Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə56/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   52   53   54   55   56   57   58   59   ...   216

118 

 

Ləkitdən  bir  qədər  aralıda  -  Qum  kəndində  üçnefli,  günbəzli  bazilikanın 



xarabalıqları  aĢkar  olunmuĢdur.  Təxminən  V  və  yaxud  VI  əsrə  aid  olan  bu  bazilika 

planda 36,5 metr uzunluğa, 19,3 metr enə malikdir. Planda T Ģəkilli sütunların iki cütü 

üçnefli  kompozisiyanı  yaradaraq  eyni  zamanda  günbəzli  baraban  üçün  özül  rolunu 

oynayır.  Orta  nef  yandakı  neflərə  n isbətən  daha  geniĢ  surətdə  həllini  tapmıĢdır. 

Məbəd  üç  tərəfdən  sütunlardan  yaradılmıĢ   qalereya  formalı  örtüklə  və  nalĢəkilli 

tağlarla əhatə edilmiĢdir. 

Ġri taxtalardan yaradılmıĢ örtüyün təqribən mərkəzində, əsas giriĢin qarĢısında 

sütun vardı (bütpərəstliyə sitayiĢin tələblərindən biri kimi).  Halbuki yanlardan məbədə 

istiqamətlənmiĢ digər  iki giriĢ artıq heç bir Ģeylə qapanmamıĢdı. Abidənin Ģərq fasadı 

Mamrux  və  Ləkit  məbədlərindəki  kimi  iki  guĢəyə  -  səcdəgaha  və  mərkəzi  absidaya 

malikdir. Yandakı neflər kobud surətdə yonulmuĢ daĢlardan ucaldılaraq qabarıq tağlarla 

örtülmüĢdür. 

Aydın  plan,  səliqə  ilə  yerinə  yetirilmiĢ  konstruksiyalar,  yerli  inĢaat 

materiallarından məharətlə istifadə olunması, çaydaĢı ilə kvadrat formalı biĢmiĢ kərpicin 

uzlaĢdırılması binanı yaratmıĢ ustanın yetkinliyindən xəbər verir. 

Ləkitdən  bir  neçə  kilometr  aralıda,  Qoduqlu  kəndinin  yaxınlığında  bir neçə 

sitayiĢ təyinatlı tikili qalmıĢdır. Bu kompleks əhali arasında "Yeddi  kilsə"  adlandırılır. 

Hal-hazırda isə burada doqquz tikilinin qa lıq ları müĢahidə olunur. 

Ġki üçnefli bazilika daha çox  maraq doğurmaqdadır. Nisbətən salamat qalmıĢ 

birinci  bazilika  əslində  dərin  absidalı  məbəddir.  Bazilikanın  yanlarında  artıq  sırf 

xristian  funksiyaları  daĢıyan  iki  əlavə  tikili  vardır.  Sağ  tərəfdə  ibadət  otağı,  sol 

tərəfdə  isə  qurbangah mövcuddur. Təxminən mərkəzdə iki sütun və qalın taxtalı qərb 

divarında  iki  pilyastr  yerləĢmiĢdir.  Yan lardakı  neflərin  və  ortadakı  daha uca nefin 

tağları onlara, habelə iki absidaya dayaqlanmıĢdır. Məbədin qərb tərəfində sonrakı alban 

kilsə memarlığı üçün çox səciyyəvi olan qalereya formalı örtük vardı. Göst ərilən örtük 

ilk  dəfə  Qumdakı  bazilikada  meydana  gəlmiĢ  örtük  mövzusunun  davamıdır.  Güman 

etmək olar ki, bu məbəd VI-VII əsrlərdə tikilmiĢdir. Fasadların kobud Ģəkildə yonulmuĢ 

daĢlardan  yaradılmıĢ  memarlığ ı  üçnefli  bazilikalar  üçün  səciyyəvi  olan  qabarıq 

mərkəzi  hissəli  monumental  binanı  təĢkil  edir.  Açıq  qalereya formalı örtük abidəyə 

cənub koloriti vermiĢdir. 

Kobud Ģəkildə yonulmuĢ daĢdan tikilən ikinci günbəzli bazilika  nisbətən yaxĢı 

mühafizə  edilmiĢdir.  Onun  planı  iki  iri  pilonun  köməyi  ilə  dərin  absidalı  üç  nefə 

ayrılmıĢdır; bu absidadan yanlardan olan əlavə tikililərə qapı vardır. Birinci bazilikada 

olduğu kimi, bu əlavə tikililər də sırf xristian funksiyaları daĢıyır. 

Onun memarlığ ı fasadda üç qabarıq nefin çəpəki transeptlə daha mürəkkəb 

uzlaĢması  əsasında  həll  edilmiĢdir.  Neflərin  qovĢaqlarında  günbəzlərlə  örtülmüĢ 

baraban üçün nəzərdə tutulan əsas mövcuddur. Daxili günbəz yarımdairə Ģəklində, yuxarı 

günbəz  isə  çatma  formadadır.  Transeptin  yuxarı  hissəsindəki  Ģimal  və  cənub 

fasadlarında  qabarıq  yarımdairəvi  pəncərələr vardır.  Bu  pəncərələr  zəngin  haĢiyələrlə 

əhatə  edilmiĢdir.  Kilsənin  üç  qapısı  vardır.  Həmin  qapıların  yuxarı  hissələri  haĢiyəli 




119 

 

yarımdairəvi  tağla  örtülmüĢdür.  Bu  bazilika  VII-VIII  əsrlərdə  və  yaxud  bir  qədər 



sonrakı tarixi mərhələdə inĢa edilmiĢdir. 

Kobud  Ģəkildə  yonulmuĢ  daĢlardan  tikilmiĢ  dairəvi  məbədlər,  üçnefli 

bazilikalar,  qalereya  formalı  örtüklər  erkən  orta  çağlar  dövründə  Azərbaycanın 

göstərilən üç bölgəsinin sitayiĢ təyinatlı  memarlığı üçün səciyyəvi idi. Bu bazilikaların 

ətrafında  7  birnefli  zəng  qülləsi  vardır.  Həmin  zəng  qüllələri  vahid  memarlıq  üslu-

bunda  tikilmiĢdir.  Bu  cür  qüllələr  göstərilən  bölgə üçün səciyyəvidir. Gü man etmək 

olar  ki,  həmin  qüllələr  hələ  bütpərəstlik  dövründə  inĢa  edilmiĢdir.  Bütpərəstlik 

dövründən qalmıĢ məbədlər bir çox hallarda yenidənqurmadan sonra xristian kilsələri və 

zəng qüllələri kimi istifadə olunurdu. 

Azərbaycanın Ağcabədi bölgəsinin Təzəkənd yaĢayıĢ məntəqəsindəki üçnefli 

bazilika plan baxımından üç cüt sütundan ibarət olan binadır (uzunluğu 16,5  metr, eni 

9,2  metrdir).  Binanın  Ģərq  tərəfində  səcdəgah  absidaları  və  yanlarda  keĢiĢ 

cübbələrinin saxlandığı yer vardır.  Orta nefin eni  5  metr, yan neflərin eni  isə  2,1  metrdir. 

Əgər səcdəgah absidası orta nefin sonluğu idisə, düzbucaqlı formalara malik olan keĢiĢ 

cübbələrinin saxlandığı yerlə yandakı neflər baĢa  çatırdı.  Bazilikanın döĢəməsi biĢmiĢ 

kərpicdən  hazırlanmıĢdır.  Qapı  oyuğu  qərb  tərəfdə  yerləĢirdi.  Səcdəgah  absidası 

nalĢəkilli  formaya  malik  idi.  Bir-birindən  2  metrlik  məsafədə  yerləĢən  sütunlar  da 

çaydaĢından tikilmiĢdir. 

Bazilikanın  səcdəgahının  qarĢı  hissəsinin  təmizlənməsi  zamanı  aydın 

olmuĢdur  ki,  səcdəgah  hissəsi  neflərin  döĢəməsindən  45  santimetr  ucada  yerləĢir. 

Bazilika ərazisində tapılmıĢ saxsı materiallarına əsasən bu abidəni VI əsrə aid etmək 

mü mkündür. 

Daha  bir  üçnefli  bazilika  Bərdə  Ģəhərində  aĢkar  olunmuĢdur.  Məbəd  üç 

yanmdairəvi absidalı, üçnefli bazilika formasına malik  idi. Məbədin uzunluğu 11 metr, 

eni  isə  6  metrdir.  Yandakı  neflər  nisbətən ensizdir  (1,52  metrlik  eni  vardır).  Məbədin 

divarları  müxtəlifölçülü  biĢmiĢ  kərpicdən,  özülü  isə  çaydaĢından  tikilmiĢdir.  Məbədin 

divarları  1,5  metr  ucalığınadək salamat  qalmıĢdır.  Binaya  əsas giriĢ qərbdən  idi  və bu 

giriĢ orta nefə doğru aparırdı. Məbəd xüsusi məqsədlə tikilmiĢ iki cüt sütunla neflərə 

ayrılmıĢdı.  Məbədin  döĢəməsi  kvadrat  formalı  biĢ miĢ  kərpicdən  hazırlan mıĢdır. 

Məbədin səcdəgah hissəsi kərpiclərdən yaradılmıĢ ucalığa malikdir. Məbəd VIII əsrin 

əvvəllərində  baĢ vermiĢ  güclü  yanğın nəticəsində dağılmıĢdır.  Burada üç  məzar  aĢkar 

edilmiĢ, məzardan bəzək əĢyaları və saxsı məmulatı tapılmıĢdır. 

Ağoğlan  monastırının  kilsəsi  (Xocavənd  rayonu,  Sos  kəndində)  iri  bazilika 

tikililərindən  biridir.  V  əsr  müəllifinin  məlumatına görə, "burada  hələ  IV  əsrin  30-cu 

illərində  Qriqori  Lusavoriçin  nəvəsi  Qriqorisin  Ģərəfinə  ilk  dəfə  kilsə  tikilmiĢdir... 

Qriqoris  Maskut  hökmdarı  Sanatruk  tərəfindən  döyüĢdə  öldürülmüĢ,  onun  cəsədini 

Ģagirdləri  Amarasa  aparmıĢ,  oradakı  kilsədə  dəfn  etmiĢlər.  Həmin  kilsənin  əsasını 

Qriqorisin  babası  qoymuĢdu".  Bazilika  Ağoğlan  çayının  sol  sahilində  "müqəddəs" 

dərədə  tikilmiĢdir  və  Amaras  adlanan qədim  Ģəhər  yerinin  mərkəzində  yerləĢir.  Bu 

abidə  dəfələrlə  yenidən  qurulmuĢ,  təmir  olunmuĢ,  lakin  onun  ilkin  formaları  əsasən 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə