Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   46

qurğudur. Xarici görünüşü kitaba oxşayan bu qurğular internetdən kitab yükləyib
istənilən vaxt istifadə etməyə imkan yaradır.


– Onda mən bu kitabları oxumaq üçün ayrıca qurğu da almalıyam, eləmi?
– Yox, Azər, sən bu kitabları öz kompüterində də oxuya bilərsən. Amma kompüterdən
hər yerdə istifadə edə bilmirsən. Elektron kitablar isə buimkanı yaradır. Onlar planşet
kompüterlərin inkişafı və ixtisaslaşması nəticəsində yaranıb. Birekranlı və ikiekranlı
olur.
Azəri maraq götürdü:
– Bəs kitabları bu qurğudan oxumaq gözü çox yormur ki, müəllim?
– Elektron kitabların təsvir imkanları müxtəlifdir. Maye-kristal ekranlı e-kitablar
planşetə bənzəsə də, onlar kimi çoxfunksiyalı deyil. Belə ekrandan oxuyarkən gözlər
planşetlərdə olduğu kimi çox tez yorulur. Amma elektron kitabların elə tipləri var ki,
ekranı gözü yormur.
– Bəs bu qurğuların yaddaş imkanı necədir?
– Onlar oxucuya böyük bir kitabxananı heç bir çətinlik çəkmədən özü ilə gəzdirməyə
imkan verir. Həmçinin elektron kitablarda axtarış aparmaq, mənasını bilmədiyin
sözlərin izahını tapmaq və müəyyən dillərə tərcümə etmək də mümkündür. Axtarış
prosesi istifadəçinin verdiyi sorğuya əsasən avtomatik olaraq həyata keçirilir.
– Onda daha kağız kitablara ehtiyac qalmır ki...
– Mən elə deməzdim. Hər zaman köhnə ilə yeni arasında mövqe mübarizəsi gedir.
Amma bu mübarizələrin çoxunda tam qələbə heç kimə qismət olmur. Kino və
televiziyanın yaranması ilə teatrın tədricən aradan çıxacağı haqqında illərlə gedən
mübahisələrin nəticəsi də bunu təsdiq edir. Teatr bu gün də yaşayır, inkişaf edir. Kağız
kitabların da öz üstünlükləri var. Məsələn, bədii əsərləri, romanları oxumaq üçün nəfis
çap olunmuş kitabların yerini heç nə verə bilməz. Amma sorğu ədəbiyyatı – lüğət və
ensiklopediyalar, eləcə də tədris materialları ilə işləyərkən elektron formatın
üstünlükləri açıq-aşkar hiss olunur. Çoxcildli qalın sorğu kitablarını hər yerə özünlə
daşımaq çətindir. Bundan əlavə, adi lüğətdə və ya ensiklopediyada hər hansı bir sözü
axtarmaq da xeyli vaxt aparır. Xüsusi proqramla yığılmış elektron lüğətdə isə istənilən
sözün izahını tapmaq üçün o sözü yazmaq kifayət edir. Eyni zamanda elektron
informasiya materiallarında multimedia imkanlarını – audio və videonu da unutmaq
olmaz. Onlar məlumatın, biliyin daha dərindən qavranılmasına kömək edir. Bir sözlə,
Azər, texnoloji yeniliklərlə ayaqlaşmaq, onları mənimsəmək lazımdır. Bunsuz inkişaf
mümkün deyil.
Hidayət Fehruzoğlu


Söz ehtiyatı
2.  “Notbuk”, “yaddaş kartı”, “format”, “multimedia”, “audio” sözlərini kontekstə görə
izah edin.
Düşün və cavab ver
3.  Sizcə, tədris materiallarının elektron formatda təqdimatının hansı üstünlükləri ola
bilər?
4.  Kağız və elektron kitabların bir-biri ilə müqayisədə üstünlükləri barədə daha nə
deyə bilərsiniz?
Dil qaydaları
5.  Altından xətt çəkilmiş cümlədə modal sözü elə dəyişin ki, oxucu müəllimin
Azərdən tam razı qaldığı qənaətinə gəlsin.
6.  Göy rənglə verilmiş sözün hansı nitq hissəsi olduğunu müəyyənləşdirin və sinonimi
ilə əvəz edin.
7.  “Axı əşyaları da götürmək vacib idi” cümləsində ədatı aşağıda verilmiş ədatlardan
hansı ilə əvəz etsək, sual cümləsi yaranacaq?
A) məhz       B) ancaq       C) məgər       D) bəli
8.  “Mən ona demişdim ki, hamını öz arşını ilə ölçməsin” cümləsində “ki” bağlayıcısı
“mən” əvəzliyindən sonra işlənərsə, hansı qrammatik məna dəyişikliyi yaranar?
9.  Durğu işarələrini artırıb cümlələri dəftərinizə köçürün.
1. Əgər inkişaf yoxdursa deməli durğunluq gözlənilir. (Seneka) 
2. Bəli kommersiyada dostluq yoxdur. 
3. Axı mən həmişə deyirdim ki bu əla ideyadır. 
4. Bağışlayın vallah mən səhv etmişəm. 
5. Əgər eksperiment baş tutmayıbsa deməli nəsə qaydasında deyil. 
6. Kim ki öyrətməyi bacarır o da idarə edir.
Cümlələrin qrammatik əsasını göstərməklə onları quruluşca növünə görə
fərqləndirin.


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.  Bölmənin mətnlərindən orta əsrlər Azərbaycan mədəniyyəti haqqında hansı
nəticələrə gəlmək olar?
2.  Bu mətnlərdə Azərbaycanın sizə məlum olan hansı tarixi şəxsiyyətlərinin adları
çəkilir? Onlar haqqında bildiklərinizə nələr əlavə olundu?
3.  Köməkçi nitq hissələrini qruplaşdırıb cədvələ yazın.
1. Ah, bəlkə, anam da elə yuxuya getmişdi. (S.S.Axundov) 
2. Vay, Allah səni yox eləsin, nə murdar səsi var. (S.S.Axundov) 
3. Sənəm xanım həyəcanla gah şairə, gah da atasının üzünə baxırdı.
(Y.V.Çəmənzəminli) 
4. Evin sonbeşiyi olduğuna görə hamı onun başına pərvanə kimi dolanırdı. (İ.Şıxlı) 
5. Çərkəz axıracan tab gətirə bilməyəcəkdi. (İ.Şıxlı)
Qoşma
Bağlayıcı
Ədat
Modal söz
Nida
 
 
 
 
 
4.  Altından xətt çəkilmiş sözlərin nəqli keçmiş zamanda işlənmiş təsriflənən feil, ya
feili bağlama olduğunu müəyyən edin.
Cilvələnib nə qarşımda durubsan, 
Canım sana qurban, ay sarıköynək. 
Mələksən, çıxıbsan cənnət bağından, 
Heç kim olmaz sana tay, sarıköynək. (Aşıq ələsgər)
5.  Altından xətt çəkilmiş qoşmanı sinonimi ilə əvəz edib yazın.
Hər kim çətinliyi görsə doyunca,
Ömrün iç üzünü o anlayacaq. (S.Vurğun)
6.  Feili bağlama şəkilçisini hansı ilə əvəz etsəniz, şeirin qafiyəsinə və məzmununa
xələl gəlməyəcək?
Bahar fəsli, yaz ayları gələndə 
Süsənli, sünbüllü, lalalı dağlar. (Aşıq ələsgər)
A) -ınca        B) -ar-maz        C) -madan        D) -ıb
7.  Verilmiş feili sifətləri cümlədə işlədib yazın.
tələsən, yetişmiş, alınacaq, əkdiyim, qarşılanası
4
2
2
4


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə