Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   46

Qadın sakitləşmiş kimi görünürdü. Gənc yenə tənbəkisini çəkirdi. Amma artıq qadına
tərəf baxmırdı.
Professor evdə onu gözləyən arvadını, indi həmişəkindən çox sevdiyi çəhrayı yanaqlı
uşaqlarını düşünürdü.
Qəssab isə bir az əvvəl dediyi üç qurbanı ikiyə endirmək üçün vicdanını yola gətirirdi.
Hətta sahilin işıqları görünəndə iki qurban birə endi. Həmdə onu artıq Qurban
bayramında kəsəcəkdi.
Qayıqdan ilk tullanan professor oldu. Onun dalınca qayığı gənc tərk elədi. Qəssab
qaça-qaça, hoppana-hoppana bir andaca yoxa çıxdı.
Sarışın qadın ən axıra qalmışdı. Yellənən qayıqdan sahilə düşməyə heç cür cəsarət
etmirdi. Köməkçi əlini ona uzatmaq istədi. Amma qadın bu tər qoxulu kobud adamın
əlini tutmamaq üçün sıçrayışla sahilə atıldı, qürurlu və dəbdəbəli yerişlə buradan
uzaqlaşdı.
Haldun Tanerin eyniadlı hekayəsi əsasında işlənmişdir.
Düşün və cavab ver
3.  Əsərdə yanğın zamanı və ondan sonra obrazların xarakterini açan incə məqamları
qeyd edin.
4.  “Bağda ərik var idi, salaməleyk var idi, bağdan ərik qurtardı, salam əleyk qurtardı”
atalar sözü hekayənin hansı qəhrəmanının davranışına uyğundur?
5.  Mətni bitkin hissələrə bölün. Əsərə mühakimə xarakterli sonluq yazın. Yazınızda
“ekstremal vəziyyət”, “psixoloji məqam”, “eqoizm”, “altruizm”, “centlmen” kimi
söz və ifadələrdən yerli-yerində istifadə etməyə çalışın.
Dil qaydaları
6.  Mətndə göy rənglə verilmiş hansı cümlədə bir subyekt başqa birini hərəkəti icra
etməyə yönəldir?
Yadda saxla!
 İCBAR NÖV
İcbar növ feillərdə hərəkətin obyekti ilə yanaşı, ən azı, iki subyekti olur: 1)
hərəkətə yönəldən, 2) hərəkəti bilavasitə icra edən.
Qoca (I subyekt) nəvəsindən gələn məktubu (obyekt) qızına (II subyekt) oxutdu.
Bu növ feillər -dır , -t şəkilçiləri vasitəsilə düzəlir.
4


7.  Aşağıdakı cümlələrdə icbar növ feillərin altından xətt çəkin.
Gülpəri Cəfəri göndərib iki fayton tutdurdu, faytonun birinə nökəri və şeyləri qoyub
o birinə də özü Nurəddinlə oturdu. Erkən gedib mənzilə çatmaq üçün faytonları
qovdurdu. (S.S.Axundov)
8.  Verilmiş cümlələrdə hərəkətin obyektini və I, II subyektini müəyyən edin.
Nümunə: Xudayar bəy (I subyekt), məktubu (obyekt), mollaya 
(II subyekt) yazdırdı.
1. Dünən Tahir əmi bağda ustalara quyu qazdırdı. 
2. Səməd məktubu oğluna yazdırdı. 
3. Fermerlər torpağı fəhlələrə şumlatdılar. 
4. “Azərbaycan” şeirini müəllim bizə dünən oxutdurdu.
9.  Hansı cümlələrdə feil icbar növdə olsa da, hərəkəti bilavasitə icra edən (II
subyekt) məlum deyil?
1. Qonşumuz bağda quyu qazdırdı. 
2. Ana məktubu qızına yenidən oxutdurdu. 
3. Müəllim bu gün inşa yazdırdı. 
4. Kral məşhur rəssama öz portretini çəkdirdi. 
10.  Hər sırada verilmiş iki cümləni icbar növ feilli bir cümlə ilə əvəz edin.
1. Ata yorulmuşdu. Odunları uşaqlar daşı dılar. 
2. Nənə eynəyini itirmişdi. Məktubu nəvəsi oxudu. 
3. Səlim xəmir xörəklərini çox sevir. Bacısı onun üçün xəngəl bişirdi.
11.  * Aşağıdakı cümlələrdə xəbər vəzifəsində işlənən feillərin hansı qrammatik məna
növünə aid olduğunu müəyyənləşdirin.
Bu gün uşaqlar bayram tonqalı yandırdılar.
Oğlan iti parkda gəzdirirdi.
Fəhlələr işi dayandırdılar.
Yeni gələn mühəndis köhnə binaları sökdürdü.
Sərvər Gülnazı inandırdı.
Bakıdakı ən gözəl binaları H.Z.Tağıyev tikdirmişdir.
12.  * Debat.“Oğul mənimdir əgər, oxutmuram, əl çəkin” (M.Ə.Sabir) misrasında feilin
məlum, yoxsa icbar növə aid olduğunu müəyyənləşdirin. Fikrinizi əsaslandırın.


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.  Bu bölmədə tanış olduğunuz yeni sözləri onların izahı ilə uyğunlaşdırın.
2. 
Bölmədəki mətnlərə əsasən cümləni tamamlayın.
... mətnindəki ... obrazını bəyəndim, ona görə ki ...
3.  Cümlələrdəki feillərin qrammatik məna növlərini müəyyənləşdirin.
1. Uzun fasilədən sonra döyüş yenə başladı. 
2. Xəbər bir anda kəndə yayıldı. 
3. Musiqinin xoş sədası otağa yayıldı. 
4. Kəndə yeni yol çəkdirdilər. 
5. Onlar köhnə dostlar kimi görüşdülər. 
4.  Fərqləndirilmiş sözlərdə omonim şəkilçilərin funksiyasını təyin edin.
1. Döyüşçülər xeyli vuruşdular. Vuruş xeyli davam etdi.
2. İki tərəf arasında baş tutan görüş televiziya kanallarında nümayiş etdirildi.
İdmançılarımız ikinci yarımfinaldan sonra görüşdülər.
5.  Cədvəldə verilmiş sütunları düzgün şəkildə qruplaşdırın.
Məlum növ
İş görən məlum deyil
-ıl ,-ın  (-
n)
Görün(mək)
Qayıdış növ
İş görən bilavasitə məlumdur
-ış  (-ş)
Kədərlən(mək 
Qaldır(maq)
Məchul növ
İş iş görənin üzərində icra
olunur
-ıl ,-ın  (-
n)
Tapıl(maq) 
Anlaşıl(maq)
Qarşılıq-birgəlik
növ
İş başqasına gördürülür
-dır  (-t)
Toplaş(maq) 
Parıldaş(maq)
İcbar növ
İş müştərək və ya qarşılıqlı
görülür.
---
Tanıtdır(maq) 
Düzəltdir(mək)
1) xaniman 
2) ümman 
3) xaric 
4) pərdə 
5) qiyamət
A) bəzi simli musiqi alətlərinin qolundakı 
    bölmələrdən hər biri. 
B) ev-eşik, ata yurdu, ocaq, məskən 
C) böyük dəniz, dərya, okean 
Ç) məhşər günü 
D) musiqidə mövcud ölçü və ahəngdən 
    kənara çıxma, yanlış ifa
4
4
4
4
4
4



MOLLA NƏSRƏDDİN DEMİŞKƏN...
Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan Çinə qədər böyük bir ərazidə
yaşayan türklər istər-istəməz gülürlər. Çünki bu adı eşidən də yadımıza hansısa bir
lətifə düşür.
Söhbət uzun əsrlər boyu insanlara gülüş bəxş edən Nəsrəddindən gedir. Bu ad hər bir
türk üçün doğmadır. Anadoluda ona Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin,
Orta Asiyada Xoca Nəsrəddin deyirlər.
Molla Nəsrəddinin harada, nə vaxt yaşadığı barədə dəqiq məlumat yoxdur. Bəzi
folklorşünaslar Molla Nəsrəddinin prototipinin XIII əsrdə yaşamış məşhur Azərbaycan
alimi Nəsirəddin Tusi olduğunu iddia edirlər. Doğrudan da, Tusinin məşhur “Əxlaqi-
Nasiri” əsərində lətifələr də var. Bu isə onun yumora meyilli olduğundan xəbər verir.
Bundan başqa, Molla Nəsrəddin lətifələrinin birin də onun digər adının Həsən olduğuna
işarə var. Məlumdur ki, Nəsirəddin Tusinin də əsl adı Məhəmməd ibn Həsən olmuşdur.
Lakin digər türkdilli xalqlar da lətifə qəhrəmanının onlara məxsus olduğunu sübut
etmək üçün müxtəlif arqumentlər gətirirlər. Molla Nəsrəddin lətifələrində Teymurləng
adının tez-tez çəkildiyini əsas tutaraq bəzi tədqiqatçılar onun özbək olması ehtimalını
irəli sürürlər.
1.  Molla Nəsrəddinin milli mənsubiyyəti ilə bağlı 1-ci və 2-ci ehtimalları müqayisə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə