Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən imtahan sualları (45s,60s)


XI əsrin sonları XII əsrin əvvəllərinıdə Azərbaycanda artıq ərəb nüfuzu zəifləmiş



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix31.05.2023
ölçüsü0,59 Mb.
#114498
1   ...   12   13   14   15   16   17   18   19   ...   29
Azərbaycan dili imtahan əsas

XI əsrin sonları XII əsrin əvvəllərinıdə Azərbaycanda artıq ərəb nüfuzu zəifləmiş
fars nüfuzu güclənmişdi. Bu dövrdə yaşayan Azərbaycan alimləri, mütəfəkkirləri 
və siyasət adamları mahir ritor-lar idilər. Təəssüf ki, türk dili saraylara yol tapa 
bilmədiyi üçün Nizamül-Mülk, Nəsrəddin Tusi, Məhəmməd Hinduşah 
Naxçıvani, Fəxrəddin İbn Məhəmməd Hinduşah Naxçıvani, habelə 
görkəmli sözustası Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Xaqani Şirvani və başqaları 
öz əsərlərini farsca yazmışlar.
19.Avropada və Sərqdə ritorika. 
Mədəniyyətin başqa sahələrində olduğu kimi, antik ritorik sənət də Roma 
imperiyasına daxil olan ölkələrə Romadan keçmişdi. Belə ki, İspaniya, Italiya, 
Vizantiya, Fransa, müəyyən qədər İngiltərə və Almaniya antik mədəniyyətin bütün 
növlərini Roma vasitəsilə almışdılar. XIII-XIX əsrlərdə Avropanın 
mədəni ölkələrində akademik ritorikaya xüsusi önəm verilirdi. Məsələn, XII əsrdə 
İngiltərənin Oksford, XIII əsrdə Fransanın Sarboniya universitetində ritorikaya aid 
mühazirələr oxunurdu. Avropa ölkələri içərisində ritorikaya ən böyük önəm verən 
Fransa idi. 
Şərq ölkələrində: Çində, Hindistanda, Ərəbistanda ritorikanın inkişafı üçün şərait 
var idi. Bu ölkələrdə din xadimləri dini kitabların şərhini xüsusi bəlağətlə 
dinləyicilərə çatdırırdılar. Nəinki ritorika, habelə dilçiliyin özü dini kitabların şərhi 
əsasında yaranmışdır. VII əsrin axırlarında Xəlil İbn Əhməd Əl Fəraidi ərəb 
poeziyası üçün ritmik-melodik modellər kəşf etdi. Həmin modellər əsasında 
“Qurani-Kərimin”in ayələrini xüsusi avazla oxumaq mümkün oldu. Ərəb şeirinin 
vəzni olan əruz bu zəmində inkişaf etdi. Ümumiyyətlə götürdükdə, İslam dininin VII 
əsrdə meydana gəlməsi ərəb mədəniyyətinin inkişafına çox güclü təkan verdi. 
20.”Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından ibarət “Gücümüz birlikdədir 
koalisiyası Dəvəçi rayonunda növbəti Təbiəti mühafizə” aksiyası keçirir”-verilmiş 
nümunənin hansı üslubda olduğunu müəyyən edin həmin üslubun xarakterik xüsusiyyətlərini 
qeyd edin.

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə