Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

“Qalibləri mühakimə etmirlər” o deməkdir ki, əsas məqsəd, hansı yolla olursa olsun,
uğur qazanmaqdır, çünki qalibi heç kim cəzalandıra bilməz. Bu mənada o, başqa bir
qanadlı ifadə – “Məqsədə çatmaq üçün istənilən üsul yaxşıdır” ilə həmahəng
səslənir. Bu ifadənin isə ilk dəfə XVI əsrdə yaşamış italyan dövlət xadimi Nikkolo
Makiavelli tərəfindən deyildiyi iddia olunur. Doğrudan da, Makiavellinin “Hökmdar”
əsərində belə bir ifadəyə rast gəlirik: “Məqsəd üsula haqq qazandırır”. Bu aforizmin izi
ilə gedən tədqiqatçılar isə eramızın ilk illərinə qədər çatıblar. Bəlli olub ki, bu qanadlı
ifadəni ilk dəfə o dövrdə yaşamış Roma şairi Ovidi işlədib: “Nəticə əmələ haqq
qazandırır”.
Arif Əliyevin “Tarixdə yanlışlıqlar” kitabından
Düşün və cavab ver
3.  Mətni tərkib hissələrinə bölün. Hansı hissələr arasında keçid cümlələri yoxdur?
Həmin hissələrə keçid cümlələri əlavə edin.
4.  Mətndəki məlumatları ümumiləşdirib sonluq yazın.
5.  * Debat
Tezis: Məqsəd hər cür üsula haqq qazandırır.
Antitezis: Məqsəd nə qədər ali olsa da, çirkin üsula haqq qazandıra bilməz.
Dil qaydaları
6.  I abzasdan idi, imiş hissəciklərinin qoşulduğu feilləri seçib yazın.
7.  Göy rənglə verilmiş sözlərin yazılışı ilə tələffüzü arasındakı fərqi müəyyənləşdirin.
Yadda saxla!
 İDİ, İMİŞ HİSSƏCİKLƏRİNİN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ
İdi, imiş hissəcikləri saitlə bitən feillərə, eləcə də başqa nitq hissələrinə artırıldıqda
həmişə ayrı (bütöv şəkildə) yazılır. Belə feillərin tələffüzü və yazılışı fərqli olur:
gəlməli idi [gəlməliydi], baxası imiş [baxasıymış], ağac idi [ağacıydı], sadə imiş
[sadəymiş].
Samitlə bitən feillərlə işləndikdə isə bu hissəciklər, əsasən, bitişik (ixtisar olunmuş
formada) yazılır: oxuyacaqmış, saxlayırdı, keçibmiş, gəlmişdi.


8.  Hansı cümlələrdə idi, imiş hissəciklərinin yazılışın da səhvə yol verilmişdir?
1.  Birdən ayılıb gördü ki, bunlar hamısı yalanmış.
2.  Elə insandı ki, onu sevməyən tapılmazdı.
3.  Koroğlu, təqsirkardı deyə, dinib-danışa bilmirdi.
4.  Zərif ipəkdən toxunmuş xalça çeyran dərisi kimi yumşaqdı.
5.  Babam əvvəllər dəmir kimiydi, bir əli ilə boynumun ardından tutub məni
qaldırırdı.
6.  Sona da bazara gedənlərin arasındaydı. (Mir Cəlal)
7.  Deyirlər, o, cavanlıqda çox gözəlmiş.
9.  Feillərin yazılışında buraxılmış səhvləri düzəltməklə mətni dəftərinizə köçürün.
Onun ən böyük arzusu anasının portretini yaratmaxdı. Artıq neçə vaxt idi ki, bu
əsər üzərində işdiyirdi. Lakin dəhşətli müharibə hər şeyi yarımçıq qoydu...
Ana evdə oturub oğlunu gözdüyürdü. Samir indilərdə gələsiydi. Birdən qapı açıldı.
Ananın qarşısında əsgər paltarı geymiş Samir dayanmışdı:
– Gedirəm, anacan. Mənə xeyir-dua ver.
Ananın gözləri doldu, nitqi qurudu... Sonralar bu səhnə yadına düşdükcə özünü
dannıyırdı. Kaş ki ayağına düşəydi, qabağını kəsəydi, yalvaraydı, amma onu
getməyə qoymuyaydı...
...Ana masanın üstündə Samirin şəklini özünün yarımçıq qalan portreti ilə üzbəüz
qoymuşdu. Hər an Samirin dostlarının sözlərini xatırrıyırdı: “Son nəfəsində Samir
bunu dedi: – Bircə anamın portretini tamamlıyaydım...”
10.  Tələffüz formasında verilmiş feilləri düzgün formada yazın.
[gəlməliymiş], [gəlsəydi], [başdıyasıydı], 
[qoruyaymış], [soyuyasıymış], [gələcəx'miş]
11.  Şeiri düzgün tələffüzlə oxuyun. İdi, imiş hissəciklərinin tələffüzün də baş verən
dəyişikliyi izah edin.
Yaşılbaşlı sona idi, 
Əyilməyən qala idi, 
Kaş yerində dona idi 
Mənim gedən cavanlığım. 
Tanış imiş mənə bunlar, 
Əziz imiş köhnə yollar, 
Çətin imiş ayrılıqlar, 
Qürbətlər günahkar imiş. 
(Sahibə Xasayqızı)


AY ADLARI VƏ 
ONLARIN MƏNŞƏYİ
Azərbaycan dilində ay adları bir çox Avropa dillərindəki analoji adlarla eynidir. 
 
, müasir dillərdə beynəlxalq status qazanmış söz və terminlərin əksəriyyətinin
kökü qədim yunan və ya latın dilinə gedib çıxır. Ay adları da istisna deyil.
“Yanvar” sözü Roma ilahı Yanusun adı ilə bağlıdır. Bu sözün ilkin mənası qapı
deməkdir. Başlanğıc, zaman tanrısı olan Yanus şəkillərdə əks istiqamətlərə baxan
ikisifətli insan kimi təsvir 
olunurdu
. Üzünün biri önə, yəni gələcəyə 
baxırdısa
, digəri
arxaya, yəni keçmişə 
nəzər salırdı
.
 
Beləliklə, tədqiqatçılar ilin ilk altı ayının adlarını yunan ilahlarının adları ilə bağlayırlar.
Aylar
İlahlar
fevral
Februus – yeraltı dünyanın ilahı
mart
Mars – müharibə ilahı
aprel
Afrodita – gözəllik və bahar ilahəsi
1.  Sizcə, nəyə görə Yanus məhz belə təsvir olunurdu?
2.  Aşağıdakı şəkillərə diqqət yetirin. Sizcə, nə üçün şəkillərdən birində Yanusun
sağa baxan sifəti gənc, sola baxanı isə qoca təsvir olunub?
3. Aşağıdakı cədvəli şərh etməklə mətnin davamını oxuyun.


may
Mayesta – məhsuldarlıq ilahəsi
iyun
Yunona – qadınların himayədarı, nikah ilahəsi


 
, demək lazımdır ki, “aprel”, “may”, “iyun” adlarının mənşəyi ilə bağlı alimlərin
fikirləri ziddiyyətlidir. Belə bir fikir var ki, “iyun” sözü ilk Roma konsulu Yuni Brutun adı
ilə bağlıdır. Bəzi tədqiqatçılar isə “aprel” sözünün latınca “açmaq” mənası verən
aperire feilindən yarandığını iddia edirlər.
4.  Verilmiş məlumatlardan istifadə etməklə oxuduğunuz hissəni zənginləşdirin və ilk
altı ay adının mənşəyi ilə bağlı mətn qurub danışın.
Roma təqviminə görə yeraltı dünyanın ilahı Februusun adını daşıyan fevral ilin son ayı
idi. Bu ilahın adı isə latınca “februa” (təmizlənmə) sözü ilə bağlıdır. Qədim Romada hər
il keçirilən təmizlənmə mərasimi məhz bu aya düşürdü.
Mart ayının adı müharibə ilahı Marsın adından götürülmüşdür. Görünür, əkin işləri
başlandığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki, onların üzərinə
müharibə göndərməsin. Ola bilər, əksinə, havalar qızdığına görə həmin ay romalılar
qonşu ərazilərə hərbi yürüşlərə hazırlaşır və müharibə ilahının şərəfinə qurbanlar
kəsirdilər.
Bəzi dilçi alimlər “aprel” sözünü latın dilindəki apricus sözü ilə əlaqələndirirlər. Bu
sözün ilkin mənası “günəşlə qızdırılan” deməkdir. Lakin apricus sözü eyni zamanda
“ərik” mənası verir. Ola bilər, bu ayda ilk çiçək açan ağac ərik olduğundan romalılar
aprel ayını həmin ağacın adı ilə adlandırmışlar.
Bəzi dilçi alimlər “aprel" sözünü latın dilindəki apricus sözü ilə əlaqələndirirlər. Bu
sözün ilkin mənası “günəşlə qızdırılan” deməkdir. Lakin apricus sözü eyni zamanda
“ərik” mənası verir. Ola bilər, bu ayda ilk çiçək açan ağac ərik olduğundan romalılar
aprel ayını həmin ağacın adı ilə adlandırmışlar.
"May” və “iyun” sözlərinin mənşəyi hələ antik dövrdə mübahisə predmeti olmuşdur.
Qədim Roma şairi Ovidi belə bir fərziyyə də irəli sürmüşdü ki, “may” sözü maiores
(ahıllar), “iyun” sözü isə yuniores (cavanlar) söz lə rin dən əmələ gəlmişdir.
***
Rəvayətə görə, Qədim Romada ilk təqvim şəhərin əsasını qoymuş Romul və Rem
tərəfindən yaradılmışdı. Onların təqvimində il mart ayında başlayır və dekabrda
bitirmiş. Yanvar və fevral aylarını isə təqvimə ilk dəfə Roma çarı Məğrur Tarkvini əlavə
etmişdi.
Roma imperatoru Qay Yuli Sezarın dövrünə qədər iyundan sonrakı aylar rəqəm adları
ilə adlandırılmışdı. Belə ki, iyul ayı kvintilis (beşinci), avqust ayı sekstilis (altıncı)
adlanırdı.
 
, Roma təqvimində il mart ayından başlayırdı. Miladdan öncə 46-cı ildə Qay Yuli
Sezar Misirin Günəş təqvimini öz ölkəsində tətbiq etdi və növbəti ildən təqvimdə ilk
gün yanvarın 1-i qəbul edildi. Onun bu islahatını nəzərə alaraq romalılar yeni təqvim
üzrə yeddinci ayı, yəni kvintilisi Sezarın şərəfinə iyul adlandırdılar.
M.ö. 44-cü ildə Sezar öldürüldükdən sonra hakimiyyət uğrunda uzun müddət mübarizə
getdi. Nəhayət, 31-ci ildə Sezarın bacısı nəvəsi Oktavian qalib gəldi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə