Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   46

İyirmi min şəhid Mübarizin bədənini tərk eləyən qəhrəman ruhunu götürüb göylərə
çəkildi.
Mustafa Çəmənli
Söz ehtiyatı
3.  “Xaniman”, “illah”, “sinmək”, “kazarma”, “kəsdirə bilməmək”, 
“dərgah” söz və ifadələrinin mənasını kontekstə görə izah etməyə çalışın.
Düşün və cavab ver
4.  Mətndəki məlumatlardan istifadə edərək cavab verin: Xocalı faciəsi 
baş verəndə Mübarizin neçə yaşı var idi?
5.  İyirmi min şəhid dedikdə müəllif kimləri nəzərdə tutur?
Yazı
6.  Çingiz Mustafayevin Xocalı faciəsini əks etdirən videoyazıdan 
istifadə etməklə 2-ci abzası genişləndirib mətn yazın.
Dil qaydaları
7.  Mətndə göy rənglə verilmiş cümlədə hansı söz:
hərəkət bildirir?
hərəkəti icra edəni bildirir?
üzərində hərəkət icra olunanı bildirir?
Yadda saxla!
 HƏRƏKƏTİN SUBYEKTİ VƏ OBYEKTİ
8.  Altından xətt çəkilmiş hansı cümlədə:
hərəkətin subyekti və obyekti məlumdur?
hərəkətin subyekti məlum deyil?
subyekt hərəkəti öz üzərində icra edir?
hərəkət qarşılıqlı icra olunur?
Hərəkətin, adətən, subyekti və obyekti olur.
(subyekt)  (obyekt)  (hərəkət)
Uşaq   kitab  oxuyur.
Subyekt hərəkəti icra edəndir. Hərəkət obyekt üzərində icra olunur.
Subyekt və obyektin cümlədəki xüsusiyyətlərindən asılı olaraq feil müxtəlif
qrammatik mənalar kəsb edir.


9.  Dəftərinizdə nümunəyə uyğun cədvəl qurun və altından xətt çəkilmiş sözləri
müvafiq xanalarda yazın.
1. Ən uzun velosipedi Belçika mühəndisləri düzəltmişlər. 
2. Gözəllik gözəlliyi cəlb edər. 
3. Biz bütün yayı ağaclara qulluq etdik. 
4. Suya batan cisim onun bir hissəsini sıxışdırıb çıxardır.
Hərəkəti (işi) icra edən
Üzərində hərəkət (iş) icra olunan
 
 
 
 
10. Uyğunluğu müəyyən edin.
A. Bu məktub iki il bundan əvvəl yazılıb. 
B. Biz üç ildir ki, Elxanla yazışırıq. 
C. Yazıda xətaya yol verilib. 
D. Əsgərlər irəli atıldılar. 
E. Bu gün müəllim bizə imla yazdırdı. 
 
11.  Sözləri cümlələrdə işlədib dəftərinizə köçürün. Eyni hərəkətdə subyektin
dəyişməsinə səbəb olan morfoloji əlaməti müəyyən edib altından xətt çəkin.
yazmaq, yazılmaq, yazışmaq
12.  * Sözləri cümlələrdə işlədib dəftərinizə köçürün. Eyni hərəkətdə subyektin
dəyişməsinə səbəb olan morfoloji əlaməti müəyyən edib altından xətt çəkin.
Məşhur ixtiraçı Edisonun həyət qapısı çox çətin açılırdı. Bunu görən bir tanışı təəccüblə
alimdən soruşur:
– Sənin kimi dahi ixtiraçı bundan yaxşısını düzəldə bilmirdi? Edison cavabında deyir:
– Məncə, qapı dahiyanə düzəldilib. Məsələ burasındadır ki, o, su nasosu ilə birləşdirilib.
Hər dəfə qapı açılanda çənə 20 litr su vurulur.
1.  Cümlənin mübtədası yoxdur və hərəkətin subyekti
məlum deyil.
2.  Cümlənin mübtədası var, lakin hərəkətin subyekti
məlum deyil.
3.  Subyekt hərəkəti öz üzərində icra edir.
4.  Subyekt başqasını hərəkəti icra etməyə məcbur
edir.
5.  Hərəkət bir neçə subyekt tərəfindən icra olunur.
A B C D E
A B C D E
A B C D E
A B C D E
A B C D E


SON YARPAQ
Vaşinqton xiyabanından qərbdə yerləşən kərpic binalardan birində iki rəssam qızın Syu
və Consinin studiyası yerləşirdi. Qızların xasiyyət və zövqlərindəki oxşarlıq onları yaxın
rəfiqəyə çevirmişdi.
Bu hadisə noyabr ayında baş vermişdi. Şəhər böyük bir narahatlıq içində idi.
Həkimlərin pnevmoniya adlandırdıqları xəstəlik bir çox evləri matəmə bürümüşdü.
Consi də bu xəstəliyə tutulmuşdu. Həkimlərin müalicəsi heç bir nəticə vermirdi. Onsuz
da, zəif olan qız xəstəlikdən daha da solmuşdu. Həyatdan tamamilə əlini üzüb günlərlə
sakitcə yerində uzanır, heç nə yemir, içmir, danışmırdı. Təngnəfəslikdən boğulur, onu
dünyaya bağlayan son ümidlərini də günbəgün itirirdi. Syunun da qanı qara idi, rəfiqəsi
üçün çox üzülürdü.
Bir səhər Consini müalicə edən həkim qayğılı halda Syuya yaxınlaşıb dedi:
– Consinin vəziyyəti ağırdır. Bilirsinizmi, inam olmayan yerdə təbabət acizdir. O özü
sağalacağına ümid etmir. Bu ümidsizlik verdiyim dərmanların təsirini ikiqat azaldır.
Sizdən rica edirəm, əgər rəfiqənizin yaşamasını istəyirsinizsə, onun həyata olan
marağını geri qaytarın. Əgər bir gün rəfiqəniz bu soyuq qış günündə sizdən nəyin
dəbdə olması barədə soruşsa, hesab edin ki, vəzifənizi yerinə yetirməyə müvəffəq
olmusunuz.
Həkim gedəndən sonra Syu emalatxanaya gedib bir xeyli ağladı. Sonra göz yaşlarını
sildi, molberti götürüb cəsarətlə Consinin otağına daxil oldu. Consi yorğanın altında
büzüşmüşdü. Xəstəlikdən də çox, ümidsizlikdən solmuş gözlərini pəncərəyə zilləmişdi.
Syunun ürəyi ağrıdı. Lakin büruzə vermədi. Molbertini qurdu və şəkil çəkməyə başladı.
1. Həkimin sonuncu cümləsinin mənasını izah edin. Onun fikrinə münasibət bildirin.


Birdən qulağına pıçıltı səsi gəldi. Tez çarpayıya yaxınlaşdı və diqqətlə qulaq asmağa
başladı. Consi gözlərini geniş açaraq pəncərəyə baxır və tərsinə sayırdı:
– On iki, on bir... – Bir qədər gözlədikdən sonra yenidən saymağa başladı. – On,
doqquz, səkkiz, yeddi…
Syu pəncərəyə baxdı. Orda sayılası nə var idi ki? Yalnız köhnə kərpic binanın divarı və
ona sarılmış, solmaqda olan sarmaşıq...
– Nəyə baxırsan?
– Altı, – Consi zəif səslə dedi. – Getdikcə daha sürətlə azalır. Hələ üç gün bundan
əvvəl yüzdən çox idi. Bax, biri də düşdü. Artıq beş dənədir.
– Axı sən nədən danışırsan?
– O sarmaşığı görürsən? Onun axırıncı yarpağı düşəndə mən də öləcəyəm.
– Bu nə mənasız söhbətdir? Sarmaşığın yarpaqlarının düşməsi ilə sənin ölməyinin nə
əlaqəsi ola bilər?! Əksinə, həkim mənə dedi ki, sən tezliklə sağalacaqsan.
– Bilirəm, bunların hamısını məni sakitləşdirmək üçün deyirsən.
– Boş-boş danışma. Yaxşısı budur, yat, dincəl. Mən Bermanı çağırmağa gedirəm.
Rəsmi tamamlamaq üçün onun köməyinə ehtiyacım var.
Qoca Berman aşağı mərtəbədə yaşayırdı. Rəssam idi. Amma bütün ömrü boyu heç bir
diqqətəlayiq əsər yaratmamışdı. Həmişə bir gün şah əsərini yaradacağından danışsa
da, onu hələ çəkməyə belə başlamamışdı.
Syu Bermanı tapıb ağlaya-ağlaya Consinin düşüncələri haqqında qocaya danışdı.
Berman özündən çıxdı:
– Nə? Bu nə axmaqlıqdır belə? Lənətə gəlmiş sarmaşıqdan tökülən yarpaqlar ölümə
necə səbəb ola bilər? İlk dəfədir, eşidirəm. Ah, zavallı balaca miss Consi!.. Buna son
qoymaq lazımdır. Amma necə?!
Növbəti gün səhər qısamüddətli yuxudan sonra Syu gördü ki, Consi gözlərini
pəncərədən çəkmir. Consi onun baxdığı istiqamətə diqqət yetirəndə təəccübləndi: çox
şiddətli yağışdan və güclü küləkdən sonra kərpic divarda sarmaşığın yeganə – sonuncu
yarpağı görünürdü!..
Üzücü günə bir gecə də əlavə olundu. 
Sanki yarpaq ağaca yapışdırılmışdı.
 Onlar hətta
alaqaranlıqda belə yeganə yarpağın kərpic divara toxunan saplağının üstündə
olduğunu görürdülər.
Ertəsi gün Consi uzanmış halda uzun müddət yarpağı seyr etdi.
 Sonra Syunu çağırdı və
onun üçün toyuq bulyonu bişirməsini xahiş etdi.
– Mən düz eləmirəm, – Consi dedi. – Öz ölümünü arzulamaq günahdır. Son yarpaq
mənə bunu demək istəyir. Mənə bir az bulyon ver. Amma yox, əvvəlcə güzgünü gətir,
sonra isə mənə de görüm, indi nə dəbdədir?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə