Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə51/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   47   48   49   50   51   52   53   54   ...   216

108 

 

§ 3. ĠNCƏSƏNƏT 

 

Ro ma  imperiyasının  ġərqdəki  iddialarına  son  qoyan  Sasani  dövləti  qısa 



müddət  ərzində  öz  təsirin i  Hindistandan  Misirədək  böyük  bir  ərazidə  yaydı.  Bir 

çox  ġərq  xalq larının  mədəniyyət  və  incəsənəti  də  onların  tarixləri  kimi,  Sasani 

Ġranın ın  mədəniyyət  və  incəsənəti  ilə  sıx  bağlan mıĢ  oldu.  Sasanilər  həm 

imperiyanın  iqtisadi cəhətdən daha çox  inkiĢaf etmiĢ hissəsi olan A durbadaqanda, 

həm  də  imperiya  hüdudlarına  daim  müdaxilə  edən  Ģimal  köçəri  tayfaları  ilə 

bilavasitə  Ġran   arasında  bufer  rolunu  oynayan  Albaniyada  nüfuzların ın 

möhkəmlən məsinə  xüsusi maraq göstərirdilər. Ona görə də Cənubi  Qafqazın digər 

vilayətlərinə  nisbətən  Azərbaycanda  Sasani  təsiri  daha  güclü  idi.  Buna  müvafiq 

Sasani mədəniyyəti ünsürləri burada daha parlaq təmsil olun muĢdu. 

Alimlərin ümu mi rəy inə görə, Sasani incəsənətinin fərqləndirici cəhəti antik 

incəsənətin  yeniləĢdirilmiĢ  elementləri  ilə uyğunlaĢdırılan  Əhəməni  dövrü  mədəniyyəti 

ünsürlərinin  Ģüurlu  surətdə  dirçəldilməsi  id i.  ġübhəsiz,  Sasani  incəsənətinin 

inkiĢafında  imperiya  tərkibinə  da xil  edilmiĢ  bir  ço x  ölkə  xalqlarının,  o  cümlədən 

azərbaycanlıların  da  payları  vardır;  lakin  incəsənətdə  formalaĢmıĢ  Sasani  üslubu,  bu 

dövr  üçün  səciyyəvi  olan  üslubun  standartlaĢdırılıb  vahid  Ģəklə  salınması,  baĢqa 

xalqların payını bilavasitə Ġran incəsənətindən ayırmaq iĢini çətinləĢdirir. Bununla belə, 

dövrün  incəsənət  abidələrini  araĢdıran  tədqiqatçılar  (K.V.Trever  və  b.)  bu  abidələrdə 

yerli,  özünəməxsus ünsürlərin  olduğunu qeyd  etmiĢ,  onların sırf  Ġran  elementlərindən 

fərqləndiyini göstərmiĢ, bunların içərisində alban sənətkarların ın məhsullarına xüsusi 

diqqət  yetirmiĢlər.  K.V.Treverin  fikrincə,  məsələn,  IV-V  əsrlərə  aid  tunc  əĢyalar 

özlərin in texn iki baxımdan böyük kamilliy i, süjet və üslubda yerli və qərb (Roma və 

Bizans)  bədii  vasitələrinin  harmonik  tətbiqi  ilə  fərqlənir.  Tədqiqatçının  fikrincə, 

əĢyalara  yeni  keyfiyyət verən bu tətbiq alban incəsənəti məhsullarını nəinki Ġran, hətta 

qonĢu erməni və iber abidələrindən də ayırır. 

Orta  əsrlərin  erkən  mərhələsində  tarixi  Azərbaycan  ərazisində  sənətin 

dekorativ  tətbiqi  növləri  daha  çox  inkiĢaf  etmiĢ,  daĢ  və  metal  üzərində  oyma sənətinin, 

zərgərlik  və  ĢüĢə  emalının  yüksək  keyfiyyətli  məhsullarını  hazırlayan  sənətkarlıq 

mərkəzləri  və  bütöv  məktəblər  meydana gəlmiĢdi.  Bu sənət növlərinin Azərbaycanda 

geniĢ  intiĢarı  yalnız  yazılı  qaynaqlardakı  məlumatla  deyil,  arxeoloji  komplekslərdə 

tapılan  çoxsaylı  dekorativ-tətbiqi  sənət  nümunələri  ilə  də  təsdiq  edilir.  Məsələn, 

ġamaxıda,  eramızın  III  əsrinə  aid daĢ  qutu qəbrində aĢkar  edilmiĢ  zərli  gümüĢ  döyrə 

yüksək ustalıq və bədii zövq nümunəsidir. Döyrənin içərisi baĢdan-baĢa ov səhnəsi ilə 

örtülmüĢdür:  dördnala  çapan  atın  üstündəki  süvari  geri  çevrilərək  oxunu  dağ  keçisinə 

doğru  tuĢlamıĢdır.  Texniki  baxımdan  nadir  sənət nümunəsi yaradan yerli  usta  forma  və 

tənasübü pozmadan mürəkkəb ov səhnəsini qabın yarımkürəvi müstəvisinə həkk etmiĢ, 

bununla yanaĢı, rəsmin realizmini qoruyub saxlaya bilmiĢdir. Daha böyük qabarıqlığa nail 

olmaq üçün o, üstdən lövhəcik vurma üsulundan istifadə etmiĢdir. Onu da qeyd etməliyik 

ki,  məmulatın  bu  hazırlan ma  texnikası  hətta  Sasani  Ġranının  paytaxt  emalatxanaları 




109 

 

üçün də nadir hadisə idi. Ov səhnəli belə qablar adətən konkret tarixi Ģəxsiyyətlərə - 



hakimiyyət  baĢında  olan  ĢahənĢahlara,  vəliəhd  Ģahzadələrə,  iri  vilayətlərin 

hakimlərinə ithaf edilirdi. Bir sıra tədqiqatçıların fikrincə (V.Q.Lukonin, Q.O.QoĢqarlı) 

ġamaxıdan tapılmıĢ qab üzərində I ġapurun oğlanlarından biri, o dövrdə (III əsrin 70-90-

cı illərində) imperiyanın Ģimal vilayətlərinin, o cümlədən Adurbadaqanın hakimi, gələcək 

ĢahənĢah Nərsə təsvir edilmiĢdir. Güman etmək olar ki, bu nadir qab məhz Atropatenanın 

torevtika emalatxanalarından birində hazırlanmıĢdır. 

Bakıda  tapılmıĢ,  VI-VII  əsrlərə  aid  zərli  gümüĢ  kuzə  də  nadir  sənət 

nümunəsidir. Kuzənin üstü baĢdan-baĢa mürəkkəb naxıĢlarla oyulmuĢdur. ZərlənmiĢ fon 

dörd  romba  bölünmüĢ,  onların  ayrı-ayrılıqda  hər  birinin  içində  xoruzun,  qırqovulun, 

otyeyən  heyvanı  didiĢdirən  qartalın  və  əfsanəvi  simurq  quĢunun  ("Avesta"da  Sen -

murv) təsvirləri verilmiĢdir. Rombların oyma naxıĢlı tərəflərinin  kəsiĢdiyi yerdə, eləcə 

də  aralarında altıguĢəli  ulduz  və  altıləçəkli  gül  təsvirli  dolçalar  yerləĢdirilmiĢdir.  Bu 

dolça mərasim qablarından hesab edilir. 

Lənkəranda  tapılmıĢ,  boynunda  "müqəddəs"  baftası  olan  vəhĢi  qoç  təsvirli 

gümüĢ  döyrə  yerli  torevtikanın  ən  maraqlı  nümunələrindəndir.  Elə  bil  nəyi  isə 

gözləyən,  sərt  buynuzlu  bu  heyvan baĢını yüngülcə  arxaya  çevirmiĢdir.  Onun  bədəni 

baĢdan-baĢa yuna bənzər döymə naxıĢla nöqtələn miĢdir. 

ZərdüĢtilik  allahlarının heyvan  və quĢlarda  təcəssüm  edilmiĢ  surətləri  Sasani 

Ġranı  və  mədəni  cəhətdən  onunla  bağlı  ölkələrin  incəsənətinin  mühüm  xüsusiyyəti 

olmuĢdur. Bu surətlərin meydana gəlməsi və monumental abidələrdən tutmuĢ dekorativ 

tətbiqi  incəsənətin  min iatür  məmu latınadək  mü xtəlif  abidələrdə  tez  bir  zamanda 

yayılması  zərdüĢtiliyin  Adurbadaqanda  da  dövlət  dininə  çevrilməsi  və  onun 

qaydalarının incəsənətdə qərarlaĢması ilə bilavasitə bağlı olmuĢdur. Heyvan və quĢların 

boynundakı "müqəddəs" baftaların təsviri bu dövr incəsənətində tez-tez təsadüf olunan 

haldır. Usta bununla göstərmək istəyirdi ki, qarĢımızdakı, məsələn, ov səhnələrini təsvir 

edən qablarda olduğu kimi, adi heyvan rəsmi deyil, ilahi varlıqların mücəssəməsidir. 

Arxeoloji  qazıntılar bu dövrün  torevtikasının digər qiymətli  nümunələrini  də 

aĢkara  çıxarmıĢdır.  Həmin  əĢyaları  düzəldən  ustalar  illərin  təcrübəsindən  çıxaraq, 

naxıĢbasmanın,  qəlibkarlığın,  döymənin,  qaynağın,  həkkaklığın  və  s.-nin  sirlərini 

mənimsəmiĢdilər.  Onlar  məmulatın  bədii  təsir  gücünü  və  estetik  ifadəliliyini  artırmaq 

məqsədilə  saya  gümüĢün  zər  suyuna  salınmıĢ  gümüĢlə  həmahəngliyindən  məharətlə 

istifadə edird ilər. 

Azərbaycanın  Ģimal  vilayətlərindən  (eləcə  də  müasir  Cənubi  Dağıstandan) 

tapılan,  adətən  VI-VIII  əsrlərə aid edilən  tunc  qablar,  kuzələr  və buxurdanlar  da  nadir 

sənət əsərləri kimi  maraq doğururlar. Bu qablar  zəngin həndəsi və nəbati naxıĢlarla, 

eləcə də heyvan təsvirləri ilə bəzədilmiĢdir. 

Belə  sənət  nümunələri  arasında,  hazırda  Sankt-Peterburqdakı  Dövlət 

Ermitajında  saxlanılan,  ötən  əsrin  əvvəllərində  Naxçıvanda  qədim  əntiq  Ģeylər 

alverçisindən satın  alınan tunc buxurdan  xüsusi  maraq doğurur.  35,6  sm  hündürlükdə, 

tuncdan tökülmüĢ süvari heykəlciyi formasında olan bu buxurdan alimlərin (K.V.Trever, 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə