129
Ġrakli Bizans imperiyasında, eləcə də ona tabe Qafqaz ölkələrində xalkidonçuluğu
(diofiziliyi) bərpa etməklə kilsə birliyinə nail olmaq qərarına gəldi.
Albaniyanı hələ də Ġran mərzbanlarının idarə etdiyi bu dövrdə Girdiman
hakimi Varaz Qriqor özünü Ġraklinin vassalı elan etdi. Yeni süzereni və onun dini olan
diofiziliyi qəbul etməklə bu knyaz bütün Albaniyanın tam səlahiyyətli hakiminə çevrilirdi.
Lakin beynəlxalq meydanda baĢ verən dəyiĢikliklər, görünür, Ġraklinin Varaz Qriqora
verdiyi hüquq və səlahiyyətləri alban hökmdarının həyata keçirməsinə mane olmuĢdu.
Belə ki, bu vaxt Ġran Ģahı II Xosrov öldürülür, taxta 628/29-cu ildə Ġrakli ilə sülh
bağlayaraq, II Xosrovun tutduğu torpaqları Bizansa qaytaran II Kavad çıxır. Albaniya
yenidən Ġranın təsiri dairəsində qalır. Bununla belə ölkənin faktiki sahibləri - xəzərlər
olurlar. 629-cu ildə Albaniyaya hücum edən xəzərlərin baĢçısı ġat, ölkədə oturan Ġran
mərzbanına, eləcə də 628-ci ildə siyasi dustaqlıqdan azad edilmiĢ katolikos Viroya elçi
göndərərək, Albaniyanın ona tabe olmasını tələb edir. Bu dəfə söhbət artıq siyasi
asılılıqdan gedirdi. Lakin Albaniya müqavimət göstərmək iqtidarında deyild i. ġatın
tələbini qəbul etməyən mərzban Ġrana qaçır. Katolikos Vironun baĢçılığı ilə alban
əyanları xəzərlərin ali hakimiyyətini qəbul edirlər. Albaniya, yerli tarixçinin ifadəsinə
görə, xəzər xaqanın ın "əbədi mülkü" olur. Beləliklə, "Ġran ĢahənĢahı Kavadın oğlu
ƏrdəĢirin hakimiyyətinin ikinci ilində", yəni 629-630-cu ildə xəzərlər Albaniyanı
iĢğal edirlər. Aramsız hücumlar, eləcə də xəzər ağalığı ölkəni var-yoxdan çıxarır.
Burada hökm sürən aclıq və xəstəlik yerli əhalinin çox hissəsinin, o cümlədən
Albaniya katolikosu Vironun məhvinə səbəb olur (630-cu ildə).
Ölkənin faktik sahibinə çevrilən xəzərlər alban feodallarından, əvvəllər
Sasanilərin xəzinəsinə keçirdikləri dövlət vergilərinin indi onlara verilməsini tələb
edirdilər. Albaniyanın, bu dövrdən baĢlayaraq, həmçin in Xəzər adlandırılan qədim
paytaxtı Qəbələdə möhkəmlən miĢ xəzərlər, solsahil Albaniyasını tamamilə ələ
keçirə bilmiĢdilər. Lakin məh z bu dövrdə Albaniyanın hüdudlarından kənard a
ölkənin siyasi həyatında həlledici rol oynayan hadisələr baĢ verdi. Beynəlxalq
vəziyyət - Ġranda taxt-tac üstə gedən çəkiĢmələr, Bizansda xalkidonçularla
monofizilər arasındakı mübarizə bu ölkələrin diqqətini Ģimal sərhədlərindən, u zaq
Albaniyada baĢ verən hadisələrdən yayındırmıĢ oldu.
VII əsrin 30-cu illərin in əvvəllərində Xəzər dövlətində Cəbu xaqanın
öldürülməsi ilə nəticələn miĢ ara münaqiĢələri xəzərlərin Albaniyadakı ağalığ ına
son qoyub, ölkəni dəhĢətli talandan xilas etdi. Beləliklə, tarixin iradəs i ölkəni
müstəqillik yoluna çıxardı. Suverenliy in qazanılmasına iki rəqib imperiyanın -
Bizansın və Ġranın öz aralarında apardıqları müharibələrdən yorulması və əldən
düĢməsi də kö mək etdi.
Alban taxt-tacı Mihranilər sülaləsindən olan Vara z Qriqorun əlinə keçdi.
Son tədqiqatlar hakimiyyət illəri ənənəvi olaraq 628-636-cı illərdə qəbul edilən bu
alban hökmdarının əslində 630-642-ci illərdə hökmran lıq etdiyini, onun 628-ci ildə
Bizans hökmdarı Ġraklinin əlindən diofiziliy i, 630-cu ildə isə katolikos Vironun
əlindən monofiziliy i qəbul etdiyin i təsdiq edir.
130
Məhz bu dövrdə Yaxın ġərqdə yeni bir qüvvə - ərəb dövləti meydana
çıxır.
§ 2. ƏRƏB ĠġĞALLARININ BAġLANMASI.
AZƏRBAYCANA ĠLK YÜRÜġ VƏ ONUN NƏTĠCƏLƏRĠ
630-cu ilin sonlarına ya xın, Azə rbaycandan uzaqlarda ya Ģasalar da, az
sonra onun xalq larının müqəddəratında həlledici rol oynayacaq ərəblərin çox
hissəsi Məhəmməd peyğəmbərin hakimiyyətini tanıdılar. Ço x keçmədən,
peyğəmbərin siyasi istedadını, onun az qala hərəsi b ir bütə sitayiĢ edən pərakəndə
ərəb qəbilələrini öz rəhbərliy i altında birləĢdirmək qabiliyyətini yüksək qiy -
mətləndirən məkkəlilər də müqaviməti dayandırıb, Məhəmmədə "Allahın yerdəki
elçisi, din in və dövlətin baĢçısı" kimi iman gətirdilər.
Fəaliyyətinin ilk dövründə yeni dini etiqadın - islamın qəbulunu hər kəsin
öz vicdanına həvalə edən, yalnız inandırma, təlq in yolunu seçən Məhəmməd, siyasi
üstünlüyü də əldə etdikdən sonra bütpərəstliyə qarĢı qəti mübarizə elan etdi. Bu
məsələni araĢdıran tədqiqatçılar Məhəmmədin siyasi və diplo matik mərifətini
xüsusi qeyd edirlər. Belə ki, bütpərəstliyin qatı əleyhdarı olan Məhəmməd qəbilə
baĢçılarına islamı və peyğəmbərin hakimiyyətini yaln ız silah gücü ilə deyil,
xoĢluqla da qəbul etmək imkanı verirdi. Bunun üçün onlara möhlət də ayırmıĢdı.
Yaln ız təyin olunmuĢ vaxt baĢa çatanda, bütpərəstlər isə inadlarından dönməyəndə
onlar silah gücünə ram edilir, ayrı-ayrı qəbilələrin müstəqilliyin in rəmzi o lan
qəbilə bütləri isə məhv edilird i.
Ġslamı bütün ərəblər arasında yaymağın vacib sayılması müsəlman
baĢçıların ın öz d inləri ilə Ərəbistan hüdudlarından kənara çıxmalarına, Sasanilərin
və Bizansın tabeliyində olan Ġraq və ġam (Suriya) ərəblərinin yaĢadıqları ərazilərə
qoĢun göndərmələrinə səbəb oldu. Beləliklə, 633-cü ilin əvvəllərində, Ərəbistanın
Məhəmməd dövründə baĢlanan birləĢdirilməsini davam etdirən ilk "raĢidi" ("doğru
yol tutmuĢ") xə lifəsi Əbu Bəkr (632-634) yarımada daxilində yürüĢləri tam baĢa
çatdırmamıĢ, islamı bütün ərəblərin arasında yaymaq çağırıĢı ilə sərkərdələrindən
Xalid ibn əl-Validin və Ġyad ibn Ğənmin baĢçılıq etdikləri qoĢun dəstələrini
Sasanilərin tabeliyində olan Ġraqa və Bizansın tabeliyində olan ġama göndərdi.
Nəticə etibarilə ərəblərə Ərəb istan hüdudları xaricindən ilk zəfər müjdələrini
gətirən bu yürüĢlər bir ço x xalqların, o cü mlədən azərbaycan lıların həyatında az
sonra baĢ verəcək köklü dəyiĢikliklərin təməlini qoydu. Əvvəllər əsil dini yalnız öz
soydaĢları arasında yaymaq ideyası ilə çıxıĢ edən ərəblərin fəaliyyət dairəsi yeni
coğrafi ərazilər hesabına geniĢləndi. Ərəb iĢğalları baĢlandı. Ərəb cəmiyyətində
baĢ verən ictimai-iqtisadi çevriliĢ bu iĢğallar üçün zəmin hazırlamıĢ, Yaxın ġərqdə
(xüsusilə Ġran və Bizansda) yaranmıĢ hərbi-siyasi vəziyyət isə hadisələrin məhz