127
Albaniya bu müharibəyə cəlb olundu.
603-604-cü illərdə Ġran-Bizans müharibələrindən istifadə edən Albaniya əhalisi
Sasani hökmranlığına qarĢı ayağa qalxsa da, bu üsyan II Xosrov tərəfindən
amansızlıqla yatırıldı. Alban əyanlarının bir çoxu məhv edildi, yalnız II Xosrovun
arvadı ġirinin köməyi ilə alban katolikosu Viro sağ qaldı. Moisey Kalankatlının
məlu matma görə, "çox cidd-cəhddən sonra hökmdar, [Vironun] həyatını (ġirinə)
bağıĢladı". Lakin II Xosrov belə bir Ģərt qoydu: Viro ö mrünün sonunadək "öz ölkəsinə
qayıtmayacaq, nəzarət altında sarayda qalacaqdı". Bununla yanaĢı, II Xosrov onun
katolikos rütbəsini saxladı, patriarxlıqdan gələn gəlirlərdən məhrum etmədi.
Əsirlikdə olarkən Viro Mihranilər sülaləsindən olan alban knyazlarına II
Xosrov tərəfindən "Girdiman hakimi və Albaniyanın iĢxanı" titulunun verilməsinə nail
oldu. Bu haqq Varaz Qriqor za manı, o, bütün Albaniyanın ilk knyazı olduqda əldə
edilmiĢdi. II Xosrovun Viroya olan xoĢ münasibəti bu Ġran hökmdarın ın özünü,
ümumiyyətlə, xristianlarla əhatə etməsindən irəli gəlirdi. Onun arvadlarından biri
Bizans Ģahzadəsi Mariya (Məryəm), digəri isə sonralar bir çox əsərlərin qəhrəmanı olan,
Nizami Gəncəvinin türk qızı kimi - təqdim etdiyi ġirin idi. Lakin özünün xristian
əhatəsinə baxmayaraq, II Xosrov Cənubi Qafqaz ölkələrini Bizansdan ayırmaq
siyasətini güdən Sasanilərin ardıcıl davamçısı idi. Bu məqsədlə 612-613-cü illərdə
onun təĢəbbüsü ilə imperiyaya tabe xristianların məĢhur Ġran məclisi çağırılır və
burada Bizans diofiziliyi müqabilində monofizilik rəsmi tanınmıĢ xristian etiqadı elan
edilir.
Ġran-Bizans müharibələri dövründə Ġranın beynəlxalq siyasi meydanda
qazandığı ilkin müvəffəqiyyətlər 623-624-cü illərdə imperator Ġraklinin Kiçik Asiya və
Cənubi Qafqazda əldə etdiyi uğurlarla heçə endirilir. O, Kolxida və Ġberiyadan keçərək,
dolama yolla Ġrana yürüĢ edir. 624-628-ci illərdə Ġberiya kimi Albaniya da Ġran-Bizans
müharibələrinin döyüĢ meydanına çevrilir.
Albaniyaya sahib olmaq istəyən hər iki rəqib imperiya burada yalnız siyasi
deyil, iqtisadi məqsədlər də güdürdü. 624-cü ildə Dvini tutduqdan sonra Bizans ordusu
Adurbadaqan ərazisinə daxil oldu, Naxçıvanı da ələ keçirib, Arazı adladı. Bundan sonra
Cənubi Azərbaycanın paytaxtı Qanzak Ģəhəri iĢğal edildi. Moisey Kalankatlının
məlumatına görə, Ġrakli Albaniya, Ġberiya və Ermənistan hakimlərinə aĢağıdakı tələblə
müraciət etdi: onlar "onun piĢvazına çıxmalı, bütün qıĢ boyu öz qoĢunları ilə onun
qulluğunda durmalı idilər; əks təqdirdə, o, onlarla bütpərəstlərlə edilən kimi rəftar
edəcək, onun qoĢunları isə qalaları fəth edəcək, onların ölkələrini viran qoyacaq".
Ġran ĢahənĢahı II Xosrovun əmri ilə Albaniyanın knyazları ölkənin paytaxtı olan
Bərdəni tərk edərək, qalalarda möhkəmləndilər. Albaniya ərazisinə daxil olan Bizans
qoĢunu "keçdiyi gözəl bağ və düzləri dağıdıb, viran qoydu", Uti əyalətində, Dyutakan
kəndi yaxınlığında düĢərgə saldı. Lakin Ġraklinin bu yürüĢü müvəffəqiyyətsizliklə
nəticələndi. Yenidən qüvvə toplamağa nail olmuĢ iranlılar Bizans qoĢununa hücum edib,
onu ölkədən çıxartdılar. Bizanslıların "ələ keçirdikləri Ģəhərləri geri qaytardılar".
625-ci ildə Ġra kli xə zərləri kö məyə çağırdı. Mənbədəki məlu mata görə,
128
"Xosrovun hakimiyyətinin 36-cı ilində" Ġrakli "Çola qapılarını açmaq, müxtəlif barbar
xalqlarını dəvət etmək və onlarla birgə məğrur Xosrovu qovmaq" qərarına gəldi. Bu
məqsədlə o, öz elçisi Andreyi böyük vədlərlə xəzərlərin yanına göndərdi.
Ġranlılar isə, öz növbəsində, Balkanlarda hökmranlıq edən avarlarla ittifaq
bağlayıb, onların diqqətini Konstantinopola cəlb etməyə nail oldular.
626-cı ildə xəzərlər Albaniyaya hücum etdilər. Moisey Kalan katlı yazırdı:
"Xosrovun hakimiyyətinin 37-ci ilində Ģimalın hökmdarı vəd etdiyi döyüĢkən ordunu
ġatın baĢçılığı ilə [Albaniyaya] göndərir. [ġat] Albaniyanın bütün hüdudlarına,
Adurbadaqanın bir sıra yerinə yürüĢlər edib, çoxlu xristianı və hətta bütpərəsti qılınc-
dan keçirir. Əsir alın mıĢların sayını kim bilə və saya bilərdi?" Əsərinin baĢqa bir
yerində yenə də həmin hadisəyə qayıdan alban müəllifi yazırdı: "Xəzərlər Ġraklin in
əmri ilə saysız-hesabsız qoĢunla bizim ölkəmizə yürüĢlər edirdi". Bu, xəzərlərin
Albaniyaya ilk geniĢ hücumu idi.
628-ci ildə, "Xosrovun hakimiyyətinin 38-ci ilində - onun öldürüldüyü ildə"
xəzərlər ölkəyə yenidən yürüĢ etdilər. Ġlk zərbəni Dərbəndə (Çolaya), sonrakını isə
Bərdəyə endirdilər. "Alban tarixi"ndə yazılıb: "Bu dəhĢətli xəbər Albaniyaya çatdıqda,
Xosrovun ölkəni idarə etmək üçün göndərdiyi QayĢah adlı birisi bizim ölkə mizi və
əzəmətli paytaxtımız Bərdəni möhkəmlətmək istədi. O, ətraf vilayətlərin sakinlərini
[Ģəhərə] yığdı, ölkəmizin əyanları və Ģəhərlərin əhalisi ilə razılaĢmadan əldə etdiyi
qüvvə ilə xəzərlərdən müdafiə olunmaq istədi. Lakin o, əzəmətli Çola Ģəhəri
müdafiəçilərinin və heyrətamiz divarları qoruyan əsgərlərin baĢına gələnləri
görmüĢdü... Hamımızı gözləyən ümumdünya fəlakəti yaxınlaĢanda, təlatümlü dənizin
dalğalan əvvəlcə onu (yəni Çolanı) vurub yerlə yeksan etdi".
Paytaxt əyanları Arsaxın əlçatmaz dağlarında gizləndilər. Bu, artıq xəzərlərin
ikinci böyük hücumu idi. Albaniya ərazisini ələ keçirdikdən sonra onlar Tiflisə doğru
hərəkət etdilər və Bizans imperatoru Ġraklinin ordusu ilə birgə Ģəhəri mühasirəyə
aldılar.
628-ci ilin yazında Ġraklinin məsləhəti ilə Tiflisi mühasirə edən qoĢunlar geri
çəkildilər; Ġrakli xəzərlərin baĢçısına dedi: "Gələn il yetiĢəndə, isti aylar qurtaran kimi,
dərhal buraya qayıt... Mən isə bu vaxt Ġran hökmdarı ilə vuruĢmağa ara verməyəcək,
ölkələri və onun təbəələrini təhlükəyə məruz qoyacağam".
Tiflisin ikinci mühasirəsindən sonra, görünür, 628-ci ilin sonunda Ģəhər
iĢğal edilir. Bundan sonra Bizans Cənubi Qafqaz ölkələrini ö zünə tabe edir.
Gürcü mənbələrinə görə, Ġrakli Mtsxeta, Ucarma Ģəhərlərində, eləcə də baĢqa
yerlərdə, nəinki atəĢpərəstlərin, həmçinin monofizilərin də təqib edilməsi siyasətini
aparırdı. 628-ci ildə Albaniyanın Girdiman - " Varaz Qriqorun mülkü olan
Qardabani‖ vilayətinə gələn Ġraklinin əmri ilə Varaz Qriqorun özü və onun təbəələri,
eləcə də "Metskevank sahibi", Lal adlı yerdə diofiziliyi qəbul etdilər. Bu hadisə,
görünür, Tiflisin I və II mühasirələri arasındakı dövrdə baĢ vermiĢdi.
Ġraklinin 623-628-ci illərdə etdiyi müvəffəqiyyətli yürüĢlər Ġran üzərində
qələbəni təmin etməklə yanaĢı, Bizansa onun bidətçi ġərq əyalətlərini qaytarmıĢ oldu.