Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə9/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   5   6   7   8   9   10   11   12   ...   216

21 

 

Bacarvan və b. haqqında da məlu mat vard ır.  



 

 

 



§ 3. YERLĠ VƏ GƏLMƏ TAYFALAR, XALQLAR, 

ONLARIN QARġILIQLI MÜNASĠBƏTLƏRĠ 

 

Ta  qədim  zamanlardan  mü xtəlif  istiqamətli  karvan  yolların ın  kəsiĢdiyi 



torpaqları  ö zündə  birləĢdirən  Azərbaycan  ərazisinin  coğrafi  mövqeyi  bu  yerlərin 

əsrlər boyu köçəri tayfa və xalq ların hücumlarına  məru z qalmasına səbəb olmuĢdu. 

Aylar,  illər,  əsrlər  biri  digərini  əvəz  etmiĢ,  mü xtəlif  dilli,  ləhcəli  yaxın -uzaq  tayfa 

və xalq lar hərə bir məqsədlə yurdumuza gəlmiĢ, əksəriyyəti istədiyini əldə edəndən 

sonra  geri,  ö z  elinə  qayıtmıĢ,  bir  q ismi  isə  Azərbaycan  torpağını  məskən  edərək, 

yerli  əhali  ilə  qaynayıb-qarıĢ mıĢ,  buralarda  məskən  salmıĢdı.  Ço x  qədim 

zaman lardan  davam  edən  bu  proseslər  Azərbaycanın  uzun  əsrlər  boyu  mürəkkəb 

etnik tərkib ini və mədəni simasın ı müəyyənləĢdirmiĢdi.  

Mənbələrin  məlu matına  görə,  eramızın  ilk  əsrlərində  tarixi  Azərbaycan 

ərazisinin  Ģimal  hissəsini  əhatə  edən  Albaniyanın  qədim  əhalisin i  albanlar,  utilər, 

kaspilər,  gird imanlar,  tsavdeylər,  leqlər,  gellər,  çilb lər,  qarqarlar  və  b.  təĢkil 

edirdilər

1



Eramızın I—III əsrlərində Albaniyaya massagetlər (maskutlar), sarmatlar, 



alanlar  və  b.  axıĢ mağa  baĢladılar.  Erkən  erməni  mənbələri  albanla rın  Ģimal-Ģərq 

qonĢuluğunda təĢəkkül tapmıĢ "maskutlar  məmləkəti" haqqında məlu mat verir.  Bu 

dövrdə  Dərbənddən  AbĢeronadək  Xəzərsahili  bölgədə  irandilli  tayfalar  da 

məskunlaĢ mıĢdı. Sonrakı əsrlərdə, Sasanilərin köçürmə siyasəti ilə əlaqədar, həmin 

ərazidə yaĢayan irandillilərin sayı getdikcə artır; onların o zaman danıĢdıqları, indi 

"tat"  adlandırılan  dil,  eləcə  də  cənub-qərb  bölgəsində yayılmıĢ  talıĢ  dili  bu  bölgə 

azərbaycanlıların ın bu gün də iĢlətdikləri ana dilləridir. 

Dövrün  tədqiqatçıların ın  fikrincə,  ço xləhcəli  Albaniya,  görünür,  üs tün 

dialektdən  yaranmıĢ  vahid  ümumi  dilə  (koyneyə)  də  malik  id i.  III  əsrdə  bu  dildə, 

əvvəllər  o lduğu  kimi,  ü mu malban  bayramları  və  mərasimləri  keçirilir,  ço xsaylı 

dövlət-inzibati  qurum  institutları  fəaliyyət  göstərir,  ordu  idarə  edilirdi  və  s. 

Albanlar  üçün  bu  dil  sonrakı  əsrlərdə  də  tayfalararası  ünsiyyət  vasitəsi  olmuĢ,  V 

əsrin  əvvəllərində  onun  əsasında  alban  yazısı  yaradılmıĢdı.  Mənbələrin  yazdığ ına 

görə, kilsə ayinlərin in bu dildə icra edilməsi  ilə əlaqədar "Ġncil" və b. dini  kitablar 

alban  dilinə  tərcü mə  edilmiĢ,  orijinal  ədəbiyyat  yaradılmıĢ,  məktəblər  və  digər 

mədəni-maarif idarələri fəaliyyət  

 

1

  Bu  tayfa  və  xa lqla rdan  bəzilə rin in  mənĢələrinə  dair  fikir  ayrılığ ına 



gətirib  çıxaran  mülah izələri  "Azərbaycan  xalqının  formalaĢmasın ın  baĢa 

çatması"na həsr edilmiĢ XIV fəsildə təqdim edəcəyik. 




22 

 

göstərmiĢdi. 



Cənubi  Azərbaycan  (Adurbadaqan)  əhalisinin  III-VII  əsrlərdə  etnik  tərkibi  və 

dilləri haqqında sinxron ədəbiyyat, demək olar ki, heç bir  məlu mat vermədiy i üçün 

bu barədə əsas mənbə əvvəlki və sonrakı dövrlərə aid antik və ərəb  müəlliflərin in 

əsərlərid ir.  Mənbələrin  təhlili  göstərir  ki,  Sasanilər  dövründə  imperiyanın 

vilayətlərindən  biri  olan  Albaniyadan  fərqli  olaraq  özünün  müstəqil  inzibati-idarə 

sistemi  olmayan  Adurbadaqanın  ərazisi  əsasən  türkdilli  və  irandilli  tayfalarla 

məskun  id i.  Əhalinin  bir  hissəsi  Ġran  dilləri  qrupunun  ləhcə  və  dialektlərində 

danıĢsa  da,  həmin  dil  qrupundan  olan  hakim  orta  fars -pəhləvi  dili  geniĢ  xalq 

kütlələrin in  danıĢıq  dili  ola  bilməmiĢ,  yaln ız  ka rgüzarlıqda  iĢlədilmiĢ,  hakim 

təbəqənin  dili  olmuĢdu.  Bunu  Cənubi  Azərbaycan  ərazisində  (MiĢkinĢəhrdə  və 

Taxtı  Süley manda)  bu  vaxtadək  həmin  dövrə  aid  yalnız  orta  farsdilli  yazılı 

abidələrin  aĢkar  edilməsi  də  təsdiq  edir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  tarixi 

toponimiya, bu dil və dialekt lərin Cənubi Azərbaycanda bu gün də qalan qalıqları, 

eləcə də həmin dillərdə yazılmıĢ və bizə gəlib çatmıĢ orta əsr yazılı ədəbiyyatının 

nümunələri sübut edir ki, Adurbadaqanın Ġran dialektləri orta fars dilindən kəskin 

seçilirdi.  X  əsrin  ortalarında  yazmıĢ  görkəmli  ərəb  alimi  və  səyyahı  əl-Məsudi 

Azərbaycan  əhalisinin  bir  hissəsinin  danıĢdığı  azəri  dilin i  fars  dilinin  dari  və 

pəhləvi  kimi  xüsusi  ləhcəsi  hesab  edirdi;  həmin  əsrin  sonlarında  Azərbaycanda 

olmuĢ baĢqa bir ərəb coğrafiyaçısı əl-Müqəddəsi bu dilin Ġran dilləri qrupuna daxil 

olduğuna etiraz etməsə də, onun çətin anlaĢıldığ ını, ağır olduğunu, bəzi sözlərin isə 

xo rasanlılarınkına o xĢadığını təsdiq edir

1

.



 

Ġran  dialektlərinin  bu  daĢıyıcıları  ilə  yanaĢı,  həmin  dövrdə  Cənubi 

Azərbaycan  ərazisinin  bəzi  yerlərində  həm  Adurbadaqan  dialektlərindən,  həm  də 

orta  fars  dilindən  fərqli  dialektdə  danıĢan  kürdlər  də  yaĢayırdılar;  bunu  ərəb 

iĢğalları prosesində azərbaycanlılarla (mənbədə: Azərbaycan əhalisi ilə) bağlanılan 

müqavilədə Balasakan və Savalan kürdlərin in adların ın çəkilməsi təsdiq edir. 

III əsr Azərbaycan ərazisinə türkdilli tayfaların axını ilə əlamətdard ır.  Hələ  Dionisi 

Periyeqet  (e.  II  əsri)  Xəzərsahili  xalqlar  haqqında  məlu matında  yazırdı:  "...ġimal-

qərb  tərəfdən  baĢlasaq...  Xəzər  dənizi  sahilində  birinci  yaĢayanlar  skiflərdir..., 

sonra  unnlar  (yəni  hunlar  -  N.  V.),  onlardan  sonra  kaspilər,  daha  sonra  dağlıq 

ölkədə yaĢayan döyüĢkən albanlar və kadusilər, onlara yaxın mərdlər,kirkanlar və 

tapirlərdir...” 

 

1

 



Burada IX yüzil ərəb alimi əl-Cahizin bir Ģəhadətini qeyd etmək yerinə düĢərdi; 

əl-Cahizin  təsdiq  etdiyinə  görə,  türklər  və  xorasanlılar  mahiyyətcə  bir  xalqdır,  oxĢar 

xasiyyətə malikdirlər, özləri də həmhüdud yaĢayırlar.

 

kanlar və tapirlərdir...” 

 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə