Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   85   86   87   88   89   90   91   92   ...   96

2. Yuxululuq v
ə  oyaqlıq  vəziyyətlərinin  qarşılığına  görə. 
H
əmin semantik münasibət bir tərəfdən  yatmaq, mürgüləmək, 
yuxlamaq  sözl
əri ilə  o biri tərəfdən  yuxudan qalxmaq (durmaq), 
oyanmaq,  ayılmaq  sözləri  arasında  özünü  göstərir. Məsələn: 
Qardaşlar, yatmaq vaxtı deyil, ayılıb bir fikir edin! (H.Zərdabi). At 
başını  yat,  bəstəri-rahətdən  ayılma  (Sabir). Ey yaran, nə  yatıbsız, 
oyanın!  (“Əkinçi”),  Dəxi mümkün deyildi yatmaq  və  oyanmamaq 
(C.M
əmmədquluzadə).  Axşam  tez  yat,  Səhər tez dur  (Məsəl). 
Yataram,  ya allah, Duraram
,  inşallah!  (Dua).  Çox  yatma, dur,  a 
t
ənbəl! (Abbas Səhhət). Bir ləhzə  ayıldınsa,  qutar  canını,  yuxla! 
(Sabir). B
əlkə, bizim qaraçuxa yatıb,  get  qaldır!  (“Qaraçuxa” 
nağılı).  Sən dərin  yuxuya gedəcəksən,  hərdənbir  ayılacaqsan 
(Əsatir). 
3. Yuxululuq v
ə  oyaqlıq  vəziyyətlərinə  cəhd (təhrik, sövq) 
etm
əklə həmin tələbin yerinə yetirilməsinin qarşılığına görə (oyat-
oyan,  yatırt-yat). Məsələn: Bayaqdan bəri nə  qədər  yatırtmaq 
ist
əyirəm,  yatmır  (Dan.). Qalada yatmış  idim,  top  atdılar, 
oyanmadım. Sazınan, söhbətinən oyatdılar (Xalq mahnısı). 
4. Yuxuda olma v
ə  oyatma hərəkətlərinin  qarşılığına  görə. 
H
əmin semantik münasibət  yuxulamaq, yatmaq, yuxuda olmaq, 
mürgül
əmək  feilləri ilə  oyatmaq,  (yuxudan)  qaldırmaq  durğuzmaq 
feill
əri  arasında  özünü göstərir. Məsələn:  Qız  yatıb,  yuxudadır, 
Qıymıram  oyatmağa  (Bayatı).  Elə  yatmayıb  ki,  oyada biləsən
(Dan.). 
5.  Yatmaq  ehtiyacı  ilə  həmin  ehtiyacın  təmin olunmadan 
aradan qalxmasının (pozulmasının) qarşılığına görə (yuxusu gəlmək-
yuxusu qaçmaq). M
əsələn: Bayaq yuxum  gəlirdi,  yatmağa  yerim 
yox idi, indi yerim var, amma 
yuxum qaçıb (Dan.). 
Geyiml
ə  bağlı  olan  feillər.  Bunlar  aşağıdakılardır:  geymək, 
geyinm
ək,  soyunmaq,  (paltarını)  çıxartmaq;  taxmaq  (əlcək, 
barmaqçılıq,  qolçaq,  üskük);  qoymaq, götürmək  (papaq),  örtmək, 
açmaq 
(yaylıq, şal, ləçək); tutmaq, açmaq (döşlük, önlük); çalmaq 
(çalma). H
əmin feillər, nümunələrdən göründüyü kimi, müxtəlif 
geyim v
ə əşya formaları üzrə diferensiallaşmışdır. Müvafiq əşyavi 
aidiyy
ət  formalarının  hamısında  feillər həmin  əşyalardan  istifadə 
olunması  və  ondan azad olunmaq kimi iki bir-birindən kəskin 
273 


şəkildə fərqlənən hərəkətləri ifadə etmələrinə görə semantik əkslik 
əlaqəsinə  girir. Həmin xüsusiyyət həm təsirli, həm də  təsirsiz 
feill
ərə xasdır (gey(in)mək-soyunmaq çıxartmaq, taxmaq-çıxarmaq, 
qoymaq-götürm
ək, örtmək-açmaq, tutmaq-açmaq). Məsələn: Yazda 
geyin
ər,  Qışda  soyunar.  Bir kürk gey(in)dim,  çıxarda  bilmədim 
(Tapmaca).  İslam  da  geyindi  cəbhə  paltarı  [...]  Cəbhə  paltarını  o 
soyunmadı  (Səməd  Vurğun).  Bayıra  çıxanda  papağını  başına  qoy, 
əlcəyini  əlinə  tax.  Evə  gələndə  papağını  başından  götür,  əlcəyini 
əlindən  çıxart. Sən də  bayıra  çıxanda,  yaylığını  başına  ört,  evə 
g
ələndə  (Dan.). 
M
ənşə  etibarı  ilə  geyinmək  və  soyunmaq  feilləri eyni cür 
düz
əlmişlər. Lakin soyunmaq  feili  öz törədici  əsasından  uzaq-
laşaraq,  müstəqil məna kəsb  etmişdir.  Geymək*-soymaq  müta-
biqliyinin  pozulması  həmin söz cütündə  ikinci tərəfin  çıxartmaq 
feili il
ə əvəzlənməsinə səbəb olmuşdur. 
 
Yaş və boy dəyişikliyi ilə bağlı olan feillər 
 
Yaş  və  boy dəyişikliyi bildirən feillər bir neçə  yarımqrup 
əmələ  gətirir.  1.  Ümumi  şəkildə  yaş  və  həcm (boy) dəyişikliyi 
bildir
ənlər (böyümək, irilənmək, kiçilmək, balacalanmaq, 
balacalaşmaq),  2.  Yaş  dəyişikliyi  bildirənlər (qocalmaq, 
ahıllaşmaq,  yaşlanmaq,  yaşlaşmaq,  gəncləşmək,  cavanlaşmaq, 
kişiləşmək,  qarımaq). 3. Uzununa boy dəyişikliyi  bildirənlər 
(
uzanmaq,  qısalmaq,  gödəlmək). 4. Dikinə  boy dəyişikliyi 
bildir
ənlər (uzanmaq, boy atmaq, boy vermək, yüksəlmək, 
q
əlbilənmək, ucalmaq, ucalanmaq, alçalmaq). Həmin feillərin 
b
əzilərinə “mənəvi böyümə cəhətdən” bildirmək xüsusiyyəti xasdır. 
(M
əsələn: ucalmaq, yüksəlmək, alçalmaq). 
Yaş və boy dəyişikliyi bildirən feillər müvafiq leksik qruplar 
ç
ərçivəsində  semantik münasibətlərə  girir.  Bunu  aşağıdakı 
nümun
ələrdən görmək olar. Sən günbəgün  böyüyürsən,  düşmənin 
kiçilir. Hicran gec
əsi kimi gündüz uzanır [...] Vüsal gecəsi tək gecə 
qısalır (Qətran). Səndən uzaq olanda gecələrim  uzanır. Sənə yaxın 
olanda dilim 
qısalır (Rəsul Rza). Qoyun ayağı gödəlir, Quzu ayağı 
uzanır  (Məsəl).  Günün  ömrü  öz  vaxtında  uzanır,  öz  vaxtında 
274 


göd
əlir  (Bəxtiyar Vahabzadə).  Şərab meh küləyindən  gəncləşdi, 
dünya is
ə qocaldı (Qətran). Dünya cavanlaşır, biz qocalırıq (Səməd 
Vurğun).  İncili-şərif  arvadların  mövqeyini  nə  qədər  ucaltdısa, 
xristianlıq və kilsə onu bir o qədər alçatdı (Y.V. Çəmənzəminli). 
 
 
 
Ağlamaq və gülməklə bağlı olan feillər 
 
Ağlayış və gülüş bildirən feillər müvafiq hərəkətlərin müxtəlif 
d
ərəcələrini ifadə  edirlər (Bunlar bəzən zərflərlə  ifadə  olunur). 
H
əmin ifadələr mərkəzi ağlamaq və gülmək leksemlərinin ətrafında 
c
əmləşirlər:  ağlamaq,  ağlamsınmaq,  için-için  ağlamaq,  xısın-xısın 
ağlamaq, hönkürmək, hönkürtü ilə ağlamaq, gülmək, gülümsünmək, 
dodağı  qaçmaq,  qımışmaq,  uğunmaq,  uğunub  getmək, qəhqəhə 
ç
əkmək, şaqqanaq çəkmək (Dan). 
H
əmin sözlər arasında aşağıdakı semantik münasibətlər özünü 
göst
ərir.  
1.  Semantik  yaxınlıq  münasibəti.  Bu,  eyni  temantik  sıraya 
m
ənsub olan sözlər  arasında  müşahidə  edilir (gülümsünmək, 
qımışmaq, dodağı qaçmaq və s.). 
2. Semantik 
əkslik münasibəti. Bu, birinci növbədə  müvafiq 
tematik sıraların mərkəzi leksemləri olan ağlamaq və gülmək feilləri 
arasında özünü göstərir. Məsələn: Ağlamaq əlaməti-qəmdir, gülmək 
əlaməti-fərəh (M.F.Axunov). Gah ağladar,  gah  güldürər 
(Tapmaca). O gül
ər-gülərsən,  ağlar-ağlarsan  (Vaqif). Könlüm 
s
ənsiz ağlar, səninlə gülər ( Rəsul Rza). 
H
əmin feillərin təmsil etdikləri tematik sıraların heç də bütün 
üzvl
əri semantik əkslik  münasibətində  ola bilmir. Həmin tematik 
sıraların  yalnız  elə  üzvləri semantik əkslik münasibətinə  girir ki, 
onlar eyni sözdüz
əltmə  üsulu ilə  əmələ  gəlmiş  olsun.  Məsələn: 
ağlatmaq-güldürmək  (Ağlatdı  dostları,  güldürdü  yadı.  Aşıq 
Ələsgər);  ağladan-güldürən  (Güldürən  yanına  getmə,  ağladan 
yanına  get.  Məsəl);  ağlaşmaq-gülüşmək,  ağlağan-güləyən, 
ağlamalı-gülməli, ağlayış-gülüş və s. 
275 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə