Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə35/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   31   32   33   34   35   36   37   38   ...   249

downloaded from KitabYurdu.az

 

 



73 

heyvandarlıq  məhsulları  ixrac  olunur,  oraya  yerli  məhsullarla  yanaşı,  Rusiyadan  gətirilmiş 

mallar  da  yola  salınırdı.  Gəncə  eyni  zamanda  böyük  dəmir  yol  şəbəkəsi  idi.  1883-cü  ilə 

nisbətən  1913-cü  ildə  Gəncə  stansiyasına  gətirilən  malların  miqdarı  15  dəfə,  buradan 

göndərilən malların miqdarı isə 30 dəfə artmışdı. 

Şuşa  Qafqazda  ən  böyük  xalça  istehsalı  mərkəzi  idi.  Burada  is tehsal  olunan 

xalçalar  öz  keyfiyyətinə  görə  ən  yaxşı  İran  xalçalarından  geri  qalmır,  Moskvaya, 

Peterburqa  və  xaricə  ixrac  olunurdu.  Şəhərdə  22  ipək  emalı  və  ipəksarıyan  fabrik,  3 

spirttəmizləyən  və  konyak  zavodu  var  idi.  Burada  xeyli  sənətkar  fəaliyyət  göstərirdi. 

Şəhərdə  ticarət  ildən-ilə  genişlənirdi.  Əsas ticarət  malları  barama,  ipək, gön-dəri,  yun, 

pambıq və çaxır idi. Şuşada 1902-ci ildə 708, 1913-cü ildə isə illik ticarət dövriyyəsi 8,4 

mln rubla bərabər olan 800 ticarət-sənaye müəssisəsi var idi

251



Nuxa ipək istehsalı və emalına görə təkcə Azərbaycanda deyil, bütün Qafqazda 



əhəmiyyətli  rol  oynayırdı.  İpək  sənayesinin  yüksək  səviyyədə  inkişafı,  yararlı  rabitə 

yollarının  olması  şəhərin  barama  və  ipək  ticarəti  üzrə  mühüm  bazara  çevrilməsinə 

səbəb  olmuşdu.  1914-cü  ildə  burada  55  ipək  emalı  və  ipəkəyirmə  fabriki,  ipək,  ipək 

istehsalı qalıqları və barama ticarəti ilə məşğul olan 21  müəssisə, 3 tütün fabriki, 24 gön-

dəri  emalatxanası

252


,  manufaktura  malları  ilə  ticarət  edən  63  müəssisə  və  s.  var  idi. 

1910-cu ildə Nu xa kapitalisti Ə.Əhmədov şəhərdə elektrik stansiyası tikdirmiş di

253

. 1913-


cü  ildə  şəhərdə  illik  dövriyyə  vəsaiti  3  mln  rubldan  çox  o lan  962  ticarət-sənaye 

müəssisəsi var id i

254



XX  əsrin  əvvəllərində  Şamaxı  şəhəri  kənd  təsərrüfatı  məhsullarının  və  kustar 



istehsalı  mallarının  mühüm  mərkəzi  idi.  Buraya  Şamaxı,  Göyçay  və  Cavad  qəzalarından 

gətirilən  müxtəlif  mallar  Bakıya,  Cənubi  Qafqazın  müxtəlif  rayonlarına,  həmçinin 

Həştərxana aparılırdı. Satışa buğda, arpa, düyü, meyvə, gön-dəri, yun, ipək, xalça-palaz, mis 

əşyalar və s. çıxarılırdı. 1912-ci ildə Şamaxıda illik dövriyyəsi 1,2 mln. rubla bərabər olan 227 

ticarət və sənaye müəssisəsi var idi

255


Lənkə ran balıq, ta xıl, meşə materialları satışı və ixrac ı ü zrə  mühüm tica rət 

mərkəzi  idi.  1913-cü  ildə  burada  6  balıq  sənaye  kontoru,  unla  ticarət  edən  3 

müəssisə,  meşə  materialları ilə ticarət edən 3  müəssisə, 3 kənd təsərrüfatı alətləri 

mağazası,  bir  pivə  zavodu  fəaliyyət  göstərirdi

256


.  Şəhərin  ticarət-sənaye 

müəssisələri sürətlə artırdı.  XIX əsrin sonunda onların sayı 225  idisə, 1910-cu ildə 

460 o lmuşdu. Burada  1912-ci  ildə  illik ticarət dövriyyəsi 1,2  mln rubla çatan 253 

ticarət müəssisəsi var id i. 

Quba bağçılıq və  xalçaçılıqla  məşğul id i. 1914-cü  ildə burada  meyvə və 

qax  ticarəti  ilə  məşğul  olan  4,  xalça -palaz  satan  4  müəssisə,  bir  kənd  təsərrüfatı 

alətləri  mağazası, 35 parça  mağazası fəaliyyət göstərirdi. Meyvə ticarətindən  ildə 

450-500  min  rubl  gə lir  götürülürdü.  1910-cu  ildə  şəhərdəki  329  tica rət 

müəssisəsinin illik ticarət dövriyyəsi 1 mln rubla bərabər idi

257


. Bu illərdə Quba və 

Lənkəranda kiçik elektrik stansiyaları tikilmişdi.  

Naxçıvan,  Ordubad  və  Zaqatala   bağçılıq,  üzü mçü lük,  heyvandarlıq   və 

taxılçılıq  ilə  məşğul  olurdu.  Bu  təsərrüfat  sahələri  tam  əmtəə  xarakterli  idi.  Öz 




downloaded from KitabYurdu.az

 

 



74 

duzu  ilə  məşhur  olan  Naxçıvanda  1903-cü  ildə  303,4  min  pud  duz  istehsal 

edilmişdi. Naxçıvanın spirt istehsalında mühüm çəkisi var idi. 1903 -cü ildə burada 

5,8  mln  qradus  spirt  çəkilmişdi

258

.  Ordubad  Azərbaycanın  ipək  sənayesi 



mərkəzlərindən biri o laraq qalırd ı. Şəhərin sənaye müəssisələrinin məhsuldarlığı və 

ticarət dövriyyəsi bir milyon rubla çatırdı. 

XX  əsrin  əvvəllərində  şəhərin  ticarət  və  sənaye  əlaqələrin in  inkişafında 

Azərbaycan  iqtisadiyyatı  üçün  ümu mi  proseslər  öz  əksini  tapdı:  bir  tərəfdən, 

Avropa-Rusiya,  Şimali  Qafqa z  və  Cənubi  Qafqaz  ilə  ticarət  ə laqələrin in 

möhkəmlən məsi, digər tərəfdən, daxili A zərbaycan bazarının formalaşması. 

Bu  dövrün  səciyyəvi  xüsusiyyətlərindən  biri  ticarət  evləri,  firmaları, 

səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilən topdansatış ticarətinin mühü m yer 

tutması  idi.  Şəhərlərin  hamısında  xeyli  xırda  tacirlərin  olması  xırda  ticarətin  geniş 

yayıldığını  göstərir.  Bu,  əmtəəlik  kənd  təsərrüfatı  malları  istehsal  edən  qəzalarda 

daha  geniş  inkişaf  etmişdi.  Mü xtəlif  malların  gətirildiy i,  Azərbaycan  qəzaları 

tacirlə rin in  fəa l  iştira k  etdiyi  yarmarka lara  və  bazarlara  gətirilən  məhsulla rın  ço x 

hissəsi yerli tacirlərə məxsus idi. 

Dəmir və şose yolların çəkilməsi, rabitə vasitələrinin təkmilləşdirilməsi şəhərlərin 

həyatında mühüm rol oynayır, onların sürətli inkişafı  ilə yanaşı, ticarətinin güclənməsinə 

də təkan verirdi. 

XX  əsrin  əvvəllərində  meydana  çıxan  şəhər  tipli  ticarət-sənaye  mərkəzləri 

sırasına  Gədəbəy,  Salyan,  Ağdam,  Bərdə  və  Göyçayı  daxil  etmək olar.  Hər birində  20 

min və daha çox əhali yaşayan bu mərkəzlərdə kiçik, lakin böyük kapital dövriyyəsi olan 

onlarla ticarət müəssisəsi yerləşirdi. Məsələn, 1912-1914-cü illərdə Salyanda 350 ticarət 

və sənaye müəssisəsi var idi ki, onların illik dövriyyəsi 1,5 mln rubla çatırdı

259


XX  əsrin  əvvəllərində  şəhər  idarə  sistemində  elə  bir  dəyişiklik  olmamışdı. 

Hələ 1892-ci ildə tətbiq edilmiş "Şəhər əsasnaməsi" onun işlərində əhalisinin iştirakını 

ixtisara  salmaqla  özünüidarə  hüquqlarını  daha  da  məhdudlaşdırmışdı.  "Əsasnamə" 

dumalara  və  şəhər  idarə  orqanlarına  qubernator  nəzarətini  xeyli  gücləndirmiş,  yalnız 

sərbəst  əmlaklarının  qiyməti  300  rubldan  2  min  rubla  qədər  olan şirkət  və  idarələrin, 

birinci və ikinci dərəcə ticarət-sənaye gildiya sahiblərin in seçki hüququnu saxlamışdı.  

Bakı  şəhər dumasında sənayeçilər,  tacirlər, bina  sahibləri  və  b. üstün  mövqe 

tuturdular. Bakı dumasına seçkilərdə iştirak etmək hüququ olanlardan 2807 nəfərin 50 min 

manatlıq  və  daha  çox  daşınmaz  əmlakı  var  idi.  Onlar  arasında  H.Z.Tağıyev,  Şəmsi 

Əsədullayev, Hacıbaba Aşurov, Əli Abbas Dadaşov və başqaları öz daşınmaz əmlakların ın 

çoxluğuna görə fərqlənirdilər. 

"Şəhər  əsasnaməsi"nin  44-cü  maddəsində  müsəlmanların  özünüidarə 

orqanlarında  iştirakı  məhdudlaşdırılırdı.  İctimaiyyətin  dəfələrlə  vəsatət  qaldırması 

nəticəsində çarın 14 dekabr 1900-cü il fərmanı ilə dumada müsəlman deputatların sayı 

50 faizə çatdırıldı. 

Azərbaycanda müsəlmanların hüququnu məhdudlaşdıran hökumət tədbirləri Bakı 

şəhər  özünüidarəsində  daha  kəskin  idi.  Məsələn,  1902-1905-ci  illərdə  Bakı  şəhər 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə