Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə34/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   30   31   32   33   34   35   36   37   ...   249

downloaded from KitabYurdu.az

 

 



71 

iş adamları telefon rabitəsinin çoxalmasına çalışırdılar. 1910-cu ildə sənayeçilərin vəsaiti 

hesabına  Quba  ilə  Xaçmaz  arasında  teleqraf,  digərlərinə  50  verstlik  telefon  xətləri 

çəkildi


233

. 1910-cu ildə Gəncədə də telefon xətti çəkilmiş

234

, 1911-ci ildə buradakı dəmir 



yol  stansiyasında  avtomat  telefon  aparatı  qoyulmuşdu.  Belə  aparatlar  Bakıda  şəhər 

idarəsi, şəhər məktəbləri və b. yerlərdə var id i

235



1911-c i  ildə  Bakı-Tiflis  telefon  xətti  dövlət  hesabına  çəkilib,  başa 



çatdırılmışdı

236


. 1913-cü ildə Bakı telefon şəbəkəsi 4716 abonentə xid mət ed irdi

237


 

 



 

 

 



 

 

§ 10. ŞƏHƏRLƏR 

 

XX  əsrin  əvvəllərində  daxili  bazarın  yarandığı  və  qəzalarda  kapitalist  istehsal 



münasibətləri  üstün  mövqe  tutmağa  başladığı  şəraitdə  Azərbaycan  şəhərləri  sürətlə 

böyüməyə başladı. Artıq Azərbaycanın ondan artıq şəhəri də dünyanın neft mərkəzi olan 

Bakı, Cənubi Qafqazın ən iri şəhərlərindən biri sayılan Gəncə ilə yanaşı, ticarət-sənaye 

mərkəzinə çevrilmişdi. 

Kiçik  kəndli  əmtəə  istehsalçılarını  müflisləşdirən proses  və bununla  əlaqədar 

həm əkinçi, həm də qeyri-əkinçi kəsbkarlığı gücləndikcə, adamların iş üçün axışdığı bir 

şəraitdə şəhər əhalisi artırdı. İri şəhərlərdə əhali artımı əsasən gəlmələrin hesabına olurdu. 

Belə  ki,  1913-cü  ildə  Bakı  əhalisinin  yalnız  32,7  faizi  Bakıda  və  mədən-zavod 

rayonlarında doğulmuşlar id i

238


Azərbaycanda  şəhər  əhalisinin  artımı  çox  sürətlə  gedirdi.  Bakının  əhalisi, 

mədən-zavod  rayonları  nəzərə  alınmadan,  1897-ci  ildən  1915-ci  ilədək  112,2  min 

nəfərdən 262,4 min nəfərə, Gəncə şəhərinin əhalisi isə 33,6 min nəfərdən 59,7 min nəfərə 

qədər artmışdı

239


1900-1915-ci  illər  arasında  əhalisi  sürətlə  çoxaları  digər  Azərbaycan 

şəhərlərindən Nuxanın əhalisi 28,4 mindən 52,2 minə, Şuşanınkı 25,6 mindən 43,8 minə, 

Qubanınkı 17,4 mindən 26,9 minə, Şamaxınınkı 23 mindən 27,3 minə, Lənkəranınkı 10,6 

mindən 17,8 minə çatmışdı. 1915-ci ildə Naxçıvanın əhalisi 9 minə yaxın, Ordubadın kı  isə 

6,5 min nəfər idi

240



Beləliklə, bu dövrdə Azərbaycanın şəhər əhalisi 2 dəfəyə qədər artmış, 1913-cü 



ildə  1902-ci  ildəki  305  min  nəfərdən  556  min  nəfərə  çatmışdı

241


.  1902-ct  ildə  Bakı 

quberniyası əhalisinin  22,5  faizi

242

,  1913-cü  ildə  27,1  faizi şəhər əhalisi  idi



243

.  Yelizavetpol 

quberniyasında şəhər əhalisinin xüsusi çəkisi 1902-ci ildə 9,5 faiz

244


, 1910-cu ildə  isə 11,4 

faiz o lmuşdu

245



Şəhər əhalisinin əsas kütləsini Azərbaycan türkləri təşkil edirdi. Şəhərlərin artımı 




downloaded from KitabYurdu.az

 

 



72 

böyük  mütərəqqi əhəmiyyətə  malik  idi. Azərbaycan şəhərlərinin  xarici  görünüşü  isə  öz 

milli  koloriti  ilə  fərqlənirdi.  Xarakteri  ölkənin  sosial-iqtisadi  inkişafındakı  rolu  ilə 

müəyyənləşən  bu  şəhərlərin  özünəməxsus  xüsusiyyətləri  də  var  idi:  onlar  ticarət-sənaye 

mərkəzlərinə  çevrilməklə  yanaşı,  hələ  də  bəzi  kənd  təsərrüfatı  sahələrini  özlərində 

qoruyub saxlayırdı. Yalnız Bakı şəhəri bu nöqteyi-nəzərdən istisna idi. 

Bu  dövrdə  A zərbaycan  şəhərləri  ö z  təbii  zənginliklərinə  və  Rusiya 

bazarının  tələblərinə  uyğun  olaraq  ixtisaslaşırdı.  Belə  ki,  Bakın ın  sürətlə  inkişafı 

neft  sənayesi  və  ona  xid mət  göstərən  sənaye  sahələri  ilə  bağlı  idi.  Nu xa  və 

Ordubad  ipəkçilik  mərkəzləri  kimi  məşhur  idi.  Gəncədə  pamb ıq  emalı  sənaye 

sahəsi üstünlük təşkil ed ird i və s. 

Şəhərlərdə  böyük  əhəmiyyəti  olan   maliyyə-kred it  və  bank  idarələrin in 

yaranması isə mal-pul münasibətlərinin inkişafı ilə bağlı idi. 

Bakı  təkcə  Azərbaycan  və  Cənubi  Qafqazın  deyil,  Rusiya  imperiyasının 

ən  iri  şəhərlərindən  biri  id i.  O,  Azərbaycanda  topdansatış  ticarətinin  ən  mühüm 

mərkəzi  kimi  Rusiyanın  bir  ço x  ticarət-sənaye  mərkəzləri  ilə  əlaqə  saxlayırdı. 

Müharibə ərəfəsində şəhərdə onlarla iri sənaye müəssisəsi var idi. 

Azərbaycanın  enerji  bazasın ın  inkişafı  neft  sənayesinin  inkişafı  ilə  bağlı 

idi.  Bakı  1913-cü  ildə  öz  elektrik  stansiyalarının  gücünə  görə  Rusiyada  qabaqcıl 

yerlərdən birin i tuturdu

246



Azərbaycanın  ticarət  əlaqələrində  Bakı  limanı  mühü m  ro l  oynayırdı. 



1910-cu  ildə  onun  ma l  dövriyyəsi  350  mln   puda  bərabər  idi,  halbuki  Peterburq 

limanında  bu  rəqəm  304,5  mln  pud  idi.  Bakıdan  göndərilən  və  buraya  gətirilən 

ma llar  Rusiyanın  da xili  quberniyaları  ilə  bağlı  idi.  1913-cü  ildə  Ba kı  limanın ın 

342,4  mln rublluq mal dövriyyəsinin 300  mln pudunu neft məhsulları təşkil edirdi. 

Bakı limanı Həştərxan, Krasnovodsk və İran limanları ilə əlaqədə id i. 

Bakıdan sonra ikinci ticarət-sənaye mərkəzi  Gəncə id i.  Gəncədə 1914-cü 

ildə hər b irinin  illik istehsal həcmi 180  min rubla çatan 8 pambıq emalı zavodu, 3 

spirt  və  konyak  zavodu,  37  çaxır  istehsalı  müəssisəsi,  meyvə  şirəsi,  biyan  kö kü 

emal  edən  23  zavod,  5  gön-dəri  müəssisəsi,  tütün  fabriki,  kərpic  zavodu  və  s. 

müəssisələr var idi

247



Gəncə  həm  də  mühü m  ticarət  mərkəzi  idi.  1914-cü   ildə  burada  1500 



ticarət  müəssisəsi  var  idisə,  onlardan  56,2  faizini  dükan lar,  mağazalar,  anbarlar 

təşkil edirdi.  Həmin  il  Gəncədə ticarət dövriyyəsi 14-16  mln rubla çatırdı. Sonra kı 

illərdə  bu  rəqəm  2  dəfəyə  qədər  artmışdı

248


.  Şəhərdə  2129  ticarət-sənaye 

müəssisəsi fəaliyyət göstərirdi

249

. Doğrudur, onların əksəriyyəti kiçik  müəssisələr idi, 



lakin  ticarət  və  sənaye  kapitalın ın  mərkə zləş məsi  prosesi  gedirdi.  Sənət ka r lıq  

Gəncə iqtisadiyyatının ayrılmaz hissəsi idi. 

Gəncədən  Moskva  və  Lodza  pambıq  emalı  zavodlarının  məhsulu,  Rusiyanın 

mərkəzi  şəhərləri  və  Sibirə təzə  meyvə,  çaxır  ixrac  olunurdu.  1904-cü  ildə  Gəncədən 

Rusiya fabriklərinə 34 min pud, 1913-cü ildə isə 239,870 min pud mahlıc aparılmışdı

250


Gəncənin  xariclə  ticarətində  İran  mühüm  yer  tuturdu.  İrana  əsasən  taxıl  və 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə