildirən) ... qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər.
3.  (fikrin mənbəyini bildirən) ... qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər.
4.  (şübhə bildirən) ... qəzəblə başlanan bir iş xəcalətlə qurtara bilər.
8.  Verilmiş sifətlərə uyğun ədatlar artırmaqla sifətin çoxaltma dərəcəsini düzəldib
cümlədə işlədin.
ən, lap, daha
gözəl, zərif, qəribə
9.  Nöqtələrin yerinə uyğun ədatlar artırın, ədatların yazılış qaydalarına əməl edin.
sana , mı , ha, di, də, ki, bəs, ən
1.  Bir körpə qəlbini sevindirmək ... böyük savabdır.
2.  Ana ürəyi övladından heç küsər... ?
3.  Dediklərimi unutma ..., oğul!
4.  Sözün düzünü üzə deyərlər ... .
5.  ... get, gecən xeyrə qalsın.
6.  Çoban qardaş, bu dağların sirrini bizə də de... .
7.  Kim ... milyonlar axtarır, nadir halda onu tapır. (Balzak)
8.  ... bu gözəl meşələr, buz bulaqlar cənnət deyil... ?
9.  ... böyük qələbələr qurbanlar bahasına əldə edilir.
2
2


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə