Azərbaycan dili və nitq mədəniyyəti



Yüklə 211,41 Kb.
səhifə3/7
tarix29.11.2023
ölçüsü211,41 Kb.
#139504
1   2   3   4   5   6   7
Azərbaycan dili və nitq mədəniyyəti

1. açıq-sarı 2. dümqırmızı 3. göyümtül 4. yaşıltəhər 5. yaxşıraq
A) 1,4
B) 1,3
C) 2,4
D)3,5
E) 2,3

173.Say hansı nitq hissəsini izah edir?


A) ismi
B) sifəti
C) feli
D) zərfi
E) əvəzliyi

174.Hansı bənddə kəsr sayı işlənib?


A) Toplanmış vəsaitin ikidə biri körpələr evinə verildi.
B) XIX əsrin əvvəllərində ədəbiyyatımızıda maarifçilik cərəyanı yarandı.
C) Bağın yarısında meyvə ağacları bitmişdir.
D) Şeir müsabiqəsində birincilərə mükafat verildi.
E) Üç- dörd adamın fikri xalqın rəyi demək deyil.

175.Sıra sayları haqqındakı fikirlərdən biri səhvdir:


A) Qurluşca sadə, düzəltmə və mürəkkəb olur.
B) Əşyanın sırasını bildirir.
C) Necənci? sualına cavab olur.
D) İsimləşə bilir.
E) Həştad, milyon, milyard kimi miqdar sayları alınmadır.

176.Hansı sıra sayının yazılışı səhvdir?


A) V-ci
B) 33-cü
C) XV
D) 2 -ci
E) altmışıncı
177. Hansı cavabda numerativ söz kəmiyyət fərqi əmələ gətirib?
A) bir sürü qoyun
B)üç dənə kitab
C) beş baş keçi
D) üç – dörd dənə qələm
E) on nəfər qız

178. Say hansı nümunədədir?


A) Bircə arzum gözümdə qaldı.
B) Bu ilki yarışda birincilik uğrunda mübarizə gedir.
C) Tək sən bu işi bacarmazsan .
D) Mümkün qədər az danış.
E) İstəyinə çatmaq üçün çox çalışmalısan.

179.Hansı bənddə nümerativ söz düzgün islənməmişdir?


A) bir dəst ayaqqabı
B) iki sap mirvari
C) bir nüsxə yazı
D) üç damcı göz yaşı
E) dörd göz otaq

180.Qeyri- müəyyən miqdar sayı haqqında hansı fikir səhvdir?


A) Quruluşça yalnız sadə və mürəkkəb olur.
B) Üç-dörd, beş-altı tipli qeyri-müəyyən miqdar saylarından sonra nümerativ söz
işlənə bilər.
C) Defislə yazılan qeyri-müəyyən miqdar saylarına təqribi saylar da deyilir.
D) Az və çox saylarından əvvəl ən, lap,daha ədatları də işlənə bilir
E) Xeyli, bir qədər saylarından sonra gələn isimlər təkdə işlənir.

181.Buraxılmış yerə hansı numerativ sözlər uyğun gəlir?


Üç …. otağı var, içində də cəmi üç … yorğan-döşəyi.
A) Göz, dəst
B) Dənə, göz
C) Ədəd, cüt
D) Göz, tikə
E) Dənə, dəstə

182.Hansı cümlədə eyni sözü həm müəyyən miqdar sayı, həm də kəsr sayının


tərkib hissəsi kimi düşünmək olar?
A) Bağdan alma dərmisənsə, onda birini mənə versən, nə olar ki?
B) Bu payızda məhsulun cəmi üçdə ikisini yığa bilmişik.
C) Üçdə ikisi sənə çataçaq.
D) Vəsaitin tam yarısını körpələr evinə xərclədilər
E) Beş tam onda üçdən beş tam onda iki çıxıldıqda cavab beş tam onda bir edir.
183. İşarə əvəzliklərinin əsas sintaktik vəzifəsi nədir?
A) təyin
B) tamamlıq
C) xitab
D) mübtəda
E) zərflik

184.Hansı cümlədə “bu” əvəzliyindən sonra vergül qoyulmalıdır?


A) Bu öz əlimlə bəslədiyim sevgidir.
B) Bu dövrün adamı deyiləm ki, mən.
C) Bu da belə bir ömürdür, yaşadım.
D) Bu gizli eşq ilə yaşayacağam.
E) Bu həm də müəllimin son vəsiyyəti idi.

185.“O” əvəzliyindən sonra hansı cümlələrdə vergülün işlənmə məqamı səhvdir?


I O, məni heç anlamaq istəmir.
II O, da bizim dostlarımızdandır.
III O, ki, sənin əleyhinə danışmaqla məşğuldur.
IV O, barədə səninlə sonra danışarıq.
V O, qapıda qardaşı ilə qarşılaşdı.
A) II,III,IV
B) I,V
C) II,III,V
D) III,IV, V
E) IV,V

186.Düzəltmə əvəzlikləri göstərin:


A) neçənci, kimsə
B) hər kim, kimi
C) mənsiz,özümünkü
D) bizimlə, nə isə
E) kimsəsiz, biri

187. Hallana bilməyən əvəzlikləri göstərin :


A) bəzi, həmin
B) mən, biz
C) kim isə, biri
D) o, bu
E) kim, nə

188. Aşağıdakı əvəzliklərin biri yalnız sifətin yerində işlənə bilir:


A) həmin
B) kimsə
C) hamı
D) belə
E) elə
189.Əvəzliyin mənaca hansı növü əvəzliyin özünün də yerində işlənə bilər?
A) sual əvəziliyi
B) təyini əvəzlik
C) şəxs əvəzliyi
D) qeyri-müəyyən əvəzlik
E) işarə əvəzliyi

190. Hansı cümlədə qeyri-müəyyən əvəzlik işlənib?


A) Bütün bu qarma-qarışıqlıqda kimsə ağlayırdı.
B)Mən bacardığımı etmişəm.
C) Özün barədə düşünməyin məsləhətdir.
D) Bu sənət əsəri hədiyyədir.
E) O tərəfdən də mühasirədəyik.

191.Biri ismi əvəz edə bəlməz:


A) təyin əvəzliyi
B) qeyri-müəyyən əvəzliyi
C) şəxs əvəzliyi
D) qayıdış əvəzliyi
E) sual əvəzliyi

192.İşarə əvəzliklərinin əsas sintaktik vəzifəsi:


A) təyin
B) xitab
C) mübtəda
D) zərflik
E) tamamlıq

193.Şəxs əvəzliklərinin əsas sintaktik vəzifəsi:


A) mübtəda, tamamlıq
B) zərflik, tamamlıq
C) təyin, xəbər
D) xəbər, zərflik
E) tamamlıq, təyin

194.Hansı əvəzliklərə sual vermək olmur?


A) sual
B) təyini
C) şəxs
D) işarə
E) qeyri-müəyyən

195.Xəbər şəklinin xüsusi şəkli əlaməti hansıdır?


A) xüsusi şəkli əlaməti yoxdur, fellərə zaman və şəxs şəkilçiləri artırmaqla düzəlir
B) -ır
C) -acaq
D) idi hissəciyi
E) -malı

196.“Gələcəksən, oxuyacaq” fellərinin zamanını müəyyənləşdirin:


A) qəti gələcək zaman
B) şühudi keçmiş zaman
C) nəqli keçmiş zaman
D) qeyri-qəti gələcək zaman
E) indiki zaman

197.Feli bağlamanın zərfə aid xüsusiyyətlərini göstərin:


A) hərəkətin tərzini və ya zamanını bildirmək
B) təsirli və təsirsiz olmaq
C) növ şəkilçilərini qəbul etmək
D) təsdiq və inkar ola bilmək
E) ətrafına söz toplaya bilmək

198.Hansı cümlədəki fel birgəlik növdədir ?


A) Zaldakı bütün tamaşaçılar gülüşdü.
B) Dostlar bir yerdə işlədilər.
C) Çox şükrü var, genə gəldux görüşdux,
Ötənlərdən, keçənlərdən soruşdux.
D) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir-birinə qarışdı.
E) Çeynədilər, didişdilər, diddilər,
Bir-birini al qana qərq etdilər.

199.-ar (-ər) felin hansı zaman şəkilçisidir?


A) qeyri-qəti gələcək zaman
B) qəti gələcək zaman
C)indiki zaman
D) şühudi keçmiş zaman
E) nəqli keçmiş zaman

200.Felin qrammatik məna növlərindən hansı yalnız III şəxs təkdə işlənə bilər.


A) şəxssiz
B) məlum
C) qayıdış
D) icbar
E) məchul

201.Felin qrammatik məna növlərindən biri təsirli feldən düzəlib təsirli olaraq da


qalır.
A) icbar
B) məhcul
C) şəxssiz
D) qayıdış
E) məlum

202.“Deyəsən mənə köməyə gəlibsiniz” - cümləsinin xəbəri hansı zamanda olan


fellə ifadə olunmuşdur?
A) indiki zaman
B) nəqli keçmiş zaman
C) şühudi keçmiş zaman
D) qəti gələcək zaman
E) qeyri- qəti gələcək zaman

203.Zərflərin məna növlərinə hansı səhvən daxil edilib?


A) dərəcə zərfləri
B) tərzi –hərəkət zərfləri
C) zaman zərfləri
D) yer zərfləri
E) miqdar zərfləri

204.Zərf haqqındakı fikirlərdən biri yanlışdır:


A) Felin yalnız təsriflənən formasına aid olur.
B) Bəzi zərflər başqa nitq hissələri ilə ortaq sözlərdən ibarətdir.
C) Hərəkəti müxtəlif cəhətdən izah edir.
D) Quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
E) Cümlədə, əsasən, zərflik olur.

205.Miqdar zərfi hansı cümlədədir?


A) Gəlin bir az, uşaqlar, dincələk.
B) Bir qədər su iç.
C) Yayda istirahətə gedərik.
D) Ağır otur, batman gəl.
E)Yaşına-yaşına, çıxdı ocaq başına.

206.Qoşma haqqındakı fikirlərdən hansı səhvdir?


A ) İsmin bütün hallarında olan sözlərə qoşulur.
B) Müstəqil suala cavab ola bilmir.
C) Qoşulduğu sözlə birlikdə cümlə üzvü olur.
D) Qoşulduğu sözlə birlikdə müxtəlif mənaları ifadə edir.
E )Təkhecalı qoşmalar sözlərə bitişik, ikihecalılar isə ayrı yazılır.

207. … danışanın ifadə etdiyi fikrə münasibət bildirir:


A) modal söz
B) ədat
C) nida
D) qoşma
E) bağlayıcı

208.Aşağıdakılardan hansı xüsusiyyət məsdərə aid deyil?


A) Zaman şəkilçiləri qəbul edir və şəxsə görə dəyişir.
B) Təsirli və təsirsiz olur.
C) Növ bildirir.
D) İsim kimi hallanır və mənsubiyyətə görə dəyişir.
E) Təsdiq və inkarda olur.

209. Bağlayıcılardan birinin yazılışı səhvdir:


A) hər gah
B) indi ki
C) belə ki
D)halbuki
E) nəinki

210. “ Afərin “ nidası hansı cümlədə tərif mənasında işlənməmişdir?


A ) Afərin! Adam da yoldaşını aldadar?!
B) Afərin! Yaxşı cavab verdin!
C) Afərin! Halal olsun sənə ananın südü!
D) Afərin! Ozünü itirmədin.
E) Afərin, oğul! Biz səninlə fəxr edirik.

211. “ 1991-ci ildən sonra Azərbaycanda çox yeniliklər baş vermişdir “ cümləsindəki qoşmanı onun sinonimi kimi hansı sözləəvəz etmək olar?


A ) bəri
B) əvvəl
C) qabaq
D) başqa
E) qeyri

212.Cümlənin ortasında bəzən hansı nidadan sonra vergül qoyulmur?


A)ay
B) əhsən
C) bəh-bəh
D) oxqay
E) of
213.Köməkçi nitq hissələrindən dilçiliyin hansı bölməsində bəhs edilir?
A ) morfologiya
B) leksikologiya
C) sintaksis
D) üslubiyyat
E) fonetika

214.Bağlayıcı işlənmiş cümləni tapın:
A ) Bir vaxt deyərdim ki, ölüm uzaqdır.
B) Bizimki bura qədər imiş.
C) Uşaqlar üşümür ki?
D) Bu ki onun uşaqlıq şəklidir.
E) Bazardakı bahalıqdan şikayət edirdi.

215. “Əzizim, yaxşı atanın övladı pis olmaz”cümləsinin məqsəd və intonasiyaya


görə növünü müəyyənləşdirin:
A) nəqli
B) əmr
C) sual
D) nida
E) şəxssiz

216. “Boş vaxtlarını səmərəli keçirmək üçün nə edirsən?” cümləsinin məqsəd və intonasiyaya görə növünü müəyyən edin.


A) sual cümləsi
B) nəqli cümlə
C) əmr cümləsi
D) nida cümləsi
E) söz-cümlə

217. “Uzaqdan gələn Kamildir” cümləsində xəbər nə ilə ifadə olunmuşdur?


A) isimlə
B) köməkçi sözlərlə
C) feli birləşmə ilə
D) sifətlə
E) feli bağlama tərkibi ilə

218. Mürəkkəb mübtədalı cümləni seçin:


A ) Şirin bir xatirə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
B) Atamla qardaşım qonağı qarşılamağa getdilər.
C) Qarabağ əzəli vəəbədi Azərbaycan torpağıdır.
D) Yaxşılıq əxlaqi keyfıyyətdir.
E) Nazlanmaq qızların adətidir.

219. Aşağıdakı cümlələrdən hansında ayrılıqda kim? sualına cavab verən söz vasitəsiz tamamlıq kimi işlənərək nə? sualına cavab vermişdir?


A ) Azərbaycan Texnologiya Universiteti tələbə qəbul edir.
B) Məhəllənın uşaqları Vüsalın yaxşı maşın sürməyinə tamaşa edirdilər.
C) Bağban bağçadakı güllərə öz övladı kimi qulluq edirdi.
D) Mən bazardan oğluma uşaq oyuncağı aldım.
E) Balaca quzu su içir.

220. Hər bir sözün müasir ədəbi tələffüz əsasında yazılmasını tələb edən prinsip hansıdır?


A) fonetik prinsip
B) morfoloji prinsip
C) tarixi prinsip
D) ənənəvi prinsip
E) tarixi-ənənəvi prinsip

221.“Qızım, görünür, sən hər şeydən xəbərdarsan” cümləsində işlənmişdir:


1) həmcins üzvlər
2) xitab
3) əlavə
4) ara söz
A) 2,4
B) 1,2
C) 2,3
D) 3,4
E) 1,4

222.Həmcins üzvlər arasında işlənən hansı tabesizlik bağlayıcısından sonra vergül
işarəsi qoyulur?
A) da, də
B) və, ilə
C) amma, ancaq, lakin
D) gah, ya, həm, nə
E) yəni

223.Ara sözlərlə bağlı fikirlərdən biri səhvdir:


A) Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olur
B) Danışanın ifadə olunan fikrə münasibətini bildirir.
C) Cümlədəki başqa sözlərdən vergüllə ayrılır.
D) Yəqinlik, şübhə, nəticə və s. mənaları ifadə edir.
E) Cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir.

224. Leksikologiyanın xüsusi adlardan bəhs edən şöbəsi necə adlanır?


A) onomastika
B) frazeologiya
C) leksikoqrafiya
D) semasiologiya
E) antroponimlər
225. Ahəng qanunu neçə formada özünü göstərir?
A) 3
B) 2
C) 4
D) 5
E) 1

226. Onomastikanın şəxs adları, soyadlar, təxəllüs və ləqəbləri öyrənən bölməsi necə adlanır?


A) antroponimlər
B) ktematonimlər
C) zoonimlər
D) hidronimlər
E) kosmonimlər

227.Təktərkibli cümlələr haqqındakı fikirlərdən biri yanlışdır:


A) Təktərkibli cümlələr yalnız geniş olur.
B) Təktərkibli cümlələr baş üzvlərdən biri əsasında formalaşır.
C) Bu cümlələr iki növə ayrılır: xəbər və mübtəda əsasında formalaşanlar.
D) Xəbər əsasında formalaşan təktərkibli cümlələrin üç növü var.
E) Adlıq cümlə mübtəda əsasında formalaşır.

228.Birinci tərəfi isimlə ifadə olunan birləşmələr cərgəsini göstər


A) daş hasar, dəmir qapı, taxta arakəsmə, yun parça
B)böyük şəhər, torpaq yol, qiymətli tədqiqat, çox kitab
C) beş qitə, iki millət, qoca bağban, hündür bina
D) açılan qapı, bu ölkə, dördüncü mərhələ,xeyli əsər
E) yun parça, tarixi hadisə, yeni dövr, göy çəmən.

229.Birinci tərəfi sayla ifadə olunan söz birləşmələrini müəyyən et


A) beş qitə, iki millət, xeyli əsər, çox kitab
B) həmin hadisə, gələcək gün, vuruşan ordu, iki millət
C) oxuyan uşaqlar, bu ölkə, o dağlar, bütün insanlar
D) taxta arakəsmə, hündür bina, yeni dövr, günəşli ölkə
E) axan su, yazılmış qanun, çit paltar, günəşli ölkə

230.Söz birləşmələrinə aid edilmiş xüsusiyyətlərdən biri doğru deyil


A) Bütün vəziyyətlərdə cümlənin bir bütöv üzvü olur
B)Bitmiş fikir ifadə etmir
C) Birinci tərəf ikinci tərəfi izah edir
D) Qrammatik əsası olmur
E) Əsas və asılı tərəfləri olur
231.Biri cümlənin məqsəd və intonasiyaya görə növlərinə daxil deyil:
A) adlıq cümlə;
B) əmr cümləsi;
C) nəqli cümlə;
D) nida cümləsi;
E) sual cümləsi

232.Bəs sən harada qalırsan? – sual cümləsi hansı vasitə ilə yaranmışdır?


A) həm sual ədatı, həm də sual əvəzliyi;
B)yalnız intonasiya;
C) sual ədatı;
D) sual əvəzliyi;
E) modal söz və sual əvəzliyi

233.Müəyyən bir hadisə, əşya, əlamət və s. haqqında məlumat verilən cümlələr necə adlanır?


A) nəqli cümlə;
B) nida cümləsi;
C) adlıq cümlə;
D) əmr cümləsi;
E) sual cümləsi

234.Söyüdlü arxın suyu azalmayacaq? –cümləsi hansı qrammatik vasitə ilə əmələ gəlmişdir?


A) sual intonasiyası ilə;
B) sual əvəzlikləri ilə;
C) sual ədatları ilə;
D) sual ədatları, və sual intonasiyası ilə;
E) sual əvəzlikləri və sual ədatları ilə

235.Adam da sevgini gizli saxlarmı? – cümləsi hansı qrammatik vasitə ilə əmələ gəlmişdir?


A) sual ədatı ilə;
B) sual ədatları və sual intonasiyası ilə;
C) sual əvəzlikləri ilə;
D) sual intonasiyası ilə
E) sual əvəzlikləri və sual ədatları ilə.

236.Nə üçün işıqları yandırmırsınız? – cümləsi hansı qrammatik vasitə ilə əmələ gəlmişdir?


A) sual əvazlikləri ilə;
B) sual əvəzlikləri və sual ədatları ilə;
C) sual ədatları və sual intonasiyası ilə;
D) sual ədatı ilə;
E) sual intonasiyası ilə
237. Danışanın duyğu və həyəcanlarını, başqa şəxs və əşyalara münasibətini ifadə edən cümlələr necə adlanır?
A) nida cümləsi;
B)nəqli cümlə;
C) əmr cümləsi;
D) söz cümlə;
E) sual cümlə

238.İsimlə ifadə olunmuş mübtəda hansı cümlədədir?


A) Azərbaycan cənubda, Xəzər sahilində, Qafqaz sıra dağlarının o tayında gözəl bir
ölkədir
B) Sən tək gözəl yoxdur cümlə cahanda
C) Onlar bir daş üstündə oturdular
D) Çoxları onun xasiyyətinə dair vaxtilə söylənən əfsanələrə indi inanmır
E) Şübhəsiz ki, buralar bir zaman evlərlə dolu olacaq

239.Vətən eşqi daima qəlbimizdə sönməz bir atəşdir—cümləsində mübtədanın ifadə


vasitəsini müəyyən et
A) söz birləşməsi ilə;
B) feli sifət tərkibi ilə;
C) əvəzliklə;
D) məsdərlə
E) isimlə.

240.Cümlənin qrammatik əsasını nə təşkil edir?


A) mübtəda və xəbər;
B) tamamlıq və təyin;
C) xəbər və təyin;
D) xəbər, tamamlıq, zərflik;
E) mübtəda və zərflik

241.Əmr cümlələrindən hansı daha çox məsləhət, nəsihət bildirir?


A) Düşün, Gündüz, diqqətlə düşün, çox şeyi bir də təzədən nəzərdən keçir
B) Yaşa- yaşa, ay qəhrəman
C) Var olsun azad yurdun azad oğulları
D) Köç getdi, siz də gedin
E) Çəkilsənə, bir mən də baxım

242. Qrammatikanın ele bir sahəsidir ki, leksik vahidlər, morfemlər, frazemlər – bir


sözlə bütün dil faktları burada reallaşır və ünsiyyət prosesinə daxil olur.

A) sintaksis
B) leksikologiya
C) morfologiya
D) fonetika
E) qrammatika

243. Tabesiz mürəkkəb cümləni göstərin.
A) Qorxulu iş yoxdur, qorxaq adam var.
B) At çox çapalasa da, yılxıdığı yerdən qalxa bilmədi
C) Əlac ona qalır ki, mən kəndə qayıdım.
D) İnanıram ki, sən yalan deməzsən.
E) Müəllim özünü sakit aparsa da, sözlü adama oxşayır.

244.“Hündür bina” söz birləşməsinin tərəfləri arasında hansı əlaqə var?


A) yanaşma
B) idarə
C) idarə, yanaşma
D)uzlaşma
E)tabesizlik

245.“Məktəblilər dostlarına məktub göndərdilər” cümləsində hansı sözlər arasında uzlaşma əlaqəsi var?


A) məktəblilər- göndərdilər
B)dostlarına- məktub
C)məktub- göndərdilər
D)dostlarına- göndərdilər
E) məktəblilər- məktub

246. “Ananın öyüdü” söz birləşməsində tərəflər arasında hansı əlaqə vardır?


A) uzlaşma və idarə
B) idarə, yanaşma
C ) uzlaşma
D) idarə
E) uzlaşma, yanaşma

247.“Mən bura gələndə uşaqları da, onu da aparmışdılar”- cümləsində cümlə üzvləri arasında hansı sintaktik əlaqələr işlənmişdir?


A)tabesizlik, yanaşma, idarə
B) tabesizlik, uzlaşma, yanaşma, idarə
C) tabesizlik, uzlaşma, idarə
D) uzlaşma, idarə
E) uzlaşma, yanaşma, idarə

248. “Baxımlı film” söz birləşməsinin tərəfləri arasında hansı əlaqə var?


A) yanaşma
B) idarə
C) tabesizlik
D) idarə, yanaşma
E) uzlaşma

249.Xəbəri feli sifətlə ifadə olunmuş cümləni göstərin:


A ) Tələbə yoldaşım Elmir yaxşı oxuyandır.
B) Bu sözlər ona deyilməməliydi.
C) Azacıq aşım, ağrımaz başım.
D) Bişmişlər stolun üstünə düzülmüşdü.
E) O, mütləq bu xəstəlikdən sağalmalıdır.

250.Onun gözlərindəki ifadə məni təəccübləndirdi” cümləsinın təhlili ilə bağlı fikirlərdən biri səhvdir:


A )Cümlənin zərfliyi mürəkkəbdir
B) Məni - tamamlıqdır.
C) Cümlədəbir təyın var.
D) Mübtəda isimlə ifadə olunub.
E) Xəbər fellə ifadə olunmuşdur.

251.Xəbəri frazeoloji fellə ifadə olunmuş cümləni göstərin:


A) Yada düşdü nişanlısı, nazlı sular sonası da...
B) O, qatarda tanımadığı bir adamla görüşdü.
C) Əlindəki fincan yerə düşüb sındı.
D) Ona biz vaxtında çox kömək etmişik.
E) Oğlunun yazdığı məktubu oxuya bilmədi.

252.“Mənim tələbə yoldaşım fərasətlidir”cümləsinin xəbəri nə ilə ifadə olunmuşdur?


A) sifətlə
B) mürəkkəb adla
C) söz birləşməsi ilə
D) isimlə
E) zərflə

253.İsmi xəbərli cümlə hansıdır?


A ) Bu idmançılar yarışda birincilik qazananlardır.
B) Fuad bütün gecəni oyaq qalmışdı..
C) Həkimlərin səyi nəticəsində xəstəni həyata qaytarmaq mümkün oldu.
D) Qorxudan dizləri əsirdi.
E)Dost dar gündə tanınar.

254. Hansı cümlənin xəbəri mürəkkəbdir?


A ) Amilin atası təcrübəli inşaat mühəndisidir.
B) Seçkilər ərəfəsində o, seçicilərlə görüşməli imiş.
C) Bəzi sözləri baxışlardan da oxumaq mümkündür.
D) Son vaxtlar Fazil çox işlə məşğul olurdu.
E) Bizim müsahibimiz cəsarətlidir.
255. “Əzizim, yaxşı atanın övladı pis olmaz”cümləsində xitab hansıdır?
A) əzizim
B)övladı
C) yaxşı
D) pis
E) atanın

256.“Hərə öz bacardığından yapışar” cümləsində mübtədanın ifadə vasitəsi nədir?


A) qeyri - müəyyən əvəzlik
B) təyini əvəzlik
C) işarəəvəzliyi
D) sual əvəzliyi
E) şəxs əvəzliyi

257. “Bəs bunu kimdən öyrənmisən?” sual cümləsi necə yaranmışdır? (Tam cavabı müəyyən edin.)


A ) Sual ədatı, sual əvəzliyi və intonasiya ilə
B) Sual ədatının köməyi ilə
C) Sual əvəzliyinin köməyi ilə
D) Yalnız intonasiya ilə
E) Sual ədatı və intonasiya ilə

258. “Hər kəs yerindən qışqırmağa başladı” cümləsində mübtədanın


ifadə vasitəsi nədir?
A ) qeyri - müəyyən əvəzlik
B) təyini əvəzlik
C) işarəəvəzliyi
D) sual əvəzliyi
E) şəxs əvəzliyi

259. Mübtədası və xəbəri sifətlə ifadə olunmuş cümləni seçin.


A) Qoca çox qıvraqvə cəld idi.
B) Yaralının vəziyyəti çox ağır idi.
C) Dünənki ilıq hava bu gün birdən soyudu.
D) Balaca balıq üçün dənizdə üzmək çətin idi.
E) Gecələr qısalır, gündüzlər uzanır.

260. “İnsanın ən birinci ustadı və təsirli müəllimi onunanasıdır” cümləsinin məqsəd və intonasiyaya görə növünü müəyyən edin.


A) nəqli cümlə
B) sual cümləsi
C) əmr cümləsi
D) nida cümləsi
E) söz-cümlə
261. Ahəng qanununa tabe olmayan sözlərin cərgəsini müəyyən edin.
A) epiqraf, epilepsiya, evakuasiya
B) eks-spiker, önlük, güllü
C) yağıntı, ömür, prezident
D) detektiv, qoruq, dilçi
E) ev-eşik, duyğu, əzik

262. “Kitabları aparan Muradın özü idi” cümləsində mübtəda nə ilə ifadə olunub?


A) feli sifət tərkibi
B) feli sifət
C) isim
D) sifət
E) III növ təyini söz birləşməsi

263. Hansı cümlədə tamamlıq ikinci növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur?


A ) Kursumuza gələn tələbələr hər gün test sualları yazırlar.
B) Kənd yolu təzəcə abadlaşdırılmışdı.
C) İnsan arzusu bitib-tükənmək bilmir.
D) Qonşu bağdan musiqi səsi gəlir, gülüş səsləri ucalırdı.
E) Yarməmmədin səsi quyunun dibindən gəldi.

264.Biri mürəkkəb söz birləşməsi deyil?


A) evə sarı getmək
B) Vətəni qorumaq şərəfi
C) əzəmətli Şuşa qalası
D) Füzuli qəzəllərinin şərhi
E) doğma yurdun gözəl mənzərələri

265. Mürəkkəb zərf hansı cümlədə işlənmişdir ?


A) Gecənin yarısı küçədə göz-gözü seçmirdi.
B) Axşam hər şey yoluna düşər.
C) Xəstə olanda səni ziyarət etmişdilər.
D) Gəldim görüşünə güllər güləndə.
E) Daim ağlar qəlbim, viranə.

266. Mürəkkəb tamamlıqlı cümlə hansıdır?


A) Rövşən heç vaxt iradəsinə zidd getməyi xoşlamırdı.
B) Onda gözəl qabiliyyət var.
C) O, təkbaşına idman etməyi xoşlayır.
D) İndi o da işinə ciddi yanaşandır.
E) Əsas sənədləri yoxlamaq Murada tapşırıldı.

267. Hansı cümlədə vasitəsiz tamamlıq sadə isimlə ifadə olunmuşdur ?


A) Ovçu özünə yeni tüfəng aldı.
B) Qoca əl ağacıyla yeriyirdi.
C)Vəli onu hərarətlə salamladı.
D) Biz onbirinciləri sevinclə qarşıladıq.
E) Vətənim verdi mənə nanü-nəmək.
268. Cümlədə isimlə ifadə olunmuş üzvlərin əlamətinibildirir:
A)təyin
B) mübtəda
C)xəbər
D) tamamlıq
E)zərflik

269.Hansı cümlədə təyin II növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur ?


A) Polis rəisi Xurşudov prokurora zəng vurdu.
B) Firuzə rəngli kuzələri doldurdu.
C) Al-qırmızı gülləri ağ güldana yığan qızın təbəssümü yadından çıxmayıb.
D) Sakit-sakit dalğalanan dəniz birdən təlatümə gəldi.
E) Mühəndis Sultanov dəri paltosunu geyindi.

270. Hansı cümlədə məsdər tərkibi səbəb zərfliyi vəzifəsindədir?


A ) Torpaqla məşğul olmaqdan əlləri cadar-cadar olmuşdu.
B) Şəhəri düşmən hücumundan qorumaq üçün böyük texnikalar gətirilirdi.
C) Rəhman atası ilə danışmağı özünə sığışdırmırdı.
D) Boş-boş danışmaqdan bir şey çıxmaz.
E) Qardaşı ilə görüşmək onu çox sevindirdi.

271. Cümlələrdən birində həm vasitəsiz, həm də vasitəli tamamlıq var:


A) Onu əvvəlcə özündən soruş.
B) Səndə gözəl qabiliyyət var.
C) Məcid dayı məsələnin nə yerdə olduğunu başa düşdü.
D) Mən sənin haqqında çox düşündüm.
E) Zaur bu bitkilərin çoxunu tanımırdı.

272.“İlan ilan yeməyincəəjdaha olmaz” cümləsinin sintaktik təhlili ilə


bağlı fikirlərdən hansı səhvdir?
A)Cümlədə 4 cümlə üzvü var.
B) 3 cümlə üzvü var.
C) Zərflik quruluşca mürəkkəbdir.
D) Cümlənin xəbəri “əjdaha olmaz”dır.
E) İlan” mübtədadır.

273. Cümlələrin hansında baş üzvlərin hər ikisi də söz birləşmələri ilə ifadə olunmuşdur?


A) Türkanı qarşılamaq onun ən böyük arzusu idi.
B) Qardaşım, Təbrizdən gələn səslər Bakının səsidir, Bakının səsi.
C) Bakıya yağan qar ara vermədən davam edirdi.
D) Kitabları öyrənmək lazımdır.
E) Səsini dinləməkdən doymurdum.

274. Ahəng qanunu hansı sözdə pozulmamışdır?


A) apostrof
B) biologiya
C) binokl
D) Südabə
E) bəyanat

275. “Tələbə üçün dərs oxumaq hər şeydən vacibdir” cümləsində hansı cümlə üzvləri iştirak etməmişdir?


1. tamamlıq 2. təyin 3. zərflik
4. ismi xəbər 5. feli xəbər 6. mübtəda
A)2,3,5
B) 1,2,6
C) 2,4,6
D) 2,3
E) 4,5

276. Feli sifət tərkibi ilə ifadə olunmuş mübtədalar hansı cümlələrdədir?


1. Gözlərini bir an da olsun kitabdan çəkməyən Nail nədənsə yerindən dik atılıb qaçdı.
2. Oxuyan uşaq heç nəyə baxmadan öz işi ilə məşğul olar.
3. Bizə baxanlar sanki gözləri ilə bizə “rədd olun” deyirdilər.
4. “Qaçanı qovmazlar” deyibdir atalar.
5. Daima qəlbində məhəbbət yaşadan heç vaxt qocalmaz.
A)3,5
B)1,3,5
C) 1,2,4
D) 2,3,4
E) 2,3

277.Həmcins təyinlər hansı cümlədəverilmişdir?


A ) Həm rəhmli, həm rəhmsiz insanlarbuna görə çox pis olarlar.
B) İgid, cəsur vəqorxmazlar həmişəöndəgedər.
C) Mənim dоstlarım, tanışlarım,qohumlarım bu gun sizə gələcək
D) Kitabını, qələmini, dəftərini yığ, gedək.
E) Dərdi olan da, olmayan da onunqapısına gedirdi.

278. “Nə üçün şeir yazan şair əlləri


Elmin dəryasında üzə bilməsin”-cümləsində mübtəda nə ilə ifadə olunmuşdur?
A) II növ təyini söz birləşməsi ilə
B) isimlə
C) feli sifətlə
D) feli sifət tərkibi ilə
E) III növ təyini söz birləşməsı ilə
279. Hansı cümlədə təyin ismi birləşmə ilə ifadə olunub?
A ) Mənim rəfiqəm Elmira burada yoxdur.
B) Qala qapıları yavaş-yavaş açıldı.
C) Təkcə pöhrələnən ağaclara baxmaqdan zövq alırdım.
D) Yaxşı oxuyan tələbələr olimpiadada iştirak edəcək.
E) Qızıl payız özətrini dağa, çəmənə yaydı.

280. “Müsyö Jordan bu yerlərə Qarabağın təbiətini öyrənmək üçün gəlmişdi” cümləsində zərfliyin hansı məna növləri işlənmişdir?


A) yer, məqsəd
B) yer, səbəb
C) zaman, məqsəd
D) kəmiyyət, səbəb
E) tərzi - hərəkət, səbəb

281. Zərfliklə təyinin ortaq əlamətləri kimi verilənlərin biri səhvdir:


A) Bütün nitq hissələri ilə ifadə oluna bilmirlər.
B) Aid olduqları cümlə üzvlərinə yalnız yanaşma əlaqəsi ilə bağlanırlar.
C) İkinci dərəcəli cümlə üzvləridir.
D) Quruluşca sadə və mürəkkəb olurlar.
E) Bəzi sualları ortaqdır.

282.Tamamlıq aşağıdakılardan biri ilə ifadəoluna bilmir:


A )feli bağlama tərkibləri
B) II növ təyini söz birləşmələri
C) III növ təyini söz birləşmələri
D) feli sifət tərkibləri
E) məsdər tərkibləri

283.Həmcins üzvlər haqqında yürüdülən fikirlərdən biri səhvdir:


A) Həmcins üzvlər yalnız tabesizlik bağlayıcıları vasitəsilə əlaqələnir.
B) Həmcins üzvlər bərabərhüquqlu olur.
C) Eyni qrammatik formaya malik olur.
D) Eyni bir cümlə üzvü ilə bağlı olur.
E) Bütün cümlə üzvləri həmcins ola bilər.

284.Nəticə bildirən ara sözlər hansı cümlələrdə işlənib?



  1. Deməli, evinizi təmir etdirə bilmirsiniz.

  2. Yəqin, orada yeni evlər tikiləcək.

  3. Xülasə, gəlib çıxdıq mətləb üstünə.

  4. Əlbəttə, sənə kömək edərəm.

  5. Doğrusu, bu çox çətin məsələdir.

A) 1,3
B) 1,2,5
C) 2,3,4
D) 3,4
E) 1,4,5

285. Hər hansı bir dilin və ya dil ailəsinin leksik sistemini tarixi inbkişaf aspektində öyrənən leksikologiya necə adlanır?


A) tarixi leksikologiya
B) müqayisəli leksikologiya
C) təsviri leksikologiya
D) leksikoqrafiya
E) frazeologiya

286.Xitab haqqında yürüdülən fikirlərdən biri səhvdir:


A) Cümlənin xəbəri ilə uzlaşır.
B) Cümlədə müraciət olunanı bildirir.
C) İsmin adlıq halında işlənir.
D) Cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir.
E) Mübtədadan xüsusi intonasiyası ilə fərqlənir.

287.Həmcins üzvlü sadə cümlələr hansı cavabda düz göstərilib?



  1. Sona ərinin vəfatından sonra onu istəyənlərə getməmiş, balasını ögey atalı etməmişdi.

  2. Bu yaşda uşaqların xatirəsində faciələr, gördüyü ağır günlər dərin iz buraxır.

  3. Görmürsən, indicə gəlib bizə çatacaqlar.

  4. Amma bir eybi var ki, həmişə işə gecikir.

  5. Başı oynamağa qarışır, hər hey yadından çıxır.

A) 1,2
B) 4,5


C) 1,4
D) 2,3
E) 3,5

288.Hansı sıradakı hər iki söz həm feli xəbər, həm də ara söz kimi işlənə bilir?


A) demə, görünür
B) deməli, doğrudan
C) düzdür, qoy
D) bax, gör
E) gəlsənə, qoysana

289.Hansı cümlədə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan iki söz işlənmişdir?


A) Bilirsən, Vidadi, sözün doğrusu,
Olmaq istəmirəm vicdan oğrusu.
B) Nəhayət, Həsən müəllim iclasdakılara müraciətlə sözə başladı.
C) Sona, o kitabı mənə ver də.
D) Məncə, sən yanlış yoldasan.
E) Ey mənim həqiqi dostum, de görüm fikrin nədir?
290.Xitabla bağlı fikirlərdən yalnız biri doğrudur:
A) Xitablar ay, ey, a, hey kimi köməkçi vasitələrlə birlikdə də işlənir.
B) Xitab yalnız insana aid sözlərlə ifadə olunur.
C) Tərkibinə görə xitablar yalnız bir sözdən ibarət olur.
D) Cümlənin yalnız əvvəlində işlənir.
E) Cümlə üzvləri ilə sintaktik əlaqəyə girir

291.“Bu məktubu sizə hərbi hissədən göndəriblər” cümləsi sadə cümlənin hansı növünə aiddir:


A) təktərkibli, geniş
B) cüttərkibli, müxtəsər
C) cüttərkibli, geniş
D) təktərkibli, müxtəsər
E) yarımçıq cümlə

292.Biri məqsəd və intonasiyaya görə sadə cümlə növü deyil:


A) müxtəsər cümlə
B) əmr cümləsi
C) nəqli cümlə
D) sual cümləsi
E) nida cümləsi

293.Hansı məsdər cümlədir?


A) Hər ehtimala qarşı hazır olmaq və düşməni məhv etmək.
B) Stadion. Səs-küy. Futbol yarışı…
C) – İsmayılzadəni tanıyırsanmı?
– Bəli (H.Mehdi)
D) Axşam… Göy fikirli… Dəniz nigaran… (N.Xəzri)
E) Baharın son günləri idi.

294.Cüttərkibli müxtəsər cümlələrin sırasını göstərin:



  1. Kitabın qiyməti ucuz idi.

  2. Səlimin qonağı çoxdan gəlib.

  3. Məni heyrətləndirən sənin soyuqqanlılığındır.

  4. Görəsən, imtahanı verə biləcəyəm?

  5. Onu əsgərliyə apardılar.

A) 1,3
B) 2,4
C) 3,5
D) 2,3
E) 1,4

295.“Dur, and iç Babəkin məzarı üstə,


Elləri bir yeni, ağ günə səslə!” cümləsinin növünü müəyyənləşdirin:
A) mübtədasız müəyyən şəxsli cümlə
B) ümumi şəxsli cümlə
C) qeyri-müəyən şəxsli cümlə
D) şəxssiz cümlə
E) tabesiz mürəkkəb cümlə

296.“Axşamlar Mehman kişi qızı Zərifəni dizinin üstündə oturdar, onun xurmayı saçlarını sığallayar, ona çoxlu nağıl və əfsanə danışardı” cümləsi haqqında yürüdülən fikirlərdən hansı doğrudur?


A) Cüttərkibli sadə, geniş cümlədir
B) Təktərkibli cümlədir.
C) Tabesiz mürəkkəb cümlədir.
D) Tabeli mürəkkəb cümlədir.
E) Müxtəsər cümlədir.

297. Dildə olan bütün sabit söz birləşmələrinin, bölünməz ifadə və ibarələrin məcmuyu necə adlanır?


A) frazeologiya
B) onomalogiya
C) leksikologiya
D) morfologiya
E) leksikoqrafiya

298.Ümumi şəxsli cümlə haqqında yürüdülən fikirlərdən biri səhvdir:


A) Xəbəri yalnız III şəxsin təkində işlənir .
B) Hərəkət və ya hökmün eyni zamanda hamıya aid olduğunu bildirir.
C) Ümumiləşmiş mənalar ifadə edir.
D) Əsasən, atalar sözləri və məsəllərdən ibarət olur.
E) Ümumi şəxsli cümlələr,əsasən, geniş olur.

299. “Ağrımayan başa dəsmal bağlamazlar” cümləsi sadə cümlənin hansı növünə aiddir?


A) ümumi şəxsli cümlə
B) şəxssiz cümlə
C) qeyri-müəyyən şəxsli cümlə
D) müəyyən şəxsli cümlə
E) adlıq cümlə

300.Söz-cümlə haqqındakı fikirlərdən biri yanlışdır:


A) Söz-cümlələr cümlədə, əsasən, xəbər vəzifəsində işlənir.
B) Söz-cümlələr üzvlənmir.
C) Bir sözdən ibarət olur.
D) Söz-cümlələrdən sonra intonasiyadan asılı olaraq müxtəlif durğu işarələri (nöqtə, üç nöqtə, nida, sual işarəsi) qoyulur.
E) Bəzən nidalar, ədatlar və modal sözlər təklikdə işləndikdə bitmiş fikir ifadə edir və söz-cümlə kimi formalaşır.
301.Orfoqrafiyanın əlaməti deyil:
A) Şifahi ədəbi dil üçün səciyyəvidir.
B)Təkmilləşir, inkişaf edir.
C)Hamı üçün məcburidir.
D)Daima dilin inkişafını izləyir.
E) Vahid olur.

302. Hansı cərgədə sözlərin ikisinə də saitlə başlanan şəkilçi artırıldıqda k-y, q-ğ əvəzlənməsi baş verir?


A) qaymaq, çəllək
B) filoloq, göbələk
C) qaynaq, mexanik
D) çörək, ixtioloq
E) texnik, bioloq

303.Ədəbi dilin bu üslubu 3 komponentdən ibarətdir(başlanğıc hissə, əsas hissə, sonluq):


A) Epistolyar üslub
B) Rəsmi üslub
C)Ictimai-publisistik üslub
D) Bədii üslub
E) Elmi üslub

304.Danışıq dilinin xüsusiyyətidir:


A) Dilin arxaikləşmiş ünsürləri mühafizə olunub uzun zaman saxlanıla bilər.
B)Bütün mədəni tələblərin ödənilməsinə kömək edir.
C)Yazı ənənələri ilə sıx bağlıdır.
D) Bütün milli dil vasitələri hamı üçün eynidir.
E)Müəyyən normalara əsaslanır.

305. Söz seçimi, sözlərin işlədilməsi, qrammatik vasitələrdən, fonetik materiallardan, sitatlardan istifadə, epiqrafların verilməsi....


Göstərilən xüsusiyyətlər hansı üsluba aiddir?

  1. Bədii üsluba

  2. İctimai-publisistik üsluba

  3. Rəsmi üsluba

  4. Şəxsi yazışma üslubuna

  5. Elmiüslub

306. Əsas xüsusiyyəti sərbəstlik,
yığcamlıq üslub olan hansıdır?
A) Məişət üslubu
B) Elmi üslub;
C) İctimai-publisistik üslub;
D) Rəsmi üslub;
E) Epistolyar üslub



307. ....... üslubda obrazlılıq,emosianallıq olmur. Nöqtələrin yerində hansı üslubun adı yazılmalıdır.

  1. Elmi üslub;

  2. Rəsmi üslub;

  3. Şəxsi yazışma üslubu;

  4. Bədii üslub;

  5. İctimai- publisistik üslub

308. Ərizə, reklam, izahat, protokol, bildiriş hansı sənədlərə daxildir?



  1. İşgüzar sənədlərə

  2. Şəxsi yazışma üslubuna

  3. Rəsmi sənədlərə

  4. Bədii üsluba

  5. Epistolyar üsluba

309. Hər bir məsələ aydın və qısa izah edilir; artıq və lazımsız sözlərə, təkrarlara yol verilmir, hər hansı bir məfhumun izahi üçün ədəbi dilin qrammatik normalarına düzgün riayət olunur.... Bu xüsusiyyətlər hansı üsluba aiddir?


A) Rəsmi üsluba;
B) İctimai- publisistik üsluba;
C) Bədii üsluba;
D) Epistolyar üsluba;
E) Elmi üsluba

310. Məntiqilik, dəqiqlik, ardıcıllıq və konkretlik hansı üsluba aid olan xüsusiyyətlərdir?


A) Elmiüslub
B) Bədii üslub
C) Məişət üslubu
D) Epistolyar üslub
E) Natiqlik üslubu

311. Bədii üslubun müəyyən ölçüyə, ahəngə və bölgüyə malik olan və qafiyələnən dili necə adlanır?


A) Şeir dili
B) Nəsr dili
C) Alliterasiya
D) Dramaturgiya dili
E) Heç biri

312.Sözün həqiqi mənada işlənməsi, mürəkkəb sintaktik konstruksiyaların tələb olunması, müxtəlif işarələrin işlədilməsi və s. bu kimi xüsusiyyətlər hansı üslub üçün xarakterikdir?


A) Elmi üslub;
B) Bədii üslub;
C) İctimai-publisistik üslub;
D)Rəsmi işgüzar üslub;
E) Şəxsi yazışma üslubu
313. Sözdə qalın və incə saitlərin bir-birini izləməsi necə adlanır?
A) Ahəng qanunu
B) Cingiltiləşmə qanunu
C) Assimilyasiya
D) Eliziya
E) Proteza

314. Başqasının sözlərinin eynilə deyil, dəyişilmiş formada verildiyi nitq necə adlanır?


A) Vasitəli nitq
B) Vasitəsiz nitq
C) Şifahi nitq
D) Yazılı nitq
E) Heç biri

315. İdarəçinin öz işçiləri qarşısında çıxışı, tələbləri natiqlik sənətinin hansı hissəsinə aiddir?


A) İnzibati-idarə natiqliyi
B) Akademik natiqlik
C) Siyasi natiqlik
D) İşgüzar natiqlik
E) Bədii natiqlik

316. Sözün ədəbi dildəki yazılış qaydası necə adlanır?


A) Orfoqrafik norma
B) Orfoepik norma
C) Fonetik norma
D) Morfoloji norma
E) Sintaktik norma

317.“BMT-nin Elmi-Tədqiqat və Tədris İnstitutunun mənzil gərargahında dünyada siyasi vəziyyətin dəyişməsi şəraitində sülhün qorunmasına nəzarət və əmin-amanlıq bərpa olunmasına yönəldilmiş yeni əməliyyatlar problemi üzrə xüsusi forum keçirilmişdir” - verilmiş nümunə hansı üsluba aiddir?


A) publisistik üsluba;
B) elmi üsluba;
C) bədii üsluba;
D) məişət üslubuna;
E) rəsmi- işgüzar üsluba

318. “Dağ döşündə uzanıb kəndə baxa-baxa mən keçmiş səsləri xatırlayırdım: davaya gedən səsləri, oradan gəlməyən səsləri”- verilmiş cümlə hansı üsluba daxildir?


A) Bədii üsluba;
B) Elmi üsluba;
C) Rəsmi-işgüzar üsluba;
D) Məişət üslubuna;
E) Publisistik üsluba
319.Dialoqlardan hansı üslublarda istifadə olunmur?
A) elmi və rəsmi;
B) bədii və elmi;
C) publisistik və elmi;
D) bədii və məişət;
E) elmi və məişət

320. Bu və ya başqa görkəmli sənətkara məxsus şifahi, yaxud yazılı nitq xüsusiyyətləri necə adlanır?


A) Fərdi üslub
B) Bədiiüslub
C) Publisistik üslub
D) Məişət
E) Rəsmi-işgüzar

321.Hansı üslubda konkret dil səciyyələndiricisi yoxdur, əsas əlamət nitqin sərbəstliyidir:


A) məişət üslubunda;
B)bədii üslubda;
C) rəsmi-işgüzar üslubda;
D) publisistik üslubda
E) elmi üslubda;

322. Dilçiliyin praktik sahəsi olub, lüğətlərin tərtibi, yaranma qaydalarını öyrənən şöbə necə adlanır?


A) Leksikoqrafiya
B) Semasiologiya
C) Onomastika
D) Frazeologiya
E) Leksikologiya

323. Dialekt və şivəni öyrənən dilçilik sahəsi necə adlanır?


A) Dialektologiya
B) Etimologiya
C) Leksikologiya
D) Morfologiya
E) Heç biri
324.Publisistik üsluba aid olan əlamətlər hansı cavabda daha düzgün verilib?
A) aydınlıq, anlaşıqlıq, təsirlilik, xalq dilinə yaxınlıq;
B) konkretlik, dəqiqlik, şablon ifadələrdən istifadə;
C) emosionallıq, müxtəlif mürəkkəb cümlə tiplərindən istifadə;
D) fikrin müəyyən standart formalarda olduqca yığcam ifadəsi
E) terminlərdən, peşə-sənət sözlərindən gen-bol istifadə ;

325. Mətndə birbaşa terminoloji funksiya daşıyan söz və ya ifadə necə adlanır?


A) Termin
B) Anlayış
C) Üslub
D) Monosemiya
E) Evfemizm

326. Bu üsluba çox zaman mətbuat üslubu da deyilir:


A) İctimai-publisistik üsluba
B) Bədii üsluba
C)Rəsmi üsluba
D)Epistolyar üsluba
E)Elmi üsluba

327. Sözün mənası haqqında elmdir?


A) Semasiologiya
B) onomastika
C) Frazeologiya
D)Leksikoqrafiya
E)derivatologiya

328. Azərbycan dialiekt və şivələri ərazi prinsipə görə neçə qrupa bölünür?


A) 4
B) 3
C) 2
D) 5
E)6

329.Dilimizin müasir vəziyyətindəki səs sistemini öyrənən metod fonetikanın hansı növünə aiddir:


A)Təsviri fonetika
B)Fizioloji fonetika
C)Tarixi fonetika
D)Müqayisəli fonetika
E)Təcrübi-eksperimental fonetika.

330. Lüğətlərin tərtibində baş prinsip hansıdır?


A)əlifba prinsipi
B)morfoloji prinsip
C)tarixi-ənənəvi prinsip
D) fonetik prinsip
E) orfoqrafik prinsip

331.Hər bir dilin yazısında işlədilən hərf və işarələrin məcmuyuna ........ deyilir. Nöqtələrin yerinədə hansı söz işlədilməlidir?


A) əlifba;
B) qrafika;
C) fonem;
D) morfem;
E) leksem

332.Bu əlifbada dilimizin səslərini əks etdirməyən səkkiz artıq hərf var idi. Bütün saitlərə aid bu əlifbada xüsusi işarə yox idi. Sözlər çox müxtəlif şəkildə oxunurdu. Bu hansı əlifba idi?


A)ərəb əlifbası;
B) latın əlifbası;
C) rus əlifbası;
D) fars əlifbası;
E) türk əlifbası.

333.Türkoloji qurultayda hansı əlifbaya keçmək barədə qərar qəbul olundu?


A) latın əlifbasına;
B) rus əlifbasına;
C) fars əlifbasına;
D) türk əlifbasına
E) ərəb əlifbasına;

334.Azərbaycanda ərəb əlifbasından neçənci ilə qədər istifadə edilmişdir?


A) 1929
B) 1939
C) 1956
D) 1992
E) 1961

335.Mirzə Fətəli Axundov ilk əlifba layihəsini neçənci ildə hazırlamışdır?
A) 1857
B) 1864
C) 1852
D) 1896
E) 1845

336.Yazının ən mükəmməl, ən çevik forması


A) hərfi yazı;
B) əşyavi yazı;
C) şəkli yazı;
D) həm fikri, həm hərfi yazı;
E) əşyavi və şəkli yazı
337.Latın qrafikalı Azərbaycan yazısının növü hansıdır?
A) fonoqrafik yazı;
B) piktoqrafik yazı;
C) sillabik yazı;
D) ideoqrafik yazı;
E) əşyavi yazı

338.Dilçilik elminin hansı sahəsi həm də leksikoqrafiya adlanır?


A)lüğətçilik;
B) frazeologiya;
C) dialektologiya;
D) morfologiya;
E) sintaksis

339.Əlifba haqqında düzgün fikirlər hansılardlr?



  1. Əlifba hərflərin təsadüfi yığımıdır

  2. Əlifba hərflərin müəyyən qayda ilə düzülüşünə deyilir

  3. Azərbaycan yazısında latın əlifbasından 30-cu illərdə də istifadə olunmuşdur

  4. Bütün əlifbalarda hərflərin sırası eynidir

  5. Əlifba sırası lüğətlərin tərtibində əsas prinsip hesab olunur

A) 2,3,5;
B) 1,3,5;
C) 1,2,4
D)2,3,4;
E) 3,4,5;

340.Dildə olan bütün sözlərin məcmuyuna ........deyilir. Düzgün cavab.


A) leksika;
B) fonetika;
C) morfologiya;
D) frazeologiya;
E) semasiologiya

341. Tədqiqat istiqamətinə görə leksikologiyanın növlərini göstərin.



A) təsviri, tarixi ,müqayisəli
B) elmi, təsviri,tarixi
C) uydurma, təsviri, leksiki
D) mədəni, elmi, tarixi
E) müqayisəli, mədəni tarixi

342. Təsviri leksikologiya nəyi öyrənir?
A) konkret bir dilin vəya dil ailəsinin leksik tərkibini inkişaf səviyyəsində
B) hər hansı bir dilin və ya geniş mənada dil ailəsinin leksik sistemini tarixi inkişaf aspektində
C) qohum dillərin tarixi və təsviri leksikasının müqayisəsini
D) ilkin məna və forması ilə əlaqəni tam itirmiş sözlərin etimologiyasını
E) qohum dillər arsında diferensial cəhətlər

343. Leksikologiyanın şöbələri deyildir:



A) leksika
B) onomastika
C) frazeologiya
D) leksikoqrafiya
E) semasiologiya



344. Semasiologiya nədən bəhs edir?

A) sözün mənasından
B) sözün quruluşundan
C) sözün formasından
D) sözün lüğət tərkibindən
E) sözün aid olduğu nitq hissəsindən

345. Leksikologiyanın bu şöbəsi xüsusi ad haqqında elm deməkdir:

A) onomastika
B) frazeologiya
C) semasiologiya
D) leksikoqrafiya
E) leksika



346. Frazeologiya hansı sahəni əhatə edir?
A) sabit söz birləşmələrini öyrənən elm sahəsini
B) məna qruplarını öyrənən elm sahəsini
C) üslubi layları öyrənən elm sahəsini
D) morfem tərkibi öyrənən elm sahəsini
E) lüğət tərkibi öyrənən elm sahəsini

347.Sözün mövqeyi, mahiyyəti aydınlaşdırılır, sözlər mahiyyətinə görə izah olunur, söz qrupları, sözün istifadə edilmə dairəsi və üslubi xüsusiyyətləri aydınlaşdırılır. Bu xüsusiyyətlər dilçiliyin hansı şöbəsində tədqiq olunur?


A) leksika;
B) fonetika;
C) morfologiya;
D) leksikoqrafiya;
E) sintaksis

348.Dilin leksik tərkibinin təşəkkülü, formalaşması, onun dəyişməsi və inkişafını öyrənən leksikologiya necə adlanır?


A) tarixi leksikologiya;
B) müqayisəli fonetika;
C) təsviri fonetika;
D) üslubi leksika;
E) təsviri leksikologiya

349. Dildəki ayrı-ayrı leksik vahidləri müqayisəli şəkildə öyrənən leksikologiya necə adlanır?


A) müqayisəli leksikologiya;
B) tarixi leksikologiya;
C) təsviri leksikologiya;
D) üslubi leksikologiya;
E) təsviri fonetika

350.Tarixi leksikologiyanın vəzifəsini müəyyənləşdirin


A) Dilin leksik sistemini tarixi aspektdə araşdırmaq;
B) yad dillərin leksiksistemini müqayisəli izah etmək;
C) dilin leksik sistemini təsvir etmək;
D) dilin leksik sistemini üslubi cəhətdən izah etmək
E)qohum dillərin leksik sistemini müqayisəli izah etmək;

351.Yalnız bir kökdən ibarət olan sözlərə ........sözlər deyilir. Nöqtələrin yerinə hansı söz işlənilməlidir?


A) ilkin, əsli sözlər;
B) ümumi və xüsusi sözlər
C) törəmə sözlər;
D) alınma sözlər;
E) qohum sözlər.

352.Azərbaycan dilinin özünəməxsus olan hər bir leksik vahidi necə adlanır?


A) saf söz;
B) hibrid söz;
C) səs təqlidi sözlər;
D) alınma sözlər;
E) qohum sözlər

353.Tarixizmlər işlənmiş cərgəni tapın:



A) koxa, darğa, nizə, dəbilqə, çarıq;
B) molla, şeyx, sələmçi, əsən
C) kollektiv, kotan, alt, dəstək
D) nimdər, mərmi, qəlpə, məktəb
E) saz, balaban, nizə, mədrəsə

354. “Tıxmaq, zəvzək, boşboğaz”


bu sözlər necə adlanır?
A) vulqar sözlər;
B)poetizmlər
C) loru sözlər;
D) ekzotik sözlər;
E) varvarizmlər;



355.Dilçiliyin etimologiya şöbəsi nədən bəhs edir?
A) sözün mənşəyindən;
B) sözün yazılışından;
C) sözün səs tərkibindən;
D) sözün quruluşundan;
E) sözün tələffüzündən

356.Dilin lüğət tərkibindəki xüsusi sözləri öyrənən dilçilik sahəsi necə adlanır?


A) onomalogiya;
B) leksikologiya;
C) semasiologiya;
D) etimologiya;
E) frazeologiya

357.Hər bir dilin öz daxili qayda- qanunları əsasında yaranıb, müəyyən səs, yaxud səs kompleksinə və mənaya malik olan dil vahidi necə adlanır?


A) söz;
B)fonem;
C) morfem;
D) leksem;
E) frazeoloji vahid

358.Söz nədir?


A) müəyyən səs, yaxud səs kompleksinə və mənaya malik dil vahidi;
B) müəyyən dilin qanunuları əsasında yaranan dil vahidi;
C) müəyyən səs kompleksinə malik dil vahidi;
D) müəyyən mənaya malik dil vahidi;
E) müəyyən səs, yaxud səs kompleksinə malik dil vahidi

359.Ədəbi dildə işlənə bilir, ədəbi dildən çıxıb yalnız dialektlərdə işlənə bilir və dildən tamamilə çıxa bilir. Bu xüsusiyyətlər hansı sözlərə aiddir?


A) Alınma sözlərə;
B) yeni sözlərə;
C) köhnəlmiş sözlərə;
D) dialektlərə;
E) terminlərə

360.Azərbaycan dilinə fars sözlərinin daxil olması, əsasən, neçənci əsrlərdən başlamışdır?


A) XIII-XIV əsrlərdən;
B) X əsrdən;
C) XI-XII əsrlərdən;
D) IX- Xəsrlərdən
E) X-XI əsrlərdən.

361.Cəmiyyət və kainata aid əşya, hadisə, əlamət və s. anlayışların adını bildirib dildə çox işlənən sözlər necə adlanır?


A) ümumişlək sözlər;
B) poetik sözlər;
C) köhnəlmiş sözlər;
D) neologizmlər;
E) vulqar sözlər

362.Ümumişlək sözlərə aid xüsusiyyət hansı cərgədə verilmişdir?


A) cəmiyyət və kainata aid əşya, hadisə və anlayışların adını bildirir
B) yüksək obrazlılıq və emosionallıq ifadə edir
C) fəal şəkildə istifadədən qalır
D) dildə yeni yaranır, yaxud dilə yenicə daxil olur
E) kobud və qeyri- ədbi mənalar ifadə edir

363.Mənşəcə başqa dilə mənsub olub hər hansı bir xalqın məişətini, onun adət-ənənəsini, milli xüsusiyyətlərini göstərən leksik vahidlər necə adlanır?


A) ekzotik sözlər;
B) varvarizmlər;
C) arqo sözlər;
D) jarqon sözlər
E) poetik sözlər.

364.Ə qoduq, mənim üstümə şeşələnirsən?! Cümləsində işarələnmiş söz nədir?


A) vülqarizm;
B) dialektizm;
C) varvarizm;
D) neologizm;
E) arxaizm

365.Dilin hansı səviyyəsində dəyişmələr daha qabarıqdır?


A) leksikologiya;
B) morfologiya;
C) sintaksis;
D)frazeologiya
E)fonologiya.

366.Söz kökünə aid xüsusiyyətlərdən biri səhv verilmişdir.


A) müstəqil işlənə bilmir;
B) sözün əsasını təşkil edir;
C) sabit qalır, dəyişmir;
D) müstəqil mənaya malik olur;
E) müxtəlif şəkilçiləri qəbul edə bilir.

367.Şəkilçilərə aid xüsusiyyətlərdən biri düzdür


A) Müstəqil mənaya malik olmur;
B) sözün əsasını təşkil edir;
C) kökün tələbinə görə dəyişmir;
D) müstəqil işlənir;
E) kökün əvvəlinə artırılır

368.Müstəqil mənasına, morfoloji əlamətinə və sintaktik roluna görə qruplaşan sözlər necə adlanır?


A) nitq hissələri;
B) dialektlər;
C) fonetik vahidlər;
D) terminlər;
E) sənət- peşə sözlər

369.İmamqulu, Gəncə, Xəzər, Alabaş, Oğlaq, Tələbə Elmi Cəmiyyəti sözləri Leksikologiyanın hansı şöbəsinə aiddir?


A) Onomastika
B) semasiologiya
C) Frazeologiya
D) Leksikoqrafiya
E)derivatologiya

370. Dildə işlənən söz və sabit söz birləşmələrini izah edir:


A) İzahlı lüğətlər
B)Ensiklopedik lüğətlər
C)Termin lüğətlər
D)Etimoloji lüğətlər
E) Orfoqrafik lüğətlər

371. Ədəbi dilin hansı üslubunda terminlər çox işlədilir?


A)Elmi üslubda
B)İctimai-publisistik üslubda
C)Bədii üslubda
D)Rəsmi üslubda
E)Epistolyar üslubda

372 . “Azərbaycan Respublikası dövlət dilinin işlənilməsini, qorunmasını və inkişafını təmin edir” müddəası Azərbaycan Respublikasının Qanununda birinci maddənin neçənci bəndində verilmişdir.


A) 1.3
B) 1.2
C) 1.4
D) 1.5
E)1.6

373.Natiqlik bir elm kimi harada meydana gəlmişdir ?


A) Yunanıstanda
B) Misirdə
C) Hindistanda
D) Çində
E) Romada

374.Ritorika nədir?


A) natiqlik haqqında elm
B) danışıqda aydınlıq
C) danışıqda yığcamlıq
D) nitqdə düzgünlük
E) niqtqdə səlislik
375. Bunlardan biri natiqlik sənətinin nəzəriyyəsindən bəhs edir.
A) Ritorika
B) Poetika
C) Estetika
D) Məntiq
E) Etika

376.Ritorikanın tarixi neçənci əsrlərdən başlanır?


A)E.ə. V-IV əsrlərdən
B)E.ə. VI-V əsrlərdən
C)E.ə. VII-VI əsrlərdən
D)E.ə. VIII-VII əsrlərdən
E)E.ə. IX-VIII əsrlərdən

377.Elokuziya nə deməkdir?


A) Sözün mənası nitqi bəzəmək deməkdir.
B)Nitqin mövzusu və ya nitq məzmununu düşünüb tapmaq deməkdir.
C)Çıxışdan əvvəl mətni bir neçə dəfə xatırlamaq, fikrindən keçirmək deməkdir.
D)Çıxışın özü , danışdığın dili yüksək səviyyədə bilkməklə, şifahi nitqin ustalıqla ifadəsi, özünə nəzarət deməkdir.
E) Çıxışın mətnindən və xarakterindən, nitq janrından asılı olaraq əsas müddəaları yerləşdirə bilməkdir.

378.Ritorikanın memoria hissəsi nə tələb edir?


A) Çıxışdan əvvəl mətni bir neçə dəfə xatırlamağı, mətni fikrindən keçirməyi
B) Nitqi bəzəməyi
C)Çıxışın mətnindən və xarakterindən, nitq janrından asılı olaraq əsas müddəaları yerləşdirməyi
D)Nitqin mövzusu və ya nitq məzmununu düşünüb tapmağı
E)Çıxışın özü , danışdığın dili yüksək səviyyədə bilkməklə, şifahi nitqin ustalıqla ifadəsini, özünə nəzarəti.

379. 12 kitabdan ibarət olan “Natiqin təhsili (formalaşması) haqqında”əsər kimə məxsusdir?


A) M.Kvintiliana
B) Y.Sezara
C) Demosfenə
D)Aristifana
E) Sokrata

380. Bu məşhur kəlamın müəllifi kimdir? “Təbabət üç nəhəngin çiynində dayanır: bitki, bıçaq, söz! “.


A) Hippokrat
B) Demokrit
C) Aristotel
D) Siseron
E) Ibn Sina

381. Loqoqraflar kim idi ?


1. Hüquqi təhsil almış adamlar idi, xüsusi muzdla nitqlər yazırdılar.
2. Vəkillər idi, məhkəmədə müttəhimi müdafiə edirdi.
3.Natiqlər idi, məhkəmədə çıxış edirdilər.
4. Hakimlər idi, qulları müdafiə edirdilər.
5. Lisi, Esxen, Demosfen məşhur loqoqraf olmuşlar.

  1. 1, 5

  2. 1, 3

  3. 2, 3

  4. 2, 5

  5. 3, 4

382.BunlardanbiriQədimYunanıstandanatiqliksənətinininkişafınatəsirgöstərənsəbəblərdəndir.
1 - Solonqanunları
2 - Fəlsəfə elminininkişafı, solonqanunları
3 - Tarixelminininkişafı, siyasət, tarix
4 - Siyasət, iqtisadiyyat
5 - İqtisadiyyatıninkişafı, Solonqanunları
A) 1
B) 2, 3
C) 3, 4
D) 4, 5
E) 1, 2

383.“Nəhçul - bəlağə” kitabının müəllifi kimdir?


A) Həzrəti Əli
B)Məhəmməd Peyğəmbər (ə.s.)
C)Xəlil ibn Əhməd Əli Fəraidi
D)Əbu Əli ibn Sina
E) Mahmud Kaşğarlı
384.Aristotelin “Ritorika” əsəri neçə hissədən ibarətdir?
A) 3
B) 2
C)4
D)5
E)6

385.Rusiyada natiqlik sənətinin inkişafı kimin adı ilə bağlıdır?


A) M.V.Lomonosov
B)A.P.Çexov
C)M.E.Saltıkov Şedrin
D)F.M.Dostoyevcki
E)L.Tolstoy

386. Natiqləri yaşadıqları dövrlərə görə ardıcıl müəyyən edin.


1 - H. Əliyev 2 - M. V. Lomonosov 3 – Aristotel 4 - Sədi Şirazi 5 - M. F. Axundov
A) 3, 4, 2, 5, 1
B)1, 2, 3, 4, 5
C) 3, 2, 4, 5, 1
D) 4, 3, 5, 1, 2
E) 3, 5, 2, 4, 1

387. Natiqləri yaşadığı dövrlərə görə ardıcıl düzün.


1 - Aristotel 2 - Demosfen 3 - Kvintilian 4 - Sıseron
A) 1, 2, 4, 3
B) 4, 1, 2, 3
C) 3, 2, 1, 4
D) 2, 4, 3, 1
E) 2, 1, 3, 4
388. Natiqləri yaşadıqları dövrə görə ardıcıl düzün.
1 - M. F. Axundzadə 2 - Aristotel 3 - N. Gəncəvi 4 - Kvintilian
A) 2, 4, 3, 1
B) 2, 1, 3, 4
C) 4, 1, 2, 3
D) 3, 2, 1, 4
E) 1, 4, 3, 4

389.“Əqli çox olan adamın sözü az olar; hər bir adam öz dilinin altında gizlənər;


düşün, daşın, sonra danış” - ibrətamiz fikirlər kimə məxsusdur?
A) Həzrəti Əli
B) Əbu Əli ibn Sina
C)Xəlil ibn Əhməd Əli Fəraidi
D) Məhəmməd Peyğəmbər (ə.s.)
E)Əbu Reyhan Biruni
390.Natiqlik sənətinə yüksək qiymət verən əsər “Əxlaqi- Nasiri”n müəllifi kimdir?
A) Nəsrəddin Tusi
B)Firdovsi
C)Mücirəddin Beyləqani
D)Əfzələddin Xəqani
E)Fələki Şirvani

391. Nitq mədəniyyətinin birbaşa əlaqəsi olmayan elmləri seçin.


1 - Kimya 2 – ədəbiyyat 3 – Biologiya 4 - Psixologiya 5 – Coğrafiya 6 - Məntiq
A) 1, 3, 5
B) 1, 5, 4
C) 2, 3, 1
D) 3, 4, 2
E) 2, 4, 5

392. Nitq mədəniyyəti fənninin əlaqəli olduğu elmlərdən biri yanlışdır.


A) antropologiya
B) məntiq
C) estetika
D) dilçilik
E)fiziologiya

393. Nitq mədəniyyəti ilə dilçiliyi yaxınlaşdıran cəhət nədir?


A) hər ikisinin obyektinin söz olması
B) məqsədləri
C) vəzifələri
D) predmetləri
E) funksiyaları

394. Filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənən təcrübi sahəsi hansıdır?


A) Nitq mədəniyyəti
B) Üslubiyyat
C) Fonetika
D) Morfologiya
E) Leksikologiya

395. Bunlardan biri natiqlik sənətinin cəhətləri sırasında verilə bilməz.


A) Nitqin söylənilməsində intonasiya və emosiya kimi məsələlərin nəzərə alınmaması .
B) Materialın plan üzrə müvafiq formaya salınmasıi
C) Materialın şifahi şərhinin ədəbi - üslubi cəhətdən işlənməsi
D) Orfoepik və intonasiya qaydalarına əməl edilməsi
E) Materialın icadı və onun hazırlanması
396.Tətbiqi dilçiliyin bu bölməsində dil faktı, hadisəsi yox, üsullar, qayda - qanunlar sistemi öyrənilir.
A)Nitq mədəniyyəti
C) Qrammatika
D) Leksikologiya
E) Derivatologiya
B)Fonetika

397.Doğru olmayan fikirləri seçin.


1 - Kvintilian qədim Yunanıstanın natiqlik məktəbi nümayəndələrindən biridir.
2 - d, z, l, n, s, t samitləri dil - diş samitləridir.
3 - Həmcins üzvlərin xüsusi intonasiya çaları yoxdur.
4 - Bəzi rus mənşəli alınmalarda o saiti a kimi oxunur.
A) 1, 3
B) 2, 4
C) 1, 4
D) 2, 4, 3
E) 3, 4

398.Doğru fikirləri seçin.


1.Alınmaların müəyyən hissəsi dilimizin fonetik təbiətinə uyğun tələffüz olunur.
2.Solon qanunları Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına təsir göstərmişdir.
3.Monoloji nitqin mühazirə, məruzə, məlumat və s. növləri vardır.
4.Orfoqrafiyamızın əsas prinsipi fonetik prinsipdir.
A) Hamısı
B) 1, 4
C) 2, 4,
D) 3, 4
E) 2, 4

399. Nitqi tamamlayan ifadəli hərəkətləri seçin.



  1. Qışqırmq

  2. Mimikalar

  3. Səssiz danışıq

  4. Jestlər

  5. Pozalar

  6. Səsli danışıq

A) 2, 4, 5
B) 3, 4
C) 1, 2
D) 2, 3, 4
E) 1, 2, 3

400. İntonasiya haqqında verilən fikirlərdən biri yanlışdır.


1. İntonasiya latın sözü olub, “tərtibat” deməkdir.
2. İntonasiya səs tonunun alçalıb - ucalmasıdır.
3. İntonasiya cümlənin sərhədini müəyyənləşdirir.
4. İntonasiya cümlə daxilində sintaqmların yerini müəyyənləşdirir.
5. İntonasiya emosional münasibətlər yaradır.
A) 1
B) 2, 5
C) 4
D) 2, 4
E) 1, 2

401. Nümunələrdən birini başqa intonasiyada da demək mümkündür.


1. Sənin kitabların Leylada idi.
2. Sevən ölsünmü, sultanım, nə dersən ? !
3. Vaqif ! İndi get, saray həyatını büsbütün tərk et.
4. Şahlıq çətirinlə kimə sultan olacaqsan ? !
5. Şair, nə tez qocaldın sən ? !
A) 1
B) 4, 5
C) 3
D) 1, 2
E) 2, 5

402.Nitq mədəniyyəti fənninin əlaqəsi olduğu elm sahələrini ardıcıllıqla düzün.


1 - ədəbiyyat 2 - dilçilik 3 - pedaqogika 4 - tarix 5 - psixologiya 6 - etika
7 - estetika. 8 - fiziologiya 9 - məntiq
A) 2, 1, 5, 3, 4, 6, 7, 8, 9
B)1, 2, 3, 4, 5, 6, 7, 8, 9
C) 3, 2, 4, 1, 5, 6, 7, 8, 9
D) 1, 2, 4, 5, 3, 6, 8, 7, 9
E) 3, 4, 1, 2, 5, 6, 7, 8, 9

403.Nitq intonasiyasına aid olmayan elementləri seçin.


1. Melodiya
2. Yazılı nitq
3. Vurğu
4. Mətnlər
5. Fasilə
6. Jestlər
A) 2, 4, 6
B) 1, 4
C) 2, 6
D) 2, 4, 5
E) 1, 4

404.Nitq intonasiyasına aid olan elementləri seçin.


1. Fasilə
2. Dialoq
3. Vurğu
4. Monoloq
5. Melodiya
6. Şifahi nitq
7. Temp
A) 1, 3, 5, 7
B) 2, 3, 4, 6
C) 2, 4, 7
D) 3, 4, 6
E) 4, 5, 6, 7

405. “Sözü qızıl yatağı altunla tutdu qoşa,



Yüklə 211,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə