Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə64/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   60   61   62   63   64   65   66   67   ...   216

135 

 

Bu  zaman  Dərbəndin  hakimi  və  Sasanilərin  Ģimal  sərhədlərinin  mərzbanı 



məĢhur  və  qədim  nəslə  mənsub  olan  ġəhriyar  (və  ya  ġəhribərəz)  idi.  Azərbaycanın 

cənub  torpaqlarının  fəthi  xəbəri,  Ģübhəsiz,  ona  da  çatmıĢdı.  Ərəblərin  ön  dəstəsinin 

hücumu baĢlanan kimi,  mənasız qırğının qarĢısını almağa çalıĢan ġəhriyar bu dəstənin 

baĢçısı  Əbd  ər-Rəhmanla  danıĢıqlar  aparmaq  üçün  icazə  istədi;  sərkərdə  Suraka  ilə 

görüĢdən sonra  isə  özünün ərəblərə  tabe  olduğunu bildirdi, amma "quduz düĢmənə və 

əsli olmayan qaba xalqlara qarĢı" durmuĢ dərbəndlilərin can vergisindən azad olunmasını 

xahiĢ  etdi.  Nəhayət,  tərəflər,  xəlifənin  də  təsdiq  etdiyi  bu  imtiyazın  dərbəndlilərə 

verilməsinə razılaĢdılar: əli silah tutub, keçidin müdafiəsində duran və öz əvvəlki dini 

etiqadlarını  saxlayan  yerlilər  ərəb  əsgəri  xid mətində  olduqları  ilin  cizyəsindən  azad 

edilirdilər. 

Dərbəndin alınması ilə Ģimal tərəfdən təhlükəsizliyi  müvəqqəti də olsa təmin 

etmiĢ  Suraka  ibn  Əmr  yeni torpaqlar  ələ  keçirmək  məqsədilə  xəlifə  ilə  razılaĢmadan, 

Bukayrı  Muğan,  Həbib  ibn  Məsləməni  Tiflis,  Huzayfanı  Alan  ölkəsi,  Salman  ibn 

Rəbiəni  isə  ərəblərin  Arran  adlandırdıqları  Albaniya  üzərinə  göndərir.  Surakanın  bu 

özbaĢına hərəkəti  xəlifə  Öməri  narazı  salır.  Çünki, onun  fikrincə,  Suraka  iĢğal  etmək 

istədiyi yerlərin nə geniĢ ərazisini, nə də saysız qoĢununu nəzərə almamıĢdı. Doğrudan 

da, göndərilən sərkərdələrdən yalnız Bukayr tapĢırığı yerinə yetirir. Muğan fəth olunur. 

Qalan  yerlərdə  isə  güclü  müqavimətlə  rastlaĢan  ərəblər  yalnız  əldə  edə  bildikləri 

qənimətlə  kifayətlənməli  olurlar.  Muğan  əhalisi  ilə,  görünür,  artıq  644-cü  ildə 

bağlanılmıĢ müqavilənin Ģərtlərinə görə "gərək hər həddi-büluğa çatan bir dinar və ya 

onun dəyərində cizyə ödəsin,  müsəlmana qarĢı sə mimi olsun, ona  [azanda] yolunu 

göstərsin,  bir  gün-bir  gecə  [evində]  saxlasın...  Ancaq  əgər  onlar  üz  döndərib  əhdi 

pozsalar, axırıncı fitnəkaradək hamını təslim etməsələr, onlara aman olmayacaq". 

Bu  yürüĢ  zamanı  ərəblər  xəlifə  Ömərin  əmrilə  Dərbənddən  Ģimalda  olan 

Xəzər  torpaqlarını da tutmağa cəhd göstərdilər.  Növbəti  hücuma,  həmin  il  vəfat etmiĢ 

Surakanı Dərbənd sərhəd xəttinin rəisi vəzifəsində əvəz edən Əbd ər-Rəhman əl-Bəhili 

baĢçılıq  edirdi.  Ərəb  atlılarının  ilk  hücumu  uğurlu  oldu:  xəzərlərin  əl-Beyda Ģəhəri 

tutuldu.  O  dövrün  tarixçilərinin  fikrincə  bu  qələbədə  ərəblərin  qeyri-adiliyi,  hətta 

ölməzliyi haqqında xəzərlər arasında yayılmıĢ əfsanənin də rolu az deyildi. Lakin çox 

keçmədən  bu  əfsanə alt-üst oldu. Xəlifə Osmanın hakimiyyətinin (644-656)  ilk  ilində 

də  xəzərlərə  qarĢı  basqınları  davam  etdirən  ərəblər  növbəti  hücumlardan  birində 

darmadağın  edildilər.  Əbd  ər-Rəhman  özü  öldürüldü,  qoĢun  geri  çəkildi.  Ərəblərin 

Azərbaycana birinci yürüĢü baĢa çatdı. 

Beləliklə,  643-644-cü  illərdə,  xəlifə  Ömərin  dövründə,  ərəblər  tarixi 

Azərbaycan  ərazisinin  yalnız  cənub  və  Dərbəndədək  Xəzər  sahili  torpaqlarını  tuta 

bildilər.  Lakin  bu  iĢğalın özülü hələ  möhkəm  deyildi.  Hətta  644-645-ci  illərdə,  xəlifə 

Ömərin  ölümündən  sonra  mərkəzdə  baĢ  verən  siyasi  sabitsizlikdən  istifadə  edən 

azərbaycanlılar  üsyan  edərək,  ərəblərin  onlarla  bağladıqları  müqavilələrin  Ģərtlərini 

yerinə  yetirməkdən  imtina  etdilər.  Xilafətin  yeni  baĢçısı  Osmanın  Azərbaycana 

göndərdiyi sərkərdə əl-Valid ibn Ukbanın rəhbərlik etdiyi ordunun hücumu ilə ərəblərin 




136 

 

Azərbaycana yeni  -ikinci  yürüĢü  baĢlandı.  Bu  yürüĢdə  birinci  yürüĢ  zamanı  ad  çıxarmıĢ 



Salman ibn Rəbiə və Abdallah ibn ġubeyl kimi sərkərdələr iĢtirak edirdilər. 

Abdallahın  baĢçılıq  etdiyi  dörd  minlik  qoĢun  Muğan,  Bədr  və  Taylasana 

(TalıĢana) soxularaq  bu  Xəzəryanı  torpaqları  yenidən  iĢğal  etdi,  qənimət  və  əsirlərlə 

əl-Validin  qərargahına  qayıtdı.  Azərbaycan  (cənub  hissəsi)  yenidən  iĢğal,  köhnə 

müqavilə  isə  bərpa  edildi.  Müqavilənin  Ģərtlərinə  görə,  azərbaycanlılar  təzminatla 

yanaĢı 800 min dirhəm verməyə boyun oldular. 

Bu yürüĢ zamanı əl-Validin on iki  minlik ön dəstəsinə baĢçılıq edən  Salman 

ibn  Rəbiənin  əsgərləri  ətraf  əhalini  qorxutmaq  məqsədilə  Albaniya  ərazisinə  hücum 

edərək, oranı  talayıb çapdılar  və  zəngin  qənimət  və  əsirlərlə  əl-Validin  qərargahına 

qayıtdılar.  Gevondun  məlumatına görə,  xəlifə  orduları  "Midiya  (Cənubi Azərbaycan) 

kəndlərini  və  Naxçıvan  obalarını  xaraba  qoydular.  KiĢilərin  çoxunu  öldürdülər, 

qalanlarını isə qadın və uĢaqlarla birlikdə əsir götürdülər və Culfa keçidindən Arazın o 

tayına  apardılar".  Yaln ız  bundan  sonra  vəzifəsini  b itmiĢ  hesab  edən  əl-Valid 

Xilafətin  nümayəndəsi  əl-ƏĢas  ibn  Qeysi  Azərbaycan  hakimi  təyin  edərək  paytaxta 

(Mədinəyə) qayıdır. 

Elə  həmin  il  xəlifə  Os man  iki  Qafqaz  yürüĢünün  iĢtirakçısı,  özünü  mahir 

sərkərdə  kimi  tanıtdırmıĢ  Salmanı  bu  zaman  Kiçik  Asiya  ərazisində  bizanslılarla 

vuruĢan  Həbib  ibn  Məsləmənin  köməyinə  göndərdi.  Birgə  qüvvələrlə  onlar 

bizanslıların  hücumunu  dəf  edərək,  Qaliqala  və  b.  Ģəhərləri  ələ  keçirdilər.  Ərəb 

tarixçilərinin (ət-Təbəri, əl-Bəlazuri, əl-Yəqubi, əl-Kufi)  məlu matına görə bu yürüĢ 

zamanı Həbib ermənilərin yaĢadıqları ərazidən  keçərək, Gürcüstan torpaqlarına daxil 

olur və Tiflisi iĢğal edir. Beləliklə, bu dövrdən, yəni 644-cü ildən, Tiflis öz civarları 

ilə birlikdə Xilafətin Arran vilayəti tərkibinə daxil olur və müsəlmanların uzun müddətli 

tabeliyinə keçir. 

Hələ  Gürcüstan  hüdudlarına  yetiĢməmiĢ,  Salman  ibn  Rəbiənin  altı  minlik 

dəstəsi  Albaniyanın  Sünik  (Sisəcan,  Sisəkan)  vilayəti  ərazisində  Həbibdən  ayrılır. 

Azərbaycanın Ģimal hissəsinin tam iĢğalını baĢa çatdırmaq cəhdilə edilən yürüĢ baĢlanır. 

O dövrün tarixçisi yazırdı: "Salman ibn Rəbiə onun əsgərlərinə düĢmənçilik göstərənləri 

məhv edir, rastına çıxan Ģəhər və qalaları tuturdu. Sonra o, düĢməni (burada ərəblərin 

düĢməni - yerli əhali idi. - N. V.) qıra-qıra Arran ölkəsindəki Beyləqan Ģəhərinə yetiĢdi". 

Beyləqan  cizyə  ödənilməsi,  əhalinin  "həyatı  və  əmlakının",  habelə  "Ģəhər  divar-

larının"  saxlanılması  Ģərtləri  ilə  Salmana  döyüĢsüz  təslim  oldu.  Sonra  ərəb  qoĢunu 

Bərdəyə  doğru  istiqamət  götürdü,  lakin  mənbələrin  məlumatına  görə  bərdəlilər, 

beyləqanlılardan  fərqli  olaraq,  Ģəhər  qapılarını  ərəblərin  üzlərinə  bağladılar.  Salman 

Ģəhərin bir neçə fərsəxliyində axan Tərtər çayının sahilində düĢərgə salıb, müqavimət 

göstərən  bərdəliləri  zəiflətmək  məqsədilə  "Ģəhər  ətrafında  biçini  artıq  baĢa  çatdırmıĢ 

kəndlərə  qarətçi  yürüĢlər  təĢkil  edir".  Müqavimətin  faydasız  olduğunu  baĢa  düĢən 

bərdəlilər də ərəblərlə sülh müqaviləsi bağlamalı olurlar. Mənbədə deyilir: "[Bərdəlilər] 

Ģəhər darvazasını [Salmanın] üzünə açırlar; o, Ģəhərə daxil o lub, bir qədər orada qalır". 

Ço x  keçmədən,  Bərdəni  tərk  edən  ərəb  süvari  dəstəsi  Albaniyanın  Arsax,  Uti, 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə