Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə33/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   29   30   31   32   33   34   35   36   ...   216

71 

 

603-cü  ildə  baĢlanan  növbəti  Ġran-Bizans  müharibəsi  628-ci  ilə  kimi  davam 



etdi.  Tərkibində  azərbaycanlıların  da  olduğu  sasani  qoĢunları  622-ci  ilə  kimi  uğurla 

vuruĢurdular;  hələ  614-cü  ildə  Yerusəlim  ələ  keçirildi,  Konstantinopol  mühasirəyə 

alındı və Misir fəth edildi. Ancaq 622-ci ildən vəziyyət köklü surətdə dəyiĢdi, belə ki, 

məhz  bu  vaxtdan  II  Xosrovun  qüvvələrinin bir  hissəsi Ģərq sərhədinin  köçərilərdən 

qorunmasına  cəlb  olundu.  623-cü  ilin   aprelində  Ermənistana  basqın  edən  Bizans 

imperatoru  Ġrakli  Dvini  ələ  keçirib,  Adurbadaqan  ərazisinə daxil  oldu;  Qanzak  iĢğal 

edildi,  buradakı atəĢgah isə dağıdıldı. Bunun ardınca Azərbaycanın Naxçıvan, Urmiya 

Ģəhərləri,  o  cümlədən  Həmədan  tutulub  darmadağın  edildi.  Yalnız  626-cı  ildə  II 

Xosrovun  qoĢunları  Kiçik  Asiyaya  keçərək  Bosforun  Asiya  hissəsindən 

Konstantinopola yaxınlaĢdılar. Farsların müttəfiqi olan avarların köməyinə baxmayaraq, 

Konstantinopolu almaq cəhdləri boĢa çıxd ı.  

Həmin il Bizansın müttəfiqləri olan xəzərlər Dərbənd keçidi vasitəsilə Cənubi 

Qafqaza soxulub, Albaniyanın paytaxtını tutdular. Ġberiyanın paytaxtını isə mühasirəyə 

aldılar. 

627-ci ildə Cənubi Qafqaza yeni yürüĢ edən xəzərlər Azərbaycanın cənublu-

Ģimallı çox yerlərini talayıb-çapdılar. 628-ci ildə hələ də Adurbadaqanda, Qanzakda olan 

imperator Ġrakli II Xosrovun oğlu II Kəvadın, atasının yerini tutması xəbərini aldı. Əldə 

edilən  barıĢıqdan  sonra  Sasani  elçiləri  danıĢıq  aparmaq  üçün  Qanzaka  gəldilər.  Sülh 

müqaviləsi yalnız II Kavadın xələfləri dövründə imzalandı. 

 

 



 

 

 



 

§ 2. ĠNZĠBATĠ BÖLGÜ VƏ ĠDARƏ SĠSTEMĠ 

 

Erkən sasani dövründə Adurbadaqan Sasani dövlətini təĢkil  edən Ģəhrlərdən 



(Ģəhr - ölkə və ya vilayət deməkdir) biri idi. Sasani ənənəsinə əsaslanan ərəb qaynaqları 

hələ  ilk  Sasani  hökmdarı  I  ƏrdəĢirin  (224-241)  Albaniya,  Balasakan  və  Sisakan 

hakimlərinin  Ģahlıq  hüquqlarını  təsdiq  etdiyi  haqqında  məlumat  verir.  Onun  oğlu  I 

ġapurun (241-272) dövründə imperiyanın tərkibi haqqında NəqĢi Rüstəmdə "ZərdüĢtün 

Kəbəsi"  adlı  qədim  od  məbədindəki  kitabədə  Sasanilər  dövlətinə  tabe  "Ġran olan"  və 

"Ġran  olmayan"  iyirmi  yeddi  "Ģəhrin"  içində  "Ġran  olmayan"  Adurbadaqan,  Ġberiya, 

Ermənistan, Sikan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da 

adları çəkilir. 

Sasanilər imperiyasına daxil olan müxtəlif vilayətlərin ərazisində, o cümlədən 

Azərbaycanda  aĢkar  edilən  kitabə  və  bullalarda  (dövlət  sənədlərinə  bağlanan 

möhürlərdə)  qeyd  edilən  titulların  və  inzibati  terminologiyanın  eyniliyi,  eləcə  də 

mü xtəlif  qaynaqlardakı  xəbərlər  göstərir  ki,  Adurbadaqan  -  Cənubi  Azərbaycan 




72 

 

ərazisində də bütün imperiyaya xas olan ərazi bölgüsü və inzibati idarəçilik qüvvədə idi. 



Bu  vilayətlərin  hakimləri  şəhriyar  -  "Ģəhr  sahibləri",  əyalətlərininki  isə 

payqospan - "tərəfləri (yerləri) qoruyanlar" adlanırdılar.  I ġapurun kitabəsi bu sözlərlə 

tamamlanır: "...Və bütün bu çoxsaylı Ģəhrləri [və onların] Ģəhriyar və payqospanlarını 

mən bizə bac verənə və rəiyyətimizə çevird im". 

Sasani  dövləti  vassal  asılılıqda  olan  Ģahlıqlar  sistemini  parfiyalılardan  əxz 

etmiĢdi. III əsrin əvvəlində arĢakilər dövləti mahiyyət etibarilə ayrı-ayrı Ģahlıqların və 

mərkəzi hakimiyyətdən az və ya çox asılı olan kiçik  mü lklərin konfederasiyasından 

ibarət  idi.  Belə  vilayətlərin  bəzilərinin  hakimləri  Ģah  titulu  daĢıyır,  daha  kiçik 

mü lklərin  hakimləri  isə  xvaday  ("hökmdar")  adlan ırdılar.  Artıq  III-IV  əsrlərdə 

Ģahlıqların statusu dəyiĢildi;  mü lklərə (udellərə) çevrilmiĢ bu yerlərin ço xunu indi 

Parfiya  dövrü  yerli  sülalələ rin   nəsillə ri  deyil,  Sasani  nəslindən  olan  Ģahzadələr 

idarə edirdilər. 

VI  əsrdə  I  Xosrov  ƏnuĢirəvanın  in zibati  islahatları  nəticəsində  dörd  iri 

caniĢinlik  -  "kusf‖  (hərfən:  "tərəf‖,  "cəhət")  təsis  edildi.  Mənbələrin  (ortafars  və 

ərəb)  məlu matına  görə  Cənubi  Azərbaycan  "Azərbaycan  kustu"  adlanan  ġimal 

caniĢinliy inin  tərkibində  idi.  Buraya  həmçin in  Albaniya,  Ġberiya,  Ermən istan, 

Ba lasakan, Sisakan,  Rey,  Gilan, Deylə m,  Də mavənd, Təbəristan, Ruyan (Rovan), 

Amul, Həmədan və Muğan da daxil  idi. Son Sasanilər dövründə artıq bütün tarixi 

Midiya  torpaqları  caniĢinliyin  tərkib ində  idi.  Bəzi  ərəb  müəllifləri  (ət -Təbəri) 

xəbər  verirlər  ki,  dövlətin  dörd  caniĢinliyə  bölünməsi  hələ  I  Xosrova  qədərki 

dövrdə  həyata  keçirilmiĢdi;  I  Xosrov  hakimiyyət  baĢına  keçən  kimi  Ġranın  dörd 

əyalətini  idarə  edən  dörd  payqospana,  o  cümlədən  Adurbadaqan,  Ermənistan  və 

qonĢu yerlərin payqospanı Zadoy Nahverqana xəbər göndərmiĢ, dövlətin baĢ hərbi 

rəisi  -  spahbedin vəzifələrini  dörd  "kustun"  spahbedləri  arasında  bölüĢdürmüĢd ü. 

Ərəb  müəlliflərinin  (ibn  Xordadbeh və  b.)  əsərlərində  böyük  bir  ərazin i  -  Sasani 

Ġranın ın Ermənistandan Təbristanadək bütün Ģimal əyalətlərini, eləcə də talıĢların, 

xəzərlərin,  alanların  və  b.-nın  torpaqların ı  idarə  edən  Azərbaycan  spahbedi 

haqqında məlu mat vard ır. 

Beləliklə,  I  Xosrov  payqospanların  mü lki  hakimiyyətini  spah bedlərin 

hərbi  hakimiyyətindən  ayırdı.  Hərbi  və  mü lki  baĢçıları  ĢahənĢahın  özü  təyin 

edirdi. 


Cənubi  Azərbaycanda  Təxti-Sü ley mandakı  AdurquĢnasp  od  məbədində 

aparılan qazıntılar zaman ı tapılan V-VII əsrlərə aid  edilən bullaların təhlili göstərir 

ki,  k ust  termini  hə mç inin  vilayət,  nahiyə  və  ya  bir  neçə  nahiyə  mənasında  da 

iĢlənird i.  Bu bullalar "Adurbadaqan tərəfin" inzibati-ərazi hakimiyyəti quruluĢunu 

öyrənmək  baxımından  da  maraq  doğurur.  Belə  ki,  Paris   Milli  kitab xanasında 

Albaniya  katolikosuna  aid  edilən  möhürdə  belə  bir  yazı  var:  "Albaniya  və 

Balasakan vilayətlərin in (kustlarının ) böyük katolikosu". 

Hələ  ArĢakilər  dövründə  çox  vaxt  özünü  idarə  edən  Ģəhərlərin  idarəsinə 

gəldikdə,  Sasanilər  dövründə  bu  Ģəhərlər  Ģəhrablar  tərəfindən  idarə  olunurdu. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə