124
olmuĢdur. Dairəvi, səcdəgahsız zəng qüllələri bu cür qüllələrin çıxıĢ, baĢlanğıc
formaları idi.
Yüzlərlə iri və xırda bütpərəstlik və xristian məbədi Qafqaz Albaniyasının
ərazisi boyunca səpələnmiĢdir. Həmin abidələr qədim tikinti ənənələrinin, sabit
memarlığın mövcud olduğunu təsdiqləyir. Bu memarlıq qonĢu ölkələrin memarlığının
təsirinə baxmayaraq Ģübhəsiz, özünün təkrarolunmaz cəhətlərinə malikdir.
Cənubi Azərbaycanın, habelə bütün Sasani dövlətinin III-VII əsrlər dövrü
memarlığı nəinki əski keçmiĢin - Əhəməni və Parfiya dövrlərinin mədəniyyət
elementlərini, həmçinin Sasanilər dövlətinin tərkibinə daxil və yaxud onunla sıx
əlaqədə olan Hindistan, Orta Asiya, Cənubi Qafqaz, Suriya, Bizans mədəniyyətlərinin
cəhətlərini mənimsəmiĢdi. Təbiidir ki, bu elementlər yenidən iĢlənmiĢ və tamamilə yeni
çalarlar meydana gəlmiĢdi. Memarlıq tiplərinin və kompozisiyalarının müxtəlifliyinə
baxmayaraq, Sasani memarlığı üslubun vahidliyi və tamlığı ilə seçilirdi. III-VII əsrlərin
memarlığını qiy mətləndirərkən onun özünəməxsusluğunu qeyd etmək lazımdır. Bu
dövrdə Azərbaycanın cənub hissəsində də Ģəhər quruculuğu geniĢ vüsət almıĢdı, yaĢayıĢ
və sitayiĢ təyinatlı binalar tikilirdi, suvarma qurğuları və körpülər inĢa edilirdi.
Düzən lik yerlərdə Ģəhərlər nizamlı p lanlaĢ maya malik idilər. Nizamlı
planlaĢmanın iki tipi vardı: parfiyalılardan miras qalmıĢ dairəvi və Roma ənənəsini
əks etdirən düzbucaqlı tiplər. Ərdəbilin planlaĢması düzbucaqlı tipə misal ola bilər.
ġəhərin 4 iri qapısı var id i, küçələr düz bucaq altında kəsiĢird i. Bu p lanlaĢma
Sasani dövrünün baĢqa Azərbaycan Ģəhərləri üçün də səciyyəvi olmuĢdur.
ġəhərlər qüllələr və döyüĢ mövqeləri kimi çıxıĢ edən, atıcılar üçün daxili
meydançaları o lan divarlarla möhkəmləndirilmiĢdi. DaĢ ən geniĢ yayılmıĢ tikinti
materialı idi. Sasani dövrünün təqribən bütün memarlıq abidələri tağlı və
günbəzlidir. III əsrdə kvadrat əsas üzərində günbəz konstruksiyası yaradılmıĢdı.
Ev lər adətən ikimərtəbəli tikilirdi. Ev daxili və xarici h issələrə ayrılırd ı.
Küçəni evin xarici hissəsi ilə eyvan birləĢdirirdi. Sərvətli Ģəxslərin evlərində
eyvanın qarĢısında ikisütunlu portik vardı. Evin həyətində yardımçı b inalar
yerləĢirdi.
Saray memarlığı monu mentallığı, formalarının aydın təĢkili ilə
fərqlənirdi. Saray ko mpleksinə eyvanlı binalar, yaĢayıĢ və xid mət binaları, bağlar
daxil idi. Saraylar divarlarla əhatələnirdi.
Ərəb mənbələrində Marağa, ġiz, Neriz və baĢqa Ģəhərlərdə saray
tikililərinin mövcudluğu xatırladılır. Bu dövrdə xey li istehkam qurğuları
yaradılmıĢdı. Azərbaycanın istehkamlarının nə qədər möhkəm və alın maz
olduğunu Azərbaycan mərzbanı Ġsfəndiyarın tarixçi ət-Təbərinin nəzərimizə
çatdırdığı sözləri təsdiq edir: Ġsfəndiyarın fikrincə, bu istehkamlar uzun müddət
ərzində düĢmənlərin təzy iqlərin in qarĢısını ala bilird i.
ZərdüĢtiliyin sitayiĢ təyinatlı tikililəri üçün çartağ (çardağ -çahartağ) tipi
səciyyəvi idi. Plan baxımından kvadratĢəkilli, həcm cəhətdən kub olan dörd giriĢli
tikili tro mp lar ü zərindəki günbəzlə örtü lürdü. Dövrələmə dəhliz bu cür məbədlərin
125
fərqləndirici cəhəti idi. Bu dəhliz gah tağlı qalereya, gah da yüngül sütunlar
üzərindəki açıq terras Ģəklində olurdu. Həmin dəhliz dini mərasimlər üçün nəzərdə
tutulmuĢdu. Çartağlar adətən xırda və iri çayların, su hövzələrinin yanında tikilirdi.
Azərbaycanda yerləĢən üç əsas Sasani od məbədindən biri (AdurquĢnasp)
mərkəzi günbəzli zalı, sütunlu həyəti, bu həyətə birləĢən və çiy kərpicdən tikilmiĢ
günbəzli binaları, eyvanları olan memarlıq ko mpleksidir. Məbədin həyəti Ģimal
qapılarınadək uzanırdı, günbəzli zalda Ģimala və cənuba istiqamətlənmiĢ eyvanlar vardı.
Bütün bunlar bürcləri olan kvadratĢəkilli divarların əhatəsinə alın mıĢdı.
AdurquĢnasp məbədi günbəzinin zirvəsi gümüĢ hilal (aypara) ilə baĢa çatırdı.
ġiz Ģəhərinin divarları məbəddən və Ģəhərdən baĢqa dərin gölü də öz əhatəsində
saxlamıĢdı.
Nəzərdən keçirilən memarlıq abidələri Azərbaycanda bu dövrdə
mükəmməl inĢaat texnikasının mövcud olduğunu təsdiqləyir.
126
VI FƏSĠL
ƏRƏB ĠġĞALI ƏRƏFƏSĠNDƏ VƏ DÖVRÜNDƏ
AZƏRBAYCANIN SĠYASĠ VƏZĠYYƏTĠ.
AZƏRBAYCANIN ƏRƏB XĠLAFƏTĠ TƏRKĠBĠNƏ
DAXĠL EDĠLMƏSĠ
§ 1. ALBANĠYADA MĠHRANĠLƏRĠN HAKĠMĠYYƏTƏ
GƏLMƏSĠ
VI əsrin sonu - VII əsrin əvvəllərində Albaniyada Girdiman vilayətinin
sahibləri olan feodal Mihranilər nəsli üstünlük əldə etdi. Moisey Kalankatlının təqdim
etdiyi məlumata görə, VI əsrin sonlarında, saray çevriliĢində iĢtirak edən Ġran Mihranilər
nəslinin baĢçısı Mihr, Sasani hökmdarı Xosrov II Pərvizin (591-628) qəzəbindən xilas
olmaq məqsədilə, 30 min qohum əqrəbası ilə Xosrovun düĢmənləri olan xəzərlərə
sığınmaq üçün Ġrandan baĢ götürüb qaçmıĢdı. Vəziyyətin gediĢindən narahat olan
Xosrov onu qabaqlayaraq, ardınca məktub göndərmiĢ, istədiyi yeri məskən seçməsinə
icazə vermiĢdi. ġahın məktubunu Uti əyalətinin Girdiman vilayətində alan Mihr elə
buradaca qalmağı qərarlaĢdırmıĢdı. Girdimanı öz nəsli mülkü edən Mihr və onun
xələfləri yerli feodalları müxtəlif yollarla aradan götürməklə, AranĢahilər nəslinin
demək olar axırına çıxmıĢ, öz qohumluq əlaqələrindən istifadə edərək, nəhayət, bütün
Albaniyaya sahib ola bilmiĢdilər.
Moisey Kalankatlı alban Mihranilər nəslinin Ģəcərə cədvəlini belə təqdim
edir: Mihr, Armael, Vard (I), Qoçaq Vafdan, Vard (II), Varazman (I), Varaz Qriqor, Varaz
Peroz, CavanĢir, Yezud Xosrov, Varazman (II).
Mihranilərin Albaniyaya gəliĢi siyasi vəziyyətdən irəli gəlmiĢdi. Onlar özlərinin
farslığını təqribən iki nəsil saxlamıĢ, bundan sonra xristianlığı qəbul etmiĢ, yerli alban
əyanlarına qohum olmuĢ, nəhayət, alban mədəniyyətini və dilini qəbul edərək
albanlaĢmıĢdılar.
Akademik V.V.Bartoldun rəyincə, Mihranilərin simasında, Albaniyada
"yenidən albanların milli, lakin fars mənĢəli sülaləsi bərpa olundu". Sasanilərin istəyinə
rəğmən bu sülalə inadla albanpərəst siyasət - Albaniyanın müstəqilliyi siyasətini
yürüdürdü.
Mihranilər Albaniyada 603-cü ilə yaxın qərarlaĢsalar da, bütün ölkənin
tamhüquqlu hakimi, Albaniyanın "ilk böyük knyazları" kimi yalnız 630-cu ildən
fəaliyyət göstərməyə baĢladılar.
591-ci ildə Ġranla Bizans arasında 20 ildən bəri davam edən müharibə baĢa
çatdı. Həmin ilin müqaviləsinə görə, Ermənistan növbəti parçalanmaya məruz qalsa da,
Albaniya belə aqibətdən yaxa qurtara bildi. Lakin ölkəni Ġran mərzbanları idarə etməkdə
idi, 603-629-cu illərdə iki imperiya arasında hərbi əmə liyyatlar yenidən baĢ layanda,