Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə31/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   27   28   29   30   31   32   33   34   ...   249

downloaded from KitabYurdu.az

 

 



65 

Azərbaycanda birja, yarmarka və bazar ticarəti də xeyli inkişaf etmiş və ticarət 

dövriyyəsinin ümumi yekununda onların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdı. 

Bakıda  hər  ilin  baharında təşkil  olunan  Nikolay  yarmarkasında  keçirilən  və 

ildən-ilə  genişlənən  ticarət  əməliyyatı  şəhərin  ticarət  dövriyyəsində  əhəmiyyətli  yer 

tuturdu.  Məsələn,  1903-cü  ildə  buraya  gətirilən  malların  məbləği  əvvəlki  ilə  nisbətən 

146,4  min,  satılan  malların  məbləği  isə  98,7  min  rubl  artmışdı.  Bu  yarmarkada yerli 

mallarla yanaşı, Saratov, Tiflis, Yekaterinodar, Yaroslavl, Yekaterinburq, İrkutsk, Rostov, 

Dağıstan və başqa yerlərdən gətirilən mallar da satılırd ı. 

Bakı birjasının mal dövriyyəsinin həcmi 1900-cü ildə 23,4 milyon, 1908-ci ildə 

55  milyon rubl, burada sövdə edilən neft məhsullarının miqdarı isə 1900-cü ildə 140,3 

milyon, 1910-cu ildə 213,9 milyon pud olmuşdu. 

Azərbaycanın  daxili  ticarətinin  yeni  bir  forması-istehlak  kooperasiyası 

meydana  gəlmiş və daxili  ticarətin  inkişafında onun əhəmiyyəti artmışdı. Artıq  1904-cü 

ildə  Bakıda  10  istehlak  kooperasiyası  var  idi.  İstehlak  kooperasiyalarının  illik  dövriyyə 

məbləği  də  artmaqda  idi.  1913-cü  ildə  Bakıda  12  istehlak  kooperasiyasının  illik  

dövriyyəsi  76  min  rub l  olmuşdu.  1913-cü  ildə  Azərbaycandakı  39  istehlak 

kooperasiyasından 28-i Bakı, 11 -i isə Yelizavetpol quberniyalarında idi. 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  ticarət  kapita lın ın  tə mər küzləşməsi 

və  mərkəzləş məsi  p rosesi  daha  da  sürətlənmişdi.  Lakin  əvvəllərdə  olduğu  kimi, 

yenə  də  inhisarçı  ticarət  əsasən  Bakı  şəhərində  in kişaf  edirdi.  Bakının  birja 

cəmiyyəti,  bank-kredit  müəssisələri  burada  ticarət  kap italının   təmərküzləşməsi 

prosesinin sürətlənməsinə təsir göstərirdi. Bakı şəhərində 1904-cü ildə 56, 1910-cu 

ildə 98, 1913-cü  ildə 200 ticarət evi var id i. On lardan  30-u  məhsulun istehsalı və 

tədavülü  ilə  məşğul  olurdusa,  170-i  bilavasitə  tədavül  dairəsində  fəaliyyət 

göstərirdi. 

Bakı  şəhərindəki  ticarət  evlərinin  diqqəti  cəlb  edən  cəhəti  onların  bütün 

ticarət sahələrinə nüfu z etmələri idi. Bu dövrdə neft məhsulları və digər mallarla da 

ticarət  edən  ticarət  evlərinin  sayı  da  sürətlə  artırdı.  Ancaq  neft  məhsulların ın 

ticarəti  ilə  məşğul  olan  ticarət  evləri  bütün  ticarət  evlərin in  1904-cü  ildə  51,8 

faizini (29 ticarət ev i), 1913-cü ildə isə 17,5 faizini təşkil edirdi. 1913-cü ildə Bakı-

dakı ticarət evlərin in 67-sin in hər birinin  kapitalı  50  min rubldan ço x id i.  Şəhərdə 

möhkəm  maddi-texn iki  bazaya  əsaslanan  ən  iri  topdansatış  ticarət  müəssisələri 

ticarət evlərinə  məxsus idi.  1913-cü ildə  Bakıda  mövcud olan 138 birinc i dərəcəli, 

yəni topdansatış ticarətlə  məşğul olan ticarət  müəssisələrinin  94-ü və ya 60,8 faizi 

ticarət evlərinə a id id i. 

Azərbaycanın  digər  şəhərlərində  də  ticarət  evləri  açılırdı.  1910-cu  ildə 

Azərbaycanda  olan  105  ticarət  evinin  98—i  Bakıda,  7-si  isə  digər  şəhərlərdə, 

məsələn, Gəncədə, Nu xada, Şuşa və Naxçıvanda yerləşird i. 

Neft  məhsulları  ticarətində  "Nobel  qardaşları",  "Mazut"  və  qismən  

"A.İ.Mantaşov və K°" səhmdar cəmiyyətləri həlled ici yer tuturdu. 

Nobel və Rotşild nəinki  Rus iyada inhisarçı  mövqe tutmağa, habelə dünya 




downloaded from KitabYurdu.az

 

 



66 

neft  bazarını  Rokfellerin   A merika  "Ağ  neft  tresti"  ilə  bölüşdürməyə  müvəffəq 

olmuşdular. 

Neft  və  neft  məhsulları  ilə  bərabər,  metal  və  metal  məmu latı, 

pambıq-


parça  məmu latı,  qənd  və  un,  ət  və  ət  məhsulları  və  s.  malların   ticarətində  də 

inhisarlar  meydana  gəlmişdi.  Ne ft  və  neft  məhsullarının,  metal  və  metal 

məmu latın ın,  un,  çörək  və  çörək  məmu latın ın  və  digər  taxıl  məhsulların ın  

ticarətində sindikatlar yaran mışdı. 

Beynəlxalq ticarətin  mühüm  mərkəzinə çevrilən  Bakı şəhərində  tacirlərin sayı, 

onların  kapitalları daha sürətlə artır, ticarət  əməliyyatları  genişlənirdi.  1903-cü  ildə  Bakı 

şəhərində 14945 nəfər tacir var idisə, 1913-cü ildə onların sayı 19545 nəfərə çatmışdı. 

Bilavasitə  malların  alqı-satqısı  ilə  məşğul  olanlar  tədavül  dairəsində  çalışanların  83,1 

faizini təşkil edird i. 

Bakı tacirlərinin tərkibi çoxmillətli idi. Şəhər tacirləri arasında onlarca millətin 

nümayəndələrinə rast gəlinirdi. 1903-cü ildə 14945 tacirin 7084 nəfəri azərbaycanlı, 3559 

nəfəri erməni, 2489 nəfəri rus və 1873 nəfəri digər millətlərin nümayəndəs i id i. 

Azərbaycanın  digər  şəhərlərində  də  ayrı-ayrı  malların  ticarətində  həlledici 

mövqe tutan, Rusiyanın daxili rayonları və xarici ölkələrlə geniş ticarət aparan, çox böyük 

kapitalı olan tacirlər zümrəsi meydana gəlmişdi. 

Azərbaycanın  şəhər  və  qəzaları  arasında  mal  dövriyyəsinin  həcmi  xeyli 

genişlənmişdi.  Azərbaycan  kəndləri  sürətlə  artan  ticarət-sənaye  əhalisini  ərzaqla  təmin 

etməklə bərabər, şəhərlərdən də müxtəlif  istehlak şeyləri və istehsal alətləri əldə edirdilər. 

Bakı  ilə  Azərbaycan  qəzaları  arasında  nəqliyyat  vasitələrinin  ilbəil  yaxşılaşması  ticarət 

dövriyyəsinin artmasına müsbət təsir göstərdi. Məhsulun ticarətə daxil olan hissəsinin artım 

sürəti xeyli çoxaldı. 

Bu dövrdə Azərbaycanın  xarici ölkələrlə ticarət  əlaqələri  daha da genişlənmiş, o, 

dünya bazarına neft məhsulları, balıq məhsulları, ipək və s. ixrac etməklə bərabər, eyni zamanda 

xarici ölkələrdə istehsal olunmuş malların da mühüm istehlakçısına çevrilmişdi. 

Mühüm ticarət mərkəzi olan Bakıda bir-birinin ardınca təşkil edilən xarici şirkət və 

kompaniyaların  kontorları,  şöbələri  və  agentlikləri  şəhərin  əhalisini  və  Azərbaycanın  digər 

yerlərini  lazımi  mallarla təmin edirdi.  Bakı şəhərində bilavasitə  xarici firmalara  məxsus olan 

mağaza,  kontor,  anbar  və  s.  fəaliyyət  göstərirdi.  Birinci  dünya  müharibəsi  ərəfəsində  burada 

xarici ölkə tacirlərinə məxsus 389 ticarət müəssisəsi var idi. 

Əvvəllərdə olduğu kimi, yenə də Azərbaycanın ticarət əlaqələri dəniz və dəmir yol 

nəqliyyatı vasitəsilə təşkil edilirdi. Hər iki halda Bakı şəhəri müstəsna əhəmiyyət kəsb edirdi. 

XX  əsrin  əvvəllərində  Bakı şəhərinin  müxtəlif  malların ən  mühüm  istehlakçısına  çevrilməsi, 

ölkənin  daxili  rayonları,  eləcə  də  Rusiya  və  İran  arasında  ticarət-iqtisadi  əlaqələrin 

genişlənməsində rolunun yüksəlməsi onun mal dövriyyəsinin xeyli artmasına səbəb oldu. 

1900-cü  ildə  Bakıdan  dənizlə  353  milyon,  dəmir  yolla  isə  84,8  milyon  pud  mal 

aparılmış, buraya dənizlə 30,6 milyon, dəmir yolla 16,7 milyon pud mal gətirilmişdi. 1913-cü 

ildə Bakıdan dənizlə 307,7 milyon, dəmir yolla  isə 72,6  milyon pud  mal aparılmış, buraya  isə 

müvafiq surətdə 33 və 46,3 milyon pud mal gətirilmişdi.  




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə