Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

Kitabda tənliklər sistemləşdirilərək altı növdə cəmləşdirilir və onların ədədi həlli
üsulları verilir. 
Həmçinin
 müxtəlif həndəsi fiqurların sahələri və həcmlərinin ölçülməsi
üsullarından bəhs edilir. Kitabın ikinci hissəsi tətbiqi məsələlərdən ibarətdir. ... alim
burada məişət, ticarət və hüquq, əmlak və torpağın bölüşdürülməsi, kanalların
tikilməsi və başqa sahələrdə məsələlərin həlli üçün riyazi üsullar təklif edir.
Əl-Xarəzmi “Hind hesabı haqqında” adlı ikinci riyazi traktatında o dövrdə Hindistanda
yayılmış onluq say sistemini təsvir etmiş və bu sistemə uyğun hesab qaydaları
vermişdir. Alim ilk dəfə olaraq hind rəqəmləri ilə ədədlərin yazılışında “əs-sifr”
adlandırdığı “0” rəqəmindən istifadə etdi. Bizim işlətdiyimiz “sıfır” və “şifr” sözlərinin
kökü də “əs-sifr” sözü ilə bağlıdır. Beləliklə, hind rəqəmləri əl-Xarəzminin kitabı
vasitəsilə bütün dünyaya yayıldı və yanlış olaraq ərəb rəqəmləri adlandırıldı.
Əl-Xarəzminin riyazi traktatları üç əsr sonra ərəb dilindən latın dilinə, sonra isə başqa
Avropa dillərinə çevrildi. Bu əsərlər bir neçə əsr Avropa universitetlərində riyaziyyatdan
əsas dərslik kimi istifadə edildi və onların əsasında bir çox riyaziyyat dərslikləri yazıldı.
Əl-Xarəzminin əsərləri sayəsində o zaman Hindistanda yayılmış onluq say sistemi
Avropada tanındı və elmin inkişafında mühüm rol oynadı.
Xəlifə əl-Məmunun sifarişi ilə əl-Xarəzmi Yer kürəsinin diametrini ölçmək üçün
araşdırmalar aparmışdı. Bu hesablamalar sonrakı 700 il ərzində Yer kürəsinin ölçüləri
ilə bağlı ən dəqiq araşdırma hesab olunurdu.
Əl-Xarəzminin astronomiya sahəsində də ciddi işləri var. O, Hikmətlər evinin
rəsədxanasından göy cisimlərini müşahidə edərək Günəşin, Ayın, 
eləcə də
 bir sıra
planetlərin yerini, Günəş tutulmalarının vaxtını kifayət qədər dəqiq hesablamışdı. Alim
astronomik cədvəllər tərtib etmiş, romalıların təqvimini təsvir etmiş, onu ərəblərin Ay
təqvimi ilə müqayisə etmişdi.
Müasir informatika elminin əsas anlayışlarından olan “alqoritm” termini əl-Xarəzminin
adının latın dilində yazılışından götürülüb.
1. Sonuncu cümlədə nöqtələrin yerinə hansı ifadə daha çox uyğun gəlir? 
A) Daim yorulmadan çalışan 
B) Riyaziyyatın müxtəlif sahələrinə toxunan 
C) Elmi insanların xidmətinə verməyə çalışan 
D) Ensiklopedik biliklərə malik 
2.  Əvvəlki bölmələrdə aldığınız məlumatlardan istifadə edərək altından xətt
çəkilmiş cümləni genişləndirin.


Təəssüf ki, əl-Xarəzminin əsərlərinin az bir qismi bizə gəlib çatmışdır. 1258-ci ildə
monqolların Bağdada yürüşü Hikmətlər evinin məhvi ilə nəticələndi. Deyilənə görə,
Dəclə çayının suyu ona atılmış saysız-hesabsız kitabların mürəkkəbindən qara rəngə
boyanmışdı.
Əl-Xarəzmi dünya elm və mədəniyyətinin görkəmli nümayəndələrindən biridir. Bu
dünyadan köçəndən sonra onun qoyduğu elmi irs əsrlər boyu bəşəriyyətə xidmət edib.
Özbəkistanın Xivə şəhərində böyük alimin heykəli ucalır: dərin düşüncələrə dalmış
müdrik qoca sanki yeni bir elmi traktat üzərində işləyir...
Reyhan Yusifqızı
Düşün və cavab ver
3.  Aşağıdakı cümlələri mətnin hansı hissələrinə əlavə etmək olar?
1.  Xəlifə əl-Məmun ucsuz-bucaqsız əraziləri olan xilafəti idarə etməyin yolunu
müxtəlif elm sahələrini inkişaf etdirməkdə görürdü.
2.  Hikmətlər evində ərəb dilinə tərcümə olunan əsərlər arasında Hippokrat, Platon,
Aristotel və Arximedin əsərləri də vardı.
3.  Əl-Xarəzminin ulduz falı, Günəş saatları haqqında da qiymətli elmi əsərləri var.
4.  Sillogizm qurmaqla aşağıdakı suallara cavab verin.
1. Əl-Xarəzmi neçə yaşında Bağdada köçdü? 
2. Bağdaddakı Hikmətlər evi neçə il fəaliyyət göstərdi?
5.  Mətndəki məlumatlardan istifadə etməklə “cəbr”, “sıfır”, “şifr”, “alqoritm”
sözlərinin etimologiyası haqqında şifahi təqdimat hazırlayın.
Dil qaydaları
6.  Mətndə göy rənglə verilmiş hansı sözlər bir-birini əvəz edə bilər?
Yadda saxla!
 KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİNIN SİNONİMLİYİ
7.  Fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin və
onları sinonimi ilə əvəz edin.
Sızlayır əhvalıma sübhə qədər tarım mənim, 
Təkcə tarımdır qara günlərdə dildarım mənim. (Şəhriyar)
Bəzi köməkçi nitq hissələri bir-biri ilə sinonimlik təşkil edir. Bu zaman onlar cümlə
daxilində bir-birini əvəz edə bilir; məsələn:
Uşaqlar meşəyə tərəf (doğru, sarı) qaçdılar. 
Dərs qurtarmışdı, amma (ancaq, lakin) o, evə getməyə tələsmirdi.


8.  Qoşmaları sinonimi ilə əvəz edin və cümlələri dəftərinizə
1. Onu təpədən-dırnağadək isladan yağış artıq dayanmışdı. 
2. Evin bünövrəsinə ilk daşı qoymazdan əvvəl dodağının altındadua oxumağa
başladı. 
3. Azıxa doğru uzanan yol təpənin başında yox olurdu. 
4. Həqiqi dostluqdan savayı, bütün münasibətlər müvəqqətidir. (J.Renar)
5. Başqa musiqi alətləri kimi tar da uzun əsrlər boyu formalaşmışdır. 
6. XX əsrin 20-ci illərinə kimi Azərbaycanda ərəb qrafikalı əlifbadan istifadə
etmişlər.
9.  Cümlələrdəki köməkçi nitq hissələrini seçin və nümunəyə uyğun cədvəli doldurun.
1. Ümid Sara xatuna qalmışdı: bu məsələni yalnız o həll edə bilərdi. 
2. Sanki bir pəridir, pəri yox, bir ay, Qəhrəman bir qızdır, başda kəlağay.
(N.Gəncəvi) 
3. Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur. (M.P.Vaqif) 
4. Həmişə sülh tərəfdarı ol, amma müharibəyə də hazır ol. (Napoleon) 
5. Hərgah deyilənlər doğru olsa, siz sərbəst buraxılacaqsınız. 
6. Ağılla xəyal birləşəndə möcüzələr yaranır. (F.Qoyya) 
7. Doğrudan da, hər gecənin bir gündüzü var. 
8. Madam ki israr edirsiniz, sizə həqiqəti söyləyərəm. 
9. İnsanın bir hadisə ilə bağlı çəkdiyi iztirab həmin hadisənin verdiyi əzabdan
betərdir.
(Montegü)
 
Söz
Sinonim
Nitq hissəsi
1
yalnız
ancaq
ədat
 
 
 
 
10.  Aşağıdakı cümlədə “ilə” sözü təkrar olunur. Onlardan birini sinonimi ilə əvəz
etməklə redaktə işi aparın.
İnteraktiv veriliş canlı yayım zamanı aparıcı ilə tamaşaçıların qarşılıqlı əlaqəsi ilə
müşayiət olunan televiziya verilişidir.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə