Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə7/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   2   3   4   5   6   7   8   9   10   ...   216

17 

 

müqayisəedilməz  dərəcədə  üstün  idi.  Parfiya  oriyentasiyasını  tutsa  belə,  Albaniya 



öz  müstəqilliy ini  heç  vaxt  əldən  verməmiĢdi.  Bütün  bu dövrlərdə  (e.ə.  I  əsrdən  e. 

IV  əsrinədək)  Ermənistanın  xarici  və  daxili  siyasi  vəziyyəti  onun  üçün  əlveriĢli 

deyildi. Belə b ir vəziyyətdə (yəni,  Ermənistanın özünün asılı o lduğu bir zamanda) 

onun  sərhədlərinin  dəyiĢməz  qalması  az  inandırıcıdır.  Hətta  alban  vilayətləri  olan 

Utik, Arsax və Paytakaranın Ermən istan tərəfindən həqiqətən iĢğal edildiy ini qəbul 

etsək  belə,  onda  da,  Ermənistanın  siyasi  cəhətdən  zəif  olduğu  bir  zamanda  həmin 

vilayətlər ondan ayrılard ı, yaxud alban hökmdarları onları geri qaytarardılar.  

Ġndi isə tədqiqatçıların istinad etdikləri  V-VII əsrlər ermən i  müəlliflərin in 

də  məlu matlarını  nəzərdən  keçirək.  Favstos  Buzandın  yazdığ ına  görə  ermən ilərin 

iranlılarla  müharibəsi qurtaran kimi, ermən i sərkərdəsi MuĢeq erməni hökmdarına 

qarĢı  üsyan  edənləri  darmadağın  etməyə  baĢladı.  Onun  371-ci  ildə  guya  "geri 

aldığı" ölkələr içərisində Ġberiya ilə yanaĢı alban vilayətləri Arsax, Utik,  Sakasena, 

Girdiman  və  Paytakaranın  da  adları  çəkilir.  MuĢeqin "Kür  çayını  əvvəlki  kimi  öz 

ölkəsi  ilə Albaniya arasında sərhədə çevirdiyini" iddia edən Favstos Buzan d açıq-

aĢkar  ifrata  varır.  A xı  e.ə.  66-cı  il,  e.  37-ci  il  və  298-ci  il  müqavilələrinə  görə 

Ermənistan  iĢğal  etdiyi  bütün  ərazilərdən  məhru m  olmuĢdu.  Mənbəyə  görə,  guya 

"MuĢeq tərəfindən dağıdılmıĢ" Atropatena, Ġberiya və alban vilayətləri əslində heç 

də  ermən i  iĢğalına  məru z  qalmamıĢ,  əksinə,  Atropatena  və  Ġberiya  hökmdarları 

bəzi  hallarda  erməni  taxtında  oturmuĢdular.  Bununla  yanaĢı,  y uxarıdakı 

məlu matdan  gördüyümüz  kimi,  I-IV  əsrlər  Ermən istanının  real  vəziyyəti  də  öz 

əsərini  V  yüzilin  sonunda,  Ermənistan  öz  dövlətçiliyini  itirəndən,  erməni 

arĢakilərinin  hakimiyyəti  ləğv  ediləndən  sonra  yazmıĢ  Favstos  Buzandın 

məlu matların ı  in kar  edir,  hər  halda  aydın  olur  ki,  onun  məlu matları  öyrənilərkən, 

yaĢadığı dövr nəzərə alın malı, əsərinin  meydana çıxma  məqsədi və tarixi  zəminləri 

aĢkarlan malıd ır.  Belə  ki,  əhalini  qarĢıdakı  antiiran  üsyanına  (481-484)  ideolo ji 

cəhətdən  hazırlamaq  üçün  elə  b ir  əsər  yaratmaq  lazımdır  ki,  orada  Ermənis tanın 

qüdrəti, onun ərazi bütövlüyü, əlbəttə, daha mübaliğəli Ģəkildə təsvir edilsin.  Lakin 

ərazini  öz  əvvəlki  sərhədlərində  bərpa  etmək  artıq  mü mkün  deyildi,  çünki  tarixi 

Ermənistan  torpaqları  o  dövrün  iki  iri  imperiyası  -  Bizans  və  Ġran  arasında  bölüĢ-

dürülmüĢdü.  Belə  bir  Ģəraitdə  Ermənistan  sərhədlərinin  Bizans  və  Ġranın  vassal 

asılılığında  olan  qonĢu  ölkələrin  -  Ġberiya,  Atropatena  və  Albaniyanın  hesabına 

geniĢləndirilməsini  mü mkün  hesab  edən  orta  əsr  erməni  tarixçilərinin  idd iaları 

qəribə  səslənir.  Elə  bu  məqsədlə  Favstos  Buzand  baĢqa  yerlərlə  yanaĢı  sağ sahil 

Albaniyasının  Utik,  Arsax  və  Paytakaran  vilayətlərini  də  Ermənistanın  tərkib inə 

(371-c i ildə) da xil edir. 

Elmdə hakim olan  rəyə görə,  Ermən istan 387-ci  il  müqaviləsi  ilə Ġran və 

Ro ma  arasında  bölüĢdürülmüĢdü.  Ananiy  ġirakatsinin  verdiyi  xəbərə  görə,  elə 

həmin vaxt Sasani hakim dairələrinin həyata keçirdiyi in zibati bölgüyə görə, guya 

"erməni  vilayətləri  olan  Arsax,  Paytakaran  və  Utik  Albaniyaya,  Quqark  isə 

Gü rcüstana  birləĢdirilmiĢdi".  Hər  Ģey  bir  yana,  Favstos  Buzandın  və  Ananiy 




18 

 

ġirakatsinin  gətirdiyi  məlu matlar  alban  müəllifi  Moisey  Kalankatlın ın  e.  I  əsrində 



Albaniyanın  cənub sərhədinin  Araz  çayı  boyunca  keçməsi  məlu matına  zidd  gəlir. 

Bir  də  ki  iki  imperiya  arasında  bölüĢdürülmüĢ  Ermənistanın  sərhəd vilayətləri  öz 

müstəqilliklərini saxlasalar da, həmin imperiyaların nüfuz dairələrində qalan qonĢıı 

Albaniya və Ġberiyaya verilməsin i təsdiq etmək  məntiqdən uzaq gorünür. Bu ancaq 

bir  Ģərtlə  ola  b ilərdi  ki,  həmin  vilayətlər  əzəldən  ermən ilərin  deyil,  albanların  və 

iberlərin torpaqları olsun. 

Bütün  deyilənlər  məsələnin  bu  qoyuluĢunun,  yəni  387-ci  ilədək  Utik, 

Arsax  və  Paytakaran  vilayətlərin in  sabit  olaraq  Ermən istanın  tərkibində  olması 

iddiasının  tamamilə  əsassız  olduğunu  göstərir.  Əlbəttə,  sözsüz  ki,  Ermənistan -

Albaniya,  eləcə  də  Ermənistan-Ġberiya  sərhədləri  faktiki  olaraq  dəyiĢilə  bilərdi  və 

görünür, bu ölkələrin daxili siyasi və  xarici vəziyyətindən asılı olaraq dəyiĢirdi də. 

Ancaq bu məqamlar dəqiq aĢkar olunmalı və əks edilməlid ir. Beləliklə,  mənbələrin 

və  Albaniyanın  real  vəziyyətinin  tədqiqi  təsdiq  edir  ki,  I -IV  əsrlərdə  Albaniyanın 

cənub sərhədi Araz çay ı boyunca olnıuĢdur. 

Albaniyanın qərb sərhədləri  məsələsi ədəbiyyatda öz əksini gürcü alimləri 

N.A.Berd zenaĢvili,  Q.N.ÇubinaĢvili,  T.S.PapuaĢvilin in  tədqiqatlarında  tapıb. 

D.L.Mus xeliĢvilin in "ġərqi  Gürcüstanın tarixi coğrafiyası (ġəki və Qoqarena)" adlı 

kitabında  irəli  sürdüyü tamamilə  zəminsiz,  elmi  cəhətdən  əsası  olmayan  iddiasına 

görə,  guya  sağ  sahil  Albaniyasının  Ģimal-qərbində  yerləĢən  Kambisena  və  ġəki, 

eləcə  də  sol  sahil  Albaniyasının  cənub-qərbində  yerləĢən  Girdiman  və  Sakasena 

vilayətləri  ta  qədimdən,  XIV  əsr  də  daxil  o lmaq la,  əzəli  gürcü  torpaqları,  yəni 

ġərqi  Gürcüstanın  vilayətləri  olmuĢdur

1

.  Tədqiqatlar  sübut  edir  ki,  Alban 



dövlətinin  e.ə.  III  əsrdən  qərarlaĢ mıĢ  siyasi  sərhədləri  eramızın  VIII  əsrinədək, 

demək  olar  ki,  sabit  qalmıĢ,  min  il  ərzində  yalnız  bəzi  siyasi  hadisələr  onun 

ərazisinin artıb-azalmasına səbəb olmuĢdur. 

Albaniyanın  dövrün  qüdrətli  Ro ma-Bizans  və  Ġran  imperiyalarından 

coğrafi u zaqlığı, tutduğu strateji  mövqe (döyüĢkən köçərilərin  keçə bildiy i Qafqaz 

keçid lərinin,  o  cü mlədən  Dərbəndin  mövcudluğu),  eləcə  də  Cənubi  Qa fqaz 

ölkələrində  yaranmıĢ  xarici  və  daxili  siyasi  Ģərait  alban  sərhədlərində 

təhlükəsizliy in sabitləĢməsinə kö mək edird i. 

 

 

 



 

 

 



 

1

  D.L.M usxeliĢvilinin  səhv  iddialarını  alimlərimiz  (Z.Bünyadov,  F.M əmmədova, 



N.Vəlixanlı,  V.Piriyev)  1987-ci  ildə  rus  dilində  nəĢr  edilmiĢ  ―Историческая  география 

Азербайджана‖ kitabındakı elmi məqalələrdə tamamilə alt-üst etmiĢlər




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə