195
RəĢid... Yusif ibn RəĢid əs-Suləmini [Arran hakimi] təyin etdi, o isə ölkəyə niza-
rilərdən (yəni Ģima llılardan -
N.V.) köçürtdü; buna görə onun hakimliyi dövründə
[Ģimal ərəblərinin] sayı xey li artdı. Ondan sonra ər-RəĢid, Yəzid ibn Məzyəd əĢ-
ġeybanini [hakim] təyin etdi. O da hər yerdən bura rəbiiləri köçürtdü, odur ki, indi
onlar Arranda olan ərəblərin əksəriyyətini təĢkil edirlər. Ondan (Yəzid dən) sonra
Zeyd ibn Xəttab əl-Ədəvinin nəslindən olan Əbu əl-Kəbir ibn Əbd əl-Həmid hakim
təyin olundu, o da diyar mudar əhlindən bir dəstə ilə oraya yollandı".
Beləliklə, ço x keçmədən Azərbaycanda Ərəbistan yarımadasının hər
yerindən mü xtəlif tayfa və qəbilələrdən olan ərəblər məskunlaĢdı. Öz vətənlərində
bir-b irlərinə qarĢı çox da mehriban olmayan bu tayfalar köhnə ədavətlərini özlə ri
ilə yeni məskənləri Azərbaycana da gətirdilər, burada da, indi? özgə torpağı
üstündə hərc-mərcliklərin i davam etdirdilər. Mənbələrin məlu matına görə, bu
qarĢıdurmaya yalnız Yəzid ibn Məzyəd əĢ -ġeybaninin hakimliyi dövründə son
qoyuldu. Onun gördüyü tədbirlər nəticəsində "əhali sakitləĢdi, qanun -qayda bərpa
edildi, niza rilər yə mənilərlə bərabərləĢdirild i".
Abbasilərin Xilafət taxtına sahib olması islam dünyasında böyük
dəyiĢikliklərə səbəb oldu. Peyğəmbər nəslin in bu budağının qələbəsi həmin nəslin
hakimiyyət uğrunda mübarizə aparan digər budağını - Əli tərəfdarlarını onlardan
tamamilə ayırdı. Bu zamandan etibarən, soy kökləri ilə peyğəmbər xanədanına
bağlı olan Abbas və Əli oğulları biri digərlərinə düĢmən kəsildilər. Artıq ikinci
Abbasi xə lifəsi ə l-Mənsurun dövründə Əli və Fatimə nəslinin, xüsusilə xəlifə liyə
namizədliyi irəli sürülmüĢ Həsən tərəfdən olan nümayəndələrin i açıq surətdə təqib,
hətta edam etməyə baĢladılar. Öz hakimiyyətinin qanuniliy ini əsaslandırmağa
çalıĢan yeni sülalə ilə hakimiyyət iddiasında olan müxalif qüvvələr, xüsusilə
Ələv ilər arasında ideoloji mübarizə fəallaĢdı. 755-ci ildə Abbasilər sülaləsini
hakimiyyətə gətirmiĢ Əbu Müslim Xorasaninin xəlifə əl-Mənsurun əmri ilə qətlə
yetirilməsi hakim süla lə ilə mü xa lif qüvvələr arasında yaran mıĢ uçuru mu daha da
dərinləĢdirdi. Əbu Müslimi yalnız dövlət hakimiyyəti nümayəndəsi deyil, eləcə də
özlərin in müəllimi hesab edən mü xtəlif məzhəb baĢçıları Abbasilərə qarĢı çıxd ılar.
Maraqlıd ır ki, bu çıxıĢ larda Xilafətin Ģərq vilayətlərin in müsəlman-Ģiə əhalisi ilə
yanaĢı atəĢpərəst iranlı və azərbaycanlılar da iĢtirak edird ilər. 755-ci ildə NiĢapur
Ģəhərinin rəisi, müsəlman mənbələrinin gavur (kafir) adlandırdıqları atəĢ pərəst
Sumbatın (Sunbadın) baĢçılığı ilə Xorasandan tutmuĢ Azərbaycanadək geniĢ bir
ərazidə yayılan üsyanın baĢlanması məhz Əbu Müslimin edamı ilə bağlı o ldu. Ət-
Təbərinin məlu matına görə, tez bir zamanda NiĢapuru, Ku misi və Reyi ələ
keçirmiĢ, "Firu z isbahbed" adını qəbul etmiĢ, Ġbn əl-Əsirin qeydinə əsasən "xarici"
təriqətlərinə mənsub olmuĢ bu atəĢpərəst, Nizamülmülkün verdiyi xəbərə görə,
bilavasitə xürrəmdinilərlə bağlı idi. Onun yazdığına görə, hələ Məzdəkin arvadı
Xürrəmənin vasitəsilə məzdəkiliyi qəbul etmiĢ və adamların xürrəmdinilər adlandırdığı
"gavurlar" o za mandan bəri öz dinlərini açıq nümayiĢ etdirmək üçün münasib vaxt
gözləyirdilər. Əbu Müslimin Bağdadda öldürülməsi həmin vaxtın yetiĢdiyini göstərdi.
196
Müəllif, Sunbadın baĢçılıq etdiyi üsyançılar arasında Ġmam Hüseynin nəvəsi Zeyd ibn
Əlinin baĢçılıq etdiyi rafidilərin, digər Ģiə təriqətlərindən müĢəbbihilərin, eləcə də
məzdəkilərin olduğunu qeyd edir. Əbu Müslimi allahın elçisi adlandıran Sunbad onun
yenidən Məzdəklə birlikdə qayıdacağını elan edir, Abbasiləri məhv etmək məqsədilə
yığıĢmıĢ bu müxtəlif etiqadlı adamların qəlbinə yol tapmağa çalıĢır, xürrəmdinilərə
"Məzdək Ģiə olub, ona görə Ģiələrlə əlbir olun, Əbu Müslimin qanını alın", - deyir. On
minlik xəlifə qoĢunu özəyi xürrəmd inilərdən olan və cəmi 70 gün davam edən bu
üsyanı amansızlıqla yatırdı, üsyançıların çoxunu, o cümlədən Sunbadın özünü məhv
etdi.
Vergi yükünün ağırlığı, xəzərlərin 763-cü ildə yenidən baĢlanan hücumları
əhalinin güzəranını daha da pisləĢdirmiĢ, üsyan və çıxıĢların sayını artırmıĢdı. Xəlifə əl-
Mənsurun oğlu əl-Mehdi dövründə (775 - 785) siyasi vəziyyət xeyli gərginləĢdi.
Vəziyyətin bu həddə yetiĢməsində xəlifənin din sahəsində irəli sürdüyü yeni görüĢ və
təlimatların rolu da az olmadı. Hakimiyyətin Əli övladlarına (o cümlədən, Əlinin oğlu
Məhəmməd əl-Hənəfi və nəvəsi Əbu HaĢimə) deyil, peyğəmbərin əmisi əl-Abbasın
nəslinə keçməsinin qanuniliyini irəli sürən əl-Mehdi, bu addımı ilə Abbasilərin hərbi-
siyasi qələbəsini ideoloji baxımdan möhkəmləndirməyə çalıĢır, bu sülalənin
ələvilərə qarĢı yönəldilmiĢ siyasətini davam etdirirdi. ġiə qaynaqları əl-Mehdinin "əl-
Abbas [Məhəmmədin] əmisi, onun varisi və ən yaxın qohumu olub, Əbu Bəkr, Ömər,
Osman, Əli və sonrakı xəlifələr iĢğalçı qəsbkarlardır..." sözlərini xüsusi qeyd edir.
Bununla əl-Mehdi peyğəmbərdən sonra Abbas nəslinin birbaĢa qanuni varis olduğunu
sübut etməyə çalıĢırdı. Onun tələbi ilə mövcud "kafir" (zındıq) təriqətlərin siyahısı
tutuldu, onlara qarĢı "ciddi tədbirlər görüldü", kafirlərin təqibi üçün "sahib əz-zənadiq"
və ya "arif əz-zənadiq" adlı yeni rəsmi vəzifə təsis edildi. Bütün bu tədbirlərdə
daha çox siyasi məqsədlər güdən xəlifə əl-Mehdi tərtib edilən "kafir" siyahılarına
onun hakimiyyəti üçün təhlükə ola b iləcək siyasi əleyhdarların ın və onların
mənsub olduqları d ini təriqətlərin ad larını daxil etmiĢdi.
Xəlifən in bu qərarı ideoloji mübarizənin fəallaĢmasına, hakimiyyət
uğrunda mübarizənin yeni yolların ın aranmasına gətirib çıxartdı. Bunlardan ən
mühü mü 794-cü ildə Beyləqanda baĢ verdi. Üsyanın baĢında Abbasi xəlifələri əl-
Hadinin və Harun ər-RəĢidin dövründə dəfələrlə üsyan etmiĢ, xaricilər təriqətindən
olan, əl-Kufin in "əĢ-Ģəri" - Ģər (ĢərəĢur adam) adlandırd ığı məĢhur qiyamçı Əbu
Müslim dururdu.
Beyləqan üsyanının baĢlanması üçün əsas bəhanə vergi zü lmündən cana
doymuĢ qonĢu bərdəlilərin ərəb amili (verg i rəisi) Əbussabbahı öldürmələri o ldu.
Xəlifə üsyançılara qarĢı Ġshaq ibn Müslim əl-Uqaylinin baĢçılığı ilə beĢ min lik
iraqlı süvari yolladı. Varsan yanın da baĢ verən qanlı döyüĢdə Xilafət ordusu
darmadağın edildi. Bundan sonra xəlifə Harun ər -RəĢid in biri digərinin ard ınca
göndərdiyi daha iki qoĢun məğlubiyyətə uğrayır. Ġlkin uğurlara baxmayaraq Əbu
Müslim sonrakı əməliyyatlarda müvəffəqiyyət qazana bilmir - Naxçıvanı ələ
keçirsə də Dəbilin dördaylıq mühasirəsi baĢ tutmur. Sisəcanı (Sisyanı) keçərək,