Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə62/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   58   59   60   61   62   63   64   65   ...   216

131 

 

ərəblərin xeyrinə inkiĢafı üçün təkan vermiĢ oldu.  



633-cü  ildə  ərəb  ordusu  Ġraq  tərəfdən  Sasani  imperiyasının  sərhədlərini 

keçdi.  Moisey  Kalankatlı  bu  haqda  yazırdı:  "Ġran  ĢahənĢahı,  əzəmətli  Xosrovun 

ölümündən  dörd  il  keçmiĢ  Azkert  (III  Yəzdigərd )  hakimiyyətə  sahib  oldu.  12 

qəbilənin  birləĢməsindən gücə gəlmiĢ  Həcəri  nəsli

1

 səhrada baĢ vermiĢ  qasırğa  kimi 



dəhĢətli və qorxulu həmlə ilə çox sürətlə getdi; Assuriyanı ötərək, tez bir zamanda Ġran 

ĢahənĢahına qarĢı hücuma keçdi". 

Orta  əsr  ərəb  müəlliflərinin  (ət-Təbəri,  əl-Bəlazuri,  əl-Kufi,  Ġbn əl-Əsir və 

b.)  məlu matları  ilə  təsdiq  edilən  bu  hücuma  ərəb  sərkərdələri  Xalid  ibn  Valid  və 

Mukanna ibn Haris, eləcə də Ġyad ibn Ğən m baĢçılıq edird ilər. 

Ərəblərin ilkin hücumlarını dəf etməyə cəhd göstərən  III Yəzdigərd ona tabe 

ölkələrin  hakimlərindən  köməkçi  qoĢun  dəstələri  tələb  edir.  Yerli  qaynağın 

məlumatına  görə,  belə  bir  əmr  alan  Albaniya  hökmdarı  Varaz  Qriqor  da  öz  dörd 

oğlundan  birini  -CavanĢiri  döyüĢ  meydanına  göndərmək  qərarına  gəlir.  Moisey 

Kalankatlı  CavanĢiri  böyük  məhəbbətlə,  Ģairanə qələmlə  təsvir  edir:  "Varaz  Qriqor 

özünün  ikinci  oğlu,  məğrur,  qəddi-qamətli  və gözəl  CavanĢirə  diqqət  yetirdi.  Zərif 

saqqal  onun üzünü  hələ  tamam  örtməmiĢdi;  atasının sevimlisi, silah  iĢlətmədə  mahir, 

qartal  kimi  zirək,  atasının  dayağı,  hər  Ģeydə  müvəffəqiyyət  qazanan  CavanĢir  ona 

(atasına)  dünyəvi  həyatda  öz  ağlı  ilə  kö mək  etməyə,  böyüklərlə  bərabərləĢməyə, 

hökmdarlar  yanında olmağa  hazırlaĢırdı".  Bu  zamandan alban  qoĢunlarının sparapeti  - 

baĢ sərkərdəsi olan CavanĢir öz qoĢunu ilə birlikdə 634-cü ildən Sasani qoĢununun baĢ 

komandanı təyin edilmiĢ, "təkcə öz hərbi Ģücaəti ilə deyil, ĢahənĢah taxt-tacı uğrunda 

saray  çəkiĢmələrində  fəal  iĢtirakı  ilə"də ad çıxarmıĢ  Xorasan  hakimi  Fərru xzad  oğlu 

Rüstəmin rəhbərlik etdiyi Ġran ordusu tərkibində çıxıĢ etməyə baĢladı. Yerli  mənbənin 

məlu matına  görə,  məhz  sərkərdə  Rüstəm  CavanĢiri  III  Yəzdigərdə təqdim etmiĢdi. 

Yenə həmin  mənbəyə görə "Ölü suların"  (Ġraqda  əl-Bətaix  -  bataqlıqlar)  sahilində, 

Kadisiyyə yanında baĢ vermiĢ (636-cı  ildə) vuruĢmada alban sərkərdəsi öz Ģücaəti ilə 

seçilmiĢdi.  Onun  hünər  və  rəĢadəti  III  Yəzdigərd  tərəfindən  layiqincə 

qiymətləndirilmiĢdi,  ĢahənĢah özü  ona "bayraq və  gur  səsli  Ģeypurlar,  iki  qızıl  cida, 

həmiĢə qabağıyca aparılan qızıl suyuna salınmıĢ iki qalxan verdi. Onu hamıdan yüksək 

tutdu,  belinə  mirvari  ilə  bəzədilmiĢ  qızıl  kəmər  və  qızıl  dəstəkli  qılınc  taxdı, 

qollarına  bilərzik  saldı,  baĢına  isə  gözəl  bir  tac  qoydu.  Bundan  baĢqa,  ona  üstü 

baĢdan-baĢa mirvari ilə iĢlənmiĢ qaytanlar da bağıĢladı, boynuna çoxlu sap mirvari 

 

 

1



  Həcər  Ġbrahim  peyğəmbərin  arvadı  Saranın  kənizi  idi.  Rəvayət ə  görə,  onun 

Ġbrahimdən olan oğlu Ġsmayıl ərəblərin ulu babası hesab edilir. Bu qadının adı  ilə ərəblərə 

həcərilər də deyilirdi. 

mirvari saldı". 

637-ci  ildə  ərəblər  Ġran  Ģahını  onun  paytaxtı  olan  Ktesifonda  mühasirəyə 

aldılar.  CavanĢir  üç  minlik  alban  qoĢununun  baĢında  iranlılarla  birlikdə  altı  ay 

Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Ġran ordusu darmadağın edildi. III 

Yəzdigərd  Dəclə  çayı  sahilindəki  qalalardan  birində  gizləndi.  Moisey  Kalankatlının 




132 

 

məlu matına görə, CavanĢirin Ġran ordusu tərəfində ərəblərlə son döyüĢü III Yəzdigərdin 



hakimiyyətinin səkkizinci  ilinə  (639-640-cı  illərə)  təsadüf  edir.  Beləliklə,  mübarizənin 

faydasız,  imperiyanın  ölümə  məhkum  olduğunu  dərk  edən  CavanĢir  639-640-cı  ildə 

vətəninə qayıdır. 

Bu  dövr  hadisələrini  bizə  çatdıran  ərəb  mənbələrinin  bir  qismi  ərəblərin 

Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 

639-640-cı  illərdə  baĢ verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi 

kitab yazmıĢ IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi  ilə 18 (639)-ci 

ildə Huzayfa ibn əl-Yəmənin baĢçılığı  ilə sülh yolu ilə alındığı barədə məlumat verir. 

Ərəb  yürüĢləri  istiqamətlərinin  mənbələrin  müqayisəli  təhlili  nəticəsində  izlənilməsi 

sübut edir ki, Azərbaycanın real fütuhatının baĢlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, 

görünür, Ġyad ibn Ğənmin baĢçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu 

ilin  avqustunda  baĢlamıĢ  Mesopotamiyanın  iĢğalı  prosesində  Azərbaycan  ərazisinə 

hücum  (və  bəlkə  də  hücumlar)  olmuĢdur.  Hücum  Urmiya  gölünün  cənub-qərb, 

ərəblərin artıq iĢğal etdikləri erməni əz-Zəvazan vilayəti tərəfdən baĢlamıĢ və nəticədə 

qərb sərhədlərinin mərzbanı ilə  müqavilə bağlanmıĢdı. Hadisələrin məhz o zonada baĢ 

verməsi  müqavilənin  mətnindən  də  görünür;  mərzban  ərəb lərə  " 800  min  d irhəm 

verməyə  boyun  olurdu.  Əvəzində  ərəblər  heç  kəsi  öldürməyəcək,  əsir  almayacaq, 

atəĢgahları  dağıtmayacaq,  Balasacanın,  Savalanın  və  Miyan  Ruzanın  kürdlərini 

sıxıĢdırmayacaq, ġiz əhalisinə bayramlarda rəqs etməyə və əvvəllər yerinə yetirdikləri 

[ayinlərə] əməl etməyə icazə verəcəklər". 

Lakin  müəyyən  hüdud  çərçivəsində  qazanılan  belə  ötəri  qələbələr, nəticə 

etibarilə  ərəblər  üçün hələ  müvəffəqiyyətli  hesab  edilə  bilməzdi,  çünki  imperiyanın 

mərkəzində  iflasa  uğramıĢ  Sasani üsuli-idarəsi  ucqarlarda, o  cümlədən Ģimallı-cənublu 

Azərbaycan  torpaqlarında  Ġran  qoĢunları  tərəfindən  hələ  də  müdafiə  edilirdi.  Görünür 

məhz bu dövrdə, "yeddi  il dalbadal ağır döyüĢlərdə  iĢtirak  edib, on bir  dəfə  ağır yaralar 

aldıqdan" sonra, nəhayəl. vətənə qayıdan CavanĢir hələ atası Varaz Qriqorun sağlığında, 

Albaniyanın  ilk  böyük  iĢxanı  olur.  Moisey  Kalankatlının  yazdığına  görə,  "Ġran 

müharibələrindən  Ģöhrətlə  qayıdan  CavanĢir  hökmdarın  sərəncamı  ilə  Albaniyanın bütün 

iĢlərinə  rəhbərlik  edirdi..."  Onun  atdığı  ilk  addımlardan  biri  Ġran  üsuli-idarəsinə  qarĢı 

çıxıĢı oldu. Bütün  Albaniyanı öz  hakimiyyətinə tabe  etməyə çalıĢan  CavanĢir "qoĢununu 

götürüb, atası ilə birlikdə Bərdə Ģəhərindən çıxaraq. Ģimal tərəfə çəkildi". Alban knyazının 

bu  çıxıĢı  Ġran  qoĢunlarının  ölkəyə  hücumuna  səbəb  oldu.  CavanĢir  Girdiman  və 

Kambisenaya hərəkət edən Ġran qoĢununa qarĢı əks -hücum edərək, onları Albaniyanın bu 

bölgələrindən  çıxartdı.  Kambisenada  olarkən,  o,  Ġberiya  hökmdarı Atrnersehlə  (605-641) 

"sarsılmaz  ittifaq"  bağladı.  Bu  hökmdarın,  eləcə  də  köməyə  gəlmiĢ  gürcü  qoĢunlarının 

yardımı ilə CavanĢir iranlıları Uti vilayətindən də qovub çıxararaq, paytaxt Ģəhəri Bərdəni 

azad  etdi,  əsir  düĢmüĢ  anasını  və  qardaĢlarını  düĢmən  əlindən  qurtardı.  Lakin 

məğlubiyyətlə  barıĢmaq  istəməyən  iranlılar  Adurbadaqandan  yeni  qüvvələr  göndərdilər. 

Sakasena  vilayətində  baĢ  verən  iki  döyüĢ  CavanĢirə  yeni  qələbələr  bəxĢ  etdi. 

Darmadağın  edilmiĢ  iranlılar  bu  dəfə  Sünik  knyazının  vasitəçiliyi  ilə  barıĢıq  əldə  edə 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə