Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

UĞURA GEDƏN YOL
Həyatda uğur qazanmaq üçün, ilk növbədə, gələcəyə yönəlmiş hədəf seçməlisiniz.
Daha sonra həmin məqsədə aparan yaxın hədəfləri müəyyənləşdirmək lazımdır.
Özünüzə qısa müddətli hədəflər seçməklə daha uzaq hədəflərə çata bilərsiniz.
Beləliklə, həyat strategiyanızı və taktikanızı müəyyən etmiş olursunuz.
Hədəf seçilən andan insanın həyat tərzi də dəyişir. Əgər səhər evdən çıxanda hara
gedəcəyinizi bilmirsinizsə, bütün günü boş-boş veyillənib axşam evə qayıdacaqsınız.
Amma harasa getməyə qərar vermisinizsə, ünvanı bilməsəniz də, soruşa-soruşa
mənzilbaşına gedib çıxa bilərsiniz.
Hədəfi seçərkən vacib məqamlardan biri də realist olmaqdır. Reallıqdan uzaq olan
hədəf arzu və xülyadır. Qarşınıza qoyduğunuz məqsəd təbiətinizə uyğun olmalıdır ki,
ona doğru irəliləmək sizə zövq versin. Hədəfinizi düşündükcə bezməməli, əksinə,
özünüzdə əzm və iradə tapmalısınız. Bunun üçün də qarşınıza qoyduğunuz hədəf
qabiliyyətlərinizdən nə həddindən artıq yüksək, nə də həddindən artıq aşağı olmalıdır.
* * *
Hədəfə gedən yol çox zaman təhsildən keçir. Hansı peşəyə yiyələnməyin bir o qədər
də önəmi yoxdur, önəmli olan peşəyə hansı səviyyədə yiyələnməkdir.
Təhsil insanın gələcək peşəsini, cəmiyyətdəki yerini təmin edən ən mühüm şərtlərdən
biridir. Əlbəttə, kimsə etiraz edə bilər: Hacı Zeynalabdin Tağıyevin heç orta təhsili də
olmayıb, amma o, Azərbaycan tarixində dərin iz qoymuş iş adamı və xeyriyyəçi olub.
Nəzərə almaq lazımdır ki, təhsil diplom almaqdan ibarət deyil. Təhsilini yarımçıq
qoymaq və ya təhsil almamaq öyrənməmək deyil. Siz universitetə daxil olub ali təhsilli
mütəxəssis də ola bilərsiniz, ümumi orta təhsili bitirməmiş müəyyən peşəyə yiyələnə
də bilərsiniz. Əsas məsələ peşəkar olmaq, seçdiyiniz peşənin və ya ixtisasın sirlərinə
dərindən bələd olmaqdır. Seçdiyiniz sahədə özünüzü təsdiqləməyə çalışın. Onu da
yadda saxlayın ki, insanın xoşbəxt olması üçün çox vaxt pul kifayət etmir. Sevdiyi bir
işdə çalışmaq tamamilə başqa bir həzdir.
1.  “Strateji məsələ”, “döyüş taktikası” ifadələrini yada salaraq “strategiya” və
“taktika” sözlərini izah edin. Sizcə, bu sözlərdən hansı “son hədəf”, hansı
“hədəfə aparan yollar” mənasını verir?


Mükəmməl təhsil təkcə dərs oxumaqdan ibarət deyil. İnsan o zaman həqiqi mənada
uğur qazana bilər ki, bir şəxsiyyət kimi hərtərəfli inkişaf etsin. Yalnız bir-iki fənni
dərindən öyrənmək uğur qazanmaq üçün kifayət etmir. Həyatınızda idmana, sənətə,
ədəbiyyata, musiqiyə, yaradıcılığa və müxtəlif sosial fəaliyyətlərə də yer ayırmalısınız.
Çalışın ki, fəal, yeni-yeni təkliflərlə çıxış edən bir insan olasınız. Bu sizin ictimai
nüfuzunuzu artıracaq və ətrafdakıları sizinlə hesablaşmağa məcbur edəcək.
* * *
Uğurun daha bir sirri özünəinamdır. Nə edirsinizsə edin, daim hədəfə çatmaqda israrlı
olun, mənfi düşüncələri özünüzdən uzaqlaşdırın. Hədəfə doğru gedən yolda
büdrəmələr də olur, taleyin gözlənilməz zərbələri də. Ancaq bütün bun lar sizi ruhdan
salmamalıdır. Heç zaman özünüzə inamı itirməyin. İtirsəniz, o dəqiqə uğursuzluq
başınızın üstünü alacaq.
Yeni Zelandiyanın Oklend şəhərində doğulmuş Edmund Hillari uşaq yaşlarından
idmanla məşğul olur, alpinizmə həvəs göstərirdi. Onun ən böyük arzusu dünyanın ən
uca zirvəsi olan Everesti fəth etmək idi. Nəhayət, 1952-ci ildə o buna cəhd etdi, lakin
cəhdi uğursuzluqla nəticələndi. Bu cəhddən bir neçə həftə sonra Hillari İngiltərə
məktəblərindən birinə, şagirdlərlə görüşə dəvət olunmuşdu.
Bu görüşü zamanı Hillari şagirdlərə demişdi:
– Mənə qalib gəldiyi üçün Everest gözümdə böyüdü, amma o da bir şeyi yaxşı yadında
saxlamalıdır ki, hədəfimə çata bilmədiyim üçün içim dəki əzm daha da artıb, daha da
güclənib, buna görə də mən ona qalib gələcəyəm...
Sonra əzmkar alpinist Everest dağının məktəb divarından asılmış şəklinə baxaraq ona
meydan oxumuşdu:
– Mənə ilk cəhdimdə qalib gəldin, amma səninlə mübarizəm bitməyib, ey Everest!
Gözlə məni, yenə gələcəyəm və bu dəfə sən ayaqlarımın altında olacaqsan”.


Bu çıxışından bir il sonra, doğrudan da, Everest Hillarinin ayaqları altın da idi... 29 may
1953-cü ildə saat 11:15-də Edmund Hillari indiyə kimi zirvəsini heç kimin görmədiyi
Everestin ən uca nöqtəsində dayanmışdı.


O bunu bacardı və bu uğuruna görə ona kraliça II Yelizaveta tərəfindən “cəngavər” adı
verildi.
Bəli, hər bir uğurun arxasında səbir, əzmkarlıq, dözüm, zəhmət dayanır. Əlbəttə, bir
şagird kimi siz də yaxşı oxumaq, ali məktəbə qəbul olmaq, istədiyiniz ixtisasa
yiyələnmək istəyirsiniz. Unutmayın, bu çətin yolda yalnız səbirli və iradəli olanlar
böyük uğurlara imza atacaqlar. Çətinliksiz həyatın mənası və marağı olmur. Odur ki
istənilən 
problemlə
 üzləşəndə stressə düşməyin, ona dəf olunmalı 
maneə kimi
 baxın.
Problem həllinin sevincini yaşayın. Belə olsa, uğur 
sizin üçün
 qaçılmaz olacaq.
Aylin Atmacanın 
“Zamanı necə idarə etməli” kitabından
Düşün və cavab ver
2.  Verilmiş aforizmlər mətnin hansı abzaslarına uyğun gəlir?
1.  Heç bir uğura çiçəkli yollarla gedilməz. (Lafonten)
2.  “Mümkün deyil” ifadəsi ancaq axmaqların lüğətində ola bilər.
(Napoleon)
3.  Məqsədinizə çatmaq üçün həmin şeyi ürəkdən arzulamalısınız.
(Ovidi)
4.  Hara getdiyinizi bilmirsinizsə, heç bir yol sizi getdiyiniz yerə aparmayacaq.
(Martens)
5.  Elmdən keçməyən yolun sonu qaranlıqdır. (Hacı Bəktaş Vəli)
6.  “Böyük işləri asanlaşdırmaq üçün onların icrasını bir neçə mərhələyə
bölməlisən”. (Henri Ford)
7.  Hər istədiyini edə bilmirsənsə, edə biləcəyin şeyləri istə. (Firdovsi)
8.  Sabah nə edəcəyini bilməyən insan bədbəxtdir. (Konfusi)
3.  Verilmiş aforizmləri öz sözlərinizlə izah edin.
1.  Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz. (Mişel Monten)
2.  Bütün böyük işlərin əvvəli kiçik başlanğıclardır. (Siseron)


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə