Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə32/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   28   29   30   31   32   33   34   35   ...   216

68 

 

hər  vilayətdə yox  idi.  Məsələn,  Arsaxda  on bir  vilayət  olduğu  halda, yepiskopluqlar 



ancaq  üç  vilayətdə  -  Habandda,  Mets-Koqmankda  və  Mets-Ġrankda  var  idi.  Bəzən 

bütöv  bir  əyalət  (nəhəng),  Balasakanda  (Paytakaranda)  olduğu  kimi,  yalnız  bir 

yepiskopluğa  malik  olurdu.  Görünür  bu,  xristianlığın  həmin  yerdə  yayılma  dərəcə-

sindən asılı id i. 

Yepiskopluqlar  məsələsinin  iĢıqlandırılmasında  əsasən  kilsə  məclisləri 

aktlarının qalıqları qiymətli məxəz rolunu oynayır. Lakin bu aktlar da məclislərdə iĢtirak 

etmiĢ  yepiskopların sayını  tam  əks  etdirmir,  bu  cəhət  daha  çox  VI  əsrin  son larından 

etibarən  çağırılan  məclislərin  siyahılarına  xasdır.  Həmin  vaxtdan  dini  ixtilaflar  dövrü 

baĢlayır,  ölkə  ehkamçı  partiyalara  bölünür;  məhz  buna  görə  kilsənin  bir  çox 

nümayəndələri bu və ya digər məqsədlə məclislərdə iĢtirak etmirdilər. Kilsə ixtilaf ları 

VIII əsrədək davam etmiĢdir. 

V  əsrdə  və ondan sonrakı  dövrlərdə çağırılan  məclislərin siyahılarının təhlili 

kilsə  inzibati  vahidlərinin  artdığına  dəlalət  edir;  bu  da,  həm  yeni  yepiskopluqların 

meydana  çıxmasında,  həm  də  mövcud  yepiskopluqların  xırdalanmasında  təzahür 

olunur.  Belə  ki,  V  əsrdən  VIII  əsrədək  Haband  vilayətinin  yepiskopluğu  Haband 

(Amaras) Ģəhərində yerləĢirdi, VIII əsrdən etibarən Amaras vilayətə, həm də müstəqil 

Amaras  yepiskopluğuna  çevrilir,  Haband  isə  ayrıca  yepiskopluq  kimi  qalır.  V-VIII 

əsrlərdə  Albaniyada  12  yepiskopluq vardı:  Kapalaka  (Qəbələ),  QaĢua,  Yeuta, Amaras 

Tsri,  Balasakan,  ġəki,  Qard man  (Girdiman),  Mets -Koqmank,  Mets-Ġrank,  Haband, 

Partav (Bərdə). 

Ehkam  baxımından  gürcü  kilsəsi  kimi,  alban  kilsəsi  də  sabit  olaraq 

monofiziliyə  tərəfdarlıq  etmirdi.  Sasanilərin  Cənubi  Qafqazdakı  siyasi  nüfuzlarının 

düĢməsi monofizilərin kilsə hegemonluğunun dağılması ilə müĢayiət olunurdu. VI əsrin 

sonu  -  VII  əsrdə  Cənubi  Qafqazda  Bizansın  siyasi  nüfuzunun  güclənməsi  ilə  əlaqədar 

olaraq alban kilsəsi gürcü kilsəsi ilə birlikdə diofiziliyə qoĢuldu. 

607-ci  ildə  keçirilən  Dvin  məclisində  gürcü  kilsəsi  özünün  xalkidonçuluq 

məzhəbini tutduğunu və rəsmən erməni kilsəsindən ayrıldığını bəyan etdi. Alban kilsəsi 

isə rəsmi surətdə erməni kilsəsindən ayrılmasa da onun bəzi icmaları və yepiskopluqları 

xalkidonçuluğa tərəfdar çıxırd ıla r.  

Cənubi  Qafqazın  ərəblər  tərəfindən  fəthindən sonra,  VIII  əsrin  əvvəllərində 

iĢğalçıların  təzyiqi  və  erməni  kilsəsinin  fəal  iĢtirakı  ilə  alban  kilsəsi  diofiziliklə 

əlaqəsini  kəsdi.  Xristian  əhalisinə  qarĢı  ardıcıl  olaraq  Sasanilərin  siyasətini  davam 

etdirən Xilafət Bizans təsirinin güclənməsinin qarĢısını almaq məqsədilə monofizi məz-

həbini müdafiə etdi. Siyasi məqsədlər güdən ərəb üsuli-idarəsi tabeliyində olan xristian 

əhalisi və kilsələrinin fəaliyyətini uzlaĢdırmağa çalıĢaraq, erməni ruhanilərinin köməyi 

ilə  alban  kilsəsini  monofizi  kilsəyə  çevirdi  və  705-ci  ildə  iyerarxiya  baxımından  onu 

monofizi erməni kilsəsinə tabe etdi. Bu asılılıq özünü əslində bərabər  mənsəbli  iki  din 

xadimindən  birinin  -  erməni  katolikosunun  alban  katolikosunu öz  vəzifəsində təsdiq 

etməsində göstərirdi. Bu isə faktiki o laraq  iyerarxik prinsipin pozu lması demək  idi. 

Beləliklə,  ölkədə  mərkəzləĢdirilmiĢ  yerli  siyasi  hakimiyyətin  və  vahid  etnosun 




69 

 

olmadığı,  xristianlığın  baĢqa  dini  etiqadların  mövcud  olduğu  bir  zəmində  ümumxalq 



dininə  çevrilə  bilmədiyi  bir  Ģəraitdə  alban  kilsəsi,  bu  dövrdə  xalqı  birləĢdirən  və 

mütəĢəkkilləĢdirən  qüvvəyə  çevrilən  ermən i  kilsəsindən  fərqli  olaraq,  Ərəb  Xila-

fətinin  siyasətinə  və  ona  fəal  kö mək  göstərən  erməni  kilsəsinə  qarĢı dura bilmədi. 

Bütün  bunlar  alban  xristian  əhalisinin  sonralar  qismən  müsəlmanlaĢmasına,  mədəni-

ideoloji  baxımdan  assimilyasiyasına  -  qriqorianlaĢmasına  (erməniləĢməsinə)  və 

gürcüləĢməsinə gətirib çıxardı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


70 

 

IV FƏSĠL 



 

III-VII ƏSRĠN BĠRĠNCĠ YARISINDA 

CƏNUBĠ AZƏRBAYCANIN - ADURBADAQANIN 

SOSĠAL-ĠQTĠSADĠ VƏ SĠYASĠ TARĠXĠ 

 

§ 1. ADURBADAQAN SASANĠLƏR DÖVLƏTĠNĠN TƏRKĠBĠNDƏ 

 

Cənubi  Azərbaycanın  III-VII  əsrlər  siyasi  tarixi,  artıq  qeyd  etdiyimiz  kimi, 



daxil olduğu bütöv Sasani dövlətinin tarixi ilə bağlı nəzərdən keçirilməlidir. 

226-cı ildə baĢ verən tacqoyma mərasimində Sasanilər sülaləsi  baĢçısı  ƏrdəĢir 

ĢahənĢah  (Ģahlar  Ģahı)  titulunu  qəbul  etməklə,  651-ci  ilə  qədər  mövcud  olan  Ġran 

Sasanilər  dövlətinin  əsasını  qoydu.  Gənc  dövlətin  fəal  xarici  siyasəti  tezliklə  qonĢu 

Bizansla toqquĢmaya gətirib çıxartdı. Artıq IV əsrin son rübündə bütün Cənubi  Qafqaz 

Bizans və  Sasanilər  dövlətləri  arasında nüfuz dairələrinə bölündü,  Ermənistanın böyük 

hissəsi, Albaniya və Ġberiya Sasanilər dövlətinə birləĢdirildi. Bu imperiyanın dastakertinə 

- vilayətinə çevrilən Adurbadaqan isə öz torpaqlarının münbitliyinə və təbii sərvətlərinə 

(baĢlıca  olaraq  neft,  duz)  görə  dövlətin  iqtisadiyyatında  birinci  dərəcəli  rol  oynadı; 

zərdüĢtiliyin mühüm mərkəzi də Adurbadaqan oldu. 

IV əsrdə Mesopotamiya ərazisində hərbi əməliyyatlar aparan Bizans, Ģərq və 

Ģimal  köçərilərinin,  eləcə  də  ərəb  məlikliklərinin  daxil  olduqları  antisasani  birliyinin 

yaranmasına imkan yaratmaqla Sasani dövlətinin onsuz da ağır olan vəziyyətini daha da 

pisləĢdirdi. 

Cənubdan  Sasani  dövləti  ərazisinə  qəhtan  və  maad  qəbilələrindən  olan 

ərəblər  hücum  etdilər;  Ģimaldan  isə  Azərbaycan  və  ona  qonĢu  vilayətlərə  xəzərlər 

soxuldular. 589-cu ildə türk xaqanının qoĢunu Ģərq sərhədlərinə yaxınlaĢdı. Tü rklərə  

qarĢı  mübarizədə  Sasani qoĢunlarına baĢçılıq etmək adlı-sanlı Mihran nəslindən olan 

Rey mərzbanı Bəhrama həvalə edildi. Xaqan qoĢunları darmadağın edildi və müharibə 

Ktesifonda bağlanılan sülh müqaviləsi ilə baĢa çatdı. 

Sonrakı hadisələr Cənubi Azərbaycan ərazisində cərəyan etdi.  Türklərə qarĢı 

müharibədə  göstərdiyi  hünərə  görə  ad  çıxarmıĢ  Bəhramın  artan  nüfuzunun  qarĢısını 

almaq üçün ĢahənĢah IV Hörmüzd əldə edilən qənimətin bir h issəsini mənimsədiyini 

bəhanə edərək Bəhramı mərzban vəzifəsindən uzaqlaĢdırd ı. 

Bundan sonra baĢ verən hadisələr Bəhramın üsyanı, onun Ģah ailəsi üzvləri 

arasında  törətdiyi  fitnə-fəsadlarla  bağlıdır.  Nəticədə  IV  Hörmü zd  devrilir  və  kor 

edilir;  hakimiyyət  baĢına  II  Xosrov  gəlir.  Ancaq  Bəhramın  II  Xosrovun naibi  olmaq 

ümidi doğrulmayır və o, II Xosrova qarĢı çıxır. 

Xosrov Bizansa qaçsa da, Ġranın bir çox vilayətləri, o cümlədən  Adurbadaqan 

bu  müddət  ərzində  Bizansda olan ĢahənĢaha öz  sadiqliyini  əsasən saxlayırdı.  Bizans 

tərəfindən  müdafiə  edilən  və  qoĢun  alan  Xosrov  Adurbadaqanın  əsas Ģəhəri  Qanzak 

yaxınlığında baĢ verən qanlı döyüĢdə Bəhramın ordusunu darmadağm edir.  




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə