Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

Yadda saxla!
 İSƏ HİSSƏCİYİ
7.  Cümlələrdə isə hissəciyinin qoşulduğu sözlərin hansı nitq hissəsinə aid olduğunu
deyin.
1.  Əgər etimadı doğruldubsa, deməli, məsuliyyət hissi yüksəkdir.
2.  Əgər adamsansa, sev adamları, 
Demə: – Bu, dostumdur, bu, düşmənimdir. (B.Vahabzadə)
3.  Məktəb olimpiadasında birincisənsə, yeni mərhələdə iştirak edə - cəksən.
4.  Əgər mən bir adama yaxşılıq eləyirəmsə, demək, öz mənəvi ehtiyacımı
ödəyirəm.
5.  Əgər yaratdığın abidə uzunömürlüdürsə, əsl sənətkarsan.
8.  Cümlədə düzgün söz sırasına əməl etməklə şeir parçasını nəsrə çevirin. Durğu
işarələrinin işlənməsindəki fərqi izah edin.
1.  Bir gün yadınıza düşərəmsə mən, 
Bu doğma ellərdə axtararsınız. (S.Rüstəm)
2.  Od vermirsə qəlbə, cana, 
Demək, o heç ürək deyil... (B.Vahabzadə)
3.  Olmasaydı bu cahanda sarsaqlar, 
Ac qalardı, yəqin ki, yaltaqlar. (İ.A.Krılov)
9.  Verilmiş feillərin xəbər şəklinə isə hissəciyi artırıb müvafiq cümlələrdə işlətməklə
dəftərinizə köçürün.
bilmək, istəmək, ummaq, getmək, sevmək
1. Yaxşılıq eləyib bir şey ......... , eləməsən, yaxşıdır. 
2. Arabanın qabaq çarxları hara ....... , dal çarxları da ora gedər. 
3. Sağlam olmaq ......... , az ye. 
4. Kim öz vətənini ......... , deməli, heç kimi və heç nəyi sevmir. 
5. İnsan nə qədər az ......... , bir o qədər çox bildiyini düşünür. 
İsə hissəciyi, adətən, sözlərə -sa  şəklində əlavə edilir və şərt mənası yaradır.
Bunu bilirdisə, vaxtında deməli idi. Çalışqandırsa, buna nail olacaq.
İsə hissəciyi şəxs şəkilçilərindən sonra əlavə olunur. Cümlədə isə hissəciyi artırılmış
sözdən sonra vergül qoyulur.
2


BUNU KİM DEYİB
Vaxtilə tarixi şəxsiyyətlərin dilindən çıxmış və ya bədii əsərlərdə işlənmiş bir sıra
kəlamlar bu gün geniş yayılaraq zərbi-məsələ, aforizmə çevrilmişdir. Məsələn,
müəyyən işdə, yarışda asanlıqla uğur qazanan şəxslər bəzən təkəbbürlə “Gəldim,
gördüm, qələbə çaldım” deyirlər. Bu ifadəni ilk dəfə Qay Yuli Sezar işlətmişdir. Bir-
birinin ardınca başqa əraziləri zəbt edən Roma imperatoru hər dəfə senata öz
qələbəsini təsvir edən uzun hesabat məktubları yazırdı. Nəhayət, bu qələbələr o qədər
adiləşdi ki, Sezar məktubunda cəmi üç söz yazmağa başladı: “Veni, vidi, vici” (“Gəldim,
gördüm, qələbə çaldım”). Hər qələbədən sonra Romaya triumfla daxil olan Sezarın
önündə əsgərlər bu sözlərin yazıldığı plakat aparırmışlar.
Qanadlı ifadəyə çevrilmiş elə kəlamlar da var ki, onların ilk dəfə kim tərəfindən
deyildiyi tədqiqatçılar arasında mübahisə doğurur.
Maksim Qorkinin 1898-ci ildə yazdığı “Şahin nəğməsi” əsərin dən sonra “Sürünmək
üçün doğulanlar uça bilməzlər” aforizmi dillərdə əzbər oldu. İndinin özündə də bu


aforizmi işlədəndə böyük rus yazıçısına istinad edir, onun məşhur əsərini nəzərdə
tuturlar. Lakin tədqiqatçılar başqa fikirdədirlər. Məsələ burasındadır ki, “Şahin
nəğməsi”ndən 119 il əvvəl Rusiya Akademiyasının üzvü, şair və tərcüməçi İvan
Xemnitserin “Kişi və inək” təmsili çap edilib. Təmsilin son sətirləri belədir:
Belindəki adamın altında sərilərək 
Yıxıldı heç çapmağı bacarmayan bu inək. 
Burda qəribə nə var: bilməliydi o nadan, 
Sürünməkçün doğulan uça bilməz heç zaman.
Ola bilsin ki, Maksim Qorki özündən bir əsr əvvəl yaşamış şairin bu təmsilindən
xəbərsiz idi. Bəlkə də, əksinə, bilərəkdən Xemnitserin yaradıcılığından bəhrələnmişdi,
çünki XIX əsrdə bu müəllif Rusiyada hələ populyarlığını saxlayırdı, əsərləri təkrar-
təkrar çap edilirdi. İstənilən halda


etiraf olunmalıdır ki, aforizmi məhz Qorki məşhurlaşdırıb, amma Xemnitserin birincilik
haqqı da özünə qaytarılmalıdır.
“Sürünmək üçün doğulanlar uça bilməzlər” ifadəsi o qədər populyardır ki, ondan yeni-
yeni aforizmlər yaranır: “Uçmaq üçün doğulanlar sürünə bilməzlər” və ya “Sürünmək
üçün doğulmuşlar heç vaxt büdrəməzlər”.
Sovet dövründə nəşr olunmuş bir çox kitablarda, eləcə də dərsliklərdə XVIII əsrin
böyük rus sərkərdəsi Aleksandr Suvorovdan (1730-1800) sitat gətirilirdi: “General
olmağı arzulamayan əsgər yaxşı əsgər deyil”. Lakin Suvorovun, həqiqətən, bu
ifadəni işlətdiyinə dair heç bir elmi sübut yoxdur. Onun müasirlərindən heç kim bunu
təsdiqləmir. Rus mənbələrində həmin aforizmə ilk dəfə yazıçı Aleksandr Poqosskinin
1855-ci ildə yazdığı “Əsgər qeydləri” kitabında rast gəlinir: “General olmağı
arzulamayan əsgər yaxşı əsgər deyil, amma gələcək taleyi barədə çox düşünən əsgər
ondan da pisdir”. Cümlənin birinci hissəsi aforizmə çevrilib, davamı isə unudulub. Belə
şeylər tez-tez baş verir.
Tədqiqatçılar fransız sərkərdəsi Napoleonun bu ifadəni Poqosskidən də əvvəl işlətdiyini
iddia edirlər. Napoleonun ordusu Avropada adi əsgərin marşal rütbəsinə qədər yüksələ
biləcəyi yeganə 
ordu idi
. Rusiyada isə həmin illərdə səhvə yol vermiş əsgəri bəzən
ölənədək döyürdülər, zabit rütbələri yalnız zadəganlara verilirdi. Bu səbəbdən də
həmin qanadlı ifadənin XVIII əsr Rusiyasında yarana biləcəyi inandırıcı görünmür.
Rəvayətə görə, 1773-cü ildə rus sərkərdəsi Aleksandr Suvorov baş komandanın əmri
olmadan türklərin Turtukay qalasına hücum edibmiş. Hücum uğurla nəticələnib. Lakin
Suvorov tabelik qaydalarını pozduğuna görə baş komandan onun cəzalandırılması
tələbi ilə hərbi tribunala müraciət edib. İmperatriçə II Yekaterina bundan xəbər
tutanda “Qalibləri mühakimə etmirlər” deyərək məhkəmə prosesinin
başlanmasına icazə verməyib.
Lakin Suvorovun Turtukay uğrunda döyüşlərdə özbaşına hərəkət etməsi və buna görə
məhkəməyə verilməsi haqda rəvayət heç bir tarixi mənbə ilə təsdiq olunmur. Əgər o,
baş komandana tabe 
olmasa idi
, bu cəbhədə qələbələrə görə “Müqəddəs Georgi”
ordeni ilə təltif olunmazdı.
“Qalibləri mühakimə etmirlər” ifadəsi isə qədim latın aforizminin (“Victoria non
arbitrare”) hərfi tərcüməsidir. Onun hansı şəraitdə yarandığı və ilk dəfə kim tərəfindən
işlədildiyi barədə dəqiq məlumat yoxdur.
1.  Bu üç ifadə arasında məna fərqini və onlardan hər birinin işlənmə məqamını
aydınlaşdırın.
2.  Poqosskinin aforizmini izah edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə