Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə54/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   50   51   52   53   54   55   56   57   ...   216

114 

 

simvolika  sümük  darağın  üstündə  həkk  edilmiĢ  Maral  (Kassiopeya)  bürcünün  və 



məhsuldarlığın  rəmzi  hesab  edilən  maralın  rəsminə  uyğun  gəlir.  Bütün  kompozisiya 

yuxarıdan  və  aĢağıdan  çoxsaylı  maili  kəsiklər  vasitəsilə  ro mba  o xĢar  naxıĢlarla 

əhatələnmiĢdir. Buradakı heyvan təsvirləri olduqca real verilmiĢdir. 

III-VII əsrlər dövrünün plastik sənətində ustalığın artması nəzəri daha çox cəlb 

edir.  Mingəçevirdə  qədim  albanların  müqəddəs  od  məbədinin  yerində  aparılmıĢ 

qazıntılar  zamanı  tapılmıĢ  iki  relyefin  kompozisiyası  çox  plastik  və  ifadəlidir.  V-VI 

əsrlərə aid olunan bir relyef yazılı daĢ üzərində həkk edilmiĢdir. Burada üz-üzə dayanmıĢ 

"müqəddəs" baftalı  iki  tovuzquĢu  təsvir  olunmuĢdur.  Onları  bir-birindən "müqəddəs" 

ağac rəsmi ayırır. Tədqiqatçıların fikrincə, yuxarı hissəsində geniĢ oyuğu olan bu daĢın 

üstündə qurban kəsilirdi. Digər relyefdə sol əli ilə yüyəni tutmuĢ atlı təsvir edilmiĢdir. 

Atlının  baĢını  və  atın  ayaqların ı  təsvir  edən  hissə  dağılsa  da,  yəhərin və süvarinin 

paltarının əksi relyefin həyatiliyini təsdiq edir. Göründüyü kimi, o dövrün bəzi metal və 

keramik  məmulatında  olduğu  kimi,  burada  da  sasani  motivli  süjetdən  istifadə 

edilmiĢdir.  Alimlərin  fikrincə  (K.V.Trever  və  b.),  bu  dövrdə  artıq  xristianlığı  qəbul 

etmiĢ  albanlar  ö z  incəsənət  əsərlərində  hələ  də  əvvəlki  etiqadlarını  əks  etdirən 

surətləri  (o  cümlədən "müqəddəs"  ağacı,  "müqəddəs"  baftalarla  bəzən miĢ,  xristian 

simvolikasına  görə  həyat, bütpərəstlikdə  isə ölüm  rəmzi  olan  tovuz  quĢlarını  və s.) 

qoruyub saxlamıĢdılar. 

Dairəv i  heykəltəraĢlıq  Qafqaz  Albaniyası  plastik  sənətinin  maraqlı 

növlərindən  biri  idi.  Gil  və  tunc  heykəlciklər,  daĢ  heykəllər  və  s.  bu  qrupa  daxildir. 

Tədqiqatçıların rəyinə görə, baĢı və ətrafları olmayan gil heykəlciklər hər hansı hadisə 

və  ya  tədbirin  uğurla  baĢa  çatması  ilə  əlaqədar  keçirilən  mərasimdən  sonra  məhv 

edilir və qəbirlərdə basdırılırdı. Müqayisəvi ədəbiyyat göstərir ki, buna  oxĢar adət Orta 

Asiyada  da  vardı.  Orada  dulusçuluq  məhsullarını  yandırdıqda,  onları  "bədnəzər"dən 

qoruyan  kukla  heykəlciklərlə  də  belə  rəftar  edirdilər.  Görünür,  ecazkar  varlıqların 

surətlərinin  rəmzi  olan  bu  sındırılmıĢ  heykəlciklər  Ģər  qüvvələrin  bədnəzərlərini 

özlərinə cəlb etmək üçün sirli mərasimdən sonra məhv edilirdi. 

Beləliklə,  tədqiq  edilən  material  sübut edir  ki,  bu  dövrdə  Azərbaycan öz 

maddi  mədəniyyət  və  incəsənətini  yerli  qədim  ənənələr  əsasında  daha  da  inkiĢaf 

etdirməklə  yanaĢı,  onu  əhatə  edən  dünyadan  da  təcrid  olmamıĢ,  həmiĢə  olduğu 

kimi mütərəqqi bədii zövqləri mənimsəyə bilmiĢdir. 

 

 

 

 

 

 

 

 

 



115 

 

§ 4. MEMARLIQ VƏ ġƏHƏRSALMA 

 

Feodal  münasibətlərinin  meydana  çıxdığ ı,  xristianlığ ın  yayıldığ ı  və 



möhkəmləndiy i  bu  dövrdə  Azərbaycanın  Ģimal  hissəsində  Qəbələ,  Dərbənd, 

ġamaxı,  Naxçıvan, ġəki,  Bərdə və b. bu kimi erkən feodal Ģəhərləri formalaĢ mıĢdı. 

Bu dövrün tikinti  mədəniyyəti özünü daha çox  müdafiə və dini abidələrdə göstərsə 

də, arxeo loji qazıntıların bir sıra nəticələri (Qəbələ, Mingəçevir,  Bərdə,  ġabra n və 

s.-də)  mülki  me marlıq  haqqında  da  müəyyən  fikir  yürütmə k  imkanı  verir.  Məlu m 

olur  ki,  hələ  antik  dövrdə  yüksək  səviyyədə  olan Ģəhərsalma  və  tikinti  texn ikası 

erkən  orta  əsrlərdə  də  öz  səviyyəsini  saxlamıĢ,  bir  ço x  hallarda  isə  daha  da 

təkmilləĢmiĢdir.  Ġlkin  qazıntılar  Mingəçevirin,  Qəbələnin,  Bərdənin  və  b.-n ın 

yaĢayıĢ  yerlərində  erkən  orta  əsrlərə  aid  olan,  çiy  kərpicdən  hörülmüĢ  evlərin,  ilk 

xristian  məbədlərin in  və  s.-nin  qalıq larını  aĢka r  et miĢdir.  Tikinti  materia lı  kimi 

bütün orta əsrlər boyu çiy kərp iclə yanaĢı, çay daĢı, əhəng daĢı və biĢmiĢ kərpicdən 

də geniĢ istifadə edilmiĢdir. 

Dövrümü zədək  salamat  qalmıĢ  müdafiə  qurğuları  və  dini  tikililər  III-VII 

əsrlərdə  memarlıq  və  Ģəhərsalman ın  inkiĢaf  səviyyəsini  müəyyən  qədər 

aydınlaĢdırmaq üçün Ģərait yaradır. 

Qala  divarları  və  "uzun  sədlər"  nəzərdən  keçirilən  zaman ın  daha  mühüm 

qurğularına  aiddir.  V-VII  əsrlərdə  Sasani  imperiyasının  Ģimal  köçərilərinə  qarĢı 

mübarizəsi  ilə  əlaqədar  olaraq  inĢa  edilmiĢ  bu  qurğular  Xəzər  dənizin in  Dərbənd 

keçid inin  yanındakı  hissəsindən  ölkənin  dərinliklərinə  doğru  uzanan  müdafiə 

xəttinin ü mu mi sisteminə daxil  idi.  Ümu mi uzunluğu 120  kilo metrədək olan "uzun 

sədd"  daha  məsuliyyətli  yerlərdə  mü xtəlif  öçülü  düzbucaqlı  və  dairəvi  qüllələrlə 

möhkəmləndirilmiĢdi.  Qü llələrin  yu xarı  meydançaları  pilləli  diĢlərin  qurĢağı  ilə 

baĢa  çatırdı.  Həmin  qurĢaqların  arasında  istehkamın  müdafiəçiləri  mövqe tuturdular. 

Bəzi  yerlərdə  divarların  qalınlığı  10  metrə  çatırdı.  Gilgilçay  sahilində  və  BeĢbarmaq 

dağının ətəyində inĢa olunmuĢ istehkamlar böyük  maraq doğurur. Həmin istehkamlar 

kifayət qədər qüdrətli, atəĢ mövqeləri ilə gücləndirilmiĢ divarlardan ibarətdir. Divarlar çiy 

kərpicdən  (Gilgilçay  istehkamında)  və  qara  daĢla  yaxĢı  biĢirilmiĢ,  kvadrat  formalı 

kərpicin sıralanmasından (BeĢbarmaq istehkamında) ucald ılmıĢdır. 

Divar  qurĢaqlarından baĢqa,  istehkamlar  sisteminə  ayrı-ayrı qalalar, qüllələr, 

süni xəndəklər, ovdanlar, akveduklar (körpüĢəkilli su kəmərləri) və baĢqa tikililər daxil 

idi. 

Çıraqqala müdafiə sistemində əsas qovĢaqlardan biri olmuĢdur. Bu qala hündür 



qayalıq  üzərindədir.  Mövqeyi,  görünüĢü  və  ayrı-ayrı  hissələrin  həcmi  nisbəti  ətraf 

mühitdə qurğunun əhəmiyyətini ifadə edərək Çıraqqala ansamblına sərt, alınmaz qalanın 

valehedici  görkəmini  bəxĢ  etmiĢdir.  Qalanın  silueti  və  divarların  özünəməxsus  səthi 

müəyyən dərəcədə Bakıdakı Qız qalasını xatırladır. 

Çıraqqalanın  əsas  qülləsindən bir  qədər  aralıda tağlı  ovdan  yerləĢir. Vaxtilə 

bu  ovdan saxsı su  kəməri  və  yerli  yeraltı  bulaqlarla  əlaqələnmiĢ,  daim  su  ilə  təchiz 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə