Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə88/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   84   85   86   87   88   89   90   91   ...   217

185 

 

BağlanmıĢ  müqavilələrə  görə,  xristian  əhalisindən  vergi  heç  bir  təzyiqə  yol 



verilmədən alınmalı idi. Lakin iĢdə əhalidən vergi yığılması zamanı hədsiz özbaĢınalıqlar 

olurdu.  Can  vergisi  -  cizyənin  müsəlmanlardan  yox,  ancaq  zimmilərdən  alınması 

haqqında Quran göstəriĢi (9, 29) bir ço x yerlərdə əməli olaraq tətbiq edilmədi. Nəticədə 

bütün Xilafətdə ərəb hakimiyyət orqanlarının vergi zülmünə qarĢı narazılıq artdı. Belə 

vəziyyət  xəlifə  II  Öməri  (717-720)  yeni  müsəlmanlardan,  yəni  məvalilərdən  can 

vergisi  almağı  qadağan etməyə vadar etdi; etiraf olundu ki, islamı qəbul etmək yeni 

(neo)  müsəlmanın  "canını  və  pulunu  xilas  edir".  Torpaq  vergisi-xərac  isə  əvvəllər 

olduğu  kimi,  dinindən  asılı  olmayaraq bütün torpaq sahiblərindən yığılırd ı.  Lakin  II 

Ömərin siyasəti özünə nüfuzlu tərəfdarlar və ardıcıllar tapmadı. Onun xələfi II  Yəzidin 

zamanında (720-724) Cənubi Qafqazın xristian əhalisinə qarĢı böyük amansızlıq göstərildi; 

yerli qaynaqların yazdığına görə, II Yəzid bütün ikona və xaçları məhv etmək, Xilafət 

ərazisindəki bütün donuzları q ırmaq əmrini vermiĢdi. 

Xəlifə  II  Ömərin  yürütdüyü bütün  müsəlmanların  bərabərliyi siyasətinə  qarĢı 

daha  qətiyyətlə  çıxıĢ  edən  xəlifə  HiĢamın  (724-743)  dövründə  dövlət  vergi  aparatı 

təbəələrdən  xəlifə  xəzinəsini  dolduran  pul  vəsaitini  amansızcasına  qoparırdı;  yerli 

tarixçi  Gevondun  sözlərinə  görə,  "o,  (yəni  xəlifə  HiĢam  -  N.V.)  Ömərin  səxavətini 

pislədi və  onu öz sələflərinin topladığı sərvətləri  qanunsuz olaraq  xərcləyib dağıtmaqda 

günahlandırdı".  Ona görə də,  xəlifə HiĢam dövründə, ərəblərin Azərbaycan və Arrandakı 

vergi siyasəti köklü dəyiĢikliyə məruz qaldı; buradakı Əməvi hakimləri cizyəni xəzinəyə 

böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə baĢladılar. 

725-726-cı ildə xəlifə HiĢamın sərəncamına görə, Azərbaycanda əhali, torpaq, 

mal-qara və hər cür baĢqa əmlakın yeni siyahıyaalınması keçirildi.  Bu məqsədlə o, öz 

sərkərdəsi Haris ibn Əmri Arrana göndərdi. Moisey Kalankatlının məlumatına görə, ağır 

vergi qoyulmasına səbəb olan bu yeni siyahıyaalma  "adamları,  ma l-qaranı və bütün 

ölkəni  elə  köləlik  boyunduruğuna  saldı  ki,  sonrakı  ildə  A rranda  dəhĢətli  aclıq 

baĢladı". 

Bu siyahıyaalmadan sonra tətbiq edilən yeni vergi sistemi vergi  verən əhali ilə 

yanaĢı, rahiblərdən də vergi alınmasını nəzərdə tuturdu. Əhalinin üzərinə sənətkarlığa, 

kəbinə görə yeni əlavə vergilər qoyuldu. Ölkən in cənubunda xəlifə  II Ömər  zamanı 

ləğv  edilmiĢ  əvvəlki  Sasani  vergiləri,  "Novruz  və  Mihrican hədiyyələri" bərpa edildi, 

Belə vergi sistemi təkcə yoxsulları deyil, hətta bir çox əyan və varlıları da səfalətə düçar 

etdi. Bu barədə Gevond aĢkar yazırdı: "O, elə çox fəlakətlərə səbəb oldu ki, hamı ağır 

zülmdən inləyirdi, [lakin bu] dözülməz fəlakətlərdən yaxa qurtarmağa heç bir  imkan 

yox idi". 

Təbii  ki,  bu  çətinliklər  ilk  növbədə  təkcə  ərəblərə  deyil,  ö z  sahibləri  olan 

yerli  feodallara  da  vergi  ödəyən  zimmilərə  zərbə  vurdu.  Lakin  vergi  verənlərdən  alınan 

böyük  məbləğlər  xəlifə  xəzinəsinə  bütövlükdə  gedib  çatmırdı,  çünki  əyalət  əmirləri  və 

məmurları  onlara  tapĢırılan  əyaləti  özlərinin  Ģəxsi  varlanma  mənbəyi  hesab  edirdilər. 

Xəlifələr bu özbaĢınalıqların qarĢısını almağa çalıĢır və ara-sıra məmurlara qarĢı xeyli 

sərt tədbirlər həyata keçirirdilər. Ġlk  Əməvi  xəlifəsi I Müaviyənin dövründə (661-680) 




186 

 

yaradılmıĢ  xüsusi nəzarət orqanı (dər  əl-istixrac) əyalət  məmurları  arasında baĢ  verən 



rüĢvətxorluq  hallarını  aĢkara  çıxarmalı  idi.  Lakin  bu  tədbir  çox  da  kö mək  etmirdi. 

Vergi  məmurlarının  özbaĢınalıqlarının  qarĢısını  almaq  üçün  ərəblərin  yerinə  bu 

vəzifələrə  maliyyə iĢlərini yaxĢı bilən yerli feodalları təyin etməyə baĢladılar. Lakin bu 

tədbir də elə bir nəticə vermədi, belə ki, əksəriyyəti islamı yalnız zahirən qəbul etmiĢ 

yeni  məmurlar  çox  keçmədən  öz  imtiyazlarını  qoruyub  saxlamaq  xatirinə  can-baĢla 

qulluq  eləməyə  baĢladıqları  ərəblərdən  də  pis  oldular;  onlarla  birlikdə  özlərin in 

köhnə təbəələri o lan əkinçiləri ikiqat istismar a ltına saldılar. 

Əməvilər  dövründə  Xilafətin  Ģimal  hüdudlarında  istilaçı  yürüĢlər  hələ  də 

davam etdirilirdi.  Hər hansı bir vilayəti tutan ərəblər  bütün vilayət üzərinə ancaq bac 

qoymaqla  kifayətlənirdilər.  Xəlifə  HiĢamın  dövründə  Arran  hakimi  Mərvan  ibn 

Məhəmməd  Dərbənddən  Ģimalda  yerləĢən  Sərir  vilayətini  ələ  keçirdi.  Bağlanılan 

müqaviləyə görə, Sərir hökmdarı  xəlifəyə "hər il 1500 oğlan  və 500 qız verməyə, əl-

Babın  (Dərbəndin)  taxıl  anbarına  100  min  mudd  buğda  gətirməyə"  boyun  oldu. 

Tumanın  (Sərirdə nahiyə) sakinləri  "hər  il  150  qız  və  50  oğlan verib,  anbara  20  min 

mudd buğda" gətirməyə,  Zirihgəranın  (müasir  Köbəçi)  hakimi  "hər  il  50  oğlan verib, 

anbara  10  min  mudd  buğda  gətirməyə"  boyun  oldular;  Sindanın  (ġəndanın)  hökmdarı 

"sonralar belə öhdəlikdən azad olmaq Ģərtilə birdəfəlik 100 oğlan və qız verməyə və əl-

Babın  anbarına  ildə  5000  mudd taxıl  gətirməyə",  Lakzın hökmdarı  isə "taxıl  anbarına 

ildə 20 min mudd" taxıl verməyə boyun olmuĢdu və s. 

Əməvilərin  hakimiyyətinin  sonuna  yaxın  Xilafətin  vilayətlərində,  xüsusən 

Azərbaycan və Arranda elə bir vəziyyət yaranmıĢdı ki, hər bir hakim mərkəzi hakimiyyət 

qarĢısında, demək olar ki, heç bir hesabat vermədən öz vilayətində istədiyi kimi ağalıq 

edir,  əhalini  talayıb  çapırdı.  Vergi  zülmünün ağırlığına dözməyən əhali  kütləvi surətdə 

kəndləri  tərk  edir, suluklar  adlandırılan  torpaqsız  kəndlilərə  çevrilirdi.  Bu  kəndlilər 

atılmıĢ  kəndli  torpaqlarını  tədricən  öz  əllərində  cəmləĢdirən  iri  torpaq  sahiblərinin 

yanına muzdurluğa gedirdilər. Azərbaycanda feodalizmin daha da geniĢlənməsinə səbəb 

olan  bu  proses  Əməvilərin buradakı  mövqeyinin  zəifləməsinə  gətirib  çıxartdı,  çünki 

mütəğəllib  adlanan  iri  feodallar  və  torpaq  sahibləri  daha  mərkəzi  hakimiyyət 

nümayəndələri  ilə  hesablaĢmır  və  artıq  ilk  Abbasilər  dövründə  Xilafətin  silahlı 

qüvvələri tərəfindən dərhal qarĢısı alınan separatizm nümayiĢ etdirməyə baĢlayırdılar. 

VIII əsrin ortalarında hakimiyyətə gəlmiĢ Abbasilər Azərbaycan və Arranın 

vergi  verən  əhalisinin  vəziyyətini  heç  də  yaxĢılaĢdırmadılar.  Moisey  Kalankatlının 

sözlərilə  desək,  "Abbasilərin  hakimiyyətə  gəliĢi  ana  yurdumuz  Albaniya  üçün  böyük 

fəlakət  idi,  çünki  taciklər  (yəni  ərəblər  -  N.  V.)  öz  iyrənc  qarətçilikləri  ilə  alban 

iĢxanlarından  paytaxtımız  Bərdəni  aldılar  və  öz  səltənətlərinin  köhnə  paytaxtı 

DəməĢqdə  olduğu  kimi  indi  də  Alban  torpağında  -Bərdədə  iqamətgah  qurdular  ki, 

torpağın bol nemətlərini sovursunlar". 

Əgər  Əməvilər  dövründə  natura  ilə  ödənc vergilərin  mühüm  hissəsini  təĢkil 

edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir  hissəsi natura ilə ödənildi. Özü də bu 

natura içərisində zinət Ģeyləri və ərəblərdə az tapılan mallar üstünlük təĢkil edird i.  Bu 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə