Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

Sonuncu Assuriya padşahı Aşşurbanipal yaxşı təhsil görmüş hökmdar idi. Onun əmrinə
əsasən, mixi yazı ilə tərtib olunmuş çoxlu gil “kitablar” bir yerə toplandı.
Aşşurbanipalın kitabxanası dünyada ilk kitabxana hesab olunur.
Piktoqramdan fərqli olaraq heroqliflərlə və mixi yazı vasitəsilə fikri daha dəqiq ifadə
etmək olurdu.
***
Bu gün istifadə etdiyimiz yazı sistemi fonoqrafik (səsli) yazı növünə aiddir, çünki
müasir yazıdakı işarələr – hərflər ayrı-ayrı səsləri ifadə edir.
Qədimdə Aralıq dənizinin sahillərində yaşayan finikiyalılar bir neçə ixtiraları ilə tarixin
yaddaşında qalıblar. Onlardan biri də əlifbadır.
Finikiya tacirləri başqa şəhərlərə mal aparır, alış-veriş edirdilər. Çox vaxt onlar borc pul
və ya nisyə mal verir və bu zaman həmin şəxslərlə sövdələşirdilər. Şifahi
sövdələşmələr tez-tez pozulurdu. O vaxt mövcud olan yazı sistemləri isə müqavilə
şərtlərini yazıda dəqiq əks etdirməyə imkan vermirdi. Beləliklə, tacirlər əlifba yaratmalı
oldular. Finikiya əlifbası 22 samit səsi işarə edən hərflərdən ibarət idi.
Əvvəlki yazı sistemlərinə nisbətən əlifba daha tez və asan mənimsənilirdi. Odur ki bu
yazı növü tez bir zamanda başqa xalqlar arasında da yayıldı və maarifin inkişafına
güclü təsir göstərdi. Hər xalq öz dilinin səs sisteminə uyğun əlifba yaratdı.
Zaman keçdikcə Finikiya dili və əlifbası unuduldu, lakin sonradan bu əlifbanın əsasında
yaradılmış yunan və latın əlifbalarından indiyə qədər istifadə olunur.
Rafiq Ələkbəroğlu
Söz ehtiyatı
1.  Söz və ifadələri müvafiq izahlarla uyğunlaşdırın.
Sözlər və
ifadələr
İzahlar
sivilizasiya
məlumatın rəsm və ya rəsm ardıcıllığı ilə verilməsi
piktoqrafiya
həyatın yaranışı, təbiət hadisələri və s. ilə bağlı inancları əks
etdirən əsatirlər toplusu
mifologiya
hər bir danışıq səsinin hərf(lər)lə işarə edildiyi yazı növü
sarkofaq
cəmiyyətin müəyyən mədəni və mənəvi dəyərlərə əsaslanan
tarixi inkişaf mərhələsi.
mixi
müəyyən memarlıq üslubu və bədii tərtibatı olan qəbir, tabut,
kiçik sərdabə


fonoqrafik
yazı
gil və ya daş üzərində mıxşəkilli cızıqlardan ibarət yazı üsulu


1.  Verilmiş sözlərin hansı şəkillərə aid olduğunu müəyyən edin.
A) piktoqram             B) heroqlif             C) mixi             D) fonoqrafik yazı
Yazı
3.  Aşağıdakı cümlələri mətnin müvafiq hissələrinə əlavə edin.
1.  Qədim Misir heroqlifinin sirrini 1822-ci ildə fransız alimi Şampolyon aça
bilmişdir.
2.  Hərflərin forması bu hərflərlə başlayan əşyaların təs virini xatırladırdı.
3.  Gəmiqaya rəsmlərindəki “V” şəkilli işarələrin günəş şüası anlamına uyğun
gəldiyini güman etmək olar.
4.  Miladdan öncə III minillikdə Azərbaycanın cənubunda yaşayan əhali mixi yazı
ilə tanış idi.
Dil qaydaları
4.  Göy rənglə verilmiş cümlələrdə bağlayıcıları tapın və intonasiyaya görə vergülün
yerini müəyyənləşdirin.
Yadda saxla!
 BAĞLAYICILARDA VERGÜLÜN İŞLƏNMƏSİ
1
2
3
4
Cümlədə bir çox bağlayıcılardan əvvəl vergül qoyulur:
Göy guruldadı, amma yağış yağmadı.
Mən dözürdüm, çünki gələcəyinə inanırdım.
“Ki” və “belə ki” bağlayıcılarından sonra vergül qoyulur. Bu qayda “ki” ilə bitən
digər mürəkkəb bağlayıcılara (ona görə ki, odur ki, madam ki, indi ki və s.) aid
deyil:
Mən istədim ki, öz istədiyim sənəti seçim.
İndi ki belə oldu, gərək biz də yeni şəraitə uyğunlaşaq.


5.  Dəftərinizdə nümunəyə uyğun cədvəl çəkin. Müvafiq xanalarda qeydlər etməklə
qaydaların hansı cümlələrə aid olduğunu müəyyənləşdirin.
1.  Təkrar olunan bağlayıcıdan əvvəl (birincisindən başqa) vergül qoyulur.
2.  Təkrar olunan bağlayıcıdan sonra (sonuncudan başqa) vergül qoyulur.
3.  Bağlayıcının iştirak etdiyi cümlədən sonra vergül qoyulur.
4.  Bağlayıcının iştirak etdiyi cümlədən əvvəl vergül qoyulur.
5.  Bağlayıcıdan nə əvvəl, nə sonra vergül qoyulur.
 
 
A B C D E
1
İnsan yalnız bilmədiyi şeydən qorxur, bilik isə adamı cəsarətli
edir.
 
 
 
 
 
2
İfadə yazmaq həm dinləmə, həm də yazı bacarığını inkişaf
etdirir.
 
 
 
 
 
3
Hərçənd mənimlə yaxın dostdur, bəzən fikirlərimiz üst-üstə
düşmür.
 
 
 
 
 
4
İnsanın ən böyük dostu da, ən böyük düşməni də onun
təxəyyülüdür.
 
 
 
 
 
5 Elmin tərəqqisi alimlərin kəşfləri və ixtiraları ilə müəyyən olunur.
 
 
 
 
 
6 Həqiqət gözəldirsə, xəyal da bir o qədər füsunkardır.
 
 
 
 
 
6.  Vergülləri yerli-yerində işlətməklə cümlələri dəftərinizə köçürün.
1.  Ən etibarlı adamlara da oxumağa kitab verməyin belə ki mənim kitablarımın
tən yarısı oxumaq üçün alıb qaytarmadığım kitablardan ibarətdir.
2.  Adama elə gəlir ki kitablar dərd çəkən insanlara təsəlli vermək üçün
yazılmışdır.
3.  Kim həqiqət atəşini söndürməyə cəhd etsə ya saqqalı yanar ya da bığı.
(Diogen)
4.  Səhvi tapmaq həqiqəti tapmaqdan qat-qat asandır çünki səhv lap üzdə olur
həqiqət isə həmişə dərindədir.
5.  İstəsək də istəməsək də həqiqəti qəbul etmək məcburiyyətindəyik.
6.  Dostluq da düşmənçilik də bahar buludu kimi gah yağar gah kəsər.
7.  Danışarkən əllərini hara qoyacağını bilməyən adam bu əllərlə ağzını örtsə
həm öz canını qurtarar həm də biz xilas olarıq.
(Ş.Kalonn)


QƏDİM YAZI 
MATERİALLARI
Azərbaycanda tarixin müxtəlif dövrlərində fikri ifadə etmək üçün müxtəlif yazı
materiallarından istifadə olunmuşdur.
Çox qədim zamanlarda yazı materialı kimi daş və ya gil lövhələrdən istifadə edilmişdir.
Məsələn, qədim türklər Orxon-Yenisey əlifbası ilə iri daşlar üzərində öz qan
yaddaşlarını həkk edirdilər. Cənubi Azərbaycanda tapılmış mixi yazılı gil lövһələr
Miladdan öncə bu ərazidə gil kitabların olmasından soraq verir. Dərbənd, Mingəçevir,
Xocalı və s. bölgələrdə də mixi və alban yazılı daş və gil lövһələr tapılmışdır.
Orta əsrlərdə Azərbaycan sənətkarları – memarlar və rəssamlar һökmdar sarayları,
məscid və məqbərələrin inşası zamanı daş lövһələr üzərində müəyyən yazılar həkk
edirdilər.
XII əsr ərəb coğrafiyaşünas səyyaһı əl-Əndəlusi yazırdı: “Xəzər dənizi saһillərində
tərkibində qızıl olan xeyli daş vardır. Yerli əһali onların üstündə incə xətt nümayiş
etdirir. Bu daşlardan birinin üzərində Məһəmmədin və Əlinin kəlamları ən gözəl xətlə
yazılmışdır”.
1.  VI sinifdə tanış olduğunuz “Orxon-Yenisey abidələri” mətnini yada salaraq
oxuduğunuz hissəni genişləndirin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə